Тцрк мяншяли Азярбайъан шяхс адларынын тарихи-лингвистик тядгиги
135
yaradıcılığında iştirak etmişdir. Məsələn, Bilge, İlbilge (115–
32), Bilge Kaqan (44–306). Əlavə edək ki, həmin titul əsasında
yaranan Bilge antroponimi ―igid‖, ―qəhrəman‖ anlamlı ―çur‖
titulu ilə birlikdə antroponim yaradıcılığında iştirak etmişdir.
Məsələn,
Bilgeçur (65–20). Bu tip antroponimlərin
yaranmasında daha şöhrətlilik, qüdrətlilik əsas motiv olmuşdur.
Yabqu. Qərbdə yaşayan türk hökmdarlarının yüksək
titulu olmuşdur (166 –22). ―Yabqu‖ titulu ―hökmdar‖, ―rəhbər‖,
―ordu başçısı‖ və s. mənalarda işlənmişdir. Apelyativi müasir
türk dillərində müşahidə olunmur. ―Yabqu‖ semantik tutumuna,
həm də yüksək dairələrdə işlənən titul olduğuna görə
antroponim yaradıcılığında iştirak etmişdir. Məsələn, Gün
xandan sonra padşahlıq taxtına, ulu babasının adını qoyduğu
oğlu ―Dib Yavqu‖ xan çıxdı. Dib Yavqu xan bəylərdən, ulular-
dan və divan adamlarından soruşdu ki, cəddimiz Oğuz bu qədər
ölkələri necə tutmuş, haradan haraya qədər almışdır (165 – 43).
Göründüyü kimi, F.Rəşidəddiin ―Oğuznaməsi‖ndə antroponi-
mik vahid kimi Yavqu fonetik variantında işlənmişdir (b—v
əvəzlənməsi mümkündür). Həmin titul əsasında yaranan Yabqu
(Yavqu) antroponimi nə müasir Azərbaycan, nə də türk xalqları
antroponimikasında müşahidə olunur.
Çavuş. Ə.Dəmirçizadə ―Kitabi-Dədə Qorqud‖ dastanın-
dakı ləqəb və titullar sırasına ―çavuş‖ vahidini də daxil etmişdir
(69-131). ―Çavuş‖ kiçik vəzifə funksiyalı titul olmuşdur.
V.V.Radlovun lüğətində ―nəzarətçi‖, ―qapıçı‖, ―gözətçi‖ və s.
mənalarda işləndiyi göstərilir (141–1935). ―Çavuş‖ titulu Azər-
baycanda yeni dövlət quruculuğu ilə əlaqədar olaraq zabitdən
aşağı – kiçik komandir funksiyalı titul kimi bərpa edilmişdir.
Bu titulun apelyativi müasir ədəbi dilimizdə müşahidə olunmur.
Lakin dialektlərimizdə, xüsusən qərb dialektində ―çoyuş‖
fonetik variantında işlənir (məsələn, çoyuş olmaq. Hər yerə
yürməx`dən çoyuş oldum). ―Çavuş‖ (çovuş) titulunun antro-
ponim (əsl şəxs adı) yaradıcılığında iştirakı müşahidə edilmir.
Язизхан Танрыверди
136
Bizə belə gəlir ki, buna səbəb ―çavuş‖ titulunun semantik
tutumunda ―bəy‖, ―xan‖, ―yabqu‖, ―tegin‖, ―çur‖ və s. titulların
semantik tutumundakı qüdrətlilik, böyüklük və s. mənaların
olmamasıdır. Başqa bir fakta müraciət edək. Azərbaycan
titulları sistemində ―onbaşı‖, ―yüzbaşı‖, ―minbaşı‖ kimi titullar
olmuşdur. Bunlardan ikisi – ―yüzbaşı‖ və ―minbaşı‖ antropo-
nim (əsl şəxs adı) yaradıcılığında iştirak etmiş (Yüzbaşı, Yüz-
başov, Minbaşı, Minbaşov), ―onbaşı‖ isə ad yaradıcılığına,
konkret desək, əsl şəxs adı yaradıcılığına cəlb edilməmişdir. Bu
da yuxarıda qeyd etdiyimiz kimi, daha şöhrətlilik motivinin
―onbaşı‖ titulunun semantikasında arzulanan, istənilən səviy-
yədə olmaması ilə bağlıdır.
Çur. ―İgid‖, ―qəhrəman‖ anlamlı qədim türk tituludur.
Həmin titul müasir Azərbaycan antroponimləri sistemində
mühafizə olunmayib. Lakin bu titul qədim türk antroponimi-
kasındakı əsl şəxs adları, digər titullar, həm də türk mənşəli
apelyativlərlə birlikdə antroponim yaradıcılığında iştirak etmiş-
dir. Məsələn, Bilgəçur, Çurbak, Çurxan, Çurdaş (65-20-21) və
s. Müasir Azərbaycan antroponimləri sistemində qeyd olunan
antroponimik vahidlər müşahidə olunmasa da, həmin modelli
antroponimlər intensivliyini itirməmişdir. Məsələn, Bilgəçur –
Çingizxan, Əzizxan (hibriddir, əziz ərəb mənşəli apelyativdir)
və s.; Çurbak – Ağabəy, Ağaxan, Xanağa və s.; Çu rdaş – Bəy-
dəmir, Xandəmir və s.
b) Müasir Azərbaycan antroponimləri və toponimləri
sistemində mühafizə olunan titullar:
Ağa. Bu titulun bəy, sahib, hakim, zadəgan, böyük qardaş
və s. mənalarda işləndiyini qeyd etmişik. ―Ağa‖ titul kimi
arxaikləşsə də, Azərbaycan antroponimləri də toponimləri siste-
mində mühafizə olunmaqdadır. Məsələn, antroponimlər siste-
mində: Ağa, Ağalar, Ağası, Ağadayı, Ağaqardaş, Ağabacı və s.,
toponimlər
sistemində:
Ağabağı, Ağabəyli, Ağalıkənd,
Ağakişibəyli və s.
Тцрк мяншяли Азярбайъан шяхс адларынын тарихи-лингвистик тядгиги
137
―Ağa‖ titulunun antroponim və toponim yaradıcılığında
iştiraketmə səbəblərindən bəhs edən A.Qurbanov yazır:
―Azərbaycan antroponimik sistemində ağa sözü ilk mənasında,
yəni böyük qardaş, toponimik sistemində isə sonrakı mənada,
yəni sahibkar mənasında işlənir (60-20-21). Bizə belə gəlir ki,
Azərbaycan toponimlərində mühafizə olunan ―ağa‖ titulu iki
funksiya daşıyır: birincisi, A.Qurbanovun göstərdiyi kimi, sa-
hibkar anlamlıdır (Ağabağı, Ağalıkənd və s.); ikincisi, antro-
ponimik vahid əsasında yaranan toponimlər sisteminə daxildir
(Ağabəyli-Ağabəy+li, Ağakişibəyli – Ağakişibəy+li, Aslanbəy-
li – Alanbəy+li və s.).
Bəy. Bu titulun qədim türk dilində hökmdar, rəhbər,
knyaz və s. mənalarda, müasir ədəbi dilimizdə isə yalnız hör-
mət mənasında işləndiyini qeyd etmişik. Əlavə edək ki, Azər-
baycanda yeni demokratik dövlət quruculuğu ilə əlaqədar
olaraq ―bəy‖ titulunun işləklik funksiyası artmış və demək olar
ki, dövlət səviyyəsində rəsmi müraciət forması kimi işlənməyə
başlamışdır.
―Bəy‖ titulu qədim türk dilində həm titul kimi işlənmiş,
həm də antroponim yaradıcılığında iştirak etmişdir. Məsələn,
Baybura bək, Qazan bək, Toğrulbək, Bəgturan və s.
Müasir Azərbaycan antroponimləri sistemində ―bəy‖ ti-
tullu antroponimlər çoxluq təşkil edir. Antroponim yaradıcılı-
ğında ―bəy‖ titulunun ayrılıqda (Bəy, Bəylər), digər titullarla
birlikdə (Ağabəy), apelyativlərlə, həm də daha çox qohumluq
münasibətini bildirən sözlərlə (Bəybala, Bəybaba, Bəyverdi,
Elbəy, Elbəyi və s.) işlənməsi müşahidə edilir. Bu da həmin tip
titulların mənası, qədim təyinatı ilə bağlıdır.
Yüzbaşı. Təbii ki, titul kimi arxaikləşdiyini sübut etməyə
ehtiyac yoxdur. Titul yaradıcılığında iştirak edən ―yüz‖ və
―baş‖ apelyativləri isə eynilə müasir ədəbi dilimizdə işlənmək-
dədir.
Dostları ilə paylaş: |