Əzizxan Tanrıverdi



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə44/64
tarix26.09.2018
ölçüsü1,6 Mb.
#70551
1   ...   40   41   42   43   44   45   46   47   ...   64

 
Язизхан Танрыверди 
 
 
138 
Mürəkkəb  quruluşlu  yüzbaşı  titulu  II  növ  təyini  söz 
birləşməsinin  inkişafı  nəticəsində  yaranmışdır.  Bu  tip  titullar 
Y.Məmmədovun izah etdiyi  kimi,  Orxon-Yenisey  abidələrində 
II  növ  təyini  söz  birləşməsi  modelində  olmuş  (er  başı  –  sər-
kərdə,  sü  başı  –  sərkərdə,  bıŋa  başı  –  minbaşı),  sonralar  türk 
dillərində  geniş  yayılmışdır  (115–32).  Ə.Dəmirçizadə  Şah  İs-
mayıl Xətai dövründə bağbaşı,  ordubaşı,  ovçubaşı,  bəglərbəyi, 
çobanbəyi  və  s.  dövlət  –  vəzifə  adları  və  hərbi  terminlərin 
işləndiyini göstərir (69–167). Buradan bir daha aydın olur ki, II 
komponenti mənsubiyyət şəkilçili ―baş‖ apelyativi olan bir sıra 
titullar Orxon-Yenisey abidələrində II növ təyini söz birləşməsi 
modelində  olmuş  XVI  əsrdə  -  Şah  İsmayıl  Xətai  dövründə  isə 
bir leksik vahidə - mürəkkəb sözə çevrilmişdir. 
―Yüzbaşı‖ titulu Yüzbaşı əsl şəxs adında və Yüzbaşov fa-
miliyasında mühafizə olunur. 
Minbaşı.  Titul  kimi  arxaikləşmiş  ―minbaşı‖  vahidi  Min-
başı,  Minbaşov  antroponimlərində  və  Minbaşlı  (Cəbrayıl) 
oykonimində  mühafizə olunur. 
Topçubaşı.  Topçubaşov  familiyasında  mühafizə  olunan 
―topçıbaşı‖  titulu  göstərir  ki,  titul  əsasında  yaranmış  əsl  şəxs 
adı  sonradan  familiya  yaradıcılığında iştirak etmişdir:  Topçu-
başı//Topçubaşov. 
Tekin.  Bu  titulun  qədim  türk  dilində  şahzadə,  hökmdar-
dan sonra taxta çıxacaq xanzadə və s. mənalarda işləndiyi gös-
tərilir  (10–38)  (4–11).  Apelyativi  müasir  ədəbi  dilimizdə  mü-
şahidə  edilmir.  Qədim  türk  dilində  ―tegin‖  titulu  bir  sıra  əsl 
şəxs  adlarının  yaranmasında  iştirak  etmişdir.  Məsələn,  Tuk 
Tegin (44–65), Aytegin, Ərtegin (65–20) və s. Həmin titul əsa-
sında yaranan antroponimik vahidlər müasir Azərbaycan antro-
ponimləri  sistemində  də  müşahidə  edilir.  Məsələn,  Aytəkin, 
Güntəkin,  Xantəkin,  Eltəkin  və  s.  Göründüyü  kimi,  qeyd 
olunan kişi və qadın adlarındakı ―təkin‖ sözü ―tegin‖ titulunun 
fonetik variantıdır. ―Tegin‖ titullu antroponimik vahidlərin for-


  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
139 
malaşmasında  ―xanzadə‖,  ―şahzadə‖  mənaları  əsas  motiv  ol-
muşdur. 
Xaqan.  ―Xan‖,  ―hakim‖  anlamlı  titul  olmuşdur.  Orxon-
Yenisey abidələrində  ―kağan‖ şəklində  müşahidə olunur (175–
6).  ―Xaqan‖  titulu  antroponimikamızdakı  ―Xaqan‖  və  həmin 
titul  əsasında  yaranıb,  təxəllüs  kimi  işlənən  (Əfzələddin  Xa-
qani), sonradan isə əsl şəxs adına çevrilən ―Xaqani‖ adında mü-
hafizə  olunmuşdur.  Lakin  qeyd  etmək  lazımdır  ki,  Xaqani 
antroponiminin  (əsl  şəxs  adının)  formalaşmasında  ―xan‖, 
―hakim‖ və s. kimi qüdrətli mənalara malik ―xaqan‖ titulu de-
yil, bütün Şərqdə hörmətlə yad edilən XI əsr Azərbaycan şairi 
Əfzələddinin  məhz  həmin  təxəllüslə  şöhrətlənməsi,  həmin 
təxəllüsü daşıması olmuşdur. 
Xan.  Bu  titul  qədim  türk  dillərində,  həmçinin  fars,  mon-
qol,  əfqan və  başqa dillərdə ―el  başçısı‖, ―hakim‖, ―hökmdar‖, 
―cənab‖,  ―ağa‖ və s. mənalarda təsadüf olunur (4-56-57). Xan 
titulu  Azərbaycan  antroponimləri  və  toponimləri  sistemindəki 
bir  sıra  vahidlərdə  mühafizə  olunmuşdur.  Məsələn,  Xan, 
Xanlar,  Ağaxan,  Ataxan,  Babaxan  və  s.  (antroponim),  Xanlıq, 
Xanlar, Xankəndi, Xanbulaq və s. (toponim). 
Şad.  Qədim  türk  titullarındandır.  ―Yüksək  rütbə,  xanın 
baş elçisi‖ (141– 971), həm də ―taxta çıxmaq hüququ olmayan, 
əyalət hökmdarı olan xanzadə‖ (10 – 38) və s. mənalarda işlən-
diyi  göstərilir.  ―Şad‖  titulu  qədim  türk  dilində  antroponim 
yaradıcılığında iştirak etmişdir. Bu barədə geniş tədqiqat aparan 
V.V.Radlov  göstərir  ki,  ―yabqu‖  kimi  ―şad‖  titulu  da  antro-
ponim  yaradıcılığında  iştirak  etmişdir.  Məsələn,  Yabqu,  Şad 
(141–971). Bundan əlavə, VI – VII əsrlərdə Qərb xaqanlığında 
Tərdüş şad, Tolis şad, Buri şad adlarında hökmdarlar, sərkərdə-
lər  olmuşdur  (122–73).  ―Şad‖  titulu  Azərbaycan  onomastik 
vahidlər  sistemində  ―Elşad‖  antroponimində  mühafizə  olunur. 
Həmin  antroponimin  motivləşmə  səbəbi  yuxarıda  qeyd 
etdiyimiz  antroponimlər kimidir. T.Hacıyev ―Elşad‖ antroponi-


 
Язизхан Танрыверди 
 
 
140 
mini leksik semantikası donmuş antroponimlər sistemində izah 
etmişdir (173–279). 
c) Antroponim (əsl şəxs adı nəzərdə tutulur) yaradıcılığın-
da  iştirak  etməyən  arxaik  titullar:  bağbaşı,  bəglərbəyi,  qor-
çubaşı,  erbaşı  (sərkərdə),  miraxurbaşı  (hibrid  tituldur,  ―mir‖ 
(əmir) ərəb, ―axur‖ fars, ―baş‖ı isə türk mənşəlidir. ―Miraxurba-
şı‖  titulu  ―tövlə  başçısı‖,  ―mal-qaraya  sahibkarlıq  edən  şəxs‖ 
mənasındadır),  mollabaşı  (hibriddir,  ―molla‖  ərəb  mənşəlidir), 
onbaşı,  sübaşı  (sərkərdə),  tacirbaşı  (hibriddir,  ―tacir‖  ərəb 
sözüdür), çobanbəyi və s. 
Göründüyü  kimi,  qeyd  olunan  titulların  əksəriyyəti 
(sübaşı, erbaşı, bəglərbəyi istisna olmaqla) bəy, xan, tegin və s. 
titullar kimi yüksək şöhrətlilik funksiyasına malik deyildir. Elə 
ona görə də onlar əsl şəxs adı  yaradıcılığında iştirak etməmiş-
dir.  Onu  da  əlavə  edək  ki,  qeyd  olunan  titullardan  ―tacirbaşı‖, 
―miraxurbaşı‖  və  ―mollabaşı‖  ləqəb  funksiyasında  iştirak  et-
mişdir. Təbii ki, qeyd etdiyimiz titullar da ləqəb funksiyasında 
iştirak edə bilərdi.  
Təqdim  etdiyimiz  vahidlər  II  növ  təyini  söz  birləşmə-
lərinin inkişafı nəticəsində bir leksik vahidə çevrilən mürəkkəb 
quruluşlu titullardır. Həmin titullar müasir ədəbi dilimizdə titul 
kimi arxaikləşsə də, əksəriyyətinin apelyativi müasir ədəbi dili-
mizdə  həm  apelyativ,  həm  də  antroponimik  vahid  kimi  işlən-
məkdədir.  Göstərilən  titulları  aşağıdakı  kimi  qruplaşdırmaq 
olar: 
        1.  Apelyativi  eynilə  müasir  ədəbi  dilimizdə  işlənən 
titullar:  bağbaşı  –  bağ,  baş;  mollabaşı  –  molla,  baş;  onbaşı  – 
on, baş; ordubaşı – ordu, baş; sübaşı – sü (arxaikləşib), baş; ta-
cirbaşı –tacir, baş, çobanbəyi – çoban, bəy və s. 
2.  Apelyativlərindən  biri  əsl  şəxs  adlarının  yaranma-
sında  iştirak  edən  titullar:  bağbaşı  –  Bağdagül,  Bağça  və  s., 
bəglərbəyi  –  Bəylər  və  ―bəy‖  titulu  ilə  yaranan  digər  antropo-
nimlər, erbaşı (er//ər qədim türk dilində igid, kişi anlamlı olub, 


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə