Əzizxan Tanrıverdi



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə41/64
tarix26.09.2018
ölçüsü1,6 Mb.
#70551
1   ...   37   38   39   40   41   42   43   44   ...   64

 
Язизхан Танрыверди 
 
 
128 
yaranmasında  iştirak  etmişdir.  Məsələn,  Anaqız,  Bikəxanım, 
Qızana, Qızbacı, Qızxanım, Xanımqız, Nənəqız, Xanbikə və s. 
Titullar  gözəllik  çalarlı  ərəb-fars  mənşəli  apelyativlərlə 
birlikdə  bir  sıra  hibrid  antroponimlərin  yaranmasında  iştirak 
etmişdir.  Məsələn:  Zərxanım,  Gülxanım,  Narxanım,  Nurtəkin, 
Nurxanım,  Xanımzər,  Xangül  və  s.  Deməli,  alınma  apelyativ-
lərdəki  gözəllik  çaları  və  titullardakı  hörmət  mənası  onların 
qadın  adı kimi işlənməsinə səbəb olmuşdur. 
3) Toponimik vahidlər əsasında düzələnlər: Bağdad, Kür-
naz, Kürüz, Təbriz, Türkan, Türkanə, Türkam, Turanə, Şamaxı 
və s. Təbii ki, bu cür antroponimlərin motivləşməsində torpağa, 
vətənə məhəbbət hissi əsas olmuşdur. 
4)  İstək,  arzu,  hiss  və  həyəcanla  bağlı  olan  qadın  adları
Qızgəl,  Dursun,  Elbəzər,  Eltac  (hibriddir,  ―tac‖  fars  sözüdür), 
Gülüş,  Gülər,  Gülsolmaz  (hibriddir),  Sevdim,  Sevil,  Sevimli, 
Sevər, Sevinc və s. 
Bu  sistemdəki  qadın  adlarının  apelyativləri  digər  qrup-
larda  verdiyimiz  vahidlər  kimi  gözəllik  çalarlıdır.  ―Dursun‖ 
antroponimi  isə  əski  inamla  bağlı  olaraq  qadınlara  və  kişilərə 
verilən  müştərək  addır.  Antroponimikamızda  inamla  bağlı 
yaranan  yaşasın,  ölməsin  anlamlı  ―Dursun‖  antroponimi  ilə 
yanaşı,  müştərək  ―Durasan‖,  ―Dayandur‖  və  yalnız  kişi  adları 
üçün  xarakterik  olan  ―Duraxan‖,  ―Durmuşxan‖  antroponimləri 
də  müşahidə  edilir  ki,  bu  da  əski  inamın  antroponimlərdə  mü-
hafizə  olduğunu  göstərir.  A.Qurbanov  türk  etnoqrafiyası  baxı-
mından  xarakterik  olan  ―Dursun‖  antroponiminin  verilmə 
səbəbini ölən uşaqdan sonra doğulana qalmaq, durmaq anlayışlı 
ad  vermək  ənənəsi  ilə  bağlayır.  Müəllif  antroponimikamızda 
kişi  adı  kimi  az  işlənən  Dilənçi,  Yetim,  Çopur,  Qotur,  Gödək, 
Yolçu  və  s.  adların  da  həmin  ənənə  əsasında  yarandığını 
göstərir (60-206-207). 
Antroponimikamızda  əski  inamla  bağlı  olaraq  müştərək 
ad kimi işlənən ―Dursun‖ antroponimi türkmən (Tursun), özbək 


  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
129 
(Tursun), qazax (Tursın), başqırd (Torsın) və digər türk xalqları 
antroponimikasında müxtəlif fonetik variantlardadır. 
Ümumilikdə götürdükdə qız uşağının dalbadal doğulması 
ilə bağlı olaraq verilən adlar, eləcə də  xoşagəlməz adlar istisna 
edilərsə,  demək  olar  ki,  türk  mənşəli  qadın  adları  zəriflik, 
qəşənglik, müqəddəslik - bir sözlə, gözəllik motivlidir. 
5) Qız uşağının dalbadal doğulmasının arzulanmaması ilə 
əlaqədar  yaranan  qadın  adları.  Qeyd  etdiyimiz  kimi,  qadına 
incə,  zərif  və  gözəllik  çalarlı  adların  verilməsi  xalqımızın  et-
noqrafiya tarixində həmişə xarakterik olmuşdur. Lakin gözəllik 
motivli qadın adları ilə yanaşı, qız uşağının dalbadal doğulması 
ilə  bağlı  nisbətən  mənfi  emosiyalı  adların  yaranması  da 
müşahidə olunur ki, bu da əski inamla bağlıdır. Ulu babalarımız 
elə düşünüblər ki, qız uşağı dalbadal doğulan ailələrdə axırıncı 
qıza  Qızqayıt,  Yetər,  Usandıq,  Oğlangərək  və  s.  kimi  adlar 
verilərsə, həmin ailələrdə qız uşağı deyil, oğlan doğular. 
―Kitabi-Dədə  Qorqud‖  dastanında  Yetər  və  Banıçiçək 
antroponimlərinin  işlənməsi  təsdiq  edir  ki,  etnoqrafiyamızda 
qədim  dövrlərdən  başlayaraq  bu  günə  qədər  qız  uşağının 
dünyaya gəlməsi sevinclə, lakin qız uşağı arzulandığından artıq 
olanda  etirazla,  məyusluqla  qarşılanıb.  Türk  ailəsi  qızın  dün-
yaya gəlişini nə qədər məyusluqla qarşılasa da, nə qədər mənfi 
emosiyalı ad vermək istəsə də, bəzən etirazını elə adlarla ifadə 
edib  ki,  həmin adlarda  mənfi  motiv,  demək olar ki,  görünmür. 
Belə  adlarda  mənfi  emosiya  adın  –  antroponimin  özündə 
daşlaşmış olur. Məsələn, Gülbəsdi, Gülyetər və s. Bu antropo-
nimlərdəki  incəlik,  zəriflik  anlamlı  ―gül‖  sözü  cins  mənasını 
bildirən qız sözünü əvəz etmişdir. Antroponimikamızda az mü-
şahidə  olunan  ―Bəslər‖  antroponimində  də  bu  xüsusiyyət  var-
dır.  Həmin  antroponimik  vahidin  mənası  üç  istiqamətdə  izah 
oluna bilər: bəs+lər = Bəslər; bəs+lə+yər = Bəslər (―ə‖ saitinin 
və ―y‖  samitinin düşməsi mümkündür); bəs-elə-y(ər) = Bəslər 
(burada da səsdüşümü mümkündür). Təbii ki, ikinci nümunədə 


 
Язизхан Танрыверди 
 
 
130 
verdiyimiz  yedirtmək,  kökəltmək,  qulluq  etmək  və  s.  anamlı 
―bəsləmək‖ feli türk mənşəli qadın adlarının motivləşməsi baxı-
mından xarakterik deyildir. Qız uşağının dalbadal doğulması ilə 
bağlı verilən türk mənşəli qadın adlarının yaranmasında iştirak 
edən fellərin (predikatın, ona görə ki, həmin tipli  antroponimik 
vahidlər  cümlənin  daşlaşması  nəticəsində  əmələ  gəlmişdir)  bir 
qisminin  müzarenin  təsdiqi  və  inkarında  olduğunu  (Qızyetər, 
Yetər, Gülyetər; İstəməz, Gərəkməz və s.), həm də ―Bəs eləyər‖ 
cümləsinin  semantik  tutumunun  qız  uşağının  dalbadal 
doğulması ilə bağlı verilən antroponimlərin semantik tutumu ilə 
uyğun  gəldiyini  əsas  götürsək,  ―Bəslər‖  antroponimi  bəs+lər 
söz  şəkilçi  modeli  əsasında  deyil,  ―Bəs  eylər‖  (bəs  eləyər) 
cümlə  modeli  əsasında  formalaşmışdır  -  fikrini  söyləmək 
mümkündür.  Deməli,  ―Bəslər‖  antroponimində  mənfi  emosiya 
birbaşa qavranmır. 
Ə.Cəfərzadə  antroponimikamızdakı  Bəsti,  Qızbəs,  Qız-
qayıt, Yetər və s. kimi qadın adlarının motivləşmə səbəbini belə 
izah edir: ―Azərbaycanda islam dininin yayılmasından başlamış 
1920-ci  ildə  sovet  hakimiyyəti  qurulana  kimi,  yalnız  ictimai 
həyatda  deyil,  evdə,  ailədə  belə  qadının  rolu  adi  bir  quldan, 
kölədən artıq deyildi. Qız doğulması ailə üçün bədbəxtlik hesab 
olunurdu,  çünki  ―qız  yükü  –  duz  yükü  idi‖,  ―qız  özgə  çırağı 
yandırırdı‖,  ―un  çuvalına  tay  olub  evdə  qalırdı‖,  ―qız  qazanc 
gətirmir, qazanc itirirdi‖, ―saçı uzun, ağlı gödək idi‖. Buna görə 
də Qızbəs, Bəsti, Qızyetər, Qıztamam, Qızqayıt, Yetər, Tamam, 
Osandıq,  Oğlangərək  kimi  adlar  qoymaq,  çox  qız  doğan 
ailələrdə adət olmuşdur‖ (12–14). Bu hadisəyə  görkəmli qazax 
dilçisi T.Canuzakov da münasibət bildirmişdir. Müəllif yazır ki, 
ailədə  oğlan  uşağı  yoxdursa  və  dalbadal  qız  uşağı  doğulursa, 
onda  axırıncı  qıza  ―Kıztumas‖  adını  verirlər  ki,  bir  daha  qız 
uşağı doğulmasın (90–101). 
Bayatılarımızda da qız uşağının dalbadal doğulması arzu-
lanmayıb: 


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə