Əzizxan Tanrıverdi



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə45/64
tarix26.09.2018
ölçüsü1,6 Mb.
#70551
1   ...   41   42   43   44   45   46   47   48   ...   64

  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
141 
müasir ədəbi dilimizdə yalnız qadının həyat yoldaşı mənasında 
işlənir, yəni semantik baxımdan mənası daralan sözlərdəndir) – 
Ərol, Ərtoğrul və s. mollabaşı – Molla, Mollayeva, Mollazadə 
və s., ordubaşı – Orxan, Orduxan və s., çobanbəyi – çoban və s. 
 
2. Qadınlara hörmət əlaməti olaraq verilən titullar: 
Bikə.  B.Əhmədov  ―bikə//pikə‖  fonetik  variantlı  ―bikə‖ 
titulunun  cığatayca  ―ərsiz  qadın‖,  tatarca  ―bikəç‖  nişanlı  qız, 
gəlin, noqay, kumık dillərində ―biyke‖, ―xanım, ev qadını‖  an-
lamlı olduğunu göstərməklə bərabər, həmin titulun apelyativini 
müəyyənləşdirir  və  belə  hesab  edir  ki,  ―bikə‖  iki  sözün 
qovuşması nəticəsində əmələ gələn sadə leksik vahidlərdəndir: 
beq+aka  =  bikə  (86–29).  L.Quliyeva  titullar  əsasında  motivlə-
şən qadın adlarından bəhs edərkən ―bikə‖ titullu qadın adlarını 
Bibixanım,  Bəyimxanım  və  s.  antroponimlərin  nisbi  sinonimi 
hesab edir (52–17). 
Göründüyü  kimi,  hər  iki  araşdırmada  ―bikə‖  titulunun 
hörmət funksiyası əsas götürülmüşdür. Elə buna görə də müasir 
antroponimikamızda ―bikə‖ titullu  qadın  adlarının olması  təsa-
düfi  deyil.  Məsələn,  Bikə,  Bikəxanım,  Bikəqız,  Qızbikə,  Xan-
bikə  və  s.  Buradan  belə  nəticə  çıxarmaq  olar  ki,  ―bikə‖  titulu 
müasir  ədəbi  dilimizdə  tam  arxaikləşsə  də,    qadın  adlarında 
mühafizə olunur. 
Bəyim.  ―Bəyim‖  hörmət  funksiyalı  titul  olmuş,  müasir 
ədəbi  dilimizdə  elə  həmin  mənada  arxaikləşmiş  və  yalnız  bir 
sıra  qadın  adlarında  mühafizə  olunur.  Məsələn,  Ağabəyim, 
Qönçəbəyim (hibriddir), Bəyim, Bəyimxanım, Bəyimbacı və s. 
Güman ki, Bəyimli (Ağsu) toponimi də ―Bəyim‖  antroponimi 
əsasında  yaranmışdır:  ―Bəyimli‖,  yəni  Bəyimə  məxsus  olan, 
yaxud Bəyimin yaşadığı ərazi. 
Xanım.  Qadınlara  hörmət  əlaməti  olaraq  verilən  titullar-
dandır.  Müasir  ədəbi  dilimizdə  işləklik  dərəcəsi,  mənası  və 


 
Язизхан Танрыверди 
 
 
142 
qadın  adlarının  yaranmasında  iştirakı  əvvəlki  səhifələrdə  izah 
edilmişdir. 
Xatın.  ―Kitabi-Dədə  Qorqud‖  dastanında  titul  kimi 
işlənmişdir.  Məsələn,  Boyu  uzun  Burla  xatun.  Qadın,  xanım, 
arvad  anlamlı  ―xatın‖  titulu  müasir  ədəbi  dilimizdə  apelyativ 
kimi  arxaikləşmişdir.  Müasir  Azərbaycan  antroponimləri  və 
toponimləri  sistemində  isə  mühafizə  olunur.  Qadın  adları 
sistemindəki  Xatın,  Xatun,  Ayşaxatun  və  s.,  toponimlər 
sistemindəki Xatıncan, Xatınlı (Tovuz), Xatınbulaq (Füzuli) və 
s.  vahidlər  dediklərimizi  təsdiqləyir.  Qeyd  olunan  oykonim  və 
hidronomlər  də  ―xatun‖  titullu  antroponim  (Xatun)  əsasında 
formalaşmışdır. 
 


  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
143 
 
TƏXƏLLÜSLƏR 
 
Təxəllüs  digər  antroponimik  vahidlərlə  müqayisədə  bəzi 
fərqli  xüsusiyyətlərə  malikdir.  Burada  başlıca  fərq  sənətkarın 
öz  estetikasına  uyğun  ikinci  bir  ad  –  təxəllüs  götürməsidir. 
Təxəllüslər  sənətkarın  xarakteri,  xarici  görünüşü,  sənətkarlıq 
qabiliyyəti,  istək  və  arzusu,  vətəni,  peşəsi  və  s.  ilə  əlaqədar 
olur. Elə buna görə də onlar köməkçi adlar içərisində öz məna 
rəngarəngliyinə görə də fərqlənirlər (10 – 43). 
Azərbaycan antroponimləri sistemində təxəllüslər zəngin-
liyi,  dil  müxtəlifliyi,  məna  və  funksiyalarına  görə  köməkçi  ad 
kateqoriyaları sistemində xüsusi yer tutur. Azərbaycan təxəllüs-
ləri  sistemində  ərəb  və  fars  mənşəli  apelyativlər  əsasında 
formalaşan  təxəllüslər  də  mövcuddur.  Lakin  burada  türk  mən-
şəli apelyativ və onomastik vahidlər əsasında formalaşan təxəl-
lüslərdən bəhs edəcəyik. Yeri gəlmişkən, tədqiqata cəlb etdiyi-
miz  türk  mənşəli  təxəllüsləri  M.Çobanovun  ―Familiya,  Tə-
xəllüs‖  kitabındakı  ―Təxəllüs  lüğəti‖ndən  (181–67-91),  bədii 
ədəbiyyat  nümunələrindən  və  müxtəlif  monoqrafiyalardan 
götürmüşük. 
Azərbaycan  antroponimikasında  təxəllüslərin  leksik-se-
mantik xüsusiyyətləri  ilə bağlı müəyyənləşdirilmiş məna qrup-
larına  əsaslanaraq  türk  mənşəli,  həmçinin  hibrid  təxəllüsləri 
aşağıdakı kimi qruplaşdırmaq olar: 
a)  Titullar  əsasında  düzələn  təxəllüslər:  Divanbəyoğlu 
(yazıçı Abdulla bəy Vəli oğlu Sübhanverdixanov Divanbəyoğlu 
–  XIX-XX  əsr),  Xaqani  (Əfzələddin  Xaqani,  XI  əsr)  və  s. 
Buradakı  ―divanbəyi‖  titulu  hibrid,  ―xaqan‖  titulunun  sonuna 
qoşularaq  təxəllüs  yaratmaqda  iştirak  edən  ―-i‖  şəkilçisi  isə 
ərəb-fars  mənşəli,  aidlik,  mənsubluq  funksiyalı  şəkilçidir,  XX 
əsrə  qədərki  şairlərimizin  təxəllüslərində  müşahidə  olunur 
(Xaqani, Nizami, Füzuli və s.). 


 
Язизхан Танрыверди 
 
 
144 
b)  Toponimlər  əsasında  düzələn  təxəllüslər:  Beyləqani 
(şair  Mücirəddin  Beyləqani  –  XII  əsr),  Bakuvi  (rəssam  Əb-
dülbaqi Bakuvi – XV əsr), Dirili Qurban (daha çox Qurbani adı 
ilə şöhrət qazanıb, XVI əsr), Tufarqanlı (Aşıq Abbas Tufarqanlı 
–  XVII  əsr),  Ağdaşlı  (Ağdaşlı  Zari  -    XVII  əsr),  Qarabaği 
(Mirzə Adıgözəl bəy Qarabaği – XIX əsr), Qaradaği (Həsənəli 
xan Qaradaği – XIX əsr), Göyçəli (Aşıq Musa Göyçəli – XIX 
əsr),  Maralyanlı  (Maralyanlı  Pəri  –  XIX  əsr),  Şişqayalı  (Aşıq 
Aydın  Şişqayalı  –  XIX  əsr),  Şəkili  (Hatəm  Şəkili  –  XIX  əsr), 
Bakılı  (Axundov  Məmmədsadıq),  Qafqazlı  (Qara  Qafqazlı  – 
XX  əsr), Borçalı (Eyvaz Məhəmməd oğlu  –  XX  əsr), Qaraçöp 
(Səməd  Qaraçöp  –  XX  əsr),  Sibirel  (Eldar  Nəsibli  –  XX    əsr)  
və s. 
Azərbaycan  onomastikasında  Beyləqani,  Bakuvi,  Təbrizi 
və  s.  kimi  antroponimik  vahidlər  həm  təxəllüs  (60–251),  həm 
də  nisbə  (10–94)  (şəxsin  əsl  adından  sonra  gələn,  onu    kon-
kretləşdirən  antroponimik  vahid)  kimi  izah  edilmişdir.  Fikri-
mizcə,  sənətkar  öz  zövqünə  uyğun  olaraq  toponimik  vahiddən 
ad  kimi  istifadə  edirsə,  həmin  adlar  dar  mənada  deyil,  geniş 
mənada təxəllüs kimi götürülə bilər. 
Yuxarıda qeyd olunan təxəllüslər türk mənşəli toponimlər 
əsasında  düzələn  təxəllüslərin  çox  az  bir  hissəsidir  və  belə  tə-
xəllüslər  antroponimikamızda  üstünlük  təşkil  edir.  Bu  da,  bir 
tərəfdən, torpağa, vətənə məhəbbət hissi ilə bağlıdırsa, digər tə-
rəfdən,  Azərbaycan  toponimlərinin  əksəriyyətinin  türk  mənşəli 
olması ilə bağlıdır. 
Toponimlər  əsasında  düzələn  təxəllüslər  şair  və  yazıçı-
ların, xüsusilə XIX əsrə qədərki sənətkarlarımızın doğulduqları 
yeri təyin etməkdə  mühüm  əhəmiyyət  kəsb  edir. Bu baxımdan 
şeirlərində  Qul  Abbas,  Şikəstə  Abbas  və  daha  çox  Tufarqanlı 
təxəllüsünü  işlədən  Aşıq  Abbas  Tufarqanlının  aşağıdakı  mis-
raları maraqlıdır. 
                                     


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə