Əzizxan Tanrıverdi



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə30/64
tarix26.09.2018
ölçüsü1,6 Mb.
#70551
1   ...   26   27   28   29   30   31   32   33   ...   64

  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
91 
igid mənasını ifadə edir. Lakin ər sözü  müasir ədəbi dilimizdə 
həmin mənada deyil, qadının həyat yoldaşı mənasında işlənir. 
Qurxan. Müasir antroponimlərimiz sistemində az işlənən 
―Qurxan‖  antroponiminin  hər  iki  komponenti  arxaikləşmişdir. 
Dağ anlamlı ―qur‖ vahidi ―Qazbəy, Qazxan, Qor, Qorxan, Qır-
xan,  Qurxan  və  s.  kimi antroponimik  vahidlərimizdə  mühafizə 
olunmuşdur (184-108). ―Xan‖ sözü müasir ədəbi dilimizdə qə-
dim  türk  dilindəki  el  başçısı,  hakim,  hökmdar,  cənab,  ağa  mə-
nalarını (71-467) itirmişdir. Bu titul  türk mənşəli (Xan, Xanlar, 
Ataxan,  Ağaxan,  Qardaşxan,  Elxan  və  s.  kimi  kişi  adları;  
Xanqızı,  Xanbacı  və  s.  kimi  qadın  adları)  və  hibrid  (Əzizxan, 
Əhmədxan,  Muradxan  və  s.)  antroponimlər  tərkibində  işlən-
məkdədir. 
Domrul.  ―Kitabi-Dədə  Qorqud‖  dastanının  antroponimi-
kasına  daxil olan və antroponimikamızda 1960-cı illərdən son-
ra işlənməyə başlayan antroponimlər sırasına daxildir. Apelya-
tivi  ―həyat  verən,  həyat  başlanğıcı‖  mənasında  olub  (122-69), 
müasir ədəbi dilimizdə arxaikləşmişdir. 
Elçin. Bu antroponimin 1-ci hissəsindəki “el‖ sözü mü-
asir  ədəbi  dilimizin  lüğət  tərkibində  işlənir.  ―Çin‖  sözü  isə 
qədim türk dilində güc, qüdrət mənasında olmuş, müasir ədəbi 
dilimizdə həmin mənalarda arxaikləşmiş və yalnız“çin olmaq‖, 
―çin  çıxmaq‖  kimi  ifadələrdə  yaşamaqdadır. “ Elçin‖  igidlik 
motivi əsasında formalaşan antroponimlər sırasına daxildir. 
Eltəkin. Bu antroponimdəki ‖el‖  sözü qədim türk dilində 
tayfa  birliyi,  xalq,  dövlət  və  ölkə  anlamında  işlənmişdir  (71-
168-169). Müasir ədəbi dilimizdə ―el‖ sözü dövlət qurumu mə-
nasında  işlənmir.  ―Təkin//tegin‖  vahidi  isə  şahzadə  anlamlıdır, 
müasir ədəbi dilimizdə arxaikləşmişdir. 
Elturan.  Müasir  antroponimikamızda  az  işlənən  ―Eltu-
ran‖  antroponimindəki  ―turan‖  toponimik  vahidi ―tur‖  teonimi 
əsasında  yaranmışdır.  Müasir  ədəbi  dilimizdə  ümumi  leksik 
vahid kimi işlənmir. Qədimdə Orta Asiyada  türklərin yaşadığı 


 
Язизхан Танрыверди 
 
 
92 
yerin  adı  olub  (4-53).  Azərbaycan  onomastik  vahidlər 
sistemində  ―Turan‖  yalnız  antroponimik  vahid  kimi  işlənirsə, 
türk  xalqlarının  onomastik  vahidlər  sistemində  təkcə  antropo-
nim kimi deyil, həm də toponim kimi işlənməkdədir. Məsələn, 
Tuvada  Turan  çayı  (Uyuk-Turan)  və  Turan  şəhəri,  türklərin 
şərq  qolu  ilə  bağlı  arealda  Toran,  Toranqul,  Tura  və  s.  (187-
101). 
Eymur.  Etnonim  əsasında  yaranan  antroponimlərdəndir. 
―Eymur‖ sözü etnonim kimi F.Rəşidəddinin ―Oğuznamə‖sində 
böyük ordusu və əsgəri olan (165-40) mənada izah olunmuşdur, 
apelyativi arxaikləşmişdir. 
Ərtoğrul.  İgidlik,  güclülük  motivi  əsasında  formalaşan 
―Ərtoğrul‖  antroponiminin  hər  iki  komponenti  müasir  ədəbi 
dilimiz baxımından arxaikləşmişdir. ―Ər‖ sözünün müasir ədəbi 
dilimizdə  yalnız  qadının  həyat  yoldaşı  mənasında  işlənmə-
sindən bəhs etmişik. ―Toğrul‖ vahidi isə qədim türk dilində şa-
hin,  qartal  anlamlı  zooleksem  kimi  işlənib,  müasir  ədəbi  dili-
mizdə arxaikləşmişdir. 
Ərol.  Müasir  antroponimikamızda  az  təsadüf  olunan  an-
troponimlər  sırasına  daxildir.  Birinci  söz  igid  anlamlı  arxaik 
―ər‖, ikinci söz isə müasir ədəbi dilimizdə yarımmüstəqil fel ki-
mi işlənən ―olmaq‖ felinin kök hissəsidir, felin əmr formasında 
II  şəxsin  təkindədir.  ―Ərol‖  antroponiminin  semantikası  ―igid 
ol‖ kimi izah oluna bilər. 
Yüzbaşı.  Titul  əsasında  yaranıb,  müasir  antroponika-
mızda az müşahidə olunan (familiyalarda mühafizə edilmişdir. 
Məsələn,  Yüzbaşov)  ―Yüzbaşı‖  antroponiminin  apelyativi  titul 
kimi  arxaikləşmişdirsə  də,  həmin  titulun  komponentləri  olan 
―yüz‖ və ―baş‖ sözləri  müasir ədəbi dilimizin  lüğət  tərkibində 
işlənməkdədir. 
Yelmar.  Antroponimikamızda  az  işlənən  hibrid  antropo-
nimlərdəndir.  ―Yel‖  vahidi  türk  mənşəli  ―ilan‖  zoolekseminin 
qədim forması olan ―yılan‖ vahidinin dialektdə mühafizə olun-


  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
93 
muş  variantıdır.  ―Yelmar‖  sözü  əksər  şivələrimizdə  yel-
mar//yeremal//yelemar şəklində ―ilan‖ mənasında  işlənməkdə-
dir  (86-55).  ―Yelmar‖  antroponiminin  ikinci  hissəsi  olan  ilan 
anlamlı ―mar‖ sözü isə fars mənşəlidir, ədəbi dilimiz baxımın-
dan  arxaikləşmişdir.  Deməli,  ―Yelmar‖  antroponiminin  forma-
laşmasında  ilan  anlamlı  iki  zooleksem  iştirak  etmişdir.  Əlavə 
edək  ki,  eyni  mənanı  bildirən  iki  leksik  vahidin  bir  məfhum 
ifadə  etməsi  dilimizin  həm  apelyativ,  həm  də  onomastik, 
konkret desək, antroponimik leksikasında (əsasən, hibrid antro-
ponimlərdə) müşahidə olunur. Məsələn, Azərbaycan antroponi-
mik  vahidlər  sistemindəki  Yazbahar  (―yaz‖  türk  mənşəli, 
―bahar‖  fars  mənşəli),  Gülçiçək  (―gül‖  fars  mənşəli,  ―çiçək‖ 
türk mənşəli), Şiraslan (―şir‖ fars mənşəli, ―aslan‖ türk mənşəli) 
və  s.  kimi  əsl  şəxs  adları,  Uzundraz  Məhəmməd  (―uzun‖  türk 
mənşəli,  ―draz-deraz‖  fars  mənşəli)  kimi  ləqəblər  bu  qə-
bildəndir. 
Gəray.  Müasir  antroponimikamızda  işlək  adlar  cərgəsin-
də  olan  ―Gəray‖  adının  etimologiyası  barədə  müxtəlif  fikirlər 
vardır.  H.Əliyev  yazır:  ―Gəray‖  mənşəcə  monqol  sözü  olub, 
―əməkdar‖, ―ləyaqətli‖ deməkdir. Lakin monqollarda bu sözün 
işlədilməsi  faktlarına  çətin  təsadüf  edilir.  Ehtimal  ki,  ―gəray‖ 
yunan  dilindən  alınmış  ―qerayos‖  sözündən  olmuş,  bu  da 
―şərəfli‖, ―qocaman‖ deməkdir (76-74). B.Abdullayevin fikrin-
cə, ―gəray‖ sözü bəzi türk dillərində ―şumlanmış yer, sürülmüş 
sahə‖  və  kotan  mənasında  işlədilən  ―gər‖  sözündən  və  -ay 
şəkilçisindən düzəlib, ―yer sürən, kotançı‖ mənasındadır (4-33). 
O.Mirzəyev  ―Gəray‖  antroponiminin  izahında  leksik-semantik 
xüsusiyyəti  əsas  götürməyərək  yazır:  ―Gəray  adının  hərfi 
mənası  məlum  deyil.  Lakin  tayfa  adının  şəxs  adına  çevrilməsi 
üçün bunun bir o qədər də əhəmiyəti yoxdur. Burada əsas amil 
Gəray adında  hökmdar və sərkərdələrin şöhrətidir‖ (122-123). 
M.Adilov ―Gəray‖ antroponimindəki ―gər‖ hissəsi ilə ―Koroğ-
lu‖ antroponimindəki ―kor‖ hissəsini qədim türk dilində qeyri-


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə