ҺӘЗРӘти рүГӘЈЈӘ


Qəlbində yarə öldü Rüqəyyəm



Yüklə 1,95 Mb.
səhifə22/25
tarix14.04.2018
ölçüsü1,95 Mb.
#38301
1   ...   17   18   19   20   21   22   23   24   25

Qəlbində yarə öldü Rüqəyyəm


Gözlərin yumdu dincəldi ğəmdən

Qəlbində yarə öldü Rüqəyyəm

Əkbər öləndən bağlardı qarə

Əynində qarə öldü Rüqəyyəm

Viransəralərdə can verdi həsrət

Getdi məzarə öldü Rüqəyyə

***

Arami canim, lay-lay Rüqəyyə



Şirin zəbanim lay-lay Rüqəyyə

***


Viransəranın söndü çırağı

Gəl ay Əbəlfəz matəmsərayə

Qardaşım kimi kəfənsiz öldü

Yaralı cismin bükdüm qaraya

Xəbərdar eylə məzlum atasın

Başında qarə gəlsin əzayə

***

Arami canim, lay-lay Rüqəyyə



Şirin zəbanim lay-lay Rüqəyyə

***


Həsrət baxanda canım alardı

Müjqanı1 hər dəm qalxıb enəndə

Bir gün maralım bir söz danışdı

Qəlbim alışdı yandım mühəndə2

Səsləndi əmmə, guşvarəm yoxdu

Şərməndə ollam Əkbər gələndə

***

Arami canim lay-lay Rüqəyyə



Şirin zəbanim lay-lay Rüqəyyə

***


Hər gün yatanda viransəradə

Gözdən tökərdi rüxsarə qan yaş

Səslərdi tez gəl bimarın öldü

Harda qalıbsan vəfalı qardaş

Qəlbim sınıbdı tez gəl səfərdən

Salmaz nəzərdən yoldaşı yoldaş

***

Arami canim lay-lay Rüqəyyə



Şirin zəbanim lay-lay Rüqəyyə

***


Darul əzayə1 gəldi Hüseynin

Yaralı başı, teşti təladə

Bikəs Rüqəyyəm pərvanə misli

Pərvazə gəldi viransəradə

Gül ləblərindən öpdü doyunca

Verdi o başı, Zeynul İbadə

***

Arami canim lay-lay Rüqəyyə



Şirin zəbanim lay-lay Rüqəyyə2

HƏZRƏT ZEYNƏBİN (Ə) YEZİDİN MƏCLİSİNDƏKİ XÜTBƏSİ


Əhli-beyt (ə) əsirlərini, Yezidin məclisinə gətirdilər... Yezid əlindəki çubuqla imam Hüseynin (ə) dodaqlarına və dişlərinə vururdu. Bu vaxt Peyğəmbərin (s) səhabələrindən orada olan birisi qalxıb, onun bu işinə etiraz etdi. Yezid əsəbləşərək o kişinin məclisdən çıxarılmasını əmr etdi. Sonra Yezid, Qüreyş kafirlərindən olan ibn Zəvəbinin Ühüd döyüşündə oxuduğu şerlərindən iki beyt oxudu və üç beyt də özündən artırdı: "Ey kaş Bədr döyüşündə öldürülən tayfa başçılarım indi burada olub, görəydilər ki, Xəzrəc tayfası bizim qılınc zərbələrimizdən necə fəğanə gəlmişlər. Yəqin ki, bu mənzərəni görəndə sevinclə qışqırıb, deyərdilər: Sağ ol, ey Yezid! Biz Bəni Haşim böyüklərini öldürdük və onları Bədr döyüşünün hesabına yazdıq. Bu günkü gün, elə o günün əvəzidir. Mən, Əhməd övladlarından onun işlərinin əvəzini çıxmasam, Xəndəf övladlarından olmaram."!

Bu vaxt Həzrət Zeynəb (ə) qəzəblənib yerindən qalxdı və atası Əli (ə) kimi sözə başladı:

Həmd olsun aləmlərin Rəbbi olan Allaha və salam olsun Onun Peyğəmbəri və övladlarına. Allah necə də doğru buyumuşdur: "Pis iş görüb, cinayətə mürtəkib olanların işlərinin aqibəti o yerə çatdı ki, Allahın ayələrini təkzib edərək, məsxərəyə qoydular".1 Ey Yezid, elə güman edirsən ki, yeri-göyü bizə darısqal edərək, çarə yollarını bizim üzümüzə bağlamısan və bizi əsirlər kimi gətirmisən, biz Allahın yanında xar, sən isə əzizsən? Elə güman edirsən ki, bu qələbə sənin uca məqamının bəhrəsidir? Buna görə də təkkəbbürlə öyünürsən və sevinirsən ki, dünya sənə üz gətirib, sənin işlərini düzəldib, sənə sültanlıq və şahlıq verib?

Bir az yavaş! Allahın buyurduğunu yaddan çıxarmısan ki, buyurur: "Küfr yoluna gedənlər güman etməsinlər ki, onlara verdiyimiz bir neçə günlük möhlət, onların xeyrinədir! Yox, verilən bu fürsətlər onların günahlarının çoxalması üçündür və onlar üçün xaredici əzablar vardır".2

Ey azad olunmuşların oğlu! Bu ədalətdəndir ki, öz arvadlarını və kənizlərini pərdə arxasında oturdasan, Peyğəmbərin (s) qızlarını isə əsir edib, açıq üzlə, hicabsız şəhərbəşəhər gəzdirirsən ki, hamı onları görsün və eləcə də alçaq və şərafətli adamlar onlara baxsın? Bir halda ki, onları himayət edən kişilərdən heç biri sağ qalmayıb.

Anası, pak insanların ciyərini çeynəyən, əti, qanı şəhidlərin qanından əmələ gələn adamların rəhminə necə ümid bəsləmək olar? Bu rəftar, həmişə bizə düşmən gözü ilə baxan bir şəxsdən uzaq deyil. Bu böyük günahda özünü günahkar saymırsan və bu yaramaz əməlindən utanmırsan, öz kafir babalarını çağırırsan ki, gəlib, sənin rəhm etmədən öldürdüklərini görüb sevinələr və sənə təşəkkür edib deyələr ki, sağ ol ey Yezid!

Çubuqla, behişt cavanlarının ağası, Əba Əbdillahın (ə) dodaqlarına və dişlərinə vurursan! Niyə də belə etməyəsən və deməyəsən. Çünki, yaraları qopartdın və kökünü qazdın, Peyğəmbərin (s) övladlarını qanını tökdün, bir halda ki, onlar Əbdül-Mütəllib nəslindən və yer üzünün ulduzları idilər. İndi də öz ölənlərini çağırırsan.

Səbr etmək lazımdır, çünki çox çəkməz ki, sən də öz ölülərinə qoşularsan, arzu edərsən ki, ey kaş əllərin quruyaydı və dilin lal olaydı, o sözü dilinə gətirməyəydin, o yaramaz işi etməyəydin!

İlahi! Bizim haqqımızı və intiqamımızı bunlardan al, bizim qanımızı tökən bu zalımlara öz qəzəb və əzabını göndər!

And olsun Allaha, ey Yezid! Öz dərini yırtdın və bədəninin ətini para-para etdin. Çiynindəki bu ağır yükünlə, Allah Peyğəmbəri (s) ilə görüşəcəksən. O həzrətn övladlarının qanını tökdün və onların hörmətini saxlamadın, onun övladlarını əsir etdin. Bir halda ki, Allah onların haqqında buyurur: "Elə güman etmə ki, Allah yolunda öldürülənlər, ölüdürlər. Yox, onlar diridirlər və Allahın yanında Onun ruzilərindən bəhrələnirlər"1 Bu bəsdir ki, Allah hakim və Məhəmməd (s) əhli-beytin düşmənləri ilə düşmən və Cəbrail (ə) Peyğəmbərin (s) köməkçisidir. Yolu sənin üçün hamar edib, açan və səni müsəlmanlara müsəllət edən şəxs, tezliklə zülmkarların cəzasının necə ağır bir cəza oduğunu biləcək. Biləcək ki, sizin hansınız daha pis və daha zəifsiniz.

Dövranın müsibətləri məni səninlə danışmağa məcbur etdi. Amma mən səni dəyərsiz, səni danlamağı isə çox böyük bilirəm və səni çoxlu danlayıram. Nə edim?! Gözlər ağlar, ürəklər isə yanıqlıdır. Olduqca təəccüblüdür ki, Allah qoşunu, şeytan qoşununun əli ilə öldürülə və bizim qanımız sizin pəncələrinizdən tökülə, və bədənimizin ətinin tikələri sizin ağzınızdan çölə düşə və o pak və mütəhhər bədənləri biyabanın vəhşi canavarları tapalar və yırtıcı heyvanların yolu oradan düşə.

Bu gün qənimət bildiyin, sabah sənin üçün ziyan və zərərdir. Özündən qabaq göndərdiyin şeyi orada tapacaqsan. "Allah bəndələrə zülm etməz."2 Allahı əzəmətli bilir və ona etimad edirik. Bəs (ey Yezid), bütün hiylə və məkrlərini işə sal, bacardığını et, bütün səyini göstər. And olsun Allaha, heç vaxt bizi insanlara unutdura və onların ürəyindən çıxara bilməyəcək və bizim vəhy nurumuzu söndürə bilməyəcəksən. Bizim izzətimizi dərk edə bilməyəcəksən, bizə etdiyin zülmün rüsvaylıq ləkəsini, öz ətəyindən yuya bilməyəcəksən. Sənin rəy və fikrin etibarsız, hökumətinin ömrü az, cəmiyyətin isə pərişan olacaqdır. Bir gün gələcək ki, nida edən səsləyib deyəcək: الا لعنة الله عل القوم الظلمين

"Allah zülmkarlara lənət etsin"

Həmd olsun aləmlərin Rəbbi olan Allaha ki, bizim əvvəlimizi səadət və məğfirət, axırımızı isə şəhadət və rəhmət qərar verdi. Allahdan istəyirik ki, onların savabını kamil etsin və əcrlərini artırsın. Allahın özü bizim üçün ən gözəl xəlifədir və O Mehribanların Mehribanıdır və yalnız Ona təvəkkül edirik.1



Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə