«f a t I h ə» s u r ə s I (1)


«Yusif» surəsi (12) 31 -37 -ci ayətlər



Yüklə 2,11 Mb.
səhifə26/78
tarix11.04.2018
ölçüsü2,11 Mb.
#37422
1   ...   22   23   24   25   26   27   28   29   ...   78

«Yusif» surəsi (12) 31 -37 -ci ayətlər

(31).Və amma ki, eşitdi məkrləri ilə onların, göndərdi tərəfinə onların və hazırladı onlar üçün mütəkkə və əta etdi külli vahidinə onlardan bıçaq və dedi: «Xaric ol onlara tərəf!» Amma elə ki, onu gördülər, onu böyük sayıb və əllərini kəsdilər və dedilər: «Həşə lilləh! Bəşər deyil bu, ancaq kəramətli mələkdir». (32).Dedi: «Bu, odur ki, siz məni ona xatir danlayırdınız». Bəli, mənim ona meylim var idi, ancaq o, nəfsini saxladı. Əgər mənim əmrimə əməl etməsə, zindana gedəcək və alçalmışlardan olacaq. (33).Dedi: «Rəbbim! Zindan mənə onların istəklərindən yaxşıdır. Əgər Sən onların fəndlərini məndən uzaq etməsən, onlara meyl edib və cahillərdən olaram». (34).Rəbbi onun istəyini yerinə yetirdi və onların fəndlərini ondan uzaqlaşdırdı. Həqiqətən, O Səmidir, Alimdir! (35).Bundan sonra onlar onun bu düzlük nişanını gördülər və bir neçə müddət onu dustaq etmək qərarına gəldilər. (36).Iki gənc oğlan da onunla zindana daxil oldu. Onlardan biri dedi: «Mən gördüm ki, şərab sıxıram». Və o birisi dedi: «Mən gördüm ki, başım üstə çörək aparıram və quşlar da ondan yeyirlər. Xəbər ver bizə onların təvilindən. Həqiqətən, səni yaxşılardan görürük». (37).Dedi: «Sizə ruzi olaraq verilən təamlarınız gəlməmişdən qabaq, onların təvilindən xəbər verərəm. Bunlar Rəbbimin mənə öyrətdikləridir. Həqiqətən, mən tərk etmişəm o qoumun millətini ki, Allah ilə inanmırlar və onlar axirət ilə kafirdirlər».



«Yusif» surəsi (12) 38 -43 -cü ayətlər

(38).Mən tabe oluram atalarım Ibrahim və Ishaq və Yəqubun millətinə. Bizə yaraşmaz ki, bir şeyi Allah ilə şərik qoşaq. Bu, Allahın bizə və insanlara bağışladığı fəzlidir və lakin insanların əksəriyyəti şükr etməz! (39).Ay zindan yoldaşlarım! Bir-birindən fərqli rəblər xeyirlidir, yoxsa Vahid, Qahir olan Allah? (40).Ondan başqa ibadət etdikləriniz ancaq sizin və atalarınızın adlandırdıqlarıdır və Allah nazil etməyib onunla sultanlıqdan. Hökm ancaq Allaha məxsusdur. O əmr edib ki, ancaq Ona ibadət edəsiniz. Budur qiymətli din və lakin insanların əksəriyyəti bilmir! (41).Ay zindan yoldaşlarım! Sizdən biriniz rəbbinə şərab süzəcək və amma o birini səlibə çəkəcəklər və quşlar onun başından yeyəcəklər. O əmri ki, siz fitvasını istəyirdiniz, belə həll oldu! (42).Dedi o kəsə ki, onun nicatını zənn edirdi: «Məni rəbbinin yanında zikr et!» Şeytan ona unutdurdu ki, rəbbinin yanında onu zikr etsin və neçə il zindanda qaldı. (43).Məlik dedi: «Gördüm ki, yeddi arıq inək yeddi kök inəyi yeyir və yeddi yaşıl sünbülü yeddi qurumuş sünbül əhatə edib. Ay böyüklər! Gördüyüm röyanın həllini mənə verin, əgər röyanın təbirini bilənlərsiniz!»


«Yusif» surəsi (12) 44 -52 -ci ayətlər

(44).Dedilər: «Qarışıq yuxulardır və biz yuxu təvilini bilmirik!» (45).Nicat tapmış və bir müddətdən sonra yadına düşmüş o iki nəfərdən biri dedi: «Mən sizi bunların həllindən xəbərdar edərəm. Məni onun yanına göndərin!» (46).«Yusif! Ay siddiq! Yeddi arıq inəyin yeddi kök inəyi yeməsi və yeddi yaşıl sünbülü yeddi quru sünbülün əhatə etməsinin həlli nədir? Ola ki, insanların yanına qayıdım. Ola ki, onlar bilsinlər!» (47).Dedi: «Yeddi il adətə görə əkin. Hər nə biçirsiniz bir azını yeyib, qalanını sünbüllərlə anbara yığın. (48).Bundan sonra gələcək yeddi çətin il ki, onda anbarda olanları yeyib və bir azını saxlayın. (49).Bundan sonra gələcək bir il ki, insanlar üçün bol yağış olacaq və onda onlar sıxarlar». (50).Məlik dedi: «Onu mənim yanıma gətirin!» Amma onda ki, rəsul onun yanına gəldi, dedi: «Qayıt rəbbinin yanına və əllərini kəsən qadınların əhvalatından sual et. Həqiqətən, Rəbbim onların fəndinə Alimdir!» (51).Dedi: «Onda ki, siz Yusifi öz tərəfinizə dəvət etdiniz, Yusif sizə nə dedi?» Dedilər: «Həşə lilləh! Biz ondan pislik bilmirik!» Əzizin arvadı dedi: «Indi haqq aşkar oldu. Mən onu öz tərəfimə dəvət etdim və həqiqətən, o, sadiqlərdəndir!» (52).Dedi: «Bu, ona görə idi ki, o bilsin ki, mən qeybdə ona xəyanət etməmişəm. Həqiqətən, Allah xainlərin fəndini hidayət etməz!»



«Yusif» surəsi (12) 53 -63 -cü ayətlər

13 –cü cüz

(53).Və mən özümü uzaq saymıram. Həqiqətən, nəfs pisliyi əmr edər, ancaq ki, Rəbbim rəhm etməsə. Həqiqətən, Rəbbim Ğəfurdur, Rəhimdir! (54).Və məlik dedi: «Onu mənim yanıma gətirin, xüsusi bəndələrimdən edim». Amma elə ki, onunla kəlmə kəsdi, dedi: «Həqiqətən, sən bu gün bizim yanımızda əmin məqamdasan!» (55).Dedi: «Təyin et məni ərzin xəzinələri üzərinə. Həqiqətən, mən hifz edənəm, bilənəm!» (56).Və beləliklə Yusifə ərzdə məkan verdik, harada istəyir sakin olsun. Biz kimə istəsək rəhmətimizi nəsib edərik və yaxşıların əcrini zay etmərik. (57).Və axirət mükafatı xeyirlidir o kəslər üçün ki, iman gətirib və müttəqi oldular. (58).Və gəldilər Yusifin qardaşları və onun yanına daxil oldular. O tanıdı onları və onlar isə onu tanımadılar. (59).Amma elə ki, onların yüklərini bağlatdırdı, dedi: «Gətirin mənə atanızdan olan qardaşınızı. Ə, görmürsünüzmü mən vəfalıyam ölçüyə və xeyirli mənzil verənəm? (60).Əgər onu mənə gətirməsəniz, sizin üçün mənim yanımda ölçü yoxdur və mənə yaxınlaşmayın!» (61).Dedilər: «Biz ayırarıq ondan atasını və həqiqətən, biz belə fəaliyyət edərik». (62).Və xidmətçilərinə dedi: «Onların mallarını yüklərinə qoyun. Ola ki, ailələrinin yanına qayıdarkən onu tanısınlar. Ola ki, qayıtsınlar!» (63).Amma elə ki, qayıtdılar atalarının yanına, dedilər: «Ay atamız! Ölçü bizə qadağan edildi. Göndər bizimlə qardaşımızı ki, onda biz ölçü alarıq və həqiqətən, biz onu hifz edərik!»


«Yusif» surəsi (12) 64 -69 –cu ayətlər

(64).Dedi: «Məgər sizə əmin olum onun barəsində, nə qədər bundan qabaq əmin oldum sizə onun qardaşı barəsində? Allah xeyirli hifz edəndir və O rəhm edənlərin rəhimlisidir!» (65).Amma elə ki, öz mətahlarını açdılar, gördülər ki, malları özlərinə qaytarılıb. Dedilər: «Ay atamız, daha nə istəyirik? Mallarımızı bizə qaytarmışlar. Biz öz ailəmizi təmin edib və qardaşımızı hifz edərik və bir dəvə ölçüsü də artırarıq. Bu ölçü yüngüldür». (66).Dedi: «Onu sizinlə göndərmərəm, ta onu yanıma qaytarmanız üçün Allah adına sizdən and almayınca, ancaq sizə nə isə bir hadisə üz verə». Onda ki, ona and içdilər, dedi: «Allah dediyimizə Vəkildir!» (67).Və dedi: «Ay oğlanlarım! Bir qapıdan daxil olmayın, fərqli qapılardan daxil olun. Mən sizi bir şeylə Allahdan ehtiyacsız edə bilmərəm. Hökm ancaq Allaha məxsusdur. Mən Ona təvəkkül edirəm və qoy təvəkkül edənlər Ona təvəkkül etsinlər!» (68).Amma elə ki, atalarının onlara əmr etdiyi yerdən daxil oldular, onları Allahdan bir şeylə ehtiyacsız etmədi, Ancaq o istək ki, Yəqubun nəfsində var idi, yerinə yetdi. Həqiqətən, Biz onu öyrətdiyimiz üçün elm sahibi idi o və lakin insanların əksəriyyəti bilməz! (69).Amma elə ki, daxil oldular Yusifin yanına, qardaşına öz yanında yer verdi. Dedi: «Həqiqətən, mən sənin qardaşınam və məyus olma nə ilə ki, oldular əməllilər!»



«Yusif» surəsi (12) 70 -78 –ci ayətlər

(70).Amma elə ki, onların yüklərini hazır etdi, su qabı qardaşının yükünün içinə qoyuldu. Sonra carçı car çəkdi: «Ay karvan əhli! Siz, həqiqətən, oğrusunuz!» (71).Dedilər, onda ki, onlara yaxınlaşdılar: «Nə axtarırsınız?» (72).Dedilər: «Məlikin su camını. Kim onu geri qaytarsa, ona bir dəvə yükü veriləcək. Buna mən zaminəm!» (73).Dedilər: «Allaha and içirik! Əlbəttə, siz bilirsiniz ki, biz bu ərzə fəsad üçün gəlməmişik və biz oğru deyilik!» (74).Dedilər: «Amma yalan demiş olsanız, buna görə onun cəzası nədir?» (75).Dedilər: «Cəzası odur ki, kimin yükündə o tapılarsa və o, özü cəza çəkəcəkdir. Belə cəzalandırırıq zalimləri!» (76).O qardaşının yükündən qabaq onların yükünə baxdı. Sonra qardaşının yükündən onu çıxartdı. Biz belə bir fəndi Yusifə öyrətdik. O, məlikin dininə görə qardaşını saxlaya bilməzdi, əgər Allah belə istəməsəydi. Biz istədiyimiz kəsi dərəcələrlə ucaldarıq və hər bilik sahibinin fövqündə alim var. (77).Dedilər: «Əgər oğurluq etmişsə, fəqət bundan qabaq onun qardaşı da oğurluq etmişdi». Yusif o sözü gizli saxlayıb, onlara bildirmədi. Dedi: «Siz şərli məqamdasız və Allah bilir dediklərinizi!» (78).Dedilər: «Ay Əziz! Onun böyük şeyx atası var. Onun yerinə bizlərdən birimizi götür. Biz səni yaxşılardan görürük»




«Yusif» surəsi (12) 79 -86 –cı ayətlər

(79).Dedi: «Allaha sığınıram ki, alaq o kəsdən başqasını ki, onun yanında malımızı tapmışıq! Həqiqətən, onda zalimlərdən olarıq!» (80).Amma elə ki, onlar məyus oldular ondan, xəlvət danışmaq üçün təklikdə qaldılar. Onların böyüyü dedi: «Ə, bilmirsinizmi atanız sizdən Allah qarşısında and aldı və bundan qabaq Yusifə qarşı nə törətdiniz? Mən bu ərzi tərk etmərəm, ta ki, atam mənə izn verə, ya da hökm edə Allah mənim üçün. O hakimlərin ən xeyirlisidir. (81).Qayıdın atanızın yanına və deyin: «Ay atamız! Həqiqətən, sənin oğlun oğurluq etdi. Biz şəhadət veririk, ancaq nə ilə ki, bilirik və biz qeybə mühafiz deyilik. (82).Və sual et kənddən, hansı ki, orada olduq və karvandan, hansı ki, onda gəlmişik. Həqiqətən, biz sadiqlərik!» (83).Dedi: «Bəli, nəfsiniz bu əmri sizə gözəl göstərdi və səbr etmək gözəldir. Ola bilsin ki, Allah onları mənə versin cəmiyyən. Həqiqətən, O Alimdir, Həkimdir!» (84).Və üz çevirdi onlardan və dedi: «Təəssüf edirəm Yusifə!» və gözləri hüzndən ağardı və o, matəm tutdu. (85).Dedilər: «Allaha and olsun, o yerə qədər Yusifin zikrindən əl çəkməyəcəksən ki, ta qüvvətsiz olasan və ya həlak olanlardan olasan!» (86).Dedi: «Həqiqətən, mən öz dərdimi və hüznümü Allaha şikayətlənirəm və bilirəm Allahdan nə ki, siz bilmirsiniz!



«Yusif» surəsi (12) 87 -95 -ci ayətlər

(87).Ay oğlanlarım! Gedin Yusifdən və qardaşından xəbər tutun və Allahın rəhmətindən məyus olmayın. Allahın rəhmətindən məyus olar, ancaq kafir qoum». (88).Amma elə ki, daxil oldular onun yanına, dedilər: «Ay əziz! Bizə və əhlimizə zərər toxunub və cüzi malla gəlmişik. Vəfalı ol bizim üçün ölçüyə və bizə sədəqə et. Həqiqətən, Allah sədəqə verənlərə mükafat verər!» (89).Dedi: «Məgər bilirsinizmi, nələr etdiniz Yusifə və onun qardaşına onda ki, cahil idiniz?» (90).Dedilər: «Ə, həqiqətən, sən həmin Yusifsən?» Dedi: «Mən Yusifəm və bu da mənim qardaşımdır. Əlbəttə, Allah bizim üzərimizə minnət qoydu. Həqiqətən, kim təqvalı olub və səbr edə, həqiqətən, Allah yaxşıların əcrini zay etməz!» (91).Dedilər: «Allaha and olsun! Allah səni bizdən üstün edib və biz isə xəta edənlərik!» (92).Dedi: «Bu gün sizin üçün məzəmmət yeri yoxdur. Allah sizi bağışlar və O rəhm edənlərin rəhimlisidir!» (93).Aparın mənim köynəyimi və atın onu atamın üzünə, gözləri işıqlansın və cəmi əhlinizi yanıma gətirin. (94).Amma elə ki, karvan ayrıldı, dedi onların atası: «Həqiqətən, mənə Yusifin iyi gəlir, əgər məni ağılsız saymayasız!» (95).Dedilər: «And olsun Allaha! Həqiqətən, sən qədim zəlalətindəsən!»


«Yusif» surəsi (12) 96 -103 -cü ayətlər

(96).Amma elə ki, gəldi bəşarət verən, onu atdı üzünə onun, gözləri işıqlandı. Dedi: «Ə, sizə demədimmi Allahdan bilirəm nə ki, siz bilmirsiniz?» (97).Dedilər: «Ay atamız! Bizim günahımızın bağışlanmasını istə. Həqiqətən, biz xəta edənlər olduq!» (98).Dedi: «Rəbbimdən sizin üçün bağışlanmaq istəyəcəyəm. Həqiqətən, O Ğəfurdur, Rəhimdir!» (99).Amma elə ki, onlar Yusifin yanına daxil oldular, valideynlərinə öz yanında yer verib və dedi: «Daxil olun Misirə, əgər istəsə Allah, əminliklə!» (100).Və qaldırdı valideynlərini taxt üstünə və xar oldular onun üçün səcdəynən və dedi: «Ay ata! Bu təvilidir mənim qabaqkı röyamın. Əlbəttə, Rəbbim onu haqq etdi və mənə yaxşılıq etdi, onda ki, zindandan xaric etdi və gəldi sizinlə çöldən, ondan sonra ki, şeytan mənimlə qardaşlarım arasında ayrılıq saldı. Həqiqətən, Rəbbim istədiyinə qarşı Lətifdir! Həqiqətən, O Alimdir, Həkimdir!» (101).«Rəbbim! Sən əta etdin mənə mülkündən və mənə hədis təvilini öyrətdin. Səmaları və ərzi yaradan! Sənsən dünya və axirətdə dostum. Mənə təslim olan halda vəfat bağışla və məni salehlərə qovuşdur!» (102).Bunlar qeyb xəbərləridir ki, sənə vəhy edirik. Və sən olmadın onların yanında, onda ki, öz işlərində cəm oldular və onlar məkr edirdilər. (103).Və insanların əksəriyyəti inanan deyillər, əgər sən nə qədər həris olasan!


«Yusif» surəsi (12) 104 -111 -ci ayətlər

(104).Sən onlardan ona görə əcr istəmirsən. O ancaq aləmlər üçün zikrdir. (105).Nə qədər ayətlər var səmalarda və ərzdə ki, onun yanından keçirlər və onlar ondan üz döndərirlər. (106).Onlardan əksəriyyəti inanırlar Allah ilə, ancaq şərik qoşaraq. (107).Ə, onlar əmindirlərmi Allahın bürüyən əzabının gəlməsinə, ya saatın onlara qəflətən gəlməsinə, bir halda ki, onlar şüursuzdurlar? (108).De: «Bu, mənim yolumdur! Dəvət edirəm Allaha tərəf bəsirətlə mən və mənə tabe olanlar. Sübhandır Allah və mən müşriklərdən deyiləm!» (109).Biz səndən qabaq da göndərdik kənd əhlindən, ancaq kişilər ki, onlara vəhy edirdik. Ə, məgər ərzdə seyr etmirlərmi nəzər salsınlar necə oldu onlardan qabaqkıların aqibəti? Və axirət evi xeyirlidir o kəslər üçün ki, təqvalıdırlar. Ə, məgər əql etməzsinizmi? (110).Ta onda ki, rəsullar məyus oldular və zənn etdilər ki, onları yalançı saydılar, gəldi onlara yardımımız. Kimə istəyirdik nicat verdik və rədd olmaz basqımız cərimə olunmuş qoumdan. (111).Əlbəttə, onların qissələrində ağıl sahibləri üçün ibrətlər oldu. Bunlar iftira hədislər deyil və lakin təsdiqidir ondan qabaq olanların və külli şeyin müfəssəl izahıdır və hidayət və rəhmətdir inanan qoum üçün!




Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə