«f a t I h ə» s u r ə s I (1)


«Nur» surəsi (24) 28 -31 -ci ayətlər



Yüklə 2,11 Mb.
səhifə44/78
tarix20.10.2017
ölçüsü2,11 Mb.
#5570
1   ...   40   41   42   43   44   45   46   47   ...   78

«Nur» surəsi (24) 28 -31 -ci ayətlər

(28).Əgər orada bir kəsi tapmadınız, onda ora daxil olmayın, ta sizə izn verilə. Və əgər deyilər sizə: «Qayıdın!», - onda qayıdın. Bu, sizin üçün paklıqdır və Allah Alimdir nə ilə ki, əməldəsiniz. (29).Yoxdur üzərinizdə günah ki, daxil olasız qeyri məskun evlərə, orada sizin üçün mətah var və Allah bilir nə ki, aşkar edirsiniz və nə ki, gizlədirsiniz! (30).De inanan kişilər üçün: kütləşdirsinlər bəsarətlərindən və hifz etsinlər üzvlərini. Bu, paklıqdır onlar üçün. Həqiqətən, Allah Xəbirdir nə ilə ki, edirlər! (31).Və de inanan qadınlar üçün: kütləşdirsinlər bəsarətlərindən və hifz etsinlər üzvlərini və aşkar etməsinlər zinətlərini, ancaq nə ki, zahirdir ondan və zərbələsinlər çadraları ilə üzərinə cüssələrinin və aşkar etməsinlər zinətlərini ancaq ərləri üçün, ya ataları, ya ərlərinin ataları, ya oğlanları, ya ərlərinin oğlanları, ya qardaşları, ya qardaşlarının oğlanları, ya bacılarının oğlanları, ya qadınları, ya əllərində olan cariyələri, ya rəğbətsiz kişilərdən tabeləri, ya tifillər – o kəslər ki, yoxdur zühurları qadınların övrətləri üzərinə. Və zərbələməsinlər ayaqları ilə bildirmək üçün məxfilərini zinətlərindən. Və qayıdın Allaha tərəf cəmiyyən, ay inananlar, ola ki, nicat tapasınız!



«Nur» surəsi (24) 32 -36 –cı ayətlər

(32).Və nigah edin sizdən evli olmayanları və saleh qullarınızı və cariyələrinizi. Əgər fəqir olsalar, Allah onları Öz fəzlindən ehtiyacsız edər və Allah Vəsidir, Alimdir! (33).Və gərək iffətli olsunlar o kəslər ki, nigah etməyə imkan tapmırlar, ta Allah Öz fəzlindən onları ehiyacsız edə. Və əgər sizin qulluqçularınız sizdən yazı istəsələr, əgər onlarda xeyir bilsəniz, onda o yazını onlara verin və əta edin onlara Allahın malından ki, sizə əta edib. Və məcbur etməyin cavan kənizlərinizi dünya malından ötrü əxlaqsızlığa, əgər qorunmaq istəyələr. Və kim onları məcbur edərsə, həqiqətən, Allah onların bu kərahətlərindən sonra Ğəfurdur, Rəhimdir! (34).Və əlbəttə, nazil etdik sizə aydın ayətlər və məsəlini o kəslərin ki, sizdən qabaq keçib gediblər və müttəqilər üçün moizə. (35).Allah səmaların və ərzin Nurudur. Onun Nurunun məsəli qəndil məsəli kimidir ki, onda işıqlı çıraq var. O çıraq parlaq şüşənin içində qərar tapıb və o şüşə sanki dürr saçan kəvakibdir, bərəkətli zeytun ağacından yandırılır – nə şərqidir və nə qərbi. Onun yağı hazırdır işıq saçmağa, əgər ona od toxunmasa da. Nur üzərində nurdur! Hidayət edər Allah Öz Nuru üçün kimi istəsə. Və Allah məsəl vurur insanlar üçün və Allah küllisi ilə şeyin Alimdir! (36).O evlərdədir ki, izn verib Allah ki, ucalsın və zikr edilsin orada ismi Onun – səhər və axşam Onu saya salaraq


«Nur» surəsi (24) 37 -43 -cü ayətlər

(37) kişilər, hansı ki, yayındırmaz onları ticarət və bey Allahın zikrindən və islahat üçün ayağa qalxmaqdan və paklanmaq üçün zəkat verməkdən. Xoflanarlar o gündən ki, onda qəlblər və gözlər çevrilər, (38) cəzalandırması üçün onlara Allah etdikləri əməllərin yaxşısını və artıra onlara Öz fəzlindən və Allah kimi istəsə hesabsız ruziləndirər! (39).Və o kəslər ki, kafirdirlər, əməlləri səhradakı ilğım kimidir. Susuz olan kəs onu su hesab edər. Ta onda ki, ona yetişdi, tapmaz onu bir şey və tapar Allahı yanında, hansı ki, onun hesabına yetişər. Allah sürətlidir hesaba! (40).Yaxud zülmət kimidir ki, dərin dəryalar altındadır. Örtər onu dalğa fövqündən dalğa, onun fövqündən bulud. Zülmətdir – bəzisi fövqünə bəzisinin. Onda ki, xaric edir əlini, az qalır onu görməyə. Və Allah kimə nur etməsə, onun üçün nurdan yoxdur. (41).Ə, görmürsənmi ki, Allahı - saya salır Onun üçün kim ki, səmalarda və ərzdədir və səf çəkən quşlar? Onların küllisi öz islahatını və saya salmasını bilir və Allah Alimdir nə ilə ki, fəaliyyətdədirlər! (42).Və Allah üçündür mülkü səmaların və ərzin və Allaha tərəfdir dönüş! (43).Ə, görmürsənmi ki, Allah buludları qovur, sonra onları birləşdirir, sonra edir onu yağış buludu və görürsən yağış damcıları onun arasından xaric olur. Və nazil edir səmadan dağlar ki, onda dolu var və nəsib edir onu kimə istəsə və kənar edir onu kimdən istəsə. Az qalır onun ildırımının parıltısı bəsirətləri aradan aparsın.


«Nur» surəsi (24) 44 –53 -cü ayətlər

(44).Allah çevirir gecə və gündüzü. Həqiqətən, bunda bəsirət sahibləri üçün ibrətlər var. (45).Və Allah xəlq etdi külli dəbərənləri sudan. Və onlardan var ki, bətni üzərində yeriyir və onlardan var ki, iki ayağının üzərində yeriyir və onlardan var ki, dördünün üzərində yeriyir. Xəlq edər Allah nə istəsə. Həqiqətən, Allah üzərində külli şeyin Qadirdir! (46).Əlbəttə, Biz nazil etdik aydın ayətlər və Allah hidayət edər kimi istəsə tərəfinə yolun düzünün. (47).Və deyirlər: «Biz inandıq Allah ilə və rəsul ilə və itaət etdik!» Sonra onlardan bir firqə bunun ardından üz çevirir və həmin onlar inanan deyillər. (48).Və onda ki, dəvət olunurlar tərəfinə Allahın və Onun rəsulunun, hökm etməsi üçün onların arasında, onda ki, onlardan bir firqə üz çevirir. (49).Və əgər olsaydı haqq onlar üçün, gələrdilər ona tərəf itaətlə. (50).Ə, qəlblərində mərəzmi var, yoxsa şübhə edirlər, yoxsa xoflanırlar ki, heyf ala Allah və Onun rəsulu onların üzərində? Bəli, həmin onlardır zalimlər! (51).Həqiqətən, inananların sözü onda ki, dəvət olunurlar tərəfinə Allahın və Onun rəsulunun hökm etməsi üçün onların arasında ki, deyirlər: «Eşitdik və itaət etdik!» Və həmin onlar nicat tapanlardır! (52).Və kim itaət edərsə Allaha və Onun rəsuluna və çəkinərsə Allahdan və təqvalı olarsa Ona – həmin onlardır uğur qazananlar! (53).Və and içdilər Allah ilə – özlərinin möhkəm andlarından ki, əgər sən onlara əmr edəsən, onlar xaric olarlar. De: «And içməyin! İtaətkarlıq mərifətlidir! Həqiqətən, Allah Xəbirdir nə ilə ki, əməldəsiniz!»


«Nur» surəsi (24) 54 -58 -ci ayətlər

(54).De: «İtaət edin Allaha və itaət edin rəsula! Əgər üz döndərsəniz, həqiqətən, onun üzərində olan ona yüklənəndir və sizin üzərinizdə olan sizə yüklənəndir və əgər ona itaət edərsinizsə, hidayət olunarsınız Və rəsulun üzərində ancaq aşkar təbliğdir». (55).Vəd verdi Allah sizdən o kəslərə ki, inanırlar və əməlləri islahatdır, onları ərzdə xəlifə edəcək, nə qədər, xəlifə etdi o kəsləri ki, onlardan qabaq var idilər və möhkəm edəcək onlar üçün dinlərini, odur ki, razıdır onlar üçün və dəyişdirəcək onlara xoflarının ardından əminliyi. Onlar ibadət edəcəklər Mənə şərik qoşmadan bir şeylə. Və kim bunun ardınca kafir olarsa, həmin onlar fasiqlərdir! (56).Və qalxın ayağa islahata və əta edin paklanmaq üçün zəkatı və itaət edin rəsula, ola ki, rəhm olunasız! (57).Hesab etmə o kəslər ki, kafirdirlər, ərzdə aciz edə bilərlər. Və onların sığınacağı oddur və çox pis qayıdışdır! (58).Ay o kəslər ki, inanırsınız! Gərək o kəslərə ki, əlləriniz malikdir və o kəslər ki, sizdən yetkinlik çağına çatmayıblar, sizdən üç dəfə izn istəsinlər: sübh islahatından qabaq və nə vaxt ki, günorta paltarınızı çıxardırsınız və axşam islahatının ardından - üç övrət sizin üçündür. Bunların ardından sizin üzərinizdə və onların üzərində günah yoxdur gedəsiniz sizlərdən biriniz o birilərinin yanına. Belə, bəyan edir Allah sizin üçün ayətləri və Allah Alimdir, Həkimdir!





Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə