F. Köçərli adına Respublika Uşaq Kitabxanası 1941-1945-ci IL Böyük Vətən



Yüklə 220,55 Kb.
Pdf görüntüsü
səhifə2/7
tarix15.03.2018
ölçüsü220,55 Kb.
#31489
1   2   3   4   5   6   7

əvvəl  “Mənim  mübarizəm”  adlı  kitabında  yazmışdı.: 

“Müsəlman    monqoloidlər  dağıdıcı  qüvvədir.  Buna  görə 

onlar ali irqin qulları olmalıdırlar”.   

 Qafqazın  işğalı  üçün  tərtib  edilmiş  “Edelveys” 

planının  həyata  keçirilməsi  faşistlərin  “A”  qrupu  ordusuna 

həvalə edilmişdi. Hitlerin müsəlmanlardan qorxması, Bakını 

təcili  işğal  etmək  istəyi  heç  də  təsadüfi  deyildir.  Bunu 

Böyük 


Vətən 

müharibəsinin 

gedişi  də  təsdiqlədi. 

Azərbaycan həm iqtisadi, həm də canlı qüvvə sarıdan alman 

faşistlərinə çox güclü, sarsıdıcı zərbələr vurdu.  

Hitlerin planına əsasən Qafqaz beş işğal rayonuna bölünməli 

idi  və  onlardan  biri  Azərbaycan  əlahiddə  rayon  idi.  “Ost” 

planına  görə  Bakı  1941-ci  il  sentyabrın  axırına  qədər  işğal 

olunmalı idi. Faşistlər Bakını işğal edib, onun neftini alman 

şirkətlərinin  sərəncamına  verməli  idilər.  Onlar,  hətta 

Azərbaycanın  iri  sənayə  müəssələrinə  də  rəhbərlər  təyin 

etmişdilər.  

Hitler  Sovet  İttifaqının  darmadagın  edilməsinə, 

dünya  ağalığını  ələ  keçirməkdə  çox  mühüm  bir  mərhələ 

kimi baxırdı. SSRİ əleyhinə müharibənin strateji planı olan 

“Barbarossa”  planı  Sovet  Ordusunun  ittifaqın  qərbində 

yerləşən 

əsas 


qüvvələrini 

parçalamaq, 

hissə-hissə 

mühasirəyə  alıb  məhv  etmək  məqsədi  ilə  qəflətən  bir  neçə 

güclü  zərbə  endirilməsini,  sonra  ölkənin  içərilərinə  sürətlə 

irəliləməyi  və  Arxangelsk  Həştərxan  xəttinə  çıxmağı 

nəzərdə  tuturdu.  Bu  planın  reallaşdırılması  üçün  Hitler 

komandanlığı  müttəfiqlərinin  silahlı  qüvvələri  də  daxil 

olmaqla  190  diviziya,  o  cümlədən  19  tank  və  14  motorlu 

diviziya ayırmışdı. Digər şəhərlərin də qısa müddət ərzində 

işğalı üçün böyük döyüş kontigenti ayrılmışdı.  



Müharibənin ilk günlərində Sovet hökuməti dövlətin 

bütün  ehtiyatlarının  səfərbər  olunması,  ölkə  həyatının 

müharibəyə  uyğun  tərzdə,  əsaslı  şəkildə  yenidən  qurulması 

üçün  bir  sıra  fövqəladə  tədbirlər  gördü.  1941-ci  il  iyunun 

29-da  SSRİ  Xalq  Komissarları  Sovetinin  ÜİK(b)  RMK-nın 

verdiyi  direktivdə  düşmən    hücumunun  dəf  edilməsinin 

təşkili  proqramı şərh olunmuşdu.  Alman-faşist  qoşunlarının 

əldən  salınması,  zəiflədilməsi,  və  onların  darmadağın 

edilərək  Sovet  topağından  qovulması,  həmçinin  Avropa 

xalqlarının  faşist  zülmündən  xilas  olmasına  kömək 

göstərilməsi  Sovet  Ordusu  qarşısında  bir  vəzifə  kimi 

qoyulmuşdu. 1942-ci il yanvarın 1-də 26 dövlət, o cümlədən 

SSRİ, ABŞ və Böyük Britaniya faşist blokunun darmadağın 

edilməsi  üçün  hərbi  və  iqtisadi  ehtiyatların  birləşdirilməsi 

barədə  bəyannamə  imzaladı.  Bununla  da  antihitler 

koalisiyası  yarandı.  Düşmən  isə  getdikcə,  azğınlaşır,  işğal 

etdikləri  ərazilərdə  yerli  sakinlərə  qarşı  misli  görünməmiş 

vəhşiliklər törədirdi.  

Müharibənin  birinci  dövrü  Sovet  xalqı  və  onun 

silahlı  qüvvələri  üçün  son  dərəcə  çətin  olmuşdu.  Faşist 

Almaniyasının  qoşunları  müharibədən  əvvvəl  SSRİ 

əhalisinin  təqribən  42  faizinin  yaşadığı  və  ümumi  sənaye 

məhsulunun  üçdə  bir  hissəsinin  istehsal  olunduğu  sovet 

ərazisini  zəbt  etmişdilər.  Lakin  1943-cü  ildən  başlayaraq 

Sovet  qoşunlarının  əks  hücumu  alman  faşistlərinin 

hücumunu dayandırdı. Hitler ordusunun işğal etdiyi ərazilər 

tədricən  geri  qayrtarıldı.  Bu  dövr  sovet  xalqı  və  ordusunun 

görkəmli  qələbələri  və  əlamətdar  olan  əsaslı  dönüş  dövrü 

idi.  Alman  faşistlərinin  getdikcə  ağır  məğlubiyyətə 

uğramaları  beynəlxalq  aləmdə  hərbi-siyasi  şəraiti  kəskin 




şəkildə  dəyişdirdi  və  İkinci  dünya  müharibəsinin  bütün 

gedişinə həlledici təsir göstərdi. Əsaslı dönüş ili 1943-cü il 

bütün ölkələrdə antufaşist hərəkatının daha da genişlənməsi 

ilə əlamətdardır. Sovet  Alman cəbhəsində  Hitler ordusunun 

darmadağın  edilməsi  faşist  blokunun  daxilində  böhranı 

dərinləşdirdi  və  antihitler  koalisiyasını  möhkəmləndirdi. 

1943-cü  ildə  keçirilmiş  Tehran  konfransında  Avropada 

ikinci  cəbhəni  1944-cü  ilin  mayında  açmaq  haqqında  qəti 

qərar qəbul edildi.  Bundan sonra baş verən hadisələr  Hitler 

ordusunun acınacaqlı məğlubiyyətləri ilə yadda qaldı.  

1945-ci  il  mayın  9-u  faşist  Almaniyasının,  Hitler 

hegemonluğunun sonu kimi əbədi olaraq tarixə həkk olundu. 

Bu  qələbə  ümumdünya  tarixi  əhəmiyyətə  malik  idi  və  bu 

bəşəriyyətin  müharibədən  sonrakı  inkişafına  böyük  təsir 

göstərdi.  Dünya  mədəniyyəti,  eləcə  də  bəşəriyyət  faşist 

əsarəti təhlükəsindən xilas edildi, Avropanın bir çox xalqları 

faşist  köləliyindən,  əsarətindən  azad  olundu.  Dinc  alman 

xalqı  da  faşist  zülmündən,  Hitler  diktatorluğundan  xilas 

oldu.   

Mənəvi-siyasi  birlik,  vətənpərvərlik,  çoxmillətli 

xalqların  dostluğunu  yaratdı.  Böyük  Vətən  müharibəsi 

Azərbaycan  xalqı  üçün  də  sagalmaz  yaralarla  başa  çatdı. 

Azərbaycan  xalqı  SSRİ-nin  digər  xalqları  ilə  çiyin-çiyinə 

alman-faşist  işğalçılarına  qarşı  böyük  şücaət,  mərdlik, 

qəhrəmanlıq  göstərdi.  Müharibənin  birinci  üç  günündə 

Azərbaycandan  18  minə  qədər  döyüşçü  könüllü  olaraq 

döyüş bölgələrinə yola düşdü. Qısa müddətdə 186 min 704 

nəfər  xalq  qoşunu  dəstələrinə  yazıldı.  Respublikamızın 

ərazisində  87  qırıcı  batalyon,  1124  özünümüdafiə  dəstəsi 

təşkil  edildi.  15  min  nəfərlik  hava  hücumundan  müdafiə 




Yüklə 220,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə