F. Köçərli adına Respublika Uşaq Kitabxanası 1941-1945-ci IL Böyük Vətən



Yüklə 220,55 Kb.
Pdf görüntüsü
səhifə3/7
tarix15.03.2018
ölçüsü220,55 Kb.
#31489
1   2   3   4   5   6   7

dəstələri  yaradıldı.  İlk  günlərdən  azərbaycanlı  döyüşçülər 

alman-faşist  işğalçılarına  qarşı  vuruşmalarda  böyük  şücaət 

göstərdilər.  1941-ci  il  dekabrın  11-də  azərbaycanlılar 

arasında  ilk  olaraq  İsrafil  Məmmədov  Sovet  İttifaqı 

Qəhrəmanı adı aldı. Azərbaycan xalqının fəxri olan 416, 223 

və  77-ci  atıcı  diviziyalar  döyüş  sınaqlarından  şərəflə 

çıxdılar.  Yüngül  toxuculuq  və  yeyinti  sənayesi  tamamilə 

cəbhə  üçün  məhsul  istehsalına  keçdi.  Böyük  çətinliklərə 

baxmayaraq, neftçilər fədakarlıqla çalışır, cəbhəni yanacaqla 

təmin  edirdilər.  Azərbaycan  neftçiləri  müharibə  illərində 

ölkəyə 75 milyon tona qədər neft verdilər. Dənizdə, quruda 

və  havada  düşmən  üzərində  Sovet  ordusunun  üstünlük 

qazanmasına,  sovet  zirehli  avtomobil  və  tank  qoşunlarının 

aviasiya  birləşmələrinin  uğurlu  strateji  əməliyyatlarında 

Bakı neftinin, neftçilərinin rolu hədsiz olmuşdur.  

1941-1945-ci  illərdə  respublikamızın  600  mindən 

çox  oğlan  və  qızları  cəbhəyə  getdi.  Onlardan  10  mindən 

çoxu  qadın  idi.  Cəbhəyə  gedənlərin  250  min  nəfəri  həlak 

oldu.  Çoxlu  sayda  əsgər  və  zabitlərimiz  döyüş  ordeni  və 

igidliyə görə medalı ilə təltif olunub, 14 nəfər Şöhrət ordeni 

kavaleri,  123  nəfər  Sovet  İttifaqı  Qəhrəmanı  adına  layiq 

görülüb. 

İkinci  dünya  müharibəsinin  başlanmasından  71  il 

keçsə  də  xalqımız  hələ  də  o  dəhşətli  günləri  unutmur.  O 

qanlı-qadalı  illərin  şahidi  olmuş,  cəbhələrdə  düşmənə  qarşı 

vuruşan  veteranlarımıza  bu  gün  dövlət  tərəfindən  yüksək 

diqqət və qayğı göstərilir. Vətənini, xalqını, torpağını sevən, 

bu yolda mərdliklə vuruşanlar həyat durduqca yaşayırlar. Bu 

müharibə  bir  daha  sübut  etdi  ki,  tarix  işğalçı,  separatçı  və 

militarist  siyasətləri  yaşatmır.  İstənilən  işgalçının  taleyinin 




Hitlerin  taleyi  kimi  olacağı  şəksizdir.  Biz  bu  vaxtın  şahidi 

olacağıq.  

Faşizm üzərində böyük tarixi Qələbədən 75 il keçsə 

də,  nəsillərimiz  və  tərəqqipərvər  bəşəriyyət  onu  heç  vaxt 

unutmayacaq  və  ömür  xatirələri  kimi  daim  yad  edəcək. 

Sovet  xalqı  böyük  tarixi  qələbə  qazanaraq  bəşəriyyəti 

qəhvəyi  taun  xəstəliyindən  birdəfəlik  xilas  etdi  və  Hitler 

ordularının  məğlubedilməzliyi  haqqında  geniş  yayılmış 

əfsanəni  alt-üst  etdi.  Lakin  bu  qələbə  heç  də  asan  başa 

gəlmədi,  o,  milyon-milyon  adamların  qanı  bahasina,  yüz 

minlərlə  şəhid  vermiş,  döyüşən  sovet  ordusunu  yanacaqla 

təmin etmiş  Azərbaycan  xalqının,  130 növ silah ixtira edən 

Azərbaycan  alimlərinin,  ön  və  arxa  cəbhələrdə  döyüşən  və 

çalışan igid,  qəhrəman vətən övladlarının rəşadəti və hünəri 

bahasına  qazanıldı.  Azərbaycan  xalqının  ümummilli  lideri 

Heydər Əliyevin  sözləri ilə  desək:  “...bu müharibə  bir daha 

təsdiq  etdi  ki,  Azərbaycan  xalqı  ən  ağır  sınaqlardan  üzüağ 

çıxmağa, misilsiz şücaət  və rəşadət  nümunələri göstərməyə 

qadir olan...qəhrəman xalqdır”.  

Qələbənin  75  illik  yubileyi  ilə  bağlı  bütün  dünyada, 

eləcə  də  Azərbaycanda  hər  il  olduğu  kimi  bu  il  də  dövlət 

səviyyəsində geniş tədbirlər planı hazırlanmışdır. Hər il may 

ayının  9-da  respublikamızın  bütün  kənd  və  şəhərlərində, 

mədəniyyət ocaqlarında, məktəb, muzey və gimnaziyalarda, 

teatr  ocaqlarında  eləcə  də  kitabxanalarda    müxtəlif 

tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Belə tədbirlərin 

siyahısı  genişdir.  Kitabxanalarda  keçiriləcək  tədbirlərdən 

Qələbə  iştirakçıları  ilə  görüşü,  dəyirmi  stol  ətrafında 

söhbəti, 

kitab 


müzakirəsini, 

şeir,  rəsm  və  inşa 

müsabiqələrini,  poeziya  gecəsini,  ədəbi-bədii  kompozisiya 



və  ədəbi-bədii  gecəni  və  s.  nümunələri  göstərmək  olar. 

Tədbirlər  planının  geniş  və  maraqlı  olması  üçün  ilk  əvvəl 

sərgilərin  təşkil  olunması  vacibdir.  Belə  tədbirlərin 

keçirilməsində  məqsədimiz  gənc  nəsildə  vətənpərvərlik 

ruhunu  aşılamaqdır.  Sərgilərin  əsas  mövzusu  qəhrəmanlıq 

və  vətənpərvərlik  olmalıdır.  Sərgilər  müxtəlif  cür  təşkil 

oluna  bilər.  Məsələn  kitab  sərgisi  (  kitab,  buklet,  dövrü 

mətbuatda  nəşr  olunan  qəzet  və  jurnallar),  foto  sərgi,  II 

Dünya  müharibəsi  qəhrəmanlarının  orden  və  medallarının 

sərgisi, fotoşəkilləri, rəsm əsərləri, şəxsi əşyaları və s. misal 

göstərmək  olar.  Sərgilərdə  II  Dünya  müharibəsi  illərində 

Azərbaycan  xalqının  fədakarlığını  əks  etdirən    ekspozisiya 

da olmalıdır.  

Sərgi müxtəlif başlıqlar altında keçirilə bilər. Məsələn: “Heç 

kim  unudulmayıb,  heç  nə  yaddan  çıxmayıb”,  “Bəşər 

tarixinin  ən  müdhiş  hadisəsi”,  “Tarixin  pozulmayan 

yaddaşı”,  “Faşizm  üzərində  qələbədən  71  il  keçir”,  “1941-

45 ci il .... SSRİ xalqlarının faşızmə qarşı mübarizlik yolu”, 

“Tarixin ən böyük savaşı”,  “9 May faşizm üzərində Qələbə 

günüdür” və s. “Faşizm üzərində qələbədən 71 il keçir” adlı 

sərginin nümunəsini veririk: 

Başlıq:  

1.

 

“Faşizm üzərində qələbədən 71 il keçir” 



2.

 

Kitab nümayişi. 



3.

 

Foto sərgi. 



4.

 

Görkəmli insanların müharibə haqqında söylədikləri. 



5.

 

Vətən haqqında sitatlar.  



6.

 

Dövrü 



mətbuatda 

nəşr 


olunan 

məqalələrin 

kartotekası. 

7.

 



Vətənpərvərlik mövzusunda rəsm sərgisi. 


Yüklə 220,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə