F. Köçərli adına Respublika Uşaq Kitabxanası 1941-1945-ci IL Böyük Vətən



Yüklə 220,55 Kb.
Pdf görüntüsü
səhifə1/7
tarix15.03.2018
ölçüsü220,55 Kb.
#31489
  1   2   3   4   5   6   7


 

F.Köçərli adına Respublika

Uşaq Kitabxanası

 

 

 



 

 

 

1941-1945-ci il Böyük Vətən 

Müharibəsinin ildönümü  münasibətilə 

 

“TARİXİN ƏN BÖYÜK SAVAŞI”

 

 

 

 

(metodiki vəsait) 

 

 

 

 

Bakı – 2016 

 

 

 




 

Redaktor və 

buraxılışa məsul:                    Şəhla Qəmbərova 

 

 

Tərtibçi:                                  Könül  Səmədzadə 



 

 

 

 



 

 

Tarixin ən böyük savaşı: Faşizm üzərində qazanılmış  

qələbə münasibəti ilə respublika uşaq kitabxanaları  üçün 

hazırlanmış metodiki vəsait / tərt. ed. K.Səmədzadə; red.  və  

burax. məsul Ş.Qəmbərova; F.Köçərli adına Respublika 

Uşaq Kitabxanası.- Bakı, 2016.- 46 s.

 

 



 

 

 

 

 

 

 

 

 

 

©F. Köçərli adına Respublika Uşaq Kitabxanası, 2016 

 

 

 

 


                            TƏRTİBÇİDƏN: 

 

“Azərbaycan xalqı İkinci Dünya müharibəsində həm 

döyüş  meydanlarında,  həm  də  arxa  cəbhədə  əsl  şücaət  və 

əzmkarlıq  nümunələri  göstərmişdir.  Müharibə  başlanandan 

keçən  qısa  müddət  ərzində  Azərbaycan  Respublikası 

ərazisində  87  qırıcı  batalyon,  1124  özünümüdafiə  dəstəsi 

təşkil  edilmişdir.  1941-1945-ci  illərdə  respublikanın  600 

mindən çox oğlan və qızları cəbhəyə getmişdir”. 



Heydər Əliyev 

 

 

 

 

Ümummilli lider 

9  May  tarixi  bütün  bəşəriyyət  tərəfindən  faşizm 

üzərində Qələbə Günü kimi qeyd olunur. Bəşər tarixinin ən 

qanlı  müharibəsi  olan  İkinci  Dünya  müharibəsində  50 

milyondan  çox    insan  həlak  olmuş,  milyonlarla  insan 

yaralanmış,  şikəst  olmuş,  itkin  düşmüş,  əsir  düşərgələrində 

işgəncə və zülmlərə məruz qalmışdır. Minlərlə şəhər, kənd, 

qəsəbə dağıdılmışdır.  

75  il  öncə,  iyunun  22-də  səhər  tezdən  yayılan  acı 

xəbər  hər  bir  kəsi  sarsıtdı.  Hitler  ordusu  hücum  etmək 

barəsindəki müqaviləni  xaincəsinə pozaraq, Sovet  İttifaqına  

qarşı qəfil hərbi əməliyyata başladı. Sovet İttifaqına hücum 

etməsi  ilə  İkinci  dünya  müharibəsinin  gedişində  yeni 

mərhələ başlandı.  

 Əziz  oxucularımız,  1941-1945-ci  illər  müharibəsində 

Qələbənin  71  illiyi  ilə  bağlı  hazırladığımız  bu  vəsait 

ümidvarıq ki, sizin istifadə edə biləcəyiniz vəsaitlərdən biri 

olacqdır.  Vəsaiti  hazırlamaqda  məqsədimiz  Böyük  Vətən 

müharibəsinin  tarixi  ilə  tanış  olmaq  və  bu  müharibədə  oz 

qeyrəti  və  namusu  ilə  hamıya  nümunə  olacaq  igid 




sərkərdələrimiz  haqqında  sizlərə  məlumat  verməkdir. 

Məqsədimiz  xalqımızın  igid  oğullarının  döyüş  və  ömür 

yolu, onların müharibədə göstərdikləri şücaətləri,  gənc ikən 

həlak  olmuş  igidlərin  acı  taleyi  ilə  sizləri  yaxından  tanış 

etməkdir.  

 

 

 

 

 

 

 

  

                               BÖLMƏ I: 

Qələbənin 71 illiyi və tarixi yaddaş.  

Faşizm üzərində qazanılmış qələbədə Azərbaycan 

xalqının,  Bakı  neftinin,  igid  həmvətənlərimizin  böyük 

xidmətləri olmuşdur.  

 

 

 

 

Heydər Əliyev 

 

 

 

 

Ümummilli lider 

1939-cu  il  sentyabrın  1-də  başlanan  İkinci  dünya 

müharibəsi  iki  imperialist  ittifaq  arasında  aparılsa  da,  sovet 

İttifaqına  da  ciddi  təhlükə  yarandı.  İlk  gündən  Hitler 

ordusunun  SSRİ  sərhədlərinə  yaxınlaşması  ölkənin  qərb 

istiqamətində  mövqeyini  möhkəmlətməyi  tələb  etdi. 

Müharibənin  SSRİ-yə  qarşı  qaçılmaz  olduğu  barədə  fikrini 



Hitler  hələ  1940-cı  ilin  iyulunda  bildirmişdi.  O  demişdir: 

“Rusiya  gərək  məhv  edilsin.  Müddəti-1941-ci  ilin  yazı”. 

Bundan  sonra  “Barbarossa”  adlanan  yeni  planda  müəyyən 

düzəlişlər aparıldı. Hitler 17 iyun 1941-ci ildə SSRİ-yə qarşı 

müharibənin iyunun 22-də başlamaq əmrini verdi. Beləliklə, 

1941-ci  il  iyunun  22-də  faşist  Almaniyası  Sovet  İttifaqına 

hücum  etdi.  Bununla  da  Sovet  xalqının  Böyük  Vətən 

müharibəsi  başlandı.  Onu  da  qeyd  edək  ki,  müharibə  sovet 

xalqları  tərəfindən  xilaskarlıq,  ədalətli  Vətən  müharibəsinə 

çevrildi.  Sovet  ittifaqının  bütün  xalqları,  o  cümlədən 

Azərbaycan  xalqı  azğınlaşmış  Hitler  ordusunun  qarşısını 

almaq üçün Vətən uğrunda müharibəyə başladı. Qarşıya çox 

çətin, ağır bir vəzifə qoyulmuşdu. Faşizm blokuna daxil olan 

ölkələrin  hücumunun  qarşısını  almaq  və  dağıdıcı,  qaniçən, 

qəddar Hitler ordusunu darmadağın etmək. Bununla yanaşı, 

Avropa  öklələri  faşizm  əsarətindən  xilas  edilməli,  dünya 

svilizasiyası  faşizm  təhlükəsindən  qurturmalı  idi.  SSRİ-nin 

müharibəyə  qoşulması  İkinci  dünya  müharibəsinin    Hitler 

blokuna qarşı duran qüvvələrin ədalətli, antifaşist və azadlıq 

müharibəsinə çevrilməsi üçün həlledici amil idi.  

Qeyd  edək  ki,  faşist  Almaniyasının  şərq  siyasətində 

Qafqaza, o cümlədən Azərbaycana xüsusi diqqət  yetirilirdi. 

Rozenberqin  başçılığı  ilə  təşkil  edilən  Şərq  İşləri  üzrə 

Nazirliyin  nəzdində  olan  strukturlardan  biri  Qafqaz 

Komissarlığı  idi.  Hələ  1941-ci  il  aprelin  29-da  yaradılan 

Oleburq  iqtisadi    qərargahı  tərəfindən  təsis  edilmiş  planda 

Qafqazın,  xüsusilə,  Bakının  işğalı  qarşıya  qoyulmuş  əsas 

vəzifələrdən  biri  idi.  Hitler  hələ  1941-ci  il  iyulun  16-da 

hökumət üzvlərinin toplantısında demişdi: “Bakı alındıqdan 

sonra bura hərbi məntəqəyə cevriləcək” Hitler bundan xeyli 




Yüklə 220,55 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə