F. Köçərli adına Respublika Uşaq Kitabxanası



Yüklə 218,14 Kb.
Pdf görüntüsü
səhifə2/8
tarix07.12.2017
ölçüsü218,14 Kb.
#14202
1   2   3   4   5   6   7   8

 

adlara  layiq  görülüb.  Azərbaycanda  ali  təhsil  də  Heydər  Əliyev 



dövründə  inkişafa  qədəm  qoyub.  Ötən  əsrin  70-80-ci  illərində  5 

yeni  ali  məktəb  yaradılıb.  Müdrik  dövlət  başçısının  daha 

bir  xidməti həmin illərdə azərbaycanlı gənclərin keçmiş SSRİ-nin 

ən nüfuzlu ali məktəblərinə oxumağa göndərilməsi idi. O vaxt 15 

mindən  çox  gənc  Azərbaycandan  kənarda  ali  təhsil  alıb.  Ulu 

öndərin  istəyi  ilə  yaradılan  Cəmşid  Naxçıvanski  adına  ilk  hərbi 

məktəb isə ölkəmizdə milli hərbi kadr hazırlığı üçün baza rolunu 

oynayıb.  Böyük  öndər  Azərbaycanda  ikinci  dəfə  hakimiyyətə 

qayıdışından sonra da ölkəmizdə elmin, təhsilin inkişafına kömək 

məqsədilə  böyük  işlər  görülüb.  Məktəb  tikintisi,  peşə  təhsilinə 

diqqət,  büdcədən  təhsilə  ayrılan  vəsait  ildən-ilə  çoxalıb.  Hər  il 

qəbul zamanı ən yüksək bal toplayan gənclərə Prezident təqaüdü, 

istedadlı gənclərə fəxri təqaüdlərin verilməsi də təhsilə qayğıdır.  

Son  illərdə Azərbaycan  təhsili  yeni  inkişaf  dövrünə  qədəm 

qoyub.  Prezident  İlham  Əliyevin  qayğısı,  Heydər  Əliyev 

Fondunun həyata keçirdiyi layihələr ulu öndərin təhsil siyasətinin 

uğurlu  davamının  göstəricisidir.  Bir  faktı  xatırlatmaq  kifayətdir: 

ölkəmizdə  təhsil  sisteminin  bütün  pillələri  üzrə  Dövlət 

proqramları  uğurla  həyata  keçirilir.  Azərbaycan  təhsilində  ən 

uğurlu nəticələrdən biri məktəb tikintisinin geniş vüsət almasıdır. 

Prezident İlham Əliyevin sərəncamı ilə “Ən yaxşı ümumtəhsil 

məktəbi”  və  “Ən  yaxşı  müəllim”  mükafatlarının  təqdimatı  da 

məktəb və müəllimin statusunun yüksəldilməsinə xidmət edir. 

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə 

təhsili  üzrə  Dövlət  Proqramı”  çərçivəsində  gənclərin  müxtəlif 

ölkələrin  nüfuzlu  ali  məktəblərinə  təhsil  almağa  göndərilməsi 

istiqamətində  də  işlər  uğurla  davam  etdirilir.  Onların  bir  qismi 

təhsilini başa vuraraq Vətənə qayıdıb. 




 

Təhsilin inkişafında Heydər Əliyev Fondu və onun Prezidenti 



Mehriban  xanım  Əliyevanın  müstəsna  xidmətləri  də  xüsusi 

vurğulanmalıdır.  Fondun  “Yeniləşən  Azərbaycana  yeni  məktəb” 

layihəsi çərçivəsində son illərdə ölkəmizdə müasir tələblərə cavab 

verən  400-ə  yaxın  məktəb  tikilib  və  yenidən  qurulub,  həmçinin 

40-a  yaxın  uşaq  evi  və  internat  məktəbi  əsaslı  təmir  və  bərpa 

olunub, lazımi avadanlıqla təchiz edilib. Fondun dəstəyi ilə əyani 

tədris  vəsaitləri  çap  edilib.  Fond  2004-cü  ildən  başlayaraq  hər  il 

qaçqın  və  məcburi  köçkün  ailələrindən  olan  uşaqları,  eləcə  də 

xarici ölkələrdə yaşayan məktəbli soydaşlarımızı yeni dərs ilində 

təzə dərs vəsaitləri ilə sevindirir. 



15 sentyabr - Bilik Günü ilə bağlı kitabxanalarda, 

mədəniyyət müəssisələrində keçiriləcək tədbirlər 

 Kitabxanada  uşaqlarla  15  sentyabr  -  Bilik  Gününə  hazırlıq 

məqsədilə ”Əsrimiz, təhsilimiz və biz” adlı söhbət keçirmək olar. 

Kitabxanaçı  əvvəlcə  bu  mövzuda  kitabxanada  sərgi  təşkil  edir. 

Sərgidə  Bilik  Günü,  elm  və  təhsil,  uşaqların  həyatında  məktəbin 

rolu  mövzusunda    ədəbiyyatlar,  dövri  mətbuat  nümunələri 

nümayiş  olunur.  Sərgiyə  müxtəlif  başlıqlar  vermək  olar.  ”15 

sentyabr - Bilik Günü”, “Təhsil bizim gələcəyimizdir”, ”Əsrimiz, 

təhsilimiz və biz”, “Bilik ağlın  aynasıdır”, “Elm ağlın  çırağıdır”, 

Elm  öz  sahibinə  böyük  zinətdir”,  “Elmsiz  adam  meyvəsiz  ağac 

kimidir”  və  s.  Kitabxanaçı  sərginin  ətrafında  oxucularla  bu 

mövzuda  söhbət  edib,  kitablar  haqqında  məlumat  verir.  Sərgidə 

görkəmli  şəxsiyyətlərin  elm,  təhsil  haqqında  söylədiyi  müdrik 

kəlamlardan, atalar sözlərindən də istifadə edilir.  



Kitabxanaçı Bilik Günü ilə bağlı təşkil etdiyi sərginin qarşısında 

məktəblilərlə sual-cavab, rəy sorğusu  da keçirə bilər.  


 

 



 

 

 



 

 

 



 


 

Elm və bilik haqqında müdrik kəlamlar 

Heç bilənlə bilməyən (alimlə cahil) eyni ola bilərmi?                                                              

Qurani-Kərim 

Elm tələbi üçün yola çıxan kimsə dönüncəyə qədər Allah 

yolundadır. 

Ən böyük sədəqə biliyi bilməyənlər arasında yaymaqdır. 

Hər kim elm öyrənərsə, keçmiş günahlarına kəffarət olar 

(bağışlanar). 



Hz.Məhəmməd (s.a.s.) peyğəmbər 

Çox bilmək lazımdır ki, az bildiyini biləsən. 



Azərbaycan atalar sözü 

Bilik öyrənməyi ar bilən hər kəs,  

Dünyada mərifət qazana bilməz. 

Qüvvət elmdədir, başqa cür heç kəs

Heç kəsə üstünlük eyləyə bilməz, 

Hər uca zirvədən, bilin ki,  fəqət. 

Alimin rütbəsi ucadır,  əlbət! 

                                                    

Nizami Gəncəvi 

Ey müəllim, aləti-təzvirdir əşrarə elm, 

Qılma əhli-məkrə təlimi-məarif, zinhar! 

Hiylə üçün elm təlimin qılan müfsidlərə, 

Qətli-am üçün verər cəllada tigi-abidar.  

                                        

       Məhəmməd Füzuli 

Kim özünü xalqın maariflənməsinə həsr edirsə, mükafatı özündə 

tapır, öz vicdanını təımizləyir. 

Həsən bəy Zərdabi 

Sən nə qədər bilirsən bil, sənin biliyin qarşındakının anladığı 

qədərdir. 

Cəlaləddin Rumi 



Yüklə 218,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə