F. Köçərli adına Respublika Uşaq Kitabxanası



Yüklə 218,14 Kb.
Pdf görüntüsü
səhifə6/8
tarix07.12.2017
ölçüsü218,14 Kb.
#14202
1   2   3   4   5   6   7   8

20 

 

qardaşlar  üçün  də.  Tapmacanın  xüsusiyyəti  budur  ki,  bir  şeyin 



müəyyən  əlamətləri  söylənilir,  amma  adı  çəkilmir.  Siz  həmin 

əlamətlərə  əsasən  tapmalısınız  ki,  söhbət  nədən  gedir.  Kim  özü 

tapsa, biz bunu həmən biləcəyik, onun ürəyində tutduğu bir arzuya 

əməl edəcəyik. Gəlin, birlikdə başlayaq.  

 

Yarpağı var, ağac deyil,



 

 

Tikilir, paltar deyil, 



Danışır, adam deyil.  (kitab) 

 

Bir ağacım var, on iki budağı. 



Hər budağın otuz yarpağı, 

Hər yarpağın bir üzü qara, bir üzü ağ. (il, ay, gün) 

 

Yazda yığır yeməyini, 



Çox sevir öz əməyini

Ağ ilan ağzın açar,  

Qara ilan vurar keçər. (iynə-sap) 

Axşam səpdim noxudu,  

Sübhdən qalxdım, yoxudu. (ulduzlar) 

 

Altı tavan, üstü tavan, 



İçində bir qırmızı oğlan. (dil) 

 

Bağlasaq gedər,  



Açsaq, dayanar. (ayaqqabı) 

 

Çox dişi var dişləməz,  



Heç kimsəni incitməz. 

Əllərdən də heç düşməz. (daraq) 




21 

 

Tap nədir, 



Dolu gedər, boş gələr, 

Ağzımıza xoş gələr. (qaşıq) 

 

Qurmadan işlər, 



Durmadan işlər. (ürək) 

 

Toxumsuz bitər,  



Dünyaya yetər. (duz) 

 

Ağaca çıxdım adamla, 



Bir nəlbəki badamla. 

Nə dili var nə ağzı, 

Hey danışır adamla. (kitab) 

 

Mənim bir çubuğum var, yeridikcə iz qoyar. (qələm) 



 

Kitabxanaçı  yarışmada  iştirak  edən  fəal  uşaqları  nağıl 

kitabları ilə mükafatlandırır. Tapmacanın cavabını tapa bilməyən 

uşaqlar  cərimə  olaraq  rəqs  edib,  məktəb  haqqında  şeir 

söyləyirlər.  Kitabxanaçı  sonra  bağlamadan  “Əlifba”  kitabı, 

rəngli  karandaşlar,  xətkeş  və  digər  məktəb  ləvazimatı  çıxarıb, 

uşaqlara müraciət edir: 

-  Bu  gördüyünüz  əşyaların  hamısı  birlikdə  “dərs  ləvazimatı” 

adlanır. Siz tezliklə məktəbə gedəcək və məktəbli olacaqsınız. Bu 

əşyalar sizə də lazım olacaq. 

- Uşaqlar, bu gün biz sizinlə iki əşyanı müqayisə edəcəyik.  

Kitabxanaçı kitab və  dəftəri stolun üstünə qoyub soruşur: 

Biz nələri müqayisə edəcəyik? 



Uşaqlar:- Biz bu gün kitab və dəftəri müqayisə edəcəyik. 


22 

 

Kitabxanaçı: - Onlar kimə lazımdır? 



Uşaqar: -Onlar məktəbliyə, müəllimlərə, tələbələrə lazımdır. 

Kitabxanaçı: -Bəs kitabla dəftər bir-birindən nə ilə fərqlənir? 

Uşaq: - Kitab qalındır, dəftər isə nazikdir. Kitabda yazı, şəkillər 

var, dəftər isə ağdır.  

Biz  kitab  və  dəftərin  bir-birindən  nə  ilə  fərqləndiyini  dedik. 

Bəs onların oxşar cəhətləri hansılardır?  

Uşaq:  -  Kitab  və  dəftərin  ikisinin  də  forması  eynidir, 

dördküncdür. Hər ikisi kağızdan hazırlanıb. 



Kitabxanaçı  uşaqlarla  daha  bir  yarış,  sual-cavab  keçirir. 

Uşaqlar  iki  komandaya  ayrılırlar.  Hər  bir  kapitan  öz 

komandasında  sualı  düzgün  tapana  nişan  təqdim  edir.  Hansı 

komandada çox nişan yığılırsa, o qalib hesab 

olunur.  

1.

 



İlin neçə fəsli var?

 

 



2.

 

İldə neçə ay var? 



3.

 

Həftənin neçə günü var? 



4.

 

Hər fəslin neçə ayı var? 



5.

 

Zamana görə daha çox uzun olan nədir? 



6.

 

Zamana görə daha çox qısa olan nədir? və s. 



Kitabxananın  oxu  zalında  Bilik  Günü  ilə  bağlı  şeir,  mahnı 

müsabiqəsi də təşkil oluna bilər. Tədbirdə məktəb, müəllim, vətən, 

elm-təhsillə bağlı şeirlər səslənir.  

 

            Müəllim 

Müəllim, qayğınla böyüyür insan, 

Sən əqlə, kamala qanad verirsən. 

Ana dilimizin gur bulağından, 

Körpə balalara su içirirsən, 

Daşda naxış açan memara bir bax




23 

 

Bu sənət heç kəsə gəlməsin asan. 



Gör sənin sənətin necə çətindir. 

Canlı beyinlərdə naxış açırsan. 

Alim kəşf eyləyir, yazır, müttəsil, 

Sənin də bunlarda var alın tərin. 

Sən də yaradansan, kitablar deyil, 

Alimin özüdür sənin əsərin. 



 

                  Məktəb 

Məktəbə ilk dəfə qədəm qoyanda

“Ana” kəlməsini gətirdik dilə. 

O bircə saniyə, o bircə anda, 

Bir anda çevrildi düz 11 ilə. 

 

Nə günlər keçirdik, nələr yaşadıq. 



Əlimizdə olsa, heç ayrılmazdıq. 

O məktəb bizlərə olmuşdu ana. 

Biz də o ananın övladlarıydıq. 

 

Son zəng çalınacaq, səda salacaq. 



Sevincin yerini qüssə alacaq. 

Hər bir kəs dağılıb getdikdən sonra. 

Bir insan bir şəxsə həsrət qalacaq. 

 

Qəlbimdə nə qədər sözüm var mənim



O qədər sevincim, qəmim var mənim, 

Bu sözü deməyi bacarmır dilim, 

“Əlvida”, “əlvida”, orta məktəbim! 

 



24 

 

Bu da son cümlədir, bu da son sətir



Məktəb macəramız sonamı, yetir? 

Nə olar əl saxla, vurma bu zəngi, 

Bu gün çox qəmlidi onun ahəngi. 

 

Birinci dərsdə 



     

Birinci sinif üçün, 

Birinci dərsdi bu gün. 

Gülərüzlü uşaqlar, 

Baxırdı sevinc ilə. 

Elə bil ki, burada 

Qarışmışdı gül-gülə. 

Müəllim uşaqları, 

Süzüb dedi: -Balalar, 

Birinci dərs günündə 

Belə bir qaydamız var. 

Əvvəl tanış oluruq, 

Şagirdlər ilə bir-bir, 

Kimsə, mahnı oxuyur, 

Kimsə də, şeir deyir. 

Müəllim də tanıyır 

Uşaqları bu gündən. 

Utanmayın, indisə, 

Sizi dinləyirəm mən. 

Müəllim susan kimi, 

Sakitlik oldu bir az. 

Sonra qalxıb yerindən, 

Şeir söylədi Gülyaz. 

Qız, oğlan növbə ilə 




Yüklə 218,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə