F. Köçərli adına Respublika Uşaq Kitabxanası



Yüklə 218,14 Kb.
Pdf görüntüsü
səhifə5/8
tarix07.12.2017
ölçüsü218,14 Kb.
#14202
1   2   3   4   5   6   7   8

17 

 

II  məruzəçi:  -  Müasir  dövrümüz  yüksək  texnika,  yüksək 



sivilizasiya dövrüdür. Bu dövrdə yüksək elmi səviyyə, dərin bilik 

tələb  olunur.  Elm  və  bilik  isə  yalnız  oxumaqla,  öyrənməklə  əldə 

edilir.  Bu  gün  mən  parta  arxasında  əyləşərək  sevimli 

müəllimlərimdən  elmin  dərinliklərini  öyrənir,  bilik  əldə  edirəm. 

Bilirəm ki, elm, bilik böyük qüvvədir, gələcək yüksək ixtisasların 

özülüdür. Ona görə də çalışıram ki, müəllimlərimin verdiyi bütün 

tapşırıqları  vaxtlı-vaxtında  yerinə  yetirim,  onlara  diqqətlə  qulaq 

asım,  çoxlu  elmi  kitablar  oxuyum.  Ancaq  elmli,  bilikli  olduğum 

halda  mən  başqalarından  üstün  ola  bilərəm.  Mən  isə,  həqiqətən, 

üstün olmaq, öz biliyimlə, bacarığımla tanınmaq istəyirəm. 

III  məruzəçi:  -  Uşaqlar  bir  şeyi  də  yaddan  çıxarmayaq  ki, 

bilikləri  biz  əziz  müəllimlərimizin  etdiyi  kömək,    müəyyən 

etdikləri istiqamət sayəsində əldə edirik.  Müəllim... Adi söz deyil 

bu... Müəllimlik müqəddəs   və şərəfli peşədir. Əsl müəllim sanki 

bir  günəşdir.  Gözünün  nurunu  damla-damla  şagirdlərinin  yoluna 

səpən, bunun nəticəsində gözü nurdan düşsə də, özü daim məğrur, 

adı  daim  yüksək  olan  günəş...  Müəllim  bir  günəşdir.  Hər  axşam 

qürub  edən  günəş  hər  səhər  yenidən  doğduğu  kimi,  müəllim  də 

yaşının  üstünə  yaş  gəldikcə  ömrünün  qürub  çağını  yaşasa  da, 

şagirdlərin  simasında  yenidən  doğur,  yenidən  dünyaya  gəlir. 

Deməli, əsl müəllim əbədi yaşayır.  

 IV  məruzəçi:  -  Tarix  boyu  elmə,  biliyə  yiyələnmək  şərəfli  iş 

hesab  olunub.  Müəllim  əməyinin  nəticəsində  formalaşan 

cəmiyyətdə savadli, bilikli, geniş dünya görüşlü, nümunəvi əxlaqa 

malik  insanlar  yetişir.  Bu  insanlar  isə  cəmiyyəti  daha  da  inkişaf 

etdirirlər. 




18 

 

Konfransın sonunda iştirakçılara “



Əsil müəllim necə 

olmalıdır?” sualı ünvanlanır və müəllimə xas olan ən yüksək 

keyfiyyətlər sadalanır.  

1.  Dərs dediyi fənni mükəmməl bilməlidir. 

2.  Hərəkətləri biliyinə uyğun gəlməlidir. 

3.  Təhsil üçün rüşvətdən imtina etməlidir. 

4.  Tələbələrlə öz övladları kimi rəftar etməlidir. 

5.  Bildiklərini  şagirdlərinə  həvəslə  öyrətməli  və  onlarda 

gələcəyə  dərin  inam  hissi  aşılamağa  çalışmalı  və  bununla  da 

onlara xoşbəxtliyin yolunu göstərməlidir. 

6.  Tələbələrinə qarşı xeyirxah və səbirli olmalıdır. 

7.  Tədris  planını  şagirdlərin  əqli  qabiliyyətinə  uyğun 

ardıcıllıqla tətbiq etməlidir. 

8.  Əsil  müəllim,  ilk  növbədə,  bütün  tələbələrini  sevməlidir; 

auditoriyada  mövzudan  kənar  söhbətlər  etməməli,   siyasətlə 

məşğul olmamalı, özündən danışmamalıdır və s. 

15  sentyabr  -  Bilik  Günü  ilə  bağlı  Nağıl  otağında 

məktəbəqədər,  ibtidai  sinif  şagirdləri  ilə  söhbət  keçirmək,  tap-

tapmaca  oyunu,  səhnəciklər,  şeir,  mahnı,  rəsm  müsabiqəsi  də 

təşkil  etmək  olar.  Müsabiqənin  sonunda  ən  gözəl  şeir,  mahnı 

söyləyən  şagird,  bu  mövzuda  ən  yaxşı  rəsm  çəkən  uşaq 

kitabxananın müdiriyyəti tərəfindən mükafatlandırılır.  

 Pedaqoq  və  psixoloqlar  məktəbə  marağın  yaranmasında 

süjetli-rollu  (yaradıcı)  “Məktəb”  oyununun  mühümlüyünü  qeyd 

etmişlər.  Bu  oyunda  uşaqlar  məşğələlərdə  qazandıqları  bilik  və 

bacarıqlardan 

istifadə 

edir, 

davranış 



qaydalarını 

möhkəmləndirirlər.  Uşaqlar  öz  üzərlərinə  müəllimin  rolunu 

götürərək,  onun  fəaliyyətini,  davranışını  daha  dəqiqliklə  əks 

etdirir,  daha  ciddi  olur,  dəftərlərdə  rəngli  bayraqlarla  qiymətlər 

qeyd edirlər.  



19 

 

Məqsəd: 



1.  Mövzu  ilə  əlaqədar  uşaqların  lüğətinə  müxtəlif  nitq 

hissələrinə aid sözlər daxil etmək, lüğəti fəallaşdırmaq; 

2.  Cümlə  qurmaq,  onu  genişləndirmək  bacarığını  inkişaf 

etdirmək; 

3. Rabitəli nitqi inkişaf etdirmək. 

Vəsait:  İki  ədəd  məktəbli  çantası,  qutu,  qələm,  rəngli 

karandaşlar,  balaca  vərəqlərə  yazılmış  tapmacalar,  iki  ədəd 

“Əlifba” kitabı, dəftərlər, xətkeş və s.  



Haqqında  söhbət  açdığımız  oyun  yaxınlıqda  yerləşən  yuxarı 

yaş qrup bağça uşaqları arasında təşkil olunur.  

 Oyunu təşkil etməkdən bir neçə gün əvvəl məktəbə ekskursiya 

təşkil  edilməli  uşaqlar  məktəb  həyatı  ilə  tanış  olmalıdırlar. 

Uşaqlarla  məktəb,  ekskursiyada  gördükləri  haqqında  söhbət 

aparılmalı,  məktəb  həyatını  əks  etdirən  diafilm  göstərilməlidir. 

Məsələn:  Divardan  məktəb  həyatını  əks  etdirən  müxtəlif  şəkillər 

asılır.  

Oyunun gedişi: 

Kitabxanaçı:  -  Əziz  uşaqlar,  bu  gün  bura  15  sentyabr  -  Bilik 

Günü  münasibətilə  yığışmışıq.  Sizlər  bu  il  məktəb  adlanan 

müqəddəs  bir  məkana  ayaq  basacaqsınız.  O  elm  ocağında 

öyrəndikləriniz  sayəsində  hərəniz  bir  ixtisas  sahibi  olacaqsınız. 

Sizlər bizim gələcəyimizsiniz. Vətənimizə layiqli vətəndaş olmaq 

üçün  hər  biriniz  yaxşı  oxumalı,  Vətəni  sevməlisiniz.  Bura  bizim 

Nağıl otağımızdır. 

 

Kitabxanaçı əvvəlcə uşaqları Nağıl otağı ilə tanış  edir. Sonra



 

uşaqların diqqətini stolun üstündəki bağlamaya cəlb edərək deyir:

 

Bu  bağlamanı  sizə  yuxarı  sinif  şagirdləri  hədiyyə 



göndəriblər. Bilirsinizmi bağlamanın içində nə var? 

Baxın, bu bağlamada çoxlu tapmacalar var. Bu tapmacalardan 

jəqin ki, sizin üçün də maraqlı olanları var, nisbətən böyük bacı və 



Yüklə 218,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə