F. Köçərli adına Respublika Uşaq Kitabxanası



Yüklə 218,14 Kb.
Pdf görüntüsü
səhifə7/8
tarix07.12.2017
ölçüsü218,14 Kb.
#14202
1   2   3   4   5   6   7   8

25 

 

Bir-bir ayağa durdu. 



Coşdu körpə ürəklər

Min bir sevinclə vurdu. 

Arxadakı partaya, 

Elə ki, çatdı növbə, 

Bantına əl gəzdirib. 

Qalxdı balaca Töhfə. 

O, “Kukla” mahnısını, 

Oxudu incə səslə. 

Hamı susub bu qıza, 

Qulaq asdı həvəslə. 

Bu anda ön cərgədən 

Gəldi ağlamaq səsi. 

Dondu dodaqlarında 

Qızcığazın nəğməsi. 

Hamı boylanıb baxdı. 

Gülərin partasına, 

Pıçıldaşdı uşaqlar: 

Görən nə olmuş ona? 

Qıvrımsaçlı bu qızın 

Başına çəkib əlin. 

Onu bir ata kimi, 

Oxşadı gənc müəllim. 

O, mehriban-mehriban 

Soruşdu: - Qəşəng qızım, 

Hamı danışıb, gülür 

Ağlamaq nəyə lazım? 

Gülərin gözyaşları, 

Yanağına sürüşdü... 

Dedi: - Nə edim axı, 



26 

 

Kuklam yadıma düşdü.  



                                      Mir Sabir 

 

Görüşünə gəlmişəm  

 

İlk ustadım- müəllimim! 

Yenə sənin görüşünə gəlmişəm mən, 

Gəlmişəm ki, yenə sənin  

Qabağında şagird olum, boynu bükük, 

Gəlmişəm ki, yenə səndən xəbər alım 

Şeir nədir! Şair kimdir! 

Deyəsən ki, niyə şair müqəddəsdir, 

Niyə şeir bir tilsimdir. 

Gəlmişəm ki, o müqəddəs 

İlkinliyə uyum bir də. 

Uzaq illər arxasından gözəlliyin 

Gül ətrini duyum bir də. 

Gözüm yazı lövhəsində, 

Könlüm şeir həvəsində 

Mən xəyala dalım yenə. 

O uşaqlıq günlərindən 

Bu ahıllıq illərinə 

Bir cığır da salım yenə. 

Gəlmişəm ki,  

Təbaşirli əllərindən 

Toz ələnən saçlarına 

Baxım bir də. 

“Qığılcımdan alov doğar!”- dedikcə sən 

Zülmətlərin ağuşunda 

Şimşək olub çaxım bir də. 




27 

 

Yadımdadır pəncərəsi 



Günə baxan bapbalaca sinifimiz... 

O sinifdən başlamışıq 

Bu dünyanı sevməyə biz. 

Həqiqətdən danışdıqca 

Həqiqətin şöləsinə 

Bənzəyirdin sən özün də, 

Yüz günəşin nuru vardı hər sözündə. 

Danışardın haqqın yolu 

Niyə belə çətin olur. 

Haq-həqiqət əsgərləri 

Dönməz olur, mətin olur! 

Öyrət mənə! 

Öyrət yenə! 

Həqiqətə gedən yolun hər sirrini!.. 

Bütün dünya şairləri bundan yazır 

İlk şeirini son şeirini. 

Öyrət mənə! Qoy ilhamım 

Məni heç vaxt xar etməsin el yanında. 

Həqiqətdən söz düşəndə 

Haq sözümü deyim mən də 

Bu aşkarlıq zamanında.  

                       Gəray Fəzli 

 

İlk müəllimim  

Hara getsəm mənim ilk müəllimim

Əziz adın bir an düşməz dilimdəm. 

“Ana”, “Vətən” – kəlməsini ilk dəfə 

Yazdırmısan sən tutaraq əlimdən. 

Nəqərat: 



28 

 

Dərs deyərək, çəkmisən 



Zəhmətimi bahar, qış. 

O gümüşü saçların 

Bəlkə ondan ağarmış?!. 

Xəyalımdan çıxmaz bir an nəzərin, 

Üstümdədir sanki yenə gözlərin. 

Geniş həyat yollarında hər dəfə 

Qollarıma qüvvət vermiş sözlərin. 

Nəqərat: 

Neçə məktəb qurtarsam da əgər mən, 

İlk müəllim – yenə sənsən, yenə sən! 

Mən hörmətlə çəkəcəyəm adını, 

Yaşım ötsə, saçıma da düşsə dən...  



Musiqisi Rəşid Şəfəqin, sözləri Aslan Aslanovundur 

 

Ağıllı oğlum, oyan! 

 

Ağıllı oğlum, oyan! 

Qiymətlidir hər zaman. 

Tez ol, dur, get məktəbə, 

Sarıl elmə, ədəbə. 

Səhər ziyandır yuxu. 

Məktəbə get, dərs oxu. 

Al şəfəqli günəş var,  

Pəncərədən parıldar. 

Qalx ki, hamı oyanmış, 

Dünya nura boyanmış. 

Səhər ziyandır yuxu, 

Məktəbə get, dərs oxu. 

                       Abdulla Şaiq 

  

Məktəbə çağırış  



29 

 

Mənim bağım, baharım 



Fikri işıqlı oğlum! 

Məktəb zamanı gəldi , 

Dur, yaraşıqlı oğlum! 

Ey gözüm, ey canım! 

Get məktəbə, cavanım !                

Gün çıxdı,sübh açıldı, 

Qaranlıqlar qaçıldı, 

Pəncərədən gün düşdü

Otaqlara saçıldı. 

     (nəqərat) 

Oğul,oğul, amandır, 

Çox yuxlamaq  yamandır, 

Çox yuxlamaq -şeytandan, 

 Tez durmaq -Allahdandır. 

         (nəqərat) 

  Nəsihət al,nəsihət, 

  Qıl kəsbi-elmə qeyrət! 

  Elmsizlik bəlası, 

  Müşkül olur,həqiqət. 

          (nəqərat) 

 Məktəbdə var şərafət, 

 Dəftərdə var lətafət. 

 Cari olur qələmdən 

 Şirin-şirin hekayət. 

  (nəqərat) 

 Allah olsun sədiqin

 Məktəb sənin şəfiqin; 

 Dur ,məktəbə get ,oğlum, 

 Dəftər sənin rəfiqin. 



30 

 

  (nəqərat) 



 Müəllimin kəlamın 

 Al, saxla ehtiramın; 

 Həqdən edər təmənna 

Məktəbinin dəvamın. 

  (nəqərat) 

Elm öyrən, imtahan ver, 

 Öz fəzlini nişan ver; 

Qədrini bil elmü fəzlin

Elmin yolunda can ver. 

  (nəqərat) 



                                                  M.Ə.Sabir 

 

Həmçinin kitabxanada yuxarı sinif şagirdləri arasında Bilik Günü 

ilə bağlı inşa müsabiqəsi də təşkil etmək olar. Hazırlaşmaq üçün 

uşaqlara  1  həftə  vaxt  verilir.  İnşaların  yoxlanılması  üçün 

kitabxanada  müsiflər  heyyəti  təşkil  olunur.  Bu  mövzuda  ən  yaxşı 

inşa yazan məktəbli müdriyyət tərəfindən mükafatlandırılır. 

 

Ədəbi - bədii gecə 

15  sentyabr  -  Bilik  Günü  ilə  əlaqadar  olaraq  kitabxanada  

keçirilən  tədbirlərdən  biri  də  əbədi-bədii  gecədir.  Ədəbi-bədii 

gecə  oxuculara  həmin  günün  mahiyyətini  daha  da  yaxından 

tanıtmaq  üçün  nəzərdə  tutulur.  Tədbirə  təhsil  işçiləri,  məktəb  və 

bağça  müəllimləri,  mədəniyyət  işçiləri,  məktəblilər  dəvət 

olunurlar.  Ö  ncə  tədbir  iştirakçılarına  15  sentyabr  Bilik  günü  ilə 

bağlı  kitabxana  tərəfindən  hazırlanmış  “Məktəb  zamanı  gəldi...” 

adlı slayd təqdim olunur.  

Sonra aparıcılar Azərbaycan himninin sədaları altında səhnəyə 

yaxınlaşırlar.  



Yüklə 218,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə