F. Köçərli adına



Yüklə 0,87 Mb.
Pdf görüntüsü
səhifə2/7
tarix08.07.2018
ölçüsü0,87 Mb.
#54088
1   2   3   4   5   6   7

 

Yaradıcılığı 

    Tofiq  Kazımov  görkəmli  teatr  xadimi,  Səməd  Mənsurun 

oğludur.  Səməd  Mənsur  Bakıda  mövcud  olan  bir  sıra        

mədəni-maarif  cəmiyyətləri  (məsələn,  “Nicat”,  “Şəfa”)  teatr 

truppalarının rəhbərlərindən idi.   

    Tofiq Kazımov 14 yanvar 1923-cü ildə Bakıda anadan olub. 

O,  yeddiillik  təhsilini  Bakıda  aldıqdan  sonra  1939-1942-ci 

illərdə  teatr  məktəbini  bitirib.  Böyük  Vətən  müharibəsində 

iştirak edən Tofiq Kazımov döyüşlərdə yaralanaraq 1943-cü ildə 

Bakıya qayıdıb və Gənc Tamaşaçılar Teatrında aktyor işləyib. 

Əyyub  Abbasovun  “Məlik  Məmməd”,  Abdulla  Şaiqin  “Ana” 

dramlarının tamaşalarında Bulud və Əmrah rollarını oynayıb.      

    1945-1951-ci  illərdə  Moskvada  Ümumittifaq  Teatr  Sənəti 

İnstitutunda  rejissor  təhsili  alıb.  Tələbə  ikən  Ağdam  Dövlət 

Dram  Teatrında  Həsən  Qasımovun  “Kür  sahilində”  pyesini 

tamaşaya  hazırlayıb.  1951-ci  ildə  Akademik  Milli  Dram 

Teatrında  diplom  tamaşası  kimi  Hüseyn  Muxtarovun  “Ailə 

namusu”  (“Allanın  ailəsi”)  pyesinə  səhnə  quruluşu  verib.    

1952-ci il aprelin 25-də Gənc Tamaşaçılar Teatrına baş rejissor 

göndərilib,  ancaq  burada  tamaşa  hazırlamayıb.  Elə  həmin  il 

oktyabrın 1-də Akademik teatra rejissor götürülüb. 1958-ci ildə 

kinostudiyaya işə qəbul olunaraq “Azərbaycanfilm” də çəkilən 

“Səhər”  kinolentində  rejissor  kimi  çalışıb.  1960-cı  ildə 

kinostudiyadan  çıxaraq  yenidən  Akademik  teatra  quruluşçu 

rejissor götürülüb. Akademik teatrda sıravi rejissor kimi Karlo 

Haldoninin “Məzəli hadisə” (1952), Lope de Veqanın “Sevilya 

ulduzu” (1953), Nazim Hikmətin “Qəribə adam” (1956), Mirzə 

Fətəli  Axundzadənin  “Hekayəti-vəziri-xani Lənkəran”, Rəsul 

Rzanın  “Qardaşlar”,  Maksim  Qorkinin  “Vassa  Jeleznova” 

(1954), Ənvər Məmmədxanlının “Şirvan gözəli” (1957), Şıxəli 

Qurbanovun “Əcəb işə düşdük”, Aleksis Parnisin “Gözəllik və 




 

sevgi adası” (“Afrodita adası”, 1961), Viktor Hüqonun “Mariya 



Tüdor”  (1962),  Sabit  Rəhmanın  “Sevimli  rollar”  (1963) 

pyeslərinə  səhnə  təfsiri  verib.  1964-cü  ildən  Akademik  Dram 

Teatrına  baş  rejissor  təyin  edilən  Tofiq  Kazımovun  üzərinə 

düşən tarixi bir missiya, onun sənətkar və vətəndaş missiyası idi. 

Sanki  taleyin  hökmü  ilə  o,  həmin  ağırlığı  şərəflə  daşımağa, 

yerinə  yetirməyə  məhkum  edilmişdi.  Bu  fikirlər  sənətşünaslıq 

elmləri doktoru, professor İsrafil İsrafilovun “Azərbaycan teatr 

mədəniyyətində  Tofiq  Kazımov  imzası”  adlı  yazısında  qeyd 

olunub. İ. İsrafilov həmçinin Tofiq Kazımovun səhnəyə gəldiyi 

illəri  sovet  dövrünün  teatr  tarixində  oyanma  dövrü  adlandırıb. 

Baş rejissor kimi Akademik teatrda Vilyam Şekspirin “Antoni 

və  Kleopatra”  (1964),  “Hamlet”  (1968),  “Fırtına”  (1974), 

Branislav 

Nuşiçin 


“Nazirin 

xanımı” 


(1970), 

Cəlil 


Məmmədquluzadənin  “Ölülər”  (1966),  Əbdürrəhim  bəy 

Haqverdiyevin  “Pəri  cadu”  (1969),    İlyas  Əfəndiyevin  “Sən 

həmişə mənimləsən” (1964), “Unuda bilmirəm” (1968), “Məhv 

olmuş gündəliklər” (1969), “Bağlardan gələn səs” (1975), Şıxəli 

Qurbanovun  “Sənsiz”  (1967),  Cəfər  Cabbarlının  “Aydın” 

(1972),  Yucin  Onilin  “Qızıl”  (1971),  Bəxtiyar  Vahabzadənin 

"Yağışdan  sonra"  (1971),  Sabit  Rəhmanın  “Yalan”  (1965), 

“Küləklər”  (1970),  İmran  Qasımovun  “Nağıl  başlananda” 

(1973), Aleksandr Vampilovun “Övlad” (1974), Məmməd Səid 

Ordubadinin “Qılınc və qələm” (1976, səhnələşdirəni özüdür), 

Maqsud  İbrahimbəyovun  “Ümid”  (1976),  Mirzə  İbrahimovun 

“Bəşərin  komediyası  və  yaxud  Don  Juan”  (1977),  Anatoli 

Safronovun  “Daşqın”,  Dmitri  Asenovun  “Qızıldan  qiymətli” 

(1977),  Mirzə  Fətəli  Axundzadənin  “Müsyö  Jordan  və  dərviş 

Məstəli  şah”  (1978),  “Yastı  təpə”,  Taufiq  əl  Hakiminin 

“Karıxmış sultan” (1980) pyeslərini tamaşaya hazırlayıb. Tofiq 

Kazımov baş rejissorluğu dövründə teatra çoxlu istedadlı gənc 

cəlb etdi. Tofiq Kazımov yeni teatr poetikası yaratmaqla, onun 




 

estetik  səciyyələrini  müəyyənləşdirdi.  T.  Kazımov  sözün  əsl 



mənasında,  hazırladığı  səhnə  əsərlərində  “tamaşanın  müəllifi” 

səviyyəsinə yüksəlirdi. 

    Tofiq  Kazımovun  yaradıcılıq  üslubunda  dönüş  kimi 

qiymətləndirilən  “Sən  həmişə  mənimləsən”  ilə  Milli  Dram 

Teatrında lirik-psixoloji janrın bünövrəsi qoyulub. “Sən həmişə 

mənimləsən”  dən  sonra  “Yalan”  (1965),  “Ölülər”  (1966), 

“Sənsiz”  (1967),  “Hamlet”  (1968)  kimi  dolğun  tamaşalar 

Azərbaycan səhnəsini rövnəqləndirib. 

    Tofiq  Kazımov  1960-cı  ildə  Musiqili  Komediya  Teatrında 

Tofiq  Quliyevin  “Qızıl  axtaranlar”  (dramaturq:  Həsən 

Seyidbəyli)  operettasına  quruluş  verib.  Naxçıvan  teatrında 

Məmmədəli  Tarverdiyevin  “Kölgəli  dağ”  (1964),  Quba 

teatrında  Rza  Şahvələdin  “Qız  qalası”  (1961),  Şıxəli 

Qurbanovun “Əcəb işə düşdük” (1963), Gəncə teatrında Altay 

Məmmədovun “Yadındamı” (1969) dramlarına quruluş verib. 

    Tofiq Kazımov uzun illər teatr institutunda aktyor və rejissor 

sənətindən  dərs  deyib.  Xalq  artistləri  Ağasadıq  Gəraybəyli, 

Məmmədəli  Vəlixanlı,  Kazım  Ziya,  Əliağa  Ağayev  (Zəfər 

Nemətovla  birgə),  İsmayıl  Osmanlı  barədə  monoqrafiyalar 

yazıb. “Çağırış”, “İşıqlı  yollarda”, “Şəfəq”, “Qoçaq Polad” və 

digər  pyeslərin  müəllifidir.  Mətbuatda  teatr  sənətinə,  müxtəlif 

tamaşalara aid resenziya və məqalələrlə çıxış edib. 

   Tofiq Kazımov 1965-ci ildə  “Antoni və Kleopatra” (Uilyam 

Şekspir)  və  1979-cu  ildə  “Şəhərin  yay  günləri”  (Anar) 

tamaşalarına  görə  Dövlət  mükafatları  ilə  təltif  olunub. 

Respublikanın Əməkdar incəsənət xadimi (1961) və Xalq artisti 

(1 iyun 1974) fəxri adlarına layiq görülüb. 

  Milli  rejissor  sənətimizin  korifeylərindən  sayılan  Tofiq 

Kazımov 1980-ci  il avqust  ayının  2-də  avtomobil  qəzasında 

həlak olub. Onun məzarı Bakıda ikinci Fəxri xiyabandadır. 




Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə