88
- həmin elmlərin inkişafına milli xüsusiyyətlərin
müəyyən təsir göstərməsidir;
- həmin elmlərin qarşılıqlı nisbətindəki fərqlilikdir (xüsusən siyasi sosiologiyanın və siyasi elmin
dövlətşünaslıqla, siyasi fəlsəfə, siyasi tarix və siyasi iqtisadla qarşılıqlı münasibəti və qarşılıqlı təsiridir);
- ayrı-ayrı ölkələrin sosial elmlərində üstün paradiqmaların bir-birini əvəz etməsi, nəticədə bu fərqliliyin
özünəməxsus iz buraxmasıdır. Məsələn, ABŞ-ın siyası sosiologiyası üçün xalis empirik yönüm, konflikt və siyasi
hakimiyyət strukturu problemlərinə üstün diqqətin formalaşması xarakterikdir.
[219 - 220]
Almaniyada siyasi
sosiologiyaya dövlətşünaslığın və siyası fəlsəfənin, Böyük Britaniyada isə siyasi tarixin və siyasi iqtisadın fəal,
güclü təsiri hiss olunur.
Deməli, siyasi sosiologiyanın xüsusi istiqamət kimi formalaşması və təkamülü kifayət qədər mürəkkəb
zəmində baş vermiş, müxtəlif amillərin təsirinə məruz qalmışdır. Sosiologiya tarixinə nəzər yetirdikdə aydın olur
ki, həm XIX əsrdə, həm də XX əsrdə əslində hər bir görkəmli sosioloq dövlət və cəmiyyət
məsələlərini təhlil
edərkən siyasi həyatın müxtəlif aspektlərinə toxunmuş, maraqlı, orijinal mülahizələr söyləmiş, yaşadığı cəmiyyətin,
dünyanın siyasi reallıqlarını öz konsepsiyasına uyğun mənalandırmağa səy göstərmişdir.
2. Siyasi institutların mahiyyəti və fəaliyyəti
Siyasi institutların təşəkkülü uzunmüddətli prosesdir. O, öz başlanğıcını qarşılıqlı təsirin keyfiyyətcə yeni
növü olan siyasi hakimiyyətin tədricən təşəkkül tapdığı vaxtdan götürür. Siyasi hakimiyyətin təsisatlaşması müasir
sosial inkişafın zəruri şərtidir.
Siyasi institutlar siyasi hakimiyyətin reallaşmasını həyata keçirirlər. Bu hakimiyyətin zəruriliyi onunla
şərtlənir ki, fərdlərə, sosial qruplara müyəssər olan ehtiyatlar, sərvətlər və sosial cəhətdən əhəmiyyətli digər
obyektlər heç zaman tükənməz deyildir. Onlara yiyələnmək sferasını genişləndirmək kimi təbii səyi məhdudlaşdıra
bilən sosial cəhətdən müəyyənləşmiş hüdudlar olmalıdır. Belə ehtiyatlar, sərvətlər təkcə maddi xarakterli deyildir.
Onlara həm də təhlükəsizlik, informasiya əldə etmək imkanı, status, nüfuz, hakimiyyət aiddir.
Zəruri hüdudlar
olmadıqda qarşılıqlı sosial təsirlər nizamlana bilməz. Anarxiyaya, sosial sistemlərin nizamsızlığına gətirib çıxaran
mübahisələr, münaqişələr, toqquşmalar labüd olar. Hüdudların müəyyənləşdirilməsi və təmin
[220 - 221]
edilməsi
cəmiyyətdə hakimiyyət münasibətlərinin qərarlaşmasını tələb edir. Hakimiyyət mübahisə və münaqişələrin
inkişafının elə hüdudlarını müəyyənləşdirməyə qadir olmalıdır ki, onlara nail olmağı təmin edən hakimiyyət qərarı
hamı tərəfmdən məcburi akt kimi qəbul edilsin.
Hakimiyyəti bir subyektin digər subyektin (və ya subyektlərin) davranış aktlarına, fəaliyyətinə nəzarət
imkanı kimi müəyyənləşdirmək olar. Siyasi hakimiyyət bütövlükdə cəmiyyəti əhatə edir. Ancaq siyasi hakimiyyət
üçün bütün növ sanksiyaların tətbiqi hüququ etiraf olunur (fiziki məcburiyyət, mülkiyyətdən, azadlıqdan
məhrumetmə və s.). Lakin siyasi hakimiyyətin zorakılığı legitim olmalıdır, yəni cəmiyyətin əksər üzvləri tərəfindən
etiraf və qəbul olunmalıdır.
Dövlət mühüm siyasi institutdur. O, təsisatlaşmış siyasi hakimiyyəti həyata keçirir. Siyasi sosiologiya
sahəsində maraqlı tədqiqatları olan M. Veberə görə, siyasi hakimiyyətin bazası kimi legitimlik ənənəyə, əksəriyyət
tərəfindən etiraf olunan avtoritetə (harizmaya) və rasional seçimə əsaslana bilər. Ənənəvi hakimiyyət qədimdən
təşəkkül tapmış ənənələrin sarsılmazlığına,
müqəddəsliyinə, hakimiyyət orqanlarının təbii qanuniliyinə ən ümumi
inama istinad edir. Harizmatik hakimiyyət bir şəxsin böyüklüyünə, müqəddəsliyinə, bütün başqaları üzərində
üstünlüyünə, onun qəhrəmanlığına hökmran inama əsaslanır; belə hakimiyyətin əsası həmin şəxsin simasında
millətin atası, rəhbəri, şəksiz lideri kimi təzahür edir; ona tam əminliklə, Könüllü, əqidə gücünə, şəxsi sədaqətlə
tabe olurlar. Rasional xarakterli hakimiyyət qərarlaşmış qaydanın qanuniliyinə üstün inama, əksəriyyət tərəfindən
dövlət orqanlarının hakimiyyəti həyata keçirmək hüququnun əsaslılığına istinad edir.
Siyasi hakimiyyət müxtəlif cür yarana və bölüşdürülə bilər. Dövlət idarəçiliyi formalarının ənənəvi
tipologiyası hakimiyyətin bölgüsü üsullarını əks etdirir: avtokratiya, yəni bir nəfər idarəedicinin hökmranlığı;
oliqarxiya, yəni bir neçə imtiyazlı şəxsin hökmranlığı; demokratiya, yəni xalqın hakimiyyəti.
[221 - 222]
Aristotel
avtokratiyanın tiraniyaya (tiranın hökmranlığı), oliqarxiyanın plutokratiyaya (cinayətkarların hökmranlığı),
demokratiyanın oxlokratiyaya (yığnağın hökmranlığı) keçməsinin daim meydana
gələn fenomenlərinə xüsusi
diqqət yetirmişdir.
Mütəxəssislərin fikrincə, məlum idarəetmə formasında qanunla özbaşınalığın qarşılıqlı nisbətinin
əhəmiyyətli dərəcədə dəyişilməsi belə keçidin əsasını təşkil edir. Avtokratiyadan tiranlığa keçid öz təcəssümünü
qanuni monarxın tiranla əvəz olunmasında tapır. Qanuni monarxın hakimiyyəti varislik hüququna əsaslanır,
idarəetmənin özü isə mövcud qanunlara, norma və ənənələrə əməl etməklə bağlıdır. Tiranın idarəetməsi özbaşına
zorakılığa əsaslanır, hər hansı norma ilə bağlı deyildir. Dövlət hakimiyyəti cinayətkar varlanma, əməl üçün istifadə
olunduqda oliqarxiyanın plutokratiyaya keçməsindən bəhs etmək olar. Oxlokratiya isə əksəriyyətin elə
hökmranlığıdır ki, o, qanunla bağlı deyildir, yığnağın zorakılığına istinad edir.
89
XX əsrdə siyasi idarəetmənin xüsusi forması olan totalitar dövlət meydana gəlmişdir. Almaniyada hitlerizm,
SSRİ-də stalinizm, Kambocada Pol Pot rejimi buna misal ola bilər. Totalitar dövlətin xarakteristikasında prinsipial
cəhət hökmran qüvvə tərəfindən qanunların sadəcə olaraq özbaşına pozulması deyildir, hüquqi tənzimləmənin total,
ən ümumi, ən əhatəli terrorla əvəz olunmasıdır. Qanunsuzluq tiranlığın mahiyyətidir. Terror totalitar hökmranlığın
mahiyyətü xüsusiyyətidir.
Totalitar dövlətin xarakteristikasında bu xüsusiyyətləri qeyd edirlər: vahid dövlət ideologiyası; terrorun
tətbiqi; kütləvi informasiya vasitələri
üzərində tam nəzarət; silahlara nəzarətsiz sərəncamçılıq; iqtisadiyyatın tam
miqyasda idarə olunması.
Ən yeni dövrdə hüquqi dövlət konsepsiyası etiraf olunur və inkişaf etdirilir. Bu konsepsiya istənilən dövlət
fəaliyyəti formasının hüquqa, ən əvvəl Konstitusiyaya tabe
[222 - 223]
olması ideyasına əsaslanır. Demokratik
cəmiyyətdə Konstitusiyanın başlıca vəzifəsi vətəndaşların ən mühüm hüquq və azadlıqlarını qorumaq naminə
dövlət hakimiyyətinin həlledici məhdudlaşdırıcısı, vətəndaş cəmiyyətinin əsas institutlarının özinkişafının və
özünütəşkilinin mühüm təminatçısı olmaqdır. Konstitusiya dövlət hakimiyyətini hüquqla məhdudlaşdıraraq, bəyan
etdiyi mülki və siyasi hüquqları mühafizə edir, hüququn başlıca funksiyasını reallaşdırır. Bu funksiya azad
yaşamağın, fəaliyyət göstərməyin təcəssümü və meyarı olmalıdır. Azadlıq olmadan hüquq yuridik fıksiyadır,
özbaşınalığın pozitiv sanksiyasıdır. Hüquqsuz azadlıq hamının hamıya qarşı müharibəsidir, cəmiyyətin və dövlətin
dağılmasıdır.
Azərbaycanda vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu getdikcə daha mühüm nailiyyətlər qazanır.
Siyasi partiyaların, həmkarlar və digər təşkilatların, birliklərin azad, sərbəst fəaliyyəti üçün əlverişli şərait yaradılır.
Təhlil göstərir ki, onların fəaliyyətində, qarşılıqlı əlaqə və münasibətlərində yeni, maraqlı cəhətlər
meydana gəlir,
tədricən inkişaf edir və sabit meylə çevrilir. Kütləvi informasiya vasitələrinin rolunun artması ictimai-siyasi
həyatımızda getdikcə dərinləşən demokratikləşmənin mühüm göstəricilərindən biridir. Lakin nəzərdən qaçırmaq
olmaz ki, həm siyasi partiyaların, müxtəlif təşkilatların, həm də kütləvi informasiya vasitələrinin fəaliyyəti
Konstitusiya prinsiplərinə, qanunçuluğa əsaslanmalıdır. Ümummilli, ümumdövlət maraqları onların fəaliyyətində
həmişə önəmli yer tutmalıdır.
3. Siyasi sosiallaşma
Hazırda ictimai həyatın siyasiləşməsi inkişafımızın xarakter xüsusiyyətlərindən birinə çevrilmişdir. Bu,
təbiidir ki, siyasətin bütün aspektlərinin daha dərindən, hərtərəfli öyrənilməsinə ciddi tələbat doğur. Siyasi
sosiallaşma aktuallığı getdikcə artan proseslərdən biridir.
Siyasi sosiallaşma insanın müvafıq informasiyaya yiyələnməsi, siyasi davranış ideyalarını, baxışlarını,
nümunələrini qavraması prosesidir.
Siyasi sosiallaşma ünsürləri məktəb yaşından əvvəl təzahür edə bilər. Lakin bu proses ilk məktəb
yaşlarından etibarən müntəzəm xarakter alır. Belə ki, sosial psixoloqlarının və pedaqoqların fıkrincə, 8-13 yaş
uşaqda siyasi baxışların formalaşmasının mühüm mərhələsidir. Bu yaşda siyasi quruluşdan, siyasi proseslərdən
daha
çox siyasi xadimlərdən, rəhbərlərdən bəhs etməyə meyllilik güclü olur. Başqa sözlə, ümumi siyasi proseslərin
fərdləşdirilməsi aydın müşahidə edilir. Ayrı-ayrı ictimai qüvvələrə, hətta xalqlara, dövlətlərə rəğbət və ya nifrət,
tənqidi mövqe təzahür edə bilər. Bu prosesdə ailədə və məktəbdə məsələlərin müzakirəsi, müəyyən yönümün
olması (təbiidir ki, yaşlıların köməyi ilə) mühüm rol oynayır.
13-14 yaşdan etibarən sosiallaşmanın yeni mərhələsi başlanır. Yeniyetməlik adlanan bu mərhələnin
səciyyəvi xüsusiyyəti dağınıq siyasi informasiyanın müəyyən sistem halında formalaşmasıdır. Bu sistemdə nəinki
siyasi həyatın ayrı-ayrı məqamları, ən məşhur şəxsiyyətləri özünə yer tapır,
həm də ölkədəki ümumi siyasi
vəziyyət, siyasi hakimiyyətin strukturu, cəmiyyətin və dövlətin məqsədləri barəsində müəyyən təsəvvür formalaşır.
Məhz bu dövrdə müxtəlif ictimai təşkilatların, o cümlədən siyasi yönümlü təşkilatların fəaliyyətinə qoşulmaq
istiqamətində ilk cəhdlər reallaşır.
Bir çox cəmiyyətlərdə 18 yaş insanın siyasi həyatda tam hüquqlu iştirakının başlandığı müddət hesab
olunur. İnsanın bir vətəndaş kimi təşəkkülü əsasən başa çatır. Bu zaman onun dünyagörüşü bir növ tamamlanmış
məna kəsb edir. Siyasi rəğbət və ya nifrət qabarıq şəkildə təzahür edir. Bəziləri üçün siyasi proseslərdə iştirak
etmək onun sonrakı həyatının mühüm komponentinə çevrilir. Millətin, sosial qrupun struktur ünsürü olan insan
konkret şəraitdən asılı olaraq
[224 - 225]
müstəqil surətdə siyasi fəaliyyətə qoşulur, cəmiyyətin siyasi münasibətlərini
bu və ya digər dərəcədə təcəssüm etdirir.
Bəzi tədqiqatçıların fikrincə, yetkin həyata qədəm qoymaqla siyasi sosiallaşma prosesi başa çatır. Bu fikirlə
razılaşmaq çətindir. İş ondadır ki, öz həyatı dövründə insan, hətta müəyyən sosial
qruplar öz siyasi yönümünü
dəyişə bilər, öz siyasi fəaliyyətini başqa formalarda davam etdirə bilər, gerçəkliyi təhlil edərək, siyasi dissidentə
çevrilə, yaxud siyasi məsələlərə laqeydlik yolunu tuta bilər. Deməli, insan bütün həyatı ərzində siyasi sosiallaşmaya
məruz qala bilər. Onun gəncliyində formalaşmış siyasi mövqeyindən, müəyyən sərvət yönümlərindən uzaqlaşıb-