90
uzaqlaşmaması burada xüsusi məna kəsb etmir.
Siyasi yönümün, mövqeyin dəyiş-məməsi onun siyasi insan kimi
dəyişməz qalması demək deyildir. O, öz həyatında müəyyən təshihlər aparır, siyasi reallıqlara öz münasibətini
dəqiqləşdirir, öz həyat fəaliyyətinin konkret formalarını başqalaşdırır.
Yeri gəlmişkən bir məsələyə də aydınlıq gətirilməlidir. Tarixin sərt dönüşlərində insanların siyasi həyata
qoşulmasına xüsusi diqqət yetirilmiş, hər kəsin siyasətdə iştirakı hüququ etiraf olunmuş, bunun üçün müəyyən
təminatlar verilmişdir. Lakin bu, uzun müddət ərzində əhalinin bir qisminə müyəssər olmuşdur.
Tarixi proses sübut
edir ki, siyasi kolliziyalar zamanı siyasi problemlərin həllində iştirak edənlərin sayı kəskin surətdə artır. Lakin
qələbə ya məğlubiyyət məqamları keçdikdən sonra iştirakçıların azalması müşahidə edilir.
Mütəxəssislərin fikrincə, ümumi meyl belədir ki, siyasət getdikcə daha çox adamın həyatına daxil olur. Sabit
xarakter daşıyan bu meyl əhəmiyyətli dərəcədə onunla əlaqədardır ki, siyasi hüquq və azadlıqların dərk olunması,
reallaşması siyasi fəaliyyətdə, demək olar ki, hamının iştirakı üçün əsas yaradır. Müxtəlif səviyyədə rəhbərin,
liderin mövqeyi, siyasi proseslərə bələdliyi, elmi cəhətdən əsaslı strategiya və taktika işləyib hazırlamaq bacarığı
böyük məna kəsb
[225 - 226]
edir.
Lakin bu, adamların siyasi davranışının, fəaliyyətinin həlledici əhəmiyyətini
kiçiltməyə əsas vermir.
Belə bir cəhət də unudulmamalıdır: bəzən insanların siyasi fəaliyyətini məhdudlaşdırmaq, yaxud başqa bir
məcraya yönəltmək halları özünü göstərir. Lakin insanların siyasi həyatdan hər hansı formada uzaqlaşdırılması, real
tarixi prosesə adekvat olmayan səmtə istiqamətləndirilməsi ciddi nəticələrə gətirib çıxara bilər. Məsələn, açıq və ya
gizli şəkildə bütövlükdə siyasi sistemə münasibətdə yadlaşma təzahür edə bilər.
Hazırda ictimai-siyasi həyatda təkcə bir ölkə əhalisinin yox, bir çox dövlətlərin əhalisinin sosial dəyərlərinin
akkumulyasiyası baş verir. İndiki mərhələdə müxtəlif siyasi yönümlü insanlar cəmiyyətin militaristləşdirilməsinə,
təcavüz və müharibə siyasətinə, irqi və milli ayrı - seçkiliyə, terrorizmə, qadınların hüquqlarının
məhdudlaşdırılmasına, gənc nəslin
vəziyyətinin pisləşməsinə, ətraf mühitə qeyri-insani münasibətə, təbii
ehtiyatlardan səmərəsiz istifadəyə və s. qarşı öz etirazlarını bildirirlər.
Göründüyü kimi, siyasi sosiallaşma mürəkkəb, çoxcəhətli proses olub, müvafıq informasiyanın
mənimsənilməsini, şərhini, öz mənafe və tələbatlarına uyğunlaşdırılmasını, həmin mənafe və tələbatların
cəmiyyətlə, dövlətlə qarşılıqlı münasibətlər prosesində, real həyatda reallaşdırılmasını nəzərdə tutur.
4.
Siyasi mədəniyyət
Siyasətin sosiologiyasında siyasi mədəniyyət problemi mühüm əhəmiyyət kəsb edir. O, siyasi hakimiyyət
funksiyalarının həyata keçirilməsi prosesində reallaşdırılan (və ya reallaşdırılmalı olan) nəzəri müddəaların,
baxışların, rəylərin, sərvət yönümlərinin və s. məcmusu kimi təsəvvür edilə bilər.
Siyasi mədəniyyət üçün əsas çıxış nöqtəsi əhalinin məlumatlı olması, nəzəri-siyasi problemlərə bələdliyidir.
İlkin
biliklər, məlumatlar adətən kortəbii surətdə əldə edilir, təhsil sayəsində, kütləvi informasiya vasitələrinin
fəaliyyəti sayəsində az - çox sistemli xarakter daşıyır.
Sistemli məqsədyönlü siyasi təhsilin olmaması ciddi nəticələrə gətirib çıxara bilər. Siyasi yönümün
itirilməsi, tarixi yaddaşın zəifləməsi və ya təhrifı, siyasi davranışın passivliyi, siyasi hadisələrə marağın sönməsi,
laqeydlik və s. bu qəbildəndir.
Siyasi mədəniyyət üçün siyasi yönüm, dəyərlər, ustanovkalar mühüm əhəmiyyətə malikdir.
Çünki bunlar
əqidəni, fəaliyyətə hazırlığı formalaşdırır.
Təhlil göstərir ki, respublikamızda siyasi yönümlər kifayət qədər rəngarəngdir. Onların spektri müxtəlif
olmaqla yanaşı yayılma dərəcəsi də bir-birindən fərqlidir. Azərbaycanda Prezident və parlament seçkilərinin
nəticələri göstərdi ki, siyasi partiyaların çox olmasına baxmayaraq, əsas siyasi yönümlər və əqidələr bir neçə
partiya (xüsusən Yeni Azərbaycan Partiyası) ətrafında cəmləşir.
Nəzərdən qaçırmaq
olmaz ki, siyasi mədəniyyət fəaliyyətdə təcəssümünü tapır. Lakin siyasi mədəniyyət
təkcə siyasi həyatda iştirakı xarakterizə etmir, o həm də insanın yetkinlik dərəcəsini, dərketmənin mənalılığını,
dərinliyini, siyasi biliyin praktikaya necə qoşulmasını və s. əks etdirir.
Aydın məsələdir ki, insanın siyasi fəaliyyəti onun yaşadığı dövlətin hüquqi normaları ilə tənzimlənir. Bu o
deməkdir ki, şəxsiyyətin siyasi mədəniyyətinin formalaşması və təkamülü baxımından hüquqi normaların
mükəmməlliyi xüsusi məna kəsb edir. Bu normalar cəmiyyətin dinamik inkişafına istiqamətlənməli, zərurət
yarandıqda yeniləşməlidir, müasirləşməlidir. Demokratik cəmiyyət quruculuğunun
uğurla həyata keçirilməsi
mükəmməl hüquqi prinsiplərə və normalara, qanunların aliliyinə möhtacdır. Bu quruculuq eyni zamanda
vətəndaşların siyasi mədəniyyətinin yetkinliyini
[228 - 228]
nəzərdə tutur. Ümummilli liderimiz H. Ə. Əliyev qeyd
edirdi ki, demokratiya «hər bir cəmiyyətin, hər bir dövrün tələblərinə uyğun olaraq inkişaf edir».
Xatırlatmaq yerinə düşər ki, bazar münasibətlərinin və strukturlarının qərarlaşması, hüquqi demokratik
dövlət quruculuğu vətəndaşların siyasi şüurunda köklü dəyişmələrin baş verməsini tələb edir. Ona görə də müstəqil
91
inkişafımıza, milli maraqlara və tələbatlara istinad edən dərkolunmuş siyasi mədəniyyətin formalaşdırılması ümdə
vəzifələrdən olaraq qalır.
Bir məsələyə də diqqət yetirilməlidir:
son zamanlar milli ideyadan, onun ictimai-siyasi həyatda rolundan
çox danışırlar. Milli ideya ictimai şüura «hopmuş» ideyaların kristallaşması ola bilər. Başqa sözlə, belə ideya üstün
sosial yönümlərin, dəyərlərin təmərküzləşməsi ola bilər. Milli ideya şəxsi, qrup və ictimai maraqları ifadə edərək,
onları əlaqələndirərsə, o zaman birləşdirici, səfərbəredici ideya ola bilər.
[228 - 229]