Fakültə: Kulturologiya İxtisas: Turizm işinin təşkili



Yüklə 1,37 Mb.
səhifə5/5
tarix26.05.2022
ölçüsü1,37 Mb.
#88043
1   2   3   4   5
admiu

Müdafiə qurğusu
Bəzi alimlərin fikrincə, orta əsrlərdə Qız qalası Şirvanşahlar sarayının müdafiə sisteminin tərkib hissəsi olub. Təhlükə yarananda gecə saatlarında alovun, gündüzlər tüstünün köməyi ilə buradan başqa qüllələrə həyəcan siqnalı ötürülürmüş. Orta əsrlərdə Abşeronda təqribən 30 belə qurğu olub. Onların bəziləri, məsələn, Mərdəkan, Ramana və s. qəsəbələrdəki qalalar bizim günlərə gəlib çatıb.
Alimlərin fikrincə, qalanın qalın divarları, divarın içində yerləşən və birinci mərtəbədən görünməyən quyu yalnız müdafiə qurğularında istifadə oluna bilərdi.
Orta əsrlərdə İçərişəhər çox yaxşı möhkəm müdafiə olunurmuş. Onu iki qala divarı əhatə edirmiş, Qız qalası isə bir növ istehkam rolu oynayırmış. Düşmən hətta birinci divarı ələ keçirsəydi belə, ikinci divara həmlə edərkən içərisində yanan neft olan kanaldan keçməli idi. Bundan əlavə, qalanın müdafiəçiləri keramikadan hazırlanmış xüsusi qablardan istifadə edirdilər. Neftlə doldurulan bu qablardan bir növ bomba kimi istifadə olunurdu: fitilini yandırıb hücuma keçən düşmənin üzərinə atırdılar.
Gecə mayakı
S onda əlavə edək ki, XVIII-XIX əsrlərdə Qız qalasından mayak kimi istifadə olunub. Məlumdur ki, mayak ilk dəfə 1858-ci ildə işıq saçmağa başlayıb. Əvvəllər isə burada qalanın bayrağı dalğalanırmış. Sonralar, şəhər böyüdükcə, gecələr mayakın işıqları şəhərin işıqlarına qarışıb. 1907-ci ildə mayak Nargin adasına köçürülüb.
Beləliklə, atəşpərəstlər məbədi, rəsədxana, müdafiə qurğusu və mayak. Qız qalasının təyinatı çox olub. Bütün bunlar göstərir ki, qədim tikilinin dəqiq tarixini müəyyən etmək çox çətindir, onun ilkin təyinatı isə bu günə qədər məlum deyil. Tarixi reallıqlar dəyişdikcə, qalanın da təyinatı dəyişib. Məbəd kimi inşa edilən qaladan rəsədxana kimi də istifadə oluna bilərdi, orta əsrlərdə isə İçərişəhərin müdafiə sisteminə daxil idi.
Bu qədər özəlliklərə və gözəlliklərə məxsus olan Qız Qalası niyə turistlərin diqqətini çəkir artıq aydın oldu.
Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə