Fakültə: Kulturologiya İxtisas: Turizm işinin təşkili



Yüklə 1,37 Mb.
səhifə2/5
tarix26.05.2022
ölçüsü1,37 Mb.
#88043
1   2   3   4   5
admiu

Qız qalasının yaşı
Qız qalasının ətrafında qazıntılar zamanı aşkar edilən və yeni muzey ekspozisiyasında sərgilənən e.ə. II-I əsrlərə aid arxeoloji artefaktlar Bakı şəhərinin antik dövrə aidiyyətinə əyani sübutdur. Qız qalasının özü isə, yəqin ki, şəhərin ən qədim hissəsində yerləşir.
Qız qalasının dəqiq yaşı bu günə kimi müəyyən edilməyib. Ekspertlərin fikrincə, qalanın inşa vaxtı e.ə. VIII-VII əsrlər hesab edilə bilər. Təəccüblüdür, lakin bu məlumatlara görə, Qız qalası demək olar ki, məşhur mesoamerican piramidalarının yaşıdı, zəmanəmizə gəlib çatmayan İsgəndəriyyə mayakı, Semiramida asma bağları, Olimpiadakı Zevsin abidəsi, Rodos heykəlləri və digər “Dünya möcüzələri”ndən daha qocadır.
D
iqqət yetirin, Qız qalası üzərində ucaldığı qaya hündürlüyündən artıq əsrlər idi ki, “gözlərini” səssizcə Xəzər dənizinin sularına dikir, Makedoniyalı İsgəndər dünyanı fəth edir, qədim Roma tərəqqi edir, Çin səddi qurulmağa başlayır, qədim Rus dövləti və monqol imperiyasının təşəkkül tapmasına isə az qala min il qalırdı!
Onu kim inşa edib?
Qız qalasının sirləri çoxdur, onlardan biri də tikilinin mənşəyidir. 1962-1963-cü illərdə qalanın birinci mərtəbəsində arxeoloji tədqiqat aparılıb. 5 metr dərinliyə qədər aparılan qazıntılar nəticəsində aydın oldu ki, abidənin təməli dənizə mailliyi olan böyük qaya üzərində durur.
Bu dahiyanə tikilinin memarı və inşaatçılarının adı hələ də məlum deyil. Hərçənd qalanın girişindəki lövhə üzərində kufi xətti ilə iki sətirlik yazı var: “Məsud ibn Davudun qübbəsi”. Uzun müddət bu yazı əsasında hətta qalanı səhvən XII əsrə aid edirdilər.
Amma bu gün tədqiqatçılar əmindirlər ki, bu lövhə qala divarlarında çox-çox sonralar peyda olub, çünki o, təsadüfən və səliqəsiz şəkildə hörgü arasına əsas girişin yuxarısında deyil, yan tərəfdən, yerdən 14 metr hündürlükdə yerləşdirilib. Yəqin ki, bu, qəbirüstü daşdır və təmir vaxtı qaladakı pəncərənin yerinə qoyulub, ya da tikilini təmir edən ustanın adını əbədiləşdirib.

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə