Fatihə surəsi



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə10/166
tarix30.10.2018
ölçüsü2,26 Mb.
#75966
1   ...   6   7   8   9   10   11   12   13   ...   166

240. Sizdən ölümləri yaxınlaşan və özlərindən sonra arvadlarını qoyub gedən şəxslər arvadları və 
(onların  evdən)  çıxarılmadan  bir  illik  yaşayış  xərcləri(nin  təmin  olunması)  barəsində  vəsiyyət 
etməlidirlər.  Əgər  onlar  özləri  çıxıb  getsələr,  onda,  onların  özləri  barədə  bəyənilən  şəkildə 
gördükləri işdə (evlənmələrində və ya başqa bir işi seçmələrində) sizə (meyidin varislərinə) günah 
yoxdur  (və  xərclər  boyundan  götürülür).  Allah  qüdrətli  və  hikmətlidir.  (Bu  hökm  İslamın  ilkin 
çağlarında qüvvədə olub və sonradan nəsx edilərək, irs və iddə hökmü ilə əvəz edilib). 
241.  Və  talaq  verilmiş  qadınlara  (ər  tərəfindən)  münasib  mal  və  yaşayış  şəraiti  lazımdır  (iddə 
gözlədiyi müddətin xərcləri və talaqın növündən asılı olaraq mehriyyənin hamısı və ya bir hissəsi 
onlara verilməlidir). Bu, təqvalıların boynunda sabit və vacib (bir vəzifə)dir.  
242. Allah Öz ayələrini (dinin hökmlərini) sizə bu cür aydınlaşdırır ki, bəlkə düşünəsiniz. 
243.  Sayları  minlərlə  olduğu  halda  ölümün  qorxusundan  (və  cihaddan  qaçmaq  üçün)  öz 
evlərindən  çıxan  kəslərə  (ibrət  gözü  ilə)  baxmadınmı?  Onda  Allah  onlara  dedi:  «Ölün!  (Allah 
onların  ölümünü  istədi,  onlar  da  dərhal  öldülər.)»  Sonra  onları  diriltdi  (ki,  ölümdən  qaçmağın 
mümkün olmamasını başa düşsünlər). Doğrudan da Allah insanlara qarşı lütf və bəxşiş sahibidir. 
Lakin insanların çoxu şükr etmirlər. 
244. Allah yolunda (düşmənlərlə) vuruşun və bilin ki, həqiqətən Allah eşidən və biləndir. 
245. Kim Allaha gözəl bir borc verməyə hazırdır ki, Allah (da) onu (qaytararkən) onun üçün neçə 
qat artırsın? (Ruzini) azaldan da, çoxaldan da Allahdır. Ona tərəf qaytarılacaqsınız.  
246.  Musa(nın  vəfatın)dan  sonra  Bəni-İsrail  böyüklərindən  (əyan-əşraflarından)  öz 
peyğəmbərlərindən  birinə  (Şəmuilə)  «Allah  yolunda  döyüşməyimiz  üçün  bizə  bir  hökmdar 
göndər» deyən dəstəyə (onların halına qəlb  gözü  ilə) baxmadınmı? (Peyğəmbərləri onlara) dedi: 
«Heç  sizə  döyüş  yazılacağı  təqdirdə  vuruşmayacağınız  (və  itaətsizlik  edəcəyiniz)  ehtimalını 
vermirsiniz?»  Dedilər:  «Bizə  nə  olub  ki,  öz  ev-eşiyimizdən  və  övladlarımızın  yanından 
çıxarıldığımız halda Allah yolunda vuruşmayaq?» Beləliklə onlara döyüş yazılan zaman, onların 
az bir qismi istisna olmaqla (hamısı) arxa çevirdilər. Allah zalımları tanıyandır. 
247.  Peyğəmbərləri  onlara  dedi:  «Həqiqətən,  Allah  Talutu  sizə  hökmdar  göndərdi.»  Dedilər: 
«Hökmdarlığa biz ondan daha layiq olduğumuz və ona çoxlu var-dövlət verilmədiyi halda o bizə 
necə  hökmranlıq  edə  bilər?!»  (Peyğəmbərləri)  dedi:  «Şübhəsiz,  Allah  onu  sizin  üzəriniz(d)ə 
(hökmranlıq etmək üçün) seçib və ona artıq elm və cismani  güc verib. Allah Öz hökmdarlıq  və 
şahlığını istədiyi şəxsə verir. Allah (vücud, qüdrət və rəhmət baxımından) geniş və biləndir.»  
248. Peyğəmbərləri onlara dedi: «Onun hökmranlığının nişanəsi, içərisində (sizin üçün) Rəbbiniz 
tərəfindən qəlb rahatlığı və Musa və Harun ailəsinin qoyub getdikləri şeylərin qalıqları (Musanın 
əsası, zirehi və nə’leyni, Tövratın lövhələri və Harunun əmmaməsi) olan və mələklərin daşıdıqları 
tabutun (Musanın içərisində suya atıldığı əhd sandığının) sizin yanınıza gəlməsidir. Əlbəttə, əgər 
iman əhli olsanız onda sizin üçün (Talutun hakimiyyətinin doğruluğu barəsində) nişanə vardır «. 
249. Beləliklə Talut (Əmaliqə ilə döyüşmək üçün) qoşunla birgə (öz qərargahlarından) ayrılarkən 
dedi: «Həqiqətən, Allah sizi bir çay  ilə  imtahan edəcəkdir. Odur ki, kim ondan (doyunca) içsə, 
məndən deyil və kim ondan içməsə məndəndir, əlinə bir ovuc su götürən istisna olmaqla (ki, o da 
məndəndir). Beləliklə, onların az bir hissəsi istisna olmaqla hamısı ondan içdilər. Talut və onunla 
birgə iman gətirənlər çaydan keçdikdən sonra (onlardan bəziləri) dedilər: «Bizim bu gün Calut və 
onun  qoşunu  ilə  qarşılaşmağa  taqətimiz  yoxdur».  Allaha  qovuşacaqlarına  inananlar  (axirətə 
imanları  olanlar  isə)  dedilər:  «O  qədər  az  (saylı)  dəstə  Allahın  köməyi  ilə  çox  (saylı)  dəstəyə 
qalib gəlib ki! Allah səbirlilərlədir». 
250. Onlar Calut və onun qoşunu ilə vuruşmaq üçün qarşılaşdıqları zaman dedilər: «Ey Rəbbimiz, 
biz(im  qəlblərimiz)ə  səbr  və  dözüm  nazil  et,  qədəmlərimizi  möhkəmləndir  və  bizə  kafir  qövm 
üzərində kömət et. 
251.  Beləliklə  Allahın  köməyi  ilə  onları  məğlub  etdilər  və  (Talutun  əsgərlərindən  olan)  Davud 
Calutu öldürdü. Allah ona səltənət, hökmdarlıq və hikmət (şəriət elmləri və əqli maarif) verdi və 
(Zəbur  kitabı,  gerçəklik  əsasında  hökm  çıxarmaq,  quşların  dilləri  və  dəmirdən  zireh  toxumaq 
kimi)  istədiyi şeylərdən ona öyrətdi. Əgər Allah  insanların bəzisini  digər bəzilərinin  vasitəsi  ilə 


dəf etməsəydi, yer üzünü mütləq fitnə-fəsad bürüyərdi. Lakin Allah bütün aləmdəkilərə qarşı lütf 
və mərhəmət sahibidir. 
252.  Bunlar  Allahın  ayələridir  (tovhid  və  qüdrət  nişanələridir)  ki,  haqq  olaraq  sənə  oxuyuruq. 
Həqiqətən sən göndərilənlərdənsən. 
253. Bu peyğəmbərlərdən (adları çəkilən) bəzilərini bəzilərindən üstün etdik. Onlardan eləsi var 
ki,  Allah  onunla  danışıb  (Musa  kimi)  və  bəzilərini  bir  neçə  dərəcə  ucaldıb  (ulul-əzm 
peyğəmbərlər  kimi).  Və  Məryəm  oğlu  İsaya  aydın  dəlillər  (aşkar  möcüzələr)  əta  etdik  və  onu 
«Ruhul-Qudus» ilə qüvvətləndirdik. Əgər Allah qəti şəkildə istəsəydi, onlardan sonra (tarix boyu) 
gələnlər  (onların  ümmətləri)  onlara  gəlmiş  (bütün  bu)  aydın  dəlillərdən  sonra  bir-birləri  ilə 
vuruşmazdılar. Lakin  ixtilafa düşdülər. Beləliklə onların  bəzisi  iman gətirdi  və bəzisi  kafir  oldu 
(və  yer  üzündə  müharibələr  törətdilər).  Şübhəsiz,  əgər  Allah  istəsəydi,  onlar  bir-birləri  ilə 
vuruşmazdılar. Lakin Allah istədiyini (bəndələri əqidə və əməllərində ixtiyar sahibi) edir.  
254. Ey iman gətirənlər, nə alış-verişin və nə də dostluq və şəfaətin olmayacağı gün gəlməmişdən 
qabaq sizə ruzi olaraq verdiklərimizdən (Allah yolunda) xərcləyin. Kafirlərdir zalımlar! 
255. Tək olan Allahdır  ki, Ondan  başqa bir məbud yoxdur! (Öz zatı  ilə var olan) diri  və (varlıq 
aləmini)  bərqərar  saxlayan  qadir  və  əbədidir.  Onu  əsla  nə  mürgi  tutar,  nə  də  yuxu!  (Yaradılış, 
qorumaq,  idarə  etmək  və  yox  etmək  Onun  istəyindən  asılı  olduğu  üçün)  göylərdə  və  yerdə 
olanların hamısı (göylər və yer də daxil olmaqla) Ona məxsusdur. İzni olmadan Onun hüzurunda 
kim  vasitəçilik  və  şəfaət  (bu  dünyada  səbəblərlə  nəticələr  arasında  qeyri-ixtiyari  vasitəçilik,  o 
dünyada  isə  əməllərin  cəzasının  ləğvi  və  savabların  artırılması  üçün  olan  ixtiyari  şəfaət)  edə 
bilər?!  İnsanların  qarşısında  olanı  da,  arxalarında  olanı  da  (dünyanın  keçmiş  və  gələcək 
hadisələrini) bilir  və onlar Onun elmindən Onun  istədiyindən  başqa heç bir şeyi bilə  bilməzlər. 
Onun  (səltənət  və  rübubiyyət)  kürsüsü  göyləri  və  yeri  əhatə  etmişdir.  Onları  (göyləri  və  yeri) 
qoruyub saxlamaq Onun üçün çətin və yorucu deyildir. O, çox uca və böyükdür. 
256.  Dində  (əqidənin  əsasalarında)  məcburiyyət  yoxdur  (çünki,  daxili  inanc  və  etiqadlar  zorla 
qəbul etdirilə bilməzlər və dəlil-sübuta tabedirlər). Şübhəsiz, (bu Qur’an vasitəsilə) hidayət yolu 
azğınlıqdan  (seçilib)  aydınlaşmışdır.  Buna  görə  də,  kim  azğın  və  itaətsizə  (şeytan  və  onun 
ardıcıllarına)  kafir  olub  Allaha  iman  gətirsə,  doğrudan  da  heç  vaxt  qırılmayan  möhkəm  bir 
dəstəkdən yapışmışdır. Allah eşidən və biləndir. 
257.  Allah  iman  gətirənlərin  dostu  və  başçısıdır.  Onları  (nadanlıq,  küfr  və  itaətsizliklik) 
qaranlıqlar(ın)dan (elm,  iman və təqva) nur(un)a tərəf çıxarır. Kafir olanların başçıları  isə azğın 
və  itaətsizlərdir  ki,  onları  (hidayət)  nur(un)dan  (azğınlıq)  zülmətlər(in)ə  tərəf  çıxarırlar.  Onlar 
Cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar.  
258.  Allahın  verdiyi  hökmdarlıq  üzündən  öyünərək  İbrahimlə  Rəbbi  barəsində  höcətləşən  kəsi 
(Nəmrudu, qəlb gözü  ilə) görmədinmi? İbrahim «mənim Rəbbim dirildən və öldürəndir»  deyən 
zaman o dedi: «Mən (də) dirildirəm və öldürürəm (iki məhkumdan  birini azad edir,  digərini  isə 
öldürürəm)».  İbrahim  dedi:  «Həqiqətən  (mənim)  Allah(ım)  günəşi  şərqdən  çıxarır,  sən  onu 
qərbdən  çıxar!»  Belə  olan  halda  kafir  olmuş  kəs,  mat-məəttəl  qaldı.  Allah  zalım  qövmü  əsla 
hidayət etmir. 
259.  Yaxud  (evlərinin  damı  çökmüş  və)  divarları  damlarının  üzərinə  uçmuş  (və  sakinlərinin 
cəsədləri  çürüyüb  dağılmış)  kənddən  keçən  (kəs)  kimisini  (görmüsənmi)?  (O,  təəccüblə  öz-
özünə) dedi: «Allah bunları ölümlərindən sonra necə dirildəcək?!» Buna görə də Allah onu yüz il 
öldürdü,  sonra  diriltdi  (və)  dedi:  «(Burada)  nə  qədər  qalmısan?»  Dedi:  «Bir  gün,  ya  günün  bir 
hissəsini (qalmışam)». Dedi: «Xeyr, yüz il qalmısan; yemək-içməyinə bax ki, heç dəyişməyib və 
uzunqulağına bax (gör  necə çürüyüb dağılıb). Biz (bunu sənin  istəyini yerinə yetirmək və) səni 
insanlara  (Öz  tovhid  və  qüdrətimizin)  nişanə(si)  etmək  üçün  (etdik).  Bax  (gör  uzunqulağının) 
sümükləri(ni)  necə  götürür  (və  onları  bir-birinə  birləşdirir),  sonra  onların  üstünə  ət  örtürük! 
Beləliklə (dirilməyin necəliyi) ona aydın olduqda, dedi: «İndi bilirəm ki, Allah hər şeyə qadirdir 
(və indi bunu öz gözlərimlə görüb yəqinlik əldə etdim).  
260. (Yada sal) o zaman(ı) ki, İbrahim dedi: «Ey Rəbbim, ölüləri necə diriltməyini mənə göstər». 
Dedi: «Məgər (Mənim qüdrətimə və ya axirət gününə) imanın yoxdur?» Dedi: «Əksinə (imanım 


Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə