Fatihə surəsi



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə6/166
tarix30.10.2018
ölçüsü2,26 Mb.
#75966
1   2   3   4   5   6   7   8   9   ...   166

başqalarının  sizə  (irad  tutmağa)  bir  dəlili  olmasın  (müşriklər  deməsinlər  ki,  «İbrahimin  dininin 
iddiasını  etdiyi  halda,  onun  qibləsi  ilə  müxalifdir»  və  ya  kitab  əhli  «gəlməsi  vəd  edilmiş 
peyğəmbərin qibləsi Kə’bə olmalıdır, deməli bu şəxs həmin peyğəmbər deyil» deməsinlər). Odur 
ki, onlardan qorxmayın Məndən qorxun. Və (həmçinin bu qiblənin təyin edilməsi) bəlkə hidayət 
olundunuz deyə Öz nemətimi sizə tamamlamağım üçündür.  
151. (Bu qiblənin təyin edilməsi də) sizin aranızda (mələk və cinlərdən deyil) özünüzdən (cins və 
dili  sizinlə  bir  olan),  sizə  daim  Bizim  (tovhid)  nişanə  və  ayələrimizi  oxuyan,  sizi(n  ruhunuzu) 
paklaşdıran,  inkişaf etdirən, sizə (səma) kitabı(nı) və hikməti (şəriət hökmlərini və əqli maarifi), 
eləcə  də  əvvəllər  bilmədiyiniz  şeyləri  öyrədən  (insanı)  peyğəmbər  göndərdiyimiz  kimi 
(nemətdir). 
152.  Buna  görə  də,  Məni  yada  salın  ki,  Mən  də  sizi  yada  salım.  Mənə  şükr  edin  və  küfr  və 
nemətlərimə nankorluq etməyin. 
153. Ey iman gətirənlər, səbr və namazdan kömək diləyin ki, həqiqətən Allah səbr edənlərlədir. 
154. Allah yolunda öldürülənlərə ölü deməyin, əksinə (onların ruhları Bərzəx aləmində müstəqil 
şəkildə, yaxud «misal» qəlibinə daxil olmaqla) diridirlər və lakin (bunu) siz dərk etmirsiniz.  
155. Sizi mütləq bir az qorxu və aclıqla, eləcə də mal, can və (ağac) məhsulların(ın, yaxud arvad-
uşaq kimi həyat səmərələrinin) azlığı ilə imtahan edəcəyik. Səbr edənlərə müjdə ver. 
156.  O  kəslərə  ki,  onlara  hər  hansı  bir  müsibət  gəldikdə  «həqiqətən  biz  Allahınıq  (bizim 
yaradılışımız, qorunmağımız,  işlərimizin idarə edilməsi və yox edilməyimiz Onun əlində olduğu 
üçün Onun həqiqi malı, mülküyük) və həqiqətən Ona tərəf qayıdacağıq» deyərlər. 
157. Onlar Rəbbi tərəfindən salamlar və rəhmət yetişən kəslərdir və onlardır hidayət olunmuşlar! 
158.  Həqiqətən,  Səfa  və  Mərvə  (dağları)  Allahın  (dininin  və  Ona  sitayişin)  əlamət  və 
nişanələrindəndir. Odur  ki, Allah evinin «həcc» ziyarətini edən, yaxud «ümrə»ni yerinə yetirən 
şəxsin  o  ikisini  təvaf  etməsində  (ikisi  arasında  «sə’y»  etməsində)  ona  (nəinki)  heç  bir  günah 
yoxdur (əksinə vacibdir. Çünki, İslamdan qabaqkı  müşriklərin Səfa və Mərvənin hər birində bir 
büt qoyub, hər dövrdə onlara təzim etmələri, sizin Allah üçün olan «sə’y» əməlinizin haramlığına 
səbəb olmur). Hər kim  vacib miqdardan artıq xeyir bir  iş  görsə (sə’y və təvafın sayını artırsa), 
Allah qədirbilən (əməli qiymətləndirərək yaxşı mükafatlandıran) və (hər şeyi) biləndir. 
159.  Həqiqətən  (Muhəmmədin-səlləllahu  əleyhi  və  alihi  və  səlləm-peyğəmbərliyi  və  kitabı 
barəsində) nazil etdiyimiz aydın dəlillər və hidayətləri kitabda (Tövrat və İncildə) insanlara bəyan 
etməyimizdən  sonra,  (onları)  gizlədən  kəslər,  məhz  onlardır  Allahın  lənətlədiyi  və  həmçinin 
(bütün) lənət oxuyanların lənətlədiyi kəslər! 
160. Tövbə edib (öz pis işlərini) düzəltməklə məşğul olaraq (gizlətdiklərini) bəyan edənlər istisna 
olmaqla!  Beləliklə  onların  tövbəsini  qəbul  edirəm  və  əlbəttə  ki,  tövbələri  çox  qəbul  edən  və 
mehriban Mənəm. 
161. Doğrudan da kafir olub küfr halında ölənlərə Allahın, mələklərin və bütün  insanların  lənəti 
olsun! 
162.  Əbədi  olaraq  onda  (lənət  içində)  qalacaqlar.  Onların  nə  əzabı  yüngülləşdirilər  və  nə  də 
onlara (üzr istəmələri üçün) möhlət verilər. 
163. Sizin tanrınız tək  olan Allahdır, (ibadət edilməyə layiq) Ondan  başqa bir tanrı  yoxdur. O, 
bağışlayan və mehribandır. 
164.  Şübhəsiz,  göylərin  və  yerin  yaradılışında,  gecə  ilə  gündüzün  bir-birini  əvəz  etməsində, 
insanların  xeyrinə  olaraq  dənizdə  hərəkət  edən  gəmilərdə,  Allahın  səmadan  nazil  etdiyi  və 
vasitəsilə  yeri  ölümündən  sonra  diriltdiyi  və  müxtəlif  növdən  olan  canlıları  onun  (yerin)  hər 
tərəfinə  yaydığı  suda,  küləklərin  (bir  tərəfdən  başqa  bir  tərəfə)  əsdirilməsində  və  göylə  yer 
arasında  təslim  halda  olan  buludda  (bu  yeddi  şeyin  hər  birində)  düşünən  qövm  üçün  (Allahın 
tovhid, qüdrət və hikməti barəsində) nişanələr vardır.  
165.  İnsanların  bəziləri  Allahın  yerinə  (bütlərdən,  ulduzlardan  və  cinlərdən)  şəriklər  seçərək 
onları Allahı sevməli  olduqları  kimi sevərlər. Lakin  iman gətirənlərin Allaha olan məhəbbətləri 
(onların  öz  məbudlarına  olan  məhəbbətlərindən)  daha  çoxdur.  Əgər  zülm  edənlər  (axirət) 


əzabı(nı) müşahidə etdikləri zaman həqiqətən bütün qüdrət və gücün Allaha məxsus olmasını və 
Allahın şiddətli əzab verən olmasını görsələr (çox peşiman olacaqlar). 
166. O zaman (küfr və zülm) başçılar(ı) öz ardıcıllarından uzaqlaşacaq, əzabı (gözləri ilə) görəcək 
və bütün əlaqə və bağlılıqları qırılacaqdır.  
167. (Küfr və zülm başçılarına) tabe olanlar deyərlər:  «Kaş bizim üçün (dünyaya) bir qayıtmaq 
(imkanı) olaydı və onlar bizdən uzaqlaşdıqları kimi, biz də onlardan uzaqlaşaydıq». Allah onların 
(dünya)  əməllərini  bu  cür  həsrət  amilləri  kimi  onlara  göstərər.  Onlar  Cəhənnəm  odundan  əsla 
çıxan deyildirlər. 
168.  Ey  insanlar,  yer  üzündə  olan  şeylərin  (müxtəlif  yeməklər  və  digər  varlıqların)  halal  və 
paklarından  yeyin,  faydalanın  və  şeytanın  addımlarına  tabe  olmayın  ki,  o  sizin  aşkar 
düşməninizdir. 
169. O sizə yalnız pislik və çirkinlikləri, həmçinin bilmədiyiniz şeyləri Allaha nisbət verməyi əmr 
edir. 
170. (Müşrik və kafirlərə) «Allahın nazil etdiyinə tabe olun» deyildikdə, onlar «(xeyr,) əksinə, biz 
atalarımızın  getdiyi  yola  tabe  oluruq»  deyərlər.  Görəsən  ataları  hətta  bir  şey  anlamayıb,  (düz 
yola) hidayət olunmamış olsalar belə (onlar yenə atalarının yoluna tabe olacaqlar)?! 
171. Kafirlərin (onları  haqqa dəvət edənin) məsəli anlaşılmaz fəryad və haraydan başqa bir şey 
eşitməyən  heyvanın  üstünə  qışqıran  şəxs  kimidir  (onlar  da  kəlamı  eşidirlər,  lakin  sanki  o nun 
mənasını başa düşmürlər). (Onlar) kar, lal və kordurlar, buna görə də düşünmürlər.  
172.  Ey  iman  gətirənlər,  ruziniz  etdiyimiz  pak  şeylərdən  yeyin  (yer  üzündə  sizin  üçün 
yaratdığımız və pak olan şeylərin hamısından bəhrələnin) və əgər yalnız Allaha ibadət edirsinizsə, 
Ona şükr edin (çünki şükürsüz ibadət kamil deyildir).  
173.  Həqiqətən  (Allah)  sizə  ölmüş  heyvanı,  qanı,  donuz  ətini  və  (kəsilərkən  başı  üzərində) 
Allahdan  başqasının  adı  çəkilmiş  heyvanı  haram  etmişdir.  Amma  əslində  ona  meyli  olmadan 
(Allahın hökmünə qarşı çıxmaq niyyəti olmadan) və zərurət miqdarını aşmadan (onları yeməyə) 
məcbur olan şəxsə heç bir günah yoxdur. Həqiqətən Allah çox bağışlayan və mehribandır.   
174. Şübhəsiz, Allahın kitabdan (səma kitabı olan Tövrat və İncildən) nazil etdiyini (alimlərin öz 
mənafelərinə görə camaat üçün haram etdikləri şeylərin halal olması barəsindəki ayələri) gizlədən 
və beləliklə də azacıq bir qazanc əldə edən kəslər qarınlarına oddan başqa bir şey daxil etmirlər 
(onların gizlətdikləri və ya əldə etdikləri o qazanc axirətdə od  yemək şəklində zahir olacaqdır). 
Həmçinin  Allah  Qiyamət  günü  onlarla  danışmayacaq,  onları  (əməllərinin  pisliyindən) 
paklaşdırmayacaq və onlar üçün ağrılı bir əzab olacaqdır.  
175.  Hidayət  bahasına  azğınlığı  və  bağışlanmaq  müqabilində  əzabı  satın  almış  kəslər  onlardır. 
Vay-vay, onlar oda necə də səbrlidirlər! 
176. O əzab buna görədir ki, Allah kitabı (bütün səma kitablarını) haqq olaraq (düzgün, ali və əqli 
bir hədəf üçün) nazil etmişdir. Həqiqətən Allahın kitabı (onun  hamısının və ya  bəzisinin qəbul 
edilməsi, kəlmələrinin, yaxud mənasının təhrif edilməsi) barəsində fikir ayrılığına düşmüş kəslər 
uzun-uzadı bir düşmənçilik içərisindədirlər. 
177. Yaxşılıq yalnız üzlərinizi (ibadət üçün) şərq və qərbə tərəf çevirmək deyildir. Lakin həqiqi 
yaxşılıq  Allaha,  axirət  gününə,  mələklərə,  (səmavi)  kitaba  və  peyğəmbərlərə  iman  gətirən 
(başlanğıc və məada, həmçinin bu ikisinin arasında olan etiqadi əsaslara iman gətirən), eləcədə də 
öz  malını,çox  sevməsinə  (və  ona  ehtiyacı  olmasına)  baxmayaraq  Allah  eşqinə  qohumlarına, 
yetimlərə,  yoxsullara,  yolda  qalanlara,  dilənçilərə  və  qullar(ın  azad  olunmasın)a  verən,  namaz 
qılan,  zəkat  verən,  əhd-peyman  bağlayan  zaman  öz  əhdinə  vəfalı  olanlar,  (məxsusən)  maddi 
çətinlikdə, cismi zərərlərdə və cihad zamanı səbirli olan kəs(in iman və əməli)dir. Onlardır doğru 
danışanlar  və  onlardır  təqvalılar!  (Ümumiyyətlə  yaxşılıq  üç  cəhətdən-etiqad,  əməl  və  əxlaqdan 
ibarətdir.)  
178. Ey  iman  gətirənlər, sizə (qəsdən) öldürülənlər barəsində qisas (hökmü)  yazılmış  və qərara 
alınmışdır: azad şəxsin müqabilində azad, qulun müqabilində qul və qadının müqabilində qadın. 
Beləliklə  kim  (hər  hansı  bir  qatil)  öz  (din)  qardaşı  (öldürülənin  qəyyumu)  tərəfindən  müəyyən 
qədər  əfv  olunsa  (qəyyum  bütün  qisas  haqqını,  yaxud  onun  bir  hissəsini  bağışlasa  və  ya  onu 


Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə