Fatihə surəsi



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə3/166
tarix30.10.2018
ölçüsü2,26 Mb.
#75966
1   2   3   4   5   6   7   8   9   ...   166

gətirsə  və  yaxşı  işlər  görsə,  onlar  üçün  Rəbbi  yanında  hallarına  münasib  sabit  mükafat  vardır. 
Onlara (Qiyamət günü) nə bir qorxu var, nə də qəmgin olarlar. 
63. Və (yadınıza salın)  o zaman(ı) ki, sizdən əhd-peyman aldıq və Tur  dağını başınızın üzərinə 
ucaltdıq (və dedik): «(Tövratın ayələrindən) sizə  verdiklərimizi əzmlə, möhkəm  iradə  ilə qəbul 
edin və orada olanları (əməl etmək üçün) xatırlayın, bəlkə təqvalı olasınız».  
64.  Həmin  vaxt,  ondan  sonra  siz  (öz  əhd-peymanınızdan  və  deyilənləri  qəbul  etməkdən)  üz 
döndərdiniz. Əgər Allahın sizə lütf və mərhəməti olmasaydı (sizə tövbə etməyi nəsib etməsəydi), 
mütləq zərər çəkənlərdən olardınız. 
65.  Və  əlbəttə,  siz  içərinizdən  şənbə  günü  (Allahın  əmrindən)  çıxanları  (və  həmin  günü  balıq 
tutanları)  tanıdınız.  Biz  onlara  dedik:  «Meymun  və  (Bizim  dərgahımızdan)  qovulmuşlar  olun!» 
(Onların bu cür olmalarını istədik, elə bu cür də oldular.)  
66. Beləliklə, Biz o cəzanı (həmin dövrdə) olanlar və sonrakı nəsillər üçün ibrətamiz bir cəza və 
təqvalılar üçün öyüd-nəsihət etdik. 
67.  Və  (yadınıza  salın)  o  zaman(ı)  ki,  Musa  öz  qövmünə  dedi:  «Allah  sizə  (naməlum  şəxsin 
qatilinin kimliyinin bilinməsi üçün) dişi bir  inək kəsməyinizi əmr edir». Dedilər: «Bizi  məsxərə 
edirsən?!»  Dedi:  «Nadanlardan  olmaqdan  Allaha  pənah  aparıram.»  (Çünki,  məsxərə  etmək 
nadanların işidir.) 
68.  Dedilər:  «Bizə  görə  Rəbbini  çağır,  o  dişi  inəyin  necəliyini  (və  onun  neçə  yaşında  olmalı 
olduğunu) bizə aydınlaşdırsın»? Dedi: «O deyir ki, həmin dişi inək nə işdən düşmüş qoca, nə də 
heç işləməmiş cavandır, bunların ikisinin arasındadır. Odur ki, sizə əmr olunanı yerinə yetirin!»  
69.  Dedilər:  «Bizə  görə  Rəbbini  çağır,  onun  rənginin  necəliyini  bizə  aydınlaşdırsın.»  Dedi: 
«Rəbbiniz deyir ki, o, görənlərə xoş gələn xalis tünd sarı rəngli bir inəkdir.» 
70. Dedilər: «Bizə görə Rəbbini çağır, onun hansı  inək olduğunu bizə aydınlaşdırsın. Həqiqətən, 
bu inək (onun necəliyi) bizə qaranlıq qalıb və əlbəttə, Allah istəsə, biz doğru yolu tapanlardanıq.» 
71. Dedi: «Rəbbiniz deyir ki, o, yer şumlamaq və əkin yerini suvarmaq üçün ram olmayan dişi bir 
inəkdir, sağlamdır (nə bir nöqsanı var və nə də bir  iş görüb) və onda əsl rənginə zidd olan rəng 
ləkəsi yoxdur.» Dedilər:  «İndi (bu məsələ barəsində) həqiqəti gətirdin». Beləliklə, onun (inəyin) 
başını kəsdilər, (hərçənd ki,) elə etməyə razı deyildilər. 
72.  Və  (yadınıza  salın)  o  zaman(ı)  ki,  bir  nəfəri  öldürüb,  onun  (qatili)  barəsində  mübahisəyə 
başladınız və Allah, gizlətdiyinizi aşkar etmək istəyirdi.  
73.  Buna  görə  də  dedik:  «(Kəsilmiş  inəyin)  üzvlərinin  bir  parçasını  ona  (öldürülmüş  şəxsin 
bədəninə) vurun (ki, dirilərək öz qatilini tanıtdırsın).» Allah ölüləri bu cür dirildir və Öz (tovhid 
və qüdrət) nişanələrini sizə göstərir ki, bəlkə düşünəsiniz.  
74. Sonra, onun (möcüzələrin) ardınca sizin qəlbləriniz sərtləşdi, daş parçaları kimi və ya ondan 
da bərk oldu. Çünki (Musanın daşı və bulaqların daşları kimi) bəzi daşlar var ki, onlardan çaylar 
qaynayır,  bəziləri  parçalanır  və  içindən  su  sızır  və  bəziləri  Allahın  (yaradarkən  təbiətlərində 
qoyduğu)  qorxusundan  (dağlardan)  tökülür.  (Varlıqların  Allahın  iradəsindən  təsirlənmələri 
onların  fitri  qorxu  və  itaətləridir.  Məqsəd  budur  ki,  daşlar  təsirlənir,  amma  onların  qəlblərində 
Allahın iradəsinə təslim halı gözə çarpmır.) Allah sizin etdiklərinizdən xəbərsiz deyildir.  
75.  (Siz  müsəlmanlar)  onların  (yəhudilərin)  sizə  (sizin  dininizə)  iman  gətirmələrinə  göz 
dikirsiniz,  halbuki, onların bir  dəstəsi (onların alimlər inin bəziləri, tarix  boyu) Allahın kəlamını 
eşidir,  lakin  barəsində  düşünüb  başa  düşdükdən  sonra  (öz  dünyəvi  məqsədlərinə  görə)  onu 
bilərəkdən (işlərinin çirkinliyini bilə-bilə) təhrif edirdilər. 
76.  İman  gətirənlərlə  görüşdükləri  zaman  «biz  iman  gətirdik»  deyirlər.  Bir-birləri  ilə  xəlvətə 
çəkildikdə  isə  (bir-birlərinə)  «Allahın  (Tövratın  ayələrindən  elmini)  sizə  açıqladığını  (İslam 
peyğəmbərinin  sifətlərini  və  onun  doğruluğunu  bəyan  edən  ayələri)  nə  üçün  onlara 
(müsəlmanlara) söyləyirsiniz ki, həmin hökmləri Rəbbinizin yanında sizə qarşı (dəlil) gətirsinlər 
(və qələbə çalsınlar)? Heç düşünmürsünüz?!» deyirlər. 
77. Məgər onlar bilmirlər ki, Allah onların gizlətdiklərini də, aşkar etdiklərini də bilir?! 
78.  Onların  bəziləri  kitabdan  (Tövratdan,  bir  ovuc)  boş  xəyal  və  puç  arzulardan  başqa  bir  şey 
bilməyən savadsızlardır və onlar (kitabın hökmləri barəsində) yalnız zənn və gümana malikdirlər. 


79. Buna görə də vay olsun o kəslərin halına ki, azacıq bir qazanc əldə etmək üçün öz əlləri ilə bir 
yazı yazıb, sonra «bu, Allah tərəfindəndir» deyirlər. Əlləri ilə yazdıqlarına görə vay olsun onlara 
və vay olsun onlara (bu təhrifin müqabilində) əldə etdiklərinə görə! 
80. Və dedilər: «Cəhənnəm odu bizi bir neçə gündən (dədə-babalarımızın buzova ibadət etdikləri 
günlərin sayından) artıq yandırmaz». De: «Allah tərəfindən bir əhd-peyman almısınız – ki, Allah 
da heç vaxt öz əhd-peymanına xilaf çıxmaz – yoxsa Allaha qarşı bilmədiyinizi söyləyirsiniz?!» 
81. Bəli, (sizə, uzun sürən bir əzab gələcək, çünki) kim pis iş görsə və günah ı (təkrar nəticəsində) 
onun bütün vücudunu (imanının aradan getməsi həddinə kimi) əhatə etsə, belə şəxslər Cəhənnəm 
əhlidirlər və orada həmişəlik qalacaqlar. 
82. İman gətirən və yaxşı işlər görən kəslər isə Cənnət əhlidirlər və orada əbədi qalacaqlar. 
83.  Və (yadınıza  salın)  o  zaman(ı)  ki,  İsrail  övladlarından  «heç  vaxt  Allahdan  qeyrisinə  ibadət 
etməyin, ata-analarınıza, yaxınlarınıza, yetimlərə və yoxsullara yaxşılıq edin,  insanlarla xoş dillə 
danışın,  namaz qılın və zəkat verin» (deyə) əhd-peyman aldıq. Sonra az bir  qisminizdən  başqa, 
hamınız üz döndərdiniz. Siz (zatən) dönüksünüz. 
84.  Və  (yadınıza  salın)  o  zaman(ı)  ki,  sizdən  «bir-birinizin  qanını  tökməyin,  bir-birinizi  öz 
evlərinizdən çıxarmayın!» (deyə) əhd-peyman aldıq. Sonra (siz öz əhd-peymanınızı) etiraf etdiniz 
və ona şahidsiniz. 
85.  (Lakin)  yenə  elə  bir-birinizi  öldürən,  özünüzdən  olan  bir  dəstəni  onlara  qarşı  bir-birinizə 
günah və  itaətsizlik üzündən kömək etməklə öz yurdlarından (qovub) çıxaran və (bununla belə) 
onlar əsir halında sizin yanınıza  gələndə fidyə verərək onları azad edən də elə sizsiniz,  halbuki 
onları  (müharibəyə)  çıxartmaq  sizə  (elə  əvvəldən)  haram  idi.  Deməli  siz  kitabın  (Tövratın 
hökmlərinin) bir hissəsinə iman gətirib, digər bir hissəsinə kafir olursunuz?! (Müharibə etmək və 
qovub-çıxarmağın  haram  olmasını  rədd,  öz  dindaşlarınızın  azad  edilmələrinin  vacibliyini  isə 
qəbul edirsiniz?!) Buna görə də, sizdən belə iş görənlərin cəzası dünyada xarlıq və zillətdən başqa 
bir  şey  deyildir.  Qiyamət  günü  isə  (onlar)  ən  şiddətli  bir  əzaba  tərəf  qaytarılacaqlar.  Allah, 
etdiklərinizdən xəbərsiz deyildir. 
86. Onlar bu  dünya həyatını axirətin  bahasına almış kəslərdir. Odur ki, (axirətdə) onların əzabı 
əsla yüngülləşməyəcək və onlara (heç bir) kömək də olunmayacaqdır. 
87.  Həqiqətən,  Biz  Musaya  (səma)  kitab(ı)  verdik  və  ondan  sonra  bir-birinin  ardınca 
peyğəmbərlər  göndərdik.  Məryəm  oğlu  İsaya  aydın  dəlillər  əta  etdik  və  onu  Ruhul-Qudusla 
qüvvətləndirdik. Bəs nə üçün hansısa bir  peyğəmbər sizə  ürəyinizə  yatmayan bir şey gətirəndə 
təkəbbür göstərdiniz, bir dəstəni təkzib edir, bir dəstəni isə öldürürdünüz?! 
88. Və dedilər: «Bizim qəlblərimiz (fitri olaraq sənin sözlərini dərk etməkdən) örtülüdür». (Belə 
deyil,) əksinə, Allah onları küfrlərinin müqabilində Öz rəhmətindən uzaqlaşdırıb. Buna görə də az 
iman  gətirirlər  (səma  kitablarının  müştərək  yerlərinə  və  ya  öz  nəfsi  istəklərinə  uyğun  olanlara 
iman gətirirlər). 
89. Elə ki, onlara Allah tərəfindən əllərində olanı (Tövratı) təsdiq edən bir kitab (Qur’an) gəldi, 
onlar  bundan  əvvəl  həmişə  özlərinin  (həmin  kitabı  gətirəcək  peyğəmbər  vasitəsi  ilə)  kafirlər 
üzərində qələbələrindən xəbər verdikləri halda (bütün bunlara baxmayaraq), bildikləri şey onlara 
gələn zaman ona küfr etdilər. Odur ki, Allahın lənəti olsun kafirlərə! 
90. Özlərini satdıqları şey - Allahın Öz lütfü ilə istədiyi bəndəsinə (kitab) nazil etməsinə paxıllıq 
etdikləri  üçün  Onun  nazil  etdiyinə  kafir  olmaları  -  nə  qədər  də  pis  bir  şeydir.  Beləliklə,  onlar 
(Allah tərəfindən) qəzəb üstündən qəzəbə düçar oldular. Kafirlər üçün xaredici bir əzab vardır.  
91. Onlara «Allahın nazil etdiyinə (Qur’ana) iman gətirin» deyildikdə, «biz özümüzə göndərilənə 
(Tövrata) iman gətiririk» deyərlər. Ondan (Tövratdan) sonrakına kafir olurlar, halbuki o, haqq və 
əllərindəkinin  təsdiq  edənidir.  De:  «Əgər  sizin  (Tövrata)  imanınız  varsa,  bəs  nə  üçün  bundan 
əvvəl (bütün tarixiniz boyunca) Allahın peyğəmbərlərini öldürürdünüz?!» 
92. Həqiqətən Musa sizə möcüzələr və açıq-aydın dəlillər gətirdi,  lakin siz ondan (o, Tur dağına 
getdikdən)  sonra  (özünüzə  və  Allahın  ayələrinə  qarşı)  zülm  edərək  buzova  sitayiş  etməyə 
başladınız. 


Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə