Fatihə surəsi



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə5/166
tarix30.10.2018
ölçüsü2,26 Mb.
#75966
1   2   3   4   5   6   7   8   9   ...   166

122. Ey İsrail  övladları, sizə verdiyim  nemətimi və sizi (öz  zamanınızda) bütün aləmdəkilərdən 
üstün etməyimi xatırlayın. 
123. Və heç kəsin bir başqasının əzabını dəf edə bilməyəcəyi, (əzabın yerinə) ondan bir əvəzin 
qəbul  olunmayacağı,  şəfaətin  ona  heç  bir  fayda  verməyəcəyi  və  onlara  heç  bir  köməyin  də 
göstərilməyəcəyi gündən çəkinin. 
124.  Və  (yadına  sal)  o  zaman(ı)  ki,  Rəbbi  İbrahimi  bəzi  işlərlə  imtahana  çəkdi.  Beləliklə,  o 
(İbrahim),  hər  şeyi  kamil  surətdə  yerinə  yetirdi.  Rəbbi  dedi:  «Həqiqətən,  Mən  səni  insanlara 
imam  və  rəhbər  təyin  etdim.»  (İbrahim)  dedi:  «Övladlarımdan  necə?»  Dedi:  «Mənim  əhd-
peymanım zalımlara nəsib olmaz.» 
125. Və (yadınıza salın)  o zaman(ı)  ki, Biz bu Evi (əzəmətli Kə’bəni)  insanların dönüş  yeri  və 
əmin-amanlıq məkanı etdik və (dedik): «İbrahim məqamından (onun arxasından, ya sağ və ya sol 
tərəfindən)  namaz  üçün  bir  yer  seçin.  Və  İbrahim  ilə  İsmailə  tapş ırdıq  ki,  Mənim  evimi  təvaf 
edənlər,  yaxınlıqda  olanlar  (yaxud  ibadətə  çəkilənlər),  rüku  və  səcdə  edənlər  üçün  pak-pakizə 
edin. 
126. Və (xatırlayın) o  zaman(ı) ki, İbrahim dedi:  «Ey Rəbbim, buranı (bu  diyarı) təhlükəsiz  və 
əmin-amanlığı olan bir şəhər et və onun əhalisinə – Allaha və axirət gününə  iman gətirənlərə  – 
hər növ meyvə və məhsullardan ruzi ver.» Buyurdu: «(Elə də edəcəyəm) və kim kafir olsa,  onu 
bir az bəhrələndirəcək, sonra isə odun əzabına düçar edəcəyəm və ora pis bir qayıdış yeridir!»  
127. Və (yada salın) o  zaman(ı) ki, İbrahim və İsmail evin (Kə’bənin)  təməlini ucaldırdılar (və 
deyirdilər): «Ey Rəbbimiz, (bu əməli) bizdən qəbul et ki, həqiqətən, eşidən və bilən Sənsən!» 
128. «Ey Rəbbimiz, bizi Özünə (əmrlərinə) təslim et, övladlarımızdan da Sənə təslim olan ümmət 
(yarat), bizim (Həcc, qurban kəsmək və qurbanlıq yerləri kimi) ibadət əməllərimizi bizə göstər və 
bizə nəzər sal ki, həqiqətən çox mehriban, tövbələri qəbul edən və rəhmli Sənsən!» 
129.  «Ey  Rəbbimiz,  onların  arasına  özlərindən  Sənin  ayələrini  onlara  oxuyan,  kitab  və  hikmət 
(şəriət elmləri və əqli biliklər) öyrədən və onları paklaşdıran bir peyğəmbər seçib göndər. Çünki, 
yenilməz qüdrət və hikmət sahibi Sənsən!» 
130. İbrahimin dinindən öz qədir-qiymətini bilməyən və özünü nadanlığa vurandan başqa kim üz 
döndərər?! Şübhəsiz, Biz onu bu dünyada (peyğəmbərlik,  imamlıq və hikmət üçün) seçdik və o, 
axirətdə (də) mütləq saleh (bəndə)lərdən olacaqdır.  
131.  O  zaman  Rəbbi  (tovhid  dəlillərini  göstərdikdən  sonra,  ilham  yolu  ilə)  ona  «təslim  ol!» 
buyuranda  o,  «aləmlərin  Rəbbinə  təslim  oldum»  dedi.  Həmçinin  (peyğəmbər  kimi  seçilərək 
göndərildikdən  sonra,  vəhy  yolu  ilə)  ona  «əmrə  təslim  ol!»  buyuranda  o,  «Allahın  əmrlərinə 
təslim oldum» dedi. 
132. İbrahim və Yəqub oğlanlarına öz dinlərini tövsiyə etdilər (və hər biri öz vəsiyyətində dedi) 
ki:  «Ey  mənim  oğlanlarım,  şübhəsiz,  Allah  bu  dini  sizin  üçün  seçib.  Buna  görə  də  (çalışın) 
dünyadan mütləq yalnız müsəlman olaraq gedin!» 
133. (Siz  ki,  «Yəqub öz oğlanlarına yəhudiliyi tövsiyə etdi» deyirsiniz,)  məgər  Yəqubun ölümü 
çatan zaman onun yanında və şahid idiniz? (Halbuki, Yəqub) öz oğlanlarına: «Məndən sonra nəyə 
ibadət  edəcəksiniz?»  –  deyəndə,  (İbrahimin  hənif  dinini  tapşırmışdı  və  oğlanları  da  onun 
cavabında)  «sənin  və  ataların  İbrahimin,  İsmailin  və  İshaqın  Allahı  olan  tək  Allaha  ibadət 
edəcəyik və biz Ona (Onun əmrlərinə) təslim olanlarıq» demişdilər. 
134. Onlar bir ümmət  idilər ki, keçib-getdilər. Onların əldə etdikləri özlərinə, siz (kitab əhlin)in 
əldə  etdiyiniz  isə  sizə  aiddir  və  siz  əsla  onların  etdikləri  əməllər  barəsində  sorğu-sual 
edilməyəcəksiniz. 
135. Və (kitab əhli  insanlara) dedilər: «Yəhudi yaxud xaçpərəst olun ki,  doğru yolu tapasınız.» 
De:  «Əksinə,  haqq  (yol)a  yönəlmiş  İbrahimin  dininə  (tabe  olacağıq)  və  o,  əsla  müşriklərdən 
olmayıb.» 
136.  (Ey  möminlər)  deyin:  «Biz  Allaha  və  bizə  nazil  olana,  İbrahim,  İsmail,  İshaq,  Yəqub  və 
Əsbata  (Yəqubun  nəvələrinə)  nazil  olana,  Musa  və  İsaya,  eləcə  də  peyğəmbərlərə  Rəbbi 
tərəfindən verilənlərə iman gətirdik. Onların arasında (haqq olmaları və Allah tərəfindən seçilib 
göndərilmələri baxımından) heç bir fərq qoymuruq və biz Onun müqabilində təslim olanlarıq.» 


137.  Beləliklə,  əgər  onlar  da  sizin  iman  gətirdiklərinizə  iman  gətirsələr,  şübhəsiz,  doğru  yolu 
tapıblar. Əgər üz döndərsələr, həqiqətən, müxalifət və düşmənçilik məqamındadırlar. Buna görə 
də, Allah tezliklə onların şərrini səndən dəf edəcəkdir və Odur eşidən və bilən! 
138.  (Bəli,  bizim  qəlblərimizin  imanı)  ilahi  boyaqçılıqdır!  Kimin  boyaqçılığı  Allahınkından 
gözəldir? Biz Ona ibadət edənlərik. 
139.  De:  «Bizimlə  Allah(ın  işi)  barəsində  höcətləşirsiniz  (ki,  peyğəmbəri  nə  üçün  ərəblərdən 
seçdi)? Halbuki O, (həm) bizim Rəbbimiz  və (həm də) sizin Rəbbinizdir və  bizim əməllərimiz 
bizə, sizin əməlləriniz  isə sizə aiddir və biz Ona sadiqik» (və Peyğəmbərin seçilməsinin səbəbi 
həmin əməl və sədaqətdir). 
140. Deyirsiniz ki, İbrahim, İsmail, İshaq, Yəqub və (Yəqubun nəvələri olan) Əsbat yəhudi ya da 
xaçpərəst  olublar?  De:  «Siz  daha  çox  bilirsiniz  yoxsa  Allah»  (ki,  onların  yəhudilik  və 
xaçpərəstlikdən  uzaq  olduqlarına  şəhadət  vermişdir  və  siz  bunu  bilir  və  gizlədirsiniz)?  Allah 
tərəfindən  yanında  olan  (hər  hansı)  bir  şəhadəti  gizlədəndən  daha  zalım  kim  ola  bilər?!  Allah 
etdiyiniz əməllərdən əsla qafil deyildir. 
141. Onlar keçib  getmiş bir  ümmətdirlər, onların əldə etdikləri özlərinə, siz (kitab əhlin)in əldə 
etdiyiniz isə sizə aiddir. Siz onların etdiyi əməllər barəsində əsla sorğu-sual olunmayacaqsınız. 
142. Tezliklə səfeh  insanlar deyəcəklər: «Onları (müsəlmanları) üz tutduqları qiblədən (Beytül-
Müqəddəsdən Kə’bəyə tərəf) nə döndərdi?» De:  «Şərq və  qərb Allahındır,  istədiyi şəxsi (bəşər 
cəmiyyətinin xeyirinə olan) doğru yola hidayət edir.» (Bir müddət Qüdsə üz tutmaq məsləhət idi, 
ondan sonra isə Kə’bəyə üz tutmaq məsləhətdir.) 
143. (Sizin  üçün  müstəqil  bir qiblə təyin etdiyimiz kimi) sizi orta (ifrat və onun ziddi arasında 
mötədil) bir ümmət etdik ki, (Qiyamət günü) siz insanlara şahid olasınız və bu Peyğəmbər də sizə 
şahid  olsun.  Biz  sənin  əvvələr  üz  tutduğun  qibləni  (Beytül-Müqəddəsi)  Peyğəmbərə  tabe  olan 
şəxsi  geri  dönən  (və  keçmiş  qiblədə  qalan)  şəxsdən  ayırd  etməkdən  (əzəli  elmimizi  xaricdə 
gerçəkləşdirməkdən) başqa bir şey üçün (qiblə) təyin etməmişdik. Hərçənd ki, bu hökm Allahın 
hidayət  etdiyi  şəxslərdən  başqası  üçün  çətin  və  ağır  idi.  Allah  sizin  imanınızı  (keçmiş 
etiqadlarınızın,  yaxud əvvəlki qibləyə üz tutub etdiyiniz  ibadətlərin savabını)  zay etmək istəmir. 
Həqiqətən Allah insanlara qarşı olduqca şəfqətli və mehribandır.  
144. Şübhəsiz, Biz sənin üzünün (bir  işin baş verməsini gözləyən adam kimi) göydə o tərəf bu 
tərəfə çevrilməsini görürük və indi səni razı qalacağın bir qibləyə tərəf döndəririk. Odur ki, üzünü 
Məscidül-Hərama  tərəf  döndər.  Harada  olsanız  üzünüzü  ona  tərəf  döndərin.  Həqiqətən,  (səma) 
kitab(ı)  verilmiş  kəslər  bilirlər  ki,  şübhəsiz,  bu,  (Kə’bəyə  üz  tutmaq)  onların  Rəbbi  tərəfindən 
olan  bir  haqqdır.  (Çünki,  onların  kitabında  İslam  Peyğəmbərinin  iki  qibləyə  namaz  qılacağı 
vardır.) Allah onların etdiklərindən (müxalifətlərindən) qafil deyildir. 
145.  Şübhəsiz,  sən  kitab  əhli  üçün  hər  nişanə  və  dəlil  gətirsən  də  onlar  sənin  qiblənə  tabe 
olmayacaqlar və sən də heç vaxt  onların  qibləsinə tabe olmayacaqsan. Həmçinin onların bəzisi 
digərinin qibləsinə tabe olmayacaqdır. Əgər sənə verilmiş o elmdən sonra onların istəklərinə tabe 
olsan, onda şübhəsiz ki, zalımlardan olacaqsan. 
146.  (Səma)  kitab(ı)  verdiyimiz  şəxslər  onu  (Muhəmmədi-səlləllahu  əleyhi  və  alihi  və  səlləm-
Tövrat  və  İncilin  onu  kamil  tanıtdırması  əsasında)  öz  oğullarını  tanıdıqları  kimi  tanıyırlar. 
Həqiqətən onların bir dəstəsi haqqı bilərəkdən israrla gizlədir. 
147.  Bu  haqq  (qiblənin  dəyişdirilməsi  hökmü  və  haqq  olan  hər  hansı  digər  bir  hökm)  sənin 
Rəbbin tərəfindəndir. Odur ki, əsla şübhə edənlərdən olma. 
148.  Hər  bir  dəstənin  bir  qibləsi  vardır  ki,  (üzlərini)  ona  tərəf  döndərirlər  (yəhudilər  Be ytül-
Müqəddəsə, xristianlar şərqə, müsəlmanlar Kə’bəyə). Odur ki, (bu barədə mübahisə etməyin və) 
xeyir  işlər  istiqamətində  bir-birinizi  ötməyə  çalışın.  Harada  olsanız,  Allah  (əməllərin  əvəzini 
vermək üçün) sizin hamınızı (Məhşər səhnəsinə) gətirəcəkdir. Həqiqətən Allah hər şeyə qadirdir. 
149. Və haradan (səfərə) çıxsan, (namazda) üzünü Məscidül-Hərama tərəf döndər. Şübhəsiz bu, 
sənin Rəbbin tərəfindən haqq (fərman)dır və Allah etdiyiniz əməllərdən əsla qafil deyildir. 
150. (Bəli) və haradan çıxsan (namazda) üzünü Məscidül-Hərama tərəf döndər. Harada olsanız 
üzünüzü  ona  tərəf  döndərin  ki,  insanların  zalımlarından  (məntiqsiz  söz  danışanlarından) 


Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə