FəLSƏFƏ : tarix və



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə26/129
tarix22.11.2017
ölçüsü2,82 Mb.
#11504
1   ...   22   23   24   25   26   27   28   29   ...   129

 

- 78 -


                                                          

dərk etməkdə kamildir».

1

  «Özü-özlüyündə  zəruri olan – 



məqsəddir və  hər  şey onunla tamamlanır… Hər bir məqsəd 

fəzilətdir. O isə – mütləq fəzilətdir».

2

    Burada  Fərabi fikrini 



əsaslandırmaq üçün Qurani-Kərimin  ən-Nəcim surəsindən 

«Ağır dönüş  Rəbbinədir» (42-ci ayə) kəlamını yada salır. 

Platonda isə «ideya» anlayışı daha mütəhərrik olduğundan o, 

rahatlıqla «zəruri bilik» anlayışına keçir və fəlsəfəni bəni-adəm 

üçün də əlçatan edir. Lakin bununla belə, filosofluq sıradan biri 

üçün yox, ilahi mahiyyətə qovuşanlar üçündür.    

Platona görə, zərurət ideyaya adekvatlıq kimi başa dü-

şülməlidir. Hər hansı bir şeyi anlamaq bu şeyin ideyasını 

anlamaqdır.

3

  İdeya isə adi insanlar üçün əlçatmaz olduğundan 



onlar adətən  şey haqqında hissi təcrübədən çıxış edərək rəy 

söyləyir, fikir yürüdürlər. Hisslərin verdiyi məlumat isə  hələ 

həqiqət (deməli həm də bilik) deyil. Platon hər cür sensualizmə 

və empirizmə qarşı çıxaraq həqiqətin ancaq ruhun ideyaya ilkin 

bələdliyindən üzə  çıxdığını iddia edir. Platona görə, ruh əbədi 

olduğundan həqiqi biliklər insana əslində  əvvəlcədən 

məlumdur. İnsan ona əslində məlum olanı sadəcə yadına salır.

4

  



Ona görə də fikir şeyə yox, ruha fokuslanmalıdır.  

Əlbəttə, Platon ruhda biliklərin  əvvəlcədən və  məhz bir 

həqiqət olaraq mövcudluğunu ruhun əvvəlki həyatı ilə  və 

deməli, əslində virtual hissi təcrübənin məhsulu kimi izah edir. 

Bununla da, Platon fərqinə varmadığı bir paradoksla üz-üzə 

qalır. Belə ki,  çağdaş insan həyatında hissi təcrübənin roluna 

elə  də önəm verməyən Platon həqiqi bilikləri nəticə etibarilə 

yenə  də (virtual) hissi təcrübənin nəticəsi kimi izah etmək 

məcburiyyətində qalır. Halbuki, Fərabinin,  İbn Sinanın, 

Ş.Y.Sührəvərdinin, bir sözlə, islam fəlsəfəsinin mövqeyindən 

çıxış etdikdə, bu biliklər  Allah vergisi  və ya «alın yazısı» 

kontekstində daha yaxşı izah olunur. Bu biliklər ona görə 

 

1

  Yenə orada. 



2

  Yenə orada.  

3

  Н.Е.Скорцов. Платон о сознании в борьбе с сенсуализмом и 



эмпиризмом. – Платон: Pro et contra. СПб.: 2001, стр. 278. 

4

    Платон.  Менон.  Собрание  сочинений  в 4-х  томах.  Том 1, 



М., «Мысль», 1990, стр. 595. 


 

- 79 -


həqiqətdir ki, onu Yaradanın özü təlqin edir. Hər bir yaradılmış 

şeyin ideyası ancaq yaradıcıya məxsus ola bilər.  İnsanlar isə 

hissi təcrübə yolu ilə artıq yaradılmışın öyrənilməsi sahəsində 

onun əsasında duran ideyanı əxz etməyə çalışırlar. Fikir maddi 

təcəssümdən ideyaya, yəni bir növ geriyə doğru hərəkət edir.  

Platon irsinin bu irsə yaradıcı münasibət bildirən mü-

səlman filosoflarının əsərləri ilə müqayisəsi ilk baxışdan nəzərə 

çarpmayan bir sıra incə problemlərin işıqlanmasına imkan 

yaradır ki, bunlardan da biri məhz həqiqətin mənşəyi 

məsələsidir.  




 

- 80 -


 

 

 



 

 

 



 

 

 



PLATON,  PLOTİN  VƏ …  SARTR 

 

                                   

Kainat nə qədər böyük və onun müxtəlifliyi  

                                nə qədər çox olsa da, o hər şeyi ehtiva edən 

                               ilahi bir qüvvənin sayəsində vəhdətdədir.  

                               Onun sayəsində bütün bu dünya ilahiləşir.  

Plotin  

 

«Mən harada dayanmışamsa, dünyanın mərkəzi də 

oradadır» fikri (Molla Nəsrəddin) «dünya – mərkəzi hər yerdə 

olan, səthi isə olmayan sferadır» fikrinin (B.Paskal) xüsusi 

halıdır. Mərkəz rolunu dərk edən, anlayan, eyni zamanda quran, 

yaradan bir başlanğıc – subyekt oynayır. Yerdə qalan nə varsa, 

bu yaradıcı başlanğıc üçün bir obyekt və  hətta bir materialdır. 

Belə bir mərkəz olaraq Mən-in, insanın seçilməsi bir tərəfdən 

insan eqaizminin nəticəsi olsa da, digər tərəfdən, insanı bütün 

başqa varlıqlardan fərqləndirən əsas əlamətə – şüura və ya canlı 

ideyaya malik olmasıdır. Başqa sözlə, mərkəzdə ancaq ideya 

dayana bilər. İdyea işıq mənbəyidir və mərkəzdən uzaqlaşdıqca, 

bu işıq zəifləyir. Sonsuz kiçilənə qədər zəfiləyir, amma heç vaxt 

tamamilə itmir. İnsan haqqında belə bir mülahizə  «İnsan yer 

üzünün  əşrəfidir», yaxud «insan yer üzərində Allahın 

xəlifəsidir» fikirlərindən qaynaqlanır. Lakin insan zəkasının 

işığı məhduddur və o harada isə tamamlanır. Mərkəzində insan 

dayanan dünya potensial halda, imkan şəklində sonsuz və 

sərhədləri qeyri-müəyyən olsa da, gerçəkdə həmişə bir hüdudla 

məhdudlaşır. Qurani-Kərimdə deyildiyi kimi, insanlara bilgilər 




 

- 81 -


                                                          

müəyyən hüdud daxilində verilmişdir.  

İnsan zəkası sonsuz səmanı tam işıqlandıra bilməsə  də, 

kənardan baxdıqda bu səmada işıqlı bir mərkəz kimi görünür. 

Hər bir insan bir ulduz, dünya isə  kəhkəşanı xatırladır. Bütün 

insanlar içərisində biri – Mən isə sanki bir Günəş olaraq bütün 

ulduzlardan seçilir və dünyanın mərkəzi olmaq iddiası ilə çıxış 

edir.  


Doğurdanmı  mərkəzdə dayanan insandır? Yoxsa insan 

Allaha xas olan bir keyfiyyətin daşıyıcısı olmaqla mərkəzə 

çəkilir. Dünyanın hər bir nöqtəsi mərkəzdir. Çünki hər bir 

nöqtədə Allahın  əlaməti vardır.  İnsan zəkasının işığı  əslində 



birinci işığın sayəsində mümkün olur. Bütün dünyanı 

işıqlandıra bilən işıq – Nur Əl-Ənvər ancaq Allaha məxsusdur 

(Ş.Y.Sührəvərdi). Lakin bu işıqdan pay almış başqa işıqlar da öz 

ətrafı üçün nisbi mərkəzlərə çevrilir. Bununla belə, unutmaq 

olmaz ki, bu mərkəzlər, bu nisbi müstəqil işıq mənbələri əslində 

işığın  əsil mənbəyi deyildir. Söhbət sadəcə olaraq səpələnmiş 



ilk işığın  ikinci, üçüncü və növbəti dəfə lokallaşması  və sanki 

yeni mərkəzlər yaranmasından gedir. Ceyms «Praqmatizm» 

əsərində buna bənzər bir problemlə bağlı yazır ki, bəzi 

psixoloqlar işığın  şüşə günbəzdən düşdüyünü görən məhbus 

işığın Günəşdən deyil, məhz günbəzdən gəldiyini düşündüyü 

kimi,  şüurun da beyindən hasil olduğunu düşünürlər. Halbuki, 

beyin burada yalnız ötürücü vasitə rolunu oynayır.

1

    Bəli, hər 



bir insan da müəyyən yaxınlaşmada işıq mənbəyi və dünyanın 

mərkəzi kimi görünsə də, əslində o yalnız İlahi ideyadan gələn 

işığın fokus mərkəzi kimi çıxış edir və  işığı alıb yenidən 

səpələyir.  

Neoplatonizmdə, hermetizmdə və orta əsrlər fəlsəfəsində 

geniş yayılmış bir fikrə görə, Allah dünyanın istənilən 

nöqtəsində vardır və bütün yerdə qalan dünya onun ətrafında 

hüdudu olmayan bir sfera kimi mövcuddur. Platon «Timey» 

əsərində kainatı vahid ruha malik olan canlı varlığa bənzədirdi. 

Bu təlimə görə, bu görünən canlı varlıq – nəhəng, gözəl və 

 

1

  Джемс. Прагматизм. М., 1910. – Бах: А.Г.Спиркин. Сознание 



и самосознание. М., Политиздат, 1972, стр.34. 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə