FəLSƏFƏ : tarix və



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə27/129
tarix22.11.2017
ölçüsü2,82 Mb.
#11504
1   ...   23   24   25   26   27   28   29   30   ...   129

 

- 82 -


                                                          

mükəmməl səma əslində hissi Allahdır.

1

  Burada Platon o dövr 



üçün Yunanıstanda çox da yayılmamış

  təkallahlılıq 



mövqeyindən çıxış etməklə yanaşı, gələcək panteizmin də 

təməlini qoyur.  

Təsadüfi deyildir ki, Avqustin Platon ideyalarının 

müəyyən məqamlarda Bibliya ilə çox səsləşdiyini görərək onun 

Musanın təlimindən xəbərdar olduğunu zənn edirdi. Belə ki, 

Musanın kitabında Allahın Musanın xahişi ilə özünü Yaxve, 

başqa sözlə, «mövcudat» adlandırdığı qeyd olunur.

2

    Rus 



tədqiqatçısı A.V.Axutin orta əsrlər Qərb fəlsəfəsində dərin kök 

atmış bu ideya ilə əlaqədar olaraq «İyirmi dörd filosofun kitabı» 

əsərində Allaha verilən 24 tərifdən üçüncüsünü iqtibas gətirərək 

yazır: «Allah özünün hər bir hissəsində bütövdür».

3

  Daha sonra 



Plotindən gətirilən parçada (Plotin, Ennead III, 7.3) vurğulanır 

ki, bütün mövcudat bir nöqtədə cəmlənmişdir.

4

 (Yeri gəlmişkən 



bu fikir müasir astrofizikanın və kosmoqoniyanın «kainatın 

genişlənməsi», «bir nöqtədən partlayış» təlimi ilə çox səsləşir.) 

Lakin əslində Plotin Allahın mövcudatla eyniləşdirilməsi 

fikrindən yüksəkdə dayanır. Onun fikrinə görə,  İlk Vahid 

mövcudatdan əvvəl gəlir. Vahiddən əql, əqldən nəfslər yaranır.

5

 



Şərq fəlsəfəsinə görə, nəfs də öz növbəsində cismlərdən  əvvəl 

gəlir. Belələiklə, hissi dünya ilə Allah arasında  ən azı iki 

mərtəbə: nəfs dünyası  və  əql dünyası dayanır. Allah hissi 

dünyanın cisim və hadisələrində bilavasitə yox, onların 

daşıyıcısı olduğu ideyalar vasitəsilə  təmsil olunur. Allah isə 

 

1



    Платон.  Сочинения  в  трех  томах.  Т-3,  ч-1,  М., 1971, стр. 

541. 


  Qədim Yunanıstanda monoteizmin ilk böyük nümayəndəsi 

Ksenofan hesab olunur. Lakin bu mövqe ictimai fikri əhatə etmirdi. 

Homerin əsərləri ploiteizmə əsaslandığından o dövr üçün monoteizm 

bir növ peyğəmbərlik kimi dəyərləndirilə bilər. 

2

  Августин. О граде Божием. ВЫЫЫ. 11. – Бах: А.В.Ахутин. 



Понятие «природа» в античности и в Новое время. М., «Наука», 

1988, стр. 25. 

3

  А.В.Ахутин.  Понятие  «природа»  в  античности  и  в  Новое 



время. М., «Наука», 1988, стр. 63. 

4

 Yenə orada.  



5

  Плотин. Избранные трактаты. Мн., М., 2002, стр.3. 




 

- 83 -


                                                          

bütün dünyanı ehtiva etdiyindən, deməli, ideyasız heç nə 

yoxdur. Hər bir cisim və ya hadisə ideyaya malik olub-olma-

maqla yox, bu ideyanın dərəcəsinə görə  fərqlənir.  İşraqizm 

terminalogiyasında bu mənada işıqlanma dərəcəsindən söhbət 

gedir. Hissi dünyada mütləq işıq olmadığı kimi, mütləq qaranlıq 

da yoxdur. Başqa sözlə, yaşadığımız dünya ideyasızlıqdan 

ideyaya, qaranlıqdan işığa gedən yolun qütblərini ehtiva etmir. 

O, haradasa aralıqdadır.  

İdeyanın, yoxsa onun maddi təcüssümünün həqiqi varlıq 

olması məsələsi əsrlər boyu fəlsəfənin mərkəzi problemlərindən 

biri olmuşdur. 

İdeyanın varlıq olması necə başa düşülə bilər? 

Platon «Dövlət» əsərinin X kitabında hər hansı bir şeyin 

üç varlıq dərəcəsini fərqləndirir. Dülgər tərəfindən düzəldilmiş 

stolun və ya çarpayının özündən başqa  şəkilləri də ola bilər. 

Yəni rəssam, ilkin olaraq dülgər tərəfindən düzəldilmiş bir 

şeyin  şəklini çəkir, çəkdiyini heç olmazsa formaca ona uy-

ğunlaşdırır. Bu təqliddir. 

Bəs dülgər stolu və ya çarpayını düzəldərkən nəyin obra-

zını yaradır, yaratdığını  nəyə uyğunlaşdırır? Axı, bütün dül-

gərlər müxtəlif yerlərdə  və müxtəlif zamanlarda çarpayı 

düzəldirlər və onların hamısının ümumi bir cəhəti vardır. Onlar 

hamısı düzəltdiklərini nəyəsə bənzədirlər. Bu da, bir təqliddir.  

Lakin nəyin təqlidi? Platon fikrini izah etmək üçün dül-

gərlərdən asılı olmadan təbiətin özündə ilkin bir çarpayının 

mövcud olduğunu fərz edir. Və bu çarpayı Allah tərəfindən 

yaradılmışdır.  

Maraqlıdır ki, burada Platon o vaxtkı yunan düşüncəsi 

üçün səciyyəvi olan allahlar haqqında təsəvvürdən fərqli olaraq 

tək allahdan bəhs edir. O, göydə və yerdə, canlı və cansız – nə 

varsa hamısının, o cümlədən, cəm halda allahların da 

yaradıcısıdır.

1

  



Platon öz müsahibinə sübut edir ki, rəssam yaradıcılığı-

nın məhsulu olan çarpayı şəkli heç də  həqiqi çarpayı olmayıb, 

onun görüntüsü olduğu kimi, dülgərin düzəltdiyi çarpayı da 

 

1



    Платон.  Собрание  сочинений  в 4-х  томах.  Том 3, М., 

«Мысль», 1994, стр. 390.  




 

- 84 -


                                                          

ilkin, təbii Allah tərəfindən yaradılmış çarpayının görüntüsü, 

surətidir.  İnsanlar ilkin olanın, həqiqi olanın bənzərini 

yaradırlar. Beləliklə, çarpayılar üç cürdür: Allahın  əsəri olan 

çarpayı təbii olaraq mövcuddur. İkincisi dülgərin, üçüncüsü isə, 

rəssamın  əsərləridir. Beləliklə, Platon üç cür çarpayının üç 

fərqli yaradıcısını: rəssam, dülgər və Allahı  fərqləndirməklə, 

əslində varlığın üç müxtəlif dərəcəsini qeyd edir: həqiqi (təbii) 

varlıq, onun təqlidi, təqlidin təqlidi.

1

  



Platonda ideya ilə hissi aləm arasında münasibət və hissi 

predmet ilə onun maddiləşmiş obrazı arasında münasibət – hər 

ikisi təqlid kimi dəyərləndirilir. Platon ilkin varlıq, təbii varlıq 

kimi götürülən ideya təqlidçi insanlara (baxılan halda dülgərə) 

necə çatır; bilavasitəmi verilir, yoxsa, hansı isə vasitəyləmi 

ötürülür, yaxud rəssamın çəkdiyi  şəkil nə  dərəcədə dülgərin 

düzəltdiyi çarpayıya adekvatdır və s. bu kimi suallara cavab 

axtarmır. Filosofu maraqlandıran nəyin ilkin, nəyin törəmə, 

nəyin həqiqət, nəyin görüntü olmasıdır. Amma məsələnin insan 

Mən-i ilə, subyektivliklə bağlı olan başqa tərəfləri də maraqlıdır 

ki, bu tərəflər neçə  əsrlərdən sonra fenomenologiya və 

ekzistensionalizm yönümündən gündəmə 

gətirilmişdir. 

Məsələn, Jan-Pol Sartr özünün «Xəyal olunan. Təxəyyülün 

fenomenoloji psixologiyası» adlı  əsərində cismin özü və onun 

foto  şəkli, insan və onun portreti arasında fərqə ontoloji 

aspektdə yanaşmaqla kifayətlənməyərək, müvafiq subyektiv 

yaşantıların müqayisəsini aparır. Düzdür, Sartr cansız əşya olan 

çarpayını deyil, konkret bir insanı – Pyeri misal gətirir.

2

  Və elə 



bu konkretlik, təkcəlik, unikallıq situasiyanı  dəyişir. Biz daha 

artıq Allah tərəfindən yaradılmış  təkcə insan ideyası  və onun 

təqlidi olaraq kimlərinsə  tərəfindən yaradılmış çoxlu insanları 

müqayisə etməkdə  çətinlik çəkirik. Çünki nəinki insan, hətta 

istənilən canlı varlıq hansı isə usta (dülgər) tərəfindən düzəldilə 

bilməz. İnsanların yaradıcısı kimi, ancaq şərti olaraq valideynlər 

götürülə bilər. Valideyn, dülgərdən fərqli olaraq hansısa ideyanı 

şüurlu surətdə  təqlid etmir, yeni yaranan insanın nə kimi bir 

 

1

 Yenə orada, səh. 391.  



2

  Жан-Поль  Сартр.  Воображаемое.  Феноменологическая  психо-

логия воображения. Санкт-Петербург, «Наука», 2001, стр. 53. 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə