- 97 -
«yaşayır». Amma əslində kimin həyatını yaşayır? Başqalarının
həyatına əlavəyə çevrilmir ki?).
Hegel «Tarix fəlsəfəsi» əsərində diqqəti insanın özünün
əslində nə olması haqqında fikirlərin tarixən dəyişilməsinə
yönəldir. Misirlilərin bu haqda düşüncələrini ifadə etmək üçün
Neyt ilahəsinin məbədində həkk olunmuş məşhur yazını misal
gətirir: «Mən o-yam ki, olmuşam, varam və olacağam: heç kim
mənim pərdəmi götürməmişdir».
1
İnsanın özünə münasibəti,
özü haqqında bilgisi problemi daha yüksək inkişaf pilləsi olan
yunan təfəkküründə daha aydın qoyulur və «özünü dərk et»
şəklində konkretləşir. Hegel bu fikri izah edərək yazır ki,
burada söhbət heç də hər bir insanın öz müsbət və mənfi, üstün
və zəif cəhətlərini anlamasından getmir. Əsas məsələ
ümumiyyətlə insanın özünü dərk etməsidir.
2
Bu mənada
özünüdərk öz-ün, fərdi Mən-in yox, insan ümumisinin dərkidir
və tarixi bir prosesdir. Lakin hər bir insanın öz şəxsi həyatında
məhz öz fərdi varlığını dərk etməsi problemi də çox önəmlidir.
Həm də bu zaman proses daha çox dərəcədə duyğu, hissiyyat
müstəvisində gedir, insan həyatının tərkib hissəsi kimi yaşanır.
Özünün əslində kim olduğunu, ürəyindən nələr keçdiyini
bilmək imkanı insanı vahimələndirir. İnsanın özü ilə həqiqi
görüşü onun özü haqqında yaratdığı himsiz-bünövrəsiz, çox
təxmini, ufaq obrazın, bəzən mifin dağılması ilə nəticələnə bilər
və insanın həqiqi siması özü üçün tam bir yenilik ola bilər.
Şopenhauer yazır ki, insandan başqa heç bir varlıq öz
mövcudluğuna təəccüb və heyrətlə baxmır. İnsan öz şüurlu
həyatını yaşayarkən, öz mövcudluğuna izahat tələb etməyən bir
reallıq kimi baxır. Lakin, insanın öz Mən-inə kənardan baxmaq
imkanı fəlsəfi düşüncələrin əsası olur və məlum olur ki, insanın
kortəbii fəaliyyəti çox vaxt onun öz maraqlarının əksinə
yönəlmişdir.
3
Bəzi adamlar öz qəlbini dinləməkdən məqsədyönlü su-
1
Г.В.Ф.Гегель. Философия истории. Санкт–Петербург,
«Наука», 2000, стр. 248-249.
2
Yenə orada: səh.249.
3
А..Шопенгауэр. Мир как воля и представление. Приложение
2-е. О метафизической потребности человека.
- 98 -
rətdə çəkinirlər, onlar öz həyat tərzini mövcud sosial normalara,
mənəvi prinsiplərə, əxlaqi dəyərlərə uyğun surətdə qurmağa
çalışır və əslində nə kimi bir materialla işlədiklərinin fərqinə
varmırlar. Lakin bu material insanın istəyindən, arzusundan
asılı olmadan irəlicədən verilmiş, başqası tərəfindən yaradılmış
bir gerçəklikdir. Elə bir gerçəklik ki, onunla tanışlıq ya
meditasiya, ya da fəlsəfi reduksiya zamanı mümkün olur. Hər
iki halda insan bütün kənar təsirlərdən, sonradan əldə edilmiş
keyfiyyətlərdən, cəmiyyətin, mühitin insana təlqin etdiklərindən
uzaqlaşmaq, «xilas olmaq» yolu ilə özünə yaxınlaşmağa çalışır.
Bu bir azadlıq məqamıdır və bundan sonrakı fəaliyyət ancaq
insanın həqiqi Mən-inin realizasiyası kimi həyata keçir.
Upanişadlara görə insan azadlığa, son sevincə elə bu
dünyada çata bilər: «Ürəyindəki bütün istəkləri, tutkuları söküb
ata bilsə, insan ölümsüzlüyə çatar. Öz həyatında Brahmana
yetişər»
1
. Beləliklə, Upanişadlar cənnəti göydən alıb yer üzünə
endirmiş, insanları da tanrılar qatına yüksəltmiş olur. Buddizm
də bu anlayışı bölüşür.
Bütün Veda himnləri, brahmanizm, hinduizm əsrlər boyu
bir-birini əvəz etsə də, mahiyyət dəyişməmişdir. Bu dəyişkən,
iztirablarla dolu dünyada elə bir səviyyəyə çatmaq lazımdır ki,
onun fövqünə qalxmaq və ondan azad olmaq mümkün olsun.
(Ancaq bu dünyadan azad olan insan ona nəzarət edə bilər.) Bu
səviyyə ali başlanğıc olan Brahmana mənsubdur. Əlbəttə, adi
insan Brahman ola bilməz, amma hər bir insan öz həqiqi Mən-
ini arasa bu ali başlanğıcı özündə tapa bilər. Fərdi miqyasda
atman adlandırılan bu ali başlanğıc əslində Brahmana
adekvatdır. Başqa sözlə, atman ali başlanğıc və prinsipin
universal forması olan Brahmanın xüsusi, özəl təzahürüdür.
İnsan bütün diqqətini öz Mən-inə yönəldərək hər hansı xarici
təsirdən, bu fani dünyanın təbəddülatlarını ehtiva edən
sansaradan tam azad olduqda onun üçün Brahmana gedən yol
açılşmış olur. Təmizlənmiş, saflaşmış fərdi ruhun təcəssümü
olan atman ilahi ruha, Brahmana qovuşur.
Bu təmizlənmə yolu, dünyəvi olan hər şeyin fövqünə
1
İlham Güngören. Buda və ögretişi. İstanbul, «Yol yayınları»,
1981, səh.34.
- 99 -
qalxmaq cəhdi tərki-dünyalığa, asketizmə sövq edir. Və bu
yolun sonu yoxdur. Əgər fərdi ruhun təmizlənməsi bədəndən
ayrılma hesabına həyata keçirsə, bunun insan həyatına faydası
nə olur.
Ruhun təntənəsi bədənin inkarı üzərindəmi qurulmalı-
dır?!
Yoxsa təmizlənmiş ruh yenə bədənə qayıtmalı və həyat
yolunu onunla birlikdə qət etməlidir. Axı bədən sadəcə cansız
bir cisim deyil, onun da öz istəkləri vardır. Və məqsəd də bu
istəkləri düzgün yönəldə bilməkdən, yəni bədənin özünü də
tərbiyə etməkdən ibarətdir.
Ruh özünə dalaraq ruhani aləmin ənginliklərinə daxil ol-
duqdan və təmizləndikdən, saflaşdıqdan sonra yenidən yerə
enir, «bədənin ruhu» ilə, nəfslə təmasda olur və nəfsi də
təmizləməyə, paklaşdırmağa nail olur. Bu prosses zaman-zaman
davam edir, hər gün və hətta gündə neçə dəfə nəfsin ilahi ruhla
təmas sayəsində haqqa yönəldilməsi baş verir. Nəticədə nəfs
özü də təmizlənir, nurlanır. Hətta bədən də, insanın sifəti də
dəyişir, nuraniləşir.
Ancaq paklaşmış, təmizlənmiş insan öz həqiqi siması,
varlığı ilə təmasda ola bilər və azadlığa da ancaq bu zaman çata
bilər.
Nəsihətlər, tövsiyələr üzərində qurulmuş tərbiyə sistemi
ancaq ənənəvi mühit üçün faydalı ola bilər; o da əgər vərdişə
çevrilərsə. Standartdankənar, ekstremal vəziyyətlərdə məhz
həmin vəziyyətə uyğun optimal qərar çıxarmaq üçün mənəvi
prinsipləri dövlətçilik təfəkkürü və ixtisas maraqları ilə eyni
müstəviyə gətirmək, bu amilləri çıxarılacaq qərarın strukturana
daxil etmək üçün ən əsas şərt sərbəst düşüncə, yaradıcı
təfəkkürdür. Ayrı-ayrılıqda mənəvi prinsipləri bilmək, müəyyən
bir ixtisasa yiyələnmək, siyasi və hüquqi bilikləri mənimsəmək
olar, amma ən başlıcası, hər bir şəraitdə onları əlaqələndirmək,
optimal sintezini yaratmaqdır. Bu isə hər adama müyəssər
olmur. Belə bir əlaqə hiss və ya vərdiş səviyyəsində deyil,
ancaq təfəkkür səviyyəsində yarana bilər. Ona görə də, Qərb
dünyası hələ XVIII əsrdən təfəkkür tərbiyəsini ön plana çəkir.
Con Lokk özünün məşhur «Zəkanın tərbiyəsi» və «Təlim
haqqında» əsərlərində təlimin əsas vəzifəsi kimi təfəkkürün
Dostları ilə paylaş: |