FəLSƏFƏ : tarix və



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə33/129
tarix22.11.2017
ölçüsü2,82 Mb.
#11504
1   ...   29   30   31   32   33   34   35   36   ...   129

 

- 100 -


                                                          

tərbiyəsini irəli sürürdü. Bu ideyanın irəli sürülməsində 

xronoloji baxımdan yenə də Şərq irəlidədir. Yəni bu fikri də İbn 

Sina Con Lokkdan səkkiz  əsr  əvvəl irəli sürmüş  və  vərdişə 

çevrilmiş  zəkanı «bilikli qüvvə», yaxud «maddi zəka» 

adlandırmışdır.

1

 Lakin əsas o deyildir ki, hansı ideya ilk dəfə 



hansı xalqın nümayəndəsi tərəfindən irəli sürülmüşdür.  Əsas 

odur ki, bu ideyanı hansı xalq tətbiq etmişdir və əməli prosesə, 

sosial reallığa çevirmişdir.   

 

 



 

 

 



 

 

 



 

 

 



 

ŞƏRQ FƏLSƏFƏSİNDƏ «İŞIQ-QARANLIQ» 

METAFORASI 

 

 



               

Bir nur gördüm zülmətlərin içində

         Sanki gecə gündüzlərə büründü. 

                             Ş.Sührəvərdi 

 

Daltoniklər dünyanı ancaq iki rəngdə – ağ və qara rəngdə 



görürlər. 

Rəssamlar adi insanın görə bilmədiyi yüzlərlə rəng çalar-

larını seçirlər. 

Fiziki cihazların köməyilə gözlə görünməyən «rənglər» 

də görünür. Ultrabənövşəyi və infraqırmızı  işıq zonası  görmə 

 

1



  Ибн  Сина.  Избранные  философские  произведения.  М., 

«Наука», 1980, стр.319. 




 

- 101 -


bucağını daha da genişləndirir. 

Fiziklər daha sonra müəyyənləşdiriblər ki, bütün rənglər 

və  rəng çalarları  əslində ancaq ağ  rəngin tərkib hissələridir. 

Qara rəng isə əslində rəng deyil. Daha doğrusu, gerçəklik deyil, 



boşluğun rəngidir

Gerçək dünya, hadisələr dünyası  ağ  işığın qradasiyaları 

və ünsürlənmə variasiyalarında təzahür edir. Qaranlıq isə işığın 

sadəcə olaraq olmamasının, yoxluğunun əlamətidir. 

Fəlsəfədə  varlıq  və  yoxluq  təliminin metaforik səpkidə 

işıq və qaranlıq timsalında təqdim edilməsinin sən demə, təbii 

elmi əsasları da var imiş…  

Lakin böyük Şərq filosofları dünyanı işıq – qaranlıq əks-

liyinin timsalında izah edərkən fizikada hələ nə işığın təbiəti, nə 

ağ işığın spektral analizi, nə də «qara yeşik» və «qara deşik» tə-

limləri var idi.  

Bədii təfəkkürün elmi təfəkkürü qabaqlaması nəinki təəc-

cüblü deyil, hətta bəlkə  də qanunauyğundur. Xüsusən, fəlsəfə-

də… Və ələlxüsus Şərq fəlsəfəsində! 

Dünyanı ancaq əksliklərin vəhdəti kimi ağ  və qaranın, 

xeyir və şərin, əql və nadanlığın, ideya və materiyanın, harmo-

niya və xaosun, hərəkət və sükunət, iradə və süstlük mübarizəsi

vəhdəti və qarşılıqlı keçidi kimi təqdim etmək təşəbbüsləri az 

olmayıb. 

Lakin ikinci tərəfin yoxluğundan çıxış edən və dünyanı 

ancaq birincinin qradasiyası kimi izah edən təlimlər də möv-

cuddur.  

Ancaq Xeyir  var. Şər xeyirin yoxluğudur. 

Ancaq İşıq  var. Qaranlıq işığın yoxluğudur.  

Ancaq Əql  var. Nadanlıq əqlin yoxluğudur. 

Ancaq İdeya var. Materiya ideyanın yoxluğudur.     

Ancaq Harmoniya var. Xaos harmoniyanın yoxluğudur. 

Ancaq Hərəkət var. Sükunət hərəkətin yoxluğudur. 

Ancaq İradə var. Süstlük iradənin yoxluğudur. 

Dünya ancaq İradə kimi, ancaq Hərəkət, ancaq Harmoni-

ya, ancaq İdeya, ancaq Əql, ancaq İşıq, ancaq Xeyir kimi! 

Lakin dünya ya qütbləşmiş halda, ya da bir qütblü dünya 

kimi təsəvvür olunarkən bunun ancaq idealizasiya olduğu 

nəzərə alınmalıdır. Yəni, bütün dünyanı bir qütbdə əritmək bir 




 

- 102 -


növ onun rəngarəngliyini, müxtəlifliyini nəzərdən qaçırmaqdır.  

Bəli, həqiqi böyük varlıq saf halda, təmiz halda hər cür 

maddiyyatdan ucada durur. Heçliyi özündə saxlamır. Qaranlığı, 

nadanlığı, süstlüyü özündə saxlamır. Lakin bu, ideal haldır. Hə-

qiqi böyük varlıq olan mütləq ideyaya – Allaha xas olan keyfiy-

yətlərdir. Lakin bizim mənsub olduğumuz, yaşadığımız dünya 

ona görə fani və naqisdir ki, burada işıq qaranlıqla, əql nadan-

lıqla, xeyir şərlə, ideya maddiyyatla qatışıq haldadır. 

Və bu fani dünyanın  əzəli və  əbədi yolçusudur insan… 

Qaranlıqdan işığa, nadanlıqdan  əqlə, xaosdan harmoniyaya 

gedən yol. Həmişə yol gedən və heç vaxt son mənzilə çatmayan 

insan.  


Şərq dünyası əsrlər boyu fərdi «mən»in kamilləşməsi yol-

larını axtarmış, dünyanı naqislikdən xilas etmək və mütləq 

varlığa yaxınlaşmağın yollarını, vasitələrini axtarmışdır.  Şərq 

idealının  əsasını ideyaya qovuşmaq (Allaha qovuşmaq, maddi 

başlanğıcdan, heyvani hisslərdən xilas olmaq) təşkil edir. 

Neçə minilliklər ərzində dünyada yalnız Şərq ruhu, Şərq 

idealı hakim olmuşdur.  

Renessansdan sonra dünya iki yerə parçalanmış, səhnəyə 

Qərb ruhu daxil olmuşdur.  Ənənəvi yolu tutanlar öz 

şərqliliyində qalmış, lakin onlara alternativ olaraq kamillik 

zirvəsinə yeni yolla gedənlərin düşüncə tərzi, fəaliyyət metodo-

logiyası tarixə Qərb sivilizasiyası adı ilə daxil olmuşdur.  

Şərq ruhu və Qərb sivilizasiyası! 

Ruh və sivilizasiya! 

Hər bir şəxsin ruhani həyat axtarışı, nəfs üzərində qələbə 

çalaraq mənəvi kamillik zirvəsinə qalxması. Maddi dünyaya eti-

nasızlıq. Cəmiyyətə etinasızlıq. Fərdi-mənəvi səadət.   

Yeni Dövr, yeni düşüncə, kamilliyin Qərb yolu. Maddi 

həyatın kamilləşməsi.  İctimai münasibətlərin təkmilləşməsi. 

Fərdi «mən» yox, ictimai «mən». Fərdi ruh yox, milli ruh. Qüv-

vələrin toplanması. Mənəvi enercilərin toplanması. Tək 

fərdlərin yox, bütövlükdə xalqın, cəmiyyətin gücü. Düşünən, 

fəaliyyət göstərən, kamilləşən cəmiyyət! Maddiyyata yox, əqlə, 

intellektə tapınan cəmiyyət!  

Bir tərəfdə maddiyyatdan imtina edən və mütləq ideyaya 

bilavasitə qovuşmağa çalışan – fərd, digər tərəfdə cismani 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə