- 375 -
siyasəti və senzurası baryerini keçdiyi kimi, döş cibində
partbilet gəzdirən Heydər Hüseynov da kommunist
ideologiyasının və Rus şovinizminin qoyduğu məhdudiyyətlərə
rəğmən qəlbinin dərinliyində olanları gizlətmir. Əslində Heydər
Hüseynov öz əsərində tərənnüm etdiyi Abbasqulu ağa
Bakıxanov, Mirzə Kazım bəy, Mirzə Fətəli Axundov kimi
görkəmli şəxsiyyətlərin Rusiya dövlətinə rəsmi xidmətdə olmaq
və burada yüksək rütbələr daşımaqla yanaşı, iki daşın arasında
millətinə xidmət etmək təcrübəsini öz həyat yolu üçün də nü-
munə seçir. Azərbaycan KP MK-nın Partiya Tarixi İnstitutunun
direktoru ola-ola daha çox dərəcədə Bəhmənyardan, Nizamidən,
Şəbüstəridən, Füzulidən, Mirzə Şəfi Vazehdən yazır, milli-
fəlsəfi fikrin və milli ədəbiyyatın inkişafı naminə titanik əmək
sərf edir. Azərbaycan SSR Elmlər Akademiyasında ictimai
elmlərə marksizm-leninizm təliminin bir nümayəndəsi olaraq
rəhbər təyin edildiyi halda, Akademiya üçün açılmış imkanlar
çərçivəsində milli tariximizin, ədəbiyyatımızın, dilçiliyin və
nəhayət, milli-ictimai fikrin və fəlsəfi fikir tarixinin tədqiqi və
təbliği sahəsində misilsiz xidmətlər göstərir. Belə geniş profilli
fəaliyyət üçün inzibati və ideoloji səlahiyyət qazanmaq naminə
bir tərəfdən marksizm-leninizm klassiklərinin əsərlərinin
tərcümə və nəşrində fəal iştirak edən, dialetik və tarixi
materializmdən, faşizmin mahiyyətindən, rus inqilabi-
demokratik fikrindən, rus dilindən və mədəniyyətindən əsərlər
yazan Heydər Hüseynov, digər tərəfdən Azərbaycanda milli
özünüdərkin, fəlsəfi və ədəbi-bədii dəyərlər sisteminin inkişafı
naminə geniş və hərtərəfli tədqiqatçılıq və maarifçilik fəaliyyəti
göstərirdi. Kosmopolit kommunist ideologiyasının bütün möh-
təşəm makinasından, həm də milli məfkurəyə xidmət üçün
istifadə olunurdu. Lakin zaman başqa zaman idi. Çar Rusiyası
dövründə keçilə bilən sədlər Qırmızı İmperiyanın daha
mütəşəkkil qadağa sərhədlərini keçə bilməzdi. Heydər
Hüseynovun fəaliyyəti isə Mərkəzin verdiyi nisbi müstəqillik
hədlərini çoxdan aşıb keçmişdi. O, təkcə kommunist
ideologiyasına deyil, həm də İmperiyanın, Rus şovinizminin
maraqlarına xidmət etməli olan elmi-tədqiqat və təbliğat insti-
tutlarını, o cümlədən Elmlər Akademiyasını və ali məktəblər-
- 376 -
dəki ictimai və humanitar fənn kafedralarını milli maraqlara
xidmət istiqamətində yönəldə bilmişdir.
Sokrat aqibəti
Bəli, Heydər Hüseynov intihar məcburiyyətində qaldı.
Lakin onun hərəkətə saldığı humanitar makina fəaliyyətini
dayandırmadı. Düzdür, şəxsiyyət yoxluğu sonrakı illərdə bu
makinanın işini tədricən cırlaşdırdı, bu odlu-alovlu vətəndaş
alimin yerini tutanların bəziləri bu kursu davam etdirmək
əzmində olmadı, lakin Elmlər Akademiyasında Yusif Məmməd-
əliyev, Səməd Vurğun kimi şəxsiyyətlərin varlığı bu alovun
sönməsinə imkan vermədi. Şəxsiyyətlərin təqib olunmağı isə
davam edirdi. Fiziki repressiyaların yerini zahirən daha yumşaq
ideoloji repressiyalar tuturdu. Ta yeni şəxsiyyətlər yeni statusda
zühur edənə yeni Heydərlər yetişənə qədər.
Yaradıcılığının ən gur və səmərəli dövrünü yaşayan 42
yaşlı akademikin cismani intiharından yarım əsr keçdikdən
sonra, artıq müstəqil Azərbaycanın milli özünüdərk axtarışların-
da, hər hansı bir buxovdan azad şəkildə öz milli-fəlsəfi fikrinə
yeni nəfəs vermək səylərində biz Heydər Hüseynov ruhunun
oyanışını görürük.
Əllinci il otuz yeddinci il deyildi. Və Heydər Hüseynov
öz «səhvlərini» etiraf etsəydi və sonrakı fəaliyyətini milli məz-
mundan azad edilmiş ideoloji fəaliyyətə, marksizm-leninizm
təliminə həsr etsəydi, o, əlbəttə, yaşaya bilərdi. Lakin Heydər
Hüseynovun filosofluğu da elə ondadır ki, o, cismani varlığının
deyil, ruhani varlığının, əqidə və amalının yaşamasına üstünlük
verdi. Elmi-fəlsəfi fəaliyyəti ilə, böyük yaradıcılıq əzmi ilə,
millətə təmənnasız xidməti ilə əsl qəhrəmanlıq göstərmiş olan
Heydər Hüseynov «şərəfli ölüm» və «şərəfsiz həyat» seçimində
də böyük Sokratların tutduğu yolu davam etdirməklə
qəhrəmanlığın daha bir nümunəsini gələcək nəsillərə ərməğan
etdi.
- 377 -
AZƏRBAYCAN SOVET FƏLSƏFİ FİKRİ
VƏ MÜSTƏQİLLİK MEYLLƏRİ
Dünya zaman-zaman yeniləşir və yeni dünya məntiqini
açmaq və ahəngini duymaq üçün yeni baxışlar sistemi forma-
laşır, yeni fəlsəfi təlimlər yaranır.
İstər iqtisadi, istər sosial, istərsə də idåoloji sahələrdəki
yeniləşmə meylləri bir tərəfdən öz fəlsəfi izahını gözləyir, digər
tərəfdən də ciddi elmi-fəlsəfi zÿmèn olmadan, bu yeniləş-
mələrin uğurla həyata keçirilməsi sadəcə olaraq mümkün deyil.
Fəlsəfə yalnız o zaman öz başlıca məqsədinə və meto-
duna sadiq qalmış olur ki, o, yaradıcı xarakter daşısın, zamanla
ayaqlaşsın və onu qabaqlaya bilsin. Əks təqdirdə, ictimai şüur
ictimai varlıqla əlaqəli olduğu üçün, real həyatdakı
təbəddülatlar fəlsəfəyə də sirayət edir. İctimai həyatda canlanma
baş verən kimi, fəlsəfə də ehkam çərçivəsindən kənara çıxaraq
bu canlanmanı, bu yeniləşmə prosesini əks etdirmək və proã-
nozlaşdırmaq mövqeyinə keçir və fəlsəfəyə yenidən yaradıcılıq
ab-havası gəlir. O, özünə qayıdır.
Lakin özünə qayıtmaq istəyən fəlsəfə, ilk baxışda nə
qədər təəccüblü görünsə də, ictimai mühitin müqavimətinə rast
gəlir. Məsələ burasındadır ki, neçə illər ərzində fəlsəfənin öz
həqiqi mövqeyindən uzaqlaşması onun nüfuzunun itməsi ilə
nəticələnib. Fəlsəfə haqqında səhv təsəvvür yaranıb və qurunun
oduna yaş da yanmalı olub. Fəlsəfi təfəkkür publisistik düşüncə
və siyasi demaqoqiya tərəfindən sıxışdırılıb.
Müasir mərhələdə bütün qüvvələr cəmiyyətin yenidən
qurulması (lakin hansı ideya əsasında?) uğrunda mübarizəyə
Dostları ilə paylaş: |