FəLSƏFƏ : tarix və



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə122/129
tarix22.11.2017
ölçüsü2,82 Mb.
#11504
1   ...   118   119   120   121   122   123   124   125   ...   129

 

- 375 -


siyasəti və senzurası baryerini keçdiyi kimi, döş cibində 

partbilet gəzdirən Heydər Hüseynov da  kommunist 

ideologiyasının və Rus şovinizminin qoyduğu məhdudiyyətlərə 

rəğmən qəlbinin dərinliyində olanları gizlətmir. Əslində Heydər 

Hüseynov öz əsərində  tərənnüm etdiyi Abbasqulu ağa 

Bakıxanov, Mirzə Kazım bəy, Mirzə  Fətəli Axundov kimi 

görkəmli şəxsiyyətlərin Rusiya dövlətinə rəsmi xidmətdə olmaq 

və burada yüksək rütbələr daşımaqla yanaşı, iki daşın arasında 

millətinə xidmət etmək təcrübəsini öz həyat yolu üçün də nü-

munə seçir. Azərbaycan KP MK-nın Partiya Tarixi İnstitutunun 

direktoru ola-ola daha çox dərəcədə Bəhmənyardan, Nizamidən, 

Şəbüstəridən, Füzulidən, Mirzə  Şəfi Vazehdən yazır, milli-

fəlsəfi fikrin və milli ədəbiyyatın inkişafı naminə titanik əmək 

sərf edir. Azərbaycan SSR Elmlər Akademiyasında ictimai 

elmlərə marksizm-leninizm təliminin bir nümayəndəsi olaraq 

rəhbər təyin edildiyi halda, Akademiya üçün açılmış imkanlar 

çərçivəsində milli tariximizin, ədəbiyyatımızın, dilçiliyin və 

nəhayət, milli-ictimai fikrin və  fəlsəfi fikir tarixinin tədqiqi və 

təbliği sahəsində misilsiz xidmətlər göstərir. Belə geniş profilli 

fəaliyyət üçün inzibati və ideoloji səlahiyyət qazanmaq naminə 

bir tərəfdən marksizm-leninizm klassiklərinin  əsərlərinin 

tərcümə  və  nəşrində  fəal iştirak edən, dialetik və tarixi 

materializmdən, faşizmin mahiyyətindən, rus inqilabi-

demokratik fikrindən, rus dilindən və  mədəniyyətindən  əsərlər 

yazan Heydər Hüseynov, digər tərəfdən Azərbaycanda milli 

özünüdərkin, fəlsəfi və  ədəbi-bədii dəyərlər sisteminin inkişafı 

naminə geniş və hərtərəfli tədqiqatçılıq və maarifçilik fəaliyyəti 

göstərirdi. Kosmopolit kommunist ideologiyasının bütün möh-

təşəm makinasından, həm də milli məfkurəyə xidmət üçün 

istifadə olunurdu. Lakin zaman başqa zaman idi. Çar Rusiyası 

dövründə keçilə bilən sədlər Qırmızı  İmperiyanın daha 

mütəşəkkil qadağa sərhədlərini keçə bilməzdi. Heydər 

Hüseynovun fəaliyyəti isə  Mərkəzin verdiyi nisbi müstəqillik 

hədlərini çoxdan aşıb keçmişdi. O, təkcə kommunist 

ideologiyasına deyil, həm də  İmperiyanın, Rus şovinizminin 

maraqlarına xidmət etməli olan elmi-tədqiqat və  təbliğat insti-

tutlarını, o cümlədən Elmlər Akademiyasını  və ali məktəblər-



 

- 376 -


dəki ictimai və humanitar fənn kafedralarını milli maraqlara 

xidmət istiqamətində yönəldə bilmişdir. 

 

Sokrat aqibəti   

Bəli, Heydər Hüseynov intihar məcburiyyətində qaldı. 

Lakin onun hərəkətə saldığı humanitar makina fəaliyyətini 

dayandırmadı. Düzdür, şəxsiyyət yoxluğu sonrakı illərdə bu 

makinanın işini tədricən cırlaşdırdı, bu odlu-alovlu vətəndaş 

alimin yerini tutanların bəziləri bu kursu davam etdirmək 

əzmində olmadı, lakin Elmlər Akademiyasında Yusif Məmməd-

əliyev, Səməd Vurğun kimi şəxsiyyətlərin varlığı bu alovun 

sönməsinə imkan vermədi.  Şəxsiyyətlərin təqib olunmağı isə 

davam edirdi. Fiziki repressiyaların yerini zahirən daha yumşaq 

ideoloji repressiyalar tuturdu. Ta yeni şəxsiyyətlər yeni statusda 

zühur edənə yeni Heydərlər yetişənə qədər. 

Yaradıcılığının  ən gur və  səmərəli dövrünü yaşayan 42 

yaşlı akademikin cismani intiharından yarım  əsr keçdikdən 

sonra, artıq müstəqil Azərbaycanın milli özünüdərk axtarışların-

da, hər hansı bir buxovdan azad şəkildə öz milli-fəlsəfi fikrinə 

yeni nəfəs vermək səylərində biz Heydər Hüseynov ruhunun 

oyanışını görürük. 

Əllinci il otuz yeddinci il deyildi. Və Heydər Hüseynov 

öz «səhvlərini» etiraf etsəydi və sonrakı fəaliyyətini milli məz-

mundan azad edilmiş ideoloji fəaliyyətə, marksizm-leninizm 

təliminə  həsr etsəydi, o, əlbəttə, yaşaya bilərdi. Lakin Heydər 

Hüseynovun filosofluğu da elə ondadır ki, o, cismani varlığının 

deyil, ruhani varlığının, əqidə və amalının yaşamasına üstünlük 

verdi. Elmi-fəlsəfi fəaliyyəti ilə, böyük yaradıcılıq  əzmi ilə, 

millətə  təmənnasız xidməti ilə  əsl qəhrəmanlıq göstərmiş olan 

Heydər Hüseynov «şərəfli ölüm» və «şərəfsiz həyat» seçimində 

də böyük Sokratların tutduğu yolu davam etdirməklə 

qəhrəmanlığın daha bir nümunəsini gələcək nəsillərə  ərməğan 

etdi. 



 

- 377 -


 

 

 

 

 

 

 

 

 

AZƏRBAYCAN  SOVET  FƏLSƏFİ  FİKRİ  

VƏ  MÜSTƏQİLLİK  MEYLLƏRİ  

 

Dünya zaman-zaman yeniləşir və yeni dünya məntiqini 



açmaq və ahəngini duymaq üçün yeni baxışlar sistemi forma-

laşır, yeni fəlsəfi təlimlər yaranır.  

İstər iqtisadi, istər sosial, istərsə  də idåoloji sahələrdəki 

yeniləşmə meylləri bir tərəfdən öz fəlsəfi izahını gözləyir, digər 

tərəfdən də ciddi elmi-fəlsəfi zÿmèn olmadan, bu yeniləş-

mələrin uğurla həyata keçirilməsi sadəcə olaraq mümkün deyil. 

Fəlsəfə yalnız o zaman öz başlıca məqsədinə  və meto-

duna sadiq qalmış olur ki, o, yaradıcı xarakter daşısın, zamanla 

ayaqlaşsın və onu qabaqlaya bilsin. Əks təqdirdə, ictimai şüur 

ictimai varlıqla  əlaqəli olduğu üçün, real həyatdakı 

təbəddülatlar fəlsəfəyə də sirayət edir. İctimai həyatda canlanma 

baş verən kimi, fəlsəfə də ehkam çərçivəsindən kənara çıxaraq 

bu canlanmanı, bu yeniləşmə prosesini əks etdirmək və proã-

nozlaşdırmaq mövqeyinə keçir və fəlsəfəyə yenidən yaradıcılıq 

ab-havası gəlir. O, özünə qayıdır. 

Lakin özünə qayıtmaq istəyən fəlsəfə, ilk baxışda nə 

qədər təəccüblü görünsə də, ictimai mühitin müqavimətinə rast 

gəlir. Məsələ burasındadır ki, neçə illər  ərzində  fəlsəfənin öz 

həqiqi mövqeyindən uzaqlaşması onun nüfuzunun itməsi ilə 

nəticələnib. Fəlsəfə haqqında səhv təsəvvür yaranıb və qurunun 

oduna yaş da yanmalı olub. Fəlsəfi təfəkkür publisistik düşüncə 

və siyasi demaqoqiya tərəfindən sıxışdırılıb.  

Müasir mərhələdə bütün qüvvələr cəmiyyətin yenidən 

qurulması (lakin hansı ideya əsasında?) uğrunda mübarizəyə 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə