FəLSƏFƏ : tarix və



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə2/129
tarix22.11.2017
ölçüsü2,82 Mb.
#11504
1   2   3   4   5   6   7   8   9   ...   129

 

- 5 -


ictimaiyyətin diqqətini bir daha klassik fəlsəfi irsə, fəlsəfi 

probematikaya yönəltmək, Avropanın intellektual mühiti ilə 

əlaqələri daha da möhkəmləndirmək üçündür.   

Azərbaycanın bir Avropa ölkəsi olaraq inkişafı  təkcə 

onun Qərblə sosial-iqtisadi əlaqələrinin artması  və Avropa 

ölkələri ilə vahid iqtisadi məkana daxil olması ilə  şərtlənmir. 

Burada düşüncə  tərzlərinin yaxınlaşması da böyük önəm daşı-

yır. Lakin biz Avropa düşüncə tərzini mənimsəyərkən bunu öz 

qədim düşüncə  ənənələrimizi unutmaq hesabına edə bilmərik. 

Ona görə  də, Qərb fəlsəfəsi ilə paralel surətdə  Şərq müdriklik 

məktəbinin, peşəkar Azərbaycan filosoflarının nəzəri irsinin 

öyrənilməsi böyük əhəmiyyətə malikdir.  

 

 

Oxuculara təqdim olunan bu kitab Şərq və Qərb təfəkkür 



tərzlərinin, müxtəlif fəlsəfi təlimlərin müqayisəli təhlilinə – 

fəlsəfi komparativistikaya həsr olunmuşdur. Kitabda ilk növ-

bədə orta əsrlərdə Azərbaycan fəlsəfi fikrinə və ümumən islam 

dünyasında fəlsəfi yaradıcılığa böyük təsir göstərmiş olan 

Platon və Aristotelin təlimləri, onların əsas əlamətdar cəhətləri 

təhlil olunur və bu təlimlərin sonrakı dövrlərdə keçdiyi inkişaf 

yoluna nəzər salınır.  

Platon və Aristotel haqqında minlərlə  tədqiqat  əsərləri, 

kitablar yazılmışdır və belə güman etmək olardı ki, məqsəd 

ancaq məlum olanları Azərbaycan dilində şərh etməkdən ibarət 

olmalıdır. Lakin müəllif bu iki yunan dahisini tamamilə  fərqli 

bir müstəvidə – Şərq və  Qərb düşüncə  tərzlərinin, fəlsəfə  və 

elmin müqayisəsi kontekstində təhlil edir.  

Kitabda Aristotel Qərb fəlsəfi fikrinin, Qərb məfkurəsi-

nin, təbii-elmi düşüncənin ilk böyük nümayəndəsi kimi təqdim 

olunur; Platon təlimi isə, onaqədərki bir sıra digər təlimlərlə 

yanaşı,  Şərq fəlsəfi fikrinə aid edilir. Yəni  əsas məsələ kimin 

coğrafi baxımdan harada yaşaması yox, nə kimi bir düşüncə 

tərzindən çıxış etməsidir. Ruhun, ideyanın ilkinliyindən çıxış 

edən fəlsəfi təlimlər isə ancaq Şərq təfəkkürünə uyğun gəlir. Bu 

baxımdan, Platonun qədim hind-çin dini-fəlsəfi təlimləri ilə 

uyğunluğu qanunauyğun görünür.  

Platonun orta əsr müsəlman filosofları ilə müqayisəsi də 

xüsusi diqqətə layiqdir. Platon təlimi kitabda bir tərəfdən

Fərabi ilə, digər tərəfdən də, qərbli olmalarına baxmayaraq, 



 

- 6 -


yenə  də  Şərq düşüncəsindən çıxış edən Plotin və ekzis-

tensionalizmlə müqayisə olunur.  

Kitabda  İbn Sinanın fəlsəfi təlimi də, bir tərəfdən, Aris-

totel  təlimi ilə, digər tərəfdən, müasir fəlsəfi və elmi-psixoloji 

təlimlərlə müqayisədə təqdim olunur.  

Kitabın fəsillərindən biri Qərb fəlsəfəsində dinin fəlsəfi 

əsaslarına, ilk növbədə,  İslam dininə münasibət məsələsinin 

təhlilinə həsr olunmuşdur. Müasir dövrdə Qərb ölkələrinin bəzi 

mətbuat orqanlarında Məhəmməd peyğəmbərə  təhqiramiz 

münasibətə geniş yer verildiyi bir zamanda islam və xristianlıq, 

ayrıseçkiliyə  rəğmən dini hissin universilallığı  və mövzuları 

xüsusi aktuallıq kəsb etmişdir. Müəllif Qərb ictimai fikrində 

islama qarşı aqressiv münasibətin və hörmətsizliyin yer ala 

bilməsinin səbəblərini həm də  bəzi Qərb filosoflarının fəlsəfi 

həqiqəti dini təəssübkeşliyə qurban verməsi ilə izah edir. Lakin 

digər tərəfdən, Qərbin demək olar ki, bütün böyük filosofları 

«vahid Allah» ideyasına münasibətdə xristianlığa nəzərən daha 

ardıcıl monoteizm mövqeyindən çıxış edən islama yaxınlaşırlar 

ki, bu bölmədə müəllif onların mövqeyini şərh edir və Foma 

Akvinski, Nikolay Kuzanski, Con Lokk, Kant, Hegel, Göte və 

s. bu kimi böyük mütəfəkkirlərin fikirlərindən misallar gətirir.  

Böyük Qərb filosoflarının təlimlərində orta əsr müsəlman 

fəlsəfəsi ilə eyniyyət məqamları  təkcə  fəlsəfi komparativistika 

baxımından maraq kəsb etməklə qalmayaraq, həm də müxtəlif 

yolların eyni həqiqətlərə  gətirib çıxarmasını isbat etmək 

baxımından çox önəmlidir.  

A.Şopenhauerin  Şərq fəlsəfəsi ilə bağlılığı  fəlsəfə 

tarixçiləri tərəfindən dəfələrlə qeyd edilmiş  və  tədqiq olun-

muşdur.  İfrat qərbçi, xristian ideoloqu və bir alman millətçisi 

kimi tanınan Hegelin təlimində  «şərqlilik» və «islamçılıq» 

məqamlarının üzə  çıxarılması isə yenidir və bu baxımdan, 

xüsusi maraq doğurur. Daha önəmli bir məqam isə klassik al-

man fəlsəfəsinin banisi Kantın da Şərq fəlsəfi fikri kontekstində 

nəzərdən keçirilməsidir.  

Dünya fəlsəfi fikir tarixində iz qoymuş filosoflar çoxdur. 

Lakin öz fəlsəfi konsepsiyasını yaratmaqdan başqa, bütün 

əvvəlki fəlsəfi bilikləri sistem halına salmaq və özündən sonra 

fəlsəfənin inkişafına təsir etmək baxımından antik dövrdə 




 

- 7 -


Aristotelin oynadığı rolu yeni dövrdə Kant oynamışdır. O, 

fəlsəfi fikir tarixinə  klassik alman fəlsəfəsi kimi daxil olmuş 

möhtəşəm bir elmi-fəlsəfi məktəbin təməlini qoymuş, Fixte, 

Şellinq, Hegel, Feyerbax kimi görkəmli filosofların yetişmə-

sində böyük rol oynamışdır. Kantın vəfatından çox-çox sonralar 

da  kantçılıq, yeni kantçılıq (neokantianstvo)  təlimləri geniş 

yayılmış  və müasir fəlsəfi fikrin inkişafına önəmli təsir 

göstərmişdir. Hətta Kant təlimini qəbul etməyənlər, Kanta qarşı 

gedənlər də istər-istəməz Kant ideyalarından bəhrələnmiş  və 

ona öz münasibətlərini bildirmişlər. Çünki Kant fəlsəfənin elə 

bir məhək daşıdır ki, filosof olmaq istəyənlər bu və ya digər 

məsələ ilə bağlı ona münasibətini heç olmazsa özləri üçün 

aydınlaşdırmalıdırlar.     

Fəlsəfənin elə bir sahəsi yoxdur ki, orada Kant öz sözünü 

deməmiş olsun. İstər qnoseoloji, istər ontoloji, istərsə  də 

aksioloji aspektlərdə Kantın öz baxışlar sistemi vardır. Onun 

şah  əsəri sayılan «Xalis zəkanın tənqidi» kitabı sanbalına və 

hətta problematikasına görə ancaq Aristotelin «Metafizika»sı ilə 

müqayisə oluna bilər. Lakin o, fəlsəfə tarixində müxtəlif 

aspektlərdən qiymətləndirilmişdir. Bu əsərdə tutduğu mövqeyə 

görə idealistlər Kantı materializmdə, materialistlər idealizmdə 

suçlamış, marksistlər isə onu daha çox aqnostik kimi 

səciyyələndirməyə çalışmışlar. Onun təliminin orijinallığı da elə 

bundadır ki, o, özünəqədərki cərəyanlardan heç birinin təsiri 

altına düşməmiş, sintetik bir təlim yaratmışdır.  

«Xalis zəkanın tənqidi»  əsərində göstərilir ki, bütün 

biliklər təcrübədən başlansa da, təcrübə ilə məhdudlaşmır. On-

ların bir qismi idrak qabiliyyətinin özündən törəyir ki, bunları 

da Kant aprior bilik adlandırır. Təcrübədən alınan bilikləri isə 

Kant  aposterior bilik adlandırır. Kantı aqnostik adlandıranlar 

buna istinad edirlər ki, o, aposterior biliklərin maddi gerçəkliyə 

adekvatlığını  qəbul etmir. Bu məsələnin  şərhi zamanı Kant 

«özündə  şey» haqqında təlimin  əsasını qoyur. Digər tərəfdən, 

biliklərin müxtəlif formaları ilə mühakimələrin müxtəlif 

formaları arasında  əlaqə yaradır. Kant analitik və sintetik 

mühakimələri fərqləndirməklə idraki proseslərə diferensial 

münasibətin klassik nümunəsini yaradır. Kanta görə yalnız 

empirik mühakimələr sintetik səciyyə daşımır. Buraya həmçinin 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə