FəLSƏFƏ : tarix və



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə4/129
tarix22.11.2017
ölçüsü2,82 Mb.
#11504
1   2   3   4   5   6   7   8   9   ...   129

 

- 11 -


olunduğu bir vaxtda Qərb dəyərlərinin fəlsəfi  əsaslarının mə-

nimsənilməsinə böyük ehtiyac vardır. Ona görə  də, biz belə 

hesab edirik ki, müasir Avropanın, çağdaş  Qərb sivilizasiyası-

nın mənəvi  əsaslarını yaradan düşüncə  tərzini formalaşdıran 

böyük klassiklərin Azərbaycanda yad edilməsi, onların elmi-

nəzəri və  fəlsəfi irsinin dilimizə  tərcümə edilməsi və 

araşdırılması böyük əhəmiyyətə malikdir. 

Con Lokkun «İnsan əqli haqqında təcrübə» əsəri indi də 

öz fəlsəfi dəyərini saxlayır və müasir idrak nəzəriyyəsinin elmi 

pirsiplərini müəyyən etməklə, mühüm bir fəlsəfi baxış 

istiqamətinin təməli hesab olunur. Bu baxış isə bizim duyğula-

rımızın heç də insan təxəyyülünün nəticəsi olmayıb, bizi əhatə 

edən  şeylərdən, hadisələrdən hasil olduğunu iddia edir. Əsrlər 

boyu kök salmış rasionalist baxışa görə ön plana çəkilən 

düşüncə Con Lokk təlimində duyğuların nəticəsi kimi təqdim 

olunur. Bu təlim Frensis Bekon tərəfindən işlənib hazırlanmış 

empirizm fəlsəfəsindən fərqli olsa da, reallığa münasibət 

baxımından ona çox yaxındır.  

«Ağ lövhə» nəzəriyyəsi də Con Lokkun adına təsadüfən 

aid edilmir. O, doğrudan da anadangəlmə ideyaları qəbul etmir 

və insan idrakını  təcrübədən kənarda axtarmır.  İdeyanın insan 

qəlbinə  əvvəlcədən tanış olması  və insanın sadəcə onları 

xatırlaması haqqında Platon təlimi Con Lokk tərəfindən inkar 

edilir. Onun fikrinə görə, «anadangəlmə» biliklər təcrübədən 

kənar olduğuna görə, sadəcə bir uydurmadır. Con Lokk belə 

hesab edir ki, ilk təcrübənin nəticəsi olan biliklər yadda 

saxlandıqdan sonra, əlbəttə,  xatırlana bilər və onu hər dəfə yada 

salmaq üçün şeyin özünü görməyə ehtiyac yoxdur. Bununla 

belə, ideyanın ilkin daşıyıcısı cismlər və hadisələr dünyasıdır. 

Con Lokk ideyaları mürəkkəblik dərəcəsinə görə iki yerə 

bölür. «İlkin keyfiyyətlər» obyektiv səciyyə daşıyaraq bizim 

onlara münasibətimizdən asılı deyil. «İkinci keyfiyyətlər» bizim 

şeylərlə münasibətimiz zamanı ortaya çıxır və subyektiv 

səciyyə daşıyır.  

Con Lokkun fəlsəfi yaradıcılığı heç də təkcə idrak nəzə-

riyyəsi ilə  məhdudlaşmayıb, dövlət, hüquq və azadlıq prob-

lemlərini də  əhatə edir. O, xalqların suverenliyinin, bütün 

əhaliyə azadlıq və  bərabər hüquq verilməsinin tərəfdarı olub, 




 

- 12 -


hakimiyyət bölgüsü ideyasını irəli sürürdü.  Azərbaycanda 

hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu şəraitində Con 

Lokkun bu sahədəki fəlsəfi irsi olduqca qiymətlidir.  

Kitabda  Şərq və  Qərb fəlsəfi fikrinin böyük klassikləri 

sırasında nisbətən müasir dövrün fəlsəfi təlimlərinə  də müna-

sibət bildirilmişdir. Böyük filosof, yazıçı, azadlıq carçısı, sülh 

uğrunda mübariz, Nobel mükafatı laueratı Jan-Pol Sartrın 

yaradıcılığı da kitabda xüsusi tədqiqat obyektinə çevrilmişdir. 

Hegel, Husserl və Haydeggerin fenomenoloji təlimlərini davam 

etdirən və varlığın mənasını yeni bir müstəvidə, insan psixikası 

çərçivəsində açmağa çalışan Jan-Pol Sartr öz təlimini təsadüfən 

ekzistensionalizm adlandırmamışdır.  İnsan  şüurunun, Eqo-nun 

psixik və transendental mövcudluğu önə çəkilmiş, insanın hiss 

və  həyacanları, iztirabları, hissi yaşantıları mövcudluğun 

bilvasitə timsalı kimi şərh edilmişdir.  Ənənəvi rasionalizm və 

metafizik ontologiyadan daha çox, subyektiv Mən mərkəzə 

çəkilmişdir. Bununla yanaşı, Sartr mövcud fəlsəfi ənənələrə və 

təlimlərə  də biganə qalmamışdır. Sartr ekzistensionalizminin 

yaranmasında Husserllə yanaşı, F.Nitsşenin və S.Kerkeqorun da 

böyük təsiri olmuşdur.   

Jan-Pol Sartrın əsas fəlsəfi əsəri olan «Varlıq və heçlik» 

monoqrafiyası 1943-cü ildə, o, əsirlikdən azad olunduqdan 

sonra işıq üzü görmüşdür. Dünyanın çox mürəkkəb və 

keşməkeşli bir çağında, müharibə alovunun bütün Avropanı 

bürüdüyü bir vaxtda Jan-Pol Sartrın xeyli bədbin görünən 

fəlsəfi təlim yaratması təbii görünür.  

Hələ 30-cu illərdə o, öz elmi-fəlsəfi yaradıcılığını Husserl 

fenomenologiyasının davamçısı kimi başlamış və fenomenoloji 

psixologiya probleminə dair bir sıra sanballı əsərlər yazmışdır. 

1936-cı ildə yazdığı «Təxəyyül» və «Transendental Eqo. 

Fenomenoloji təsvirin  əsasları», 1939-cu ildə yazdığı 

«Emosiyaların nəzəriyyəsinə dair oçerk» və s. bu kimi fəlsəfi 

tədqiqatlarında o, hələ fenomenologiya təlimi çərçivəsindən 

çıxmamışdı. O, öz ekzistensialist fəlsəfi görüşlərini, elmi-nəzəri 

sistem halında şərh etməzdən əvvəl bədii yaradıcılığında obrazlı 

şəkildə ifadə etmiş, 1938-ci ildə özünün məşhur «Ürək 

bulantısı» romanını yazmışdır. Bu roman ekzistensionalist 

fəlsəfi düşüncənin parlaq bədii ifadəsi sayılır. Lakin əsər 




 

- 13 -


özünün xüsusi orijinallığı ilə seçilsə  də, dünya ədəbi-bədii 

prosesindən ayrı deyildir. Kitaba daxil edilmiş «C.Cabbarlı  və 

C.Sartr» adlı paraqrafda Sartrın bəzi ideyalarının ondan bir qə-

dər əvvəl böyük Azərbaycan mütəfəkkiri və yazıçısı C.Cabbarlı 

tərəfindən irəli sürüldüyü inandırıcı şəkildə əsaslandırılmışdır.   

Jan-Pol Sartr təkcə ekzistensionalizmin banilərindən 

hesab olunmur, o həm də dialektikanın və marksizmin yeni 

dövrdə yaradıcı surətdə inkişaf etdirilməsi sahəsində böyük 

xidmətlər göstərmişdir. Bir tərəfdən marksizmlə polemikaya 

girən Jan-Pol Sartr, digər tərəfdən, ictimai proseslərin obyektiv 

izahı üçün bu təlimin dəyərli müddəalarını müdafiə edir və 

özünün subyektiv idealist məcrasında ona yeni şərh verir.  

Sartr öz şəxsi həyatında faşizmə qarşı  kəskin mübarizə 

aparmış,  əsir düşmüş, müharibənin bütün işgəncələrini görmüş 

və  ən çətin  şəraitdə  də azadlıq uğrunda mübarizə aparmağın 

labüdlüyünü önə  çəkmişdir. Onun çox mürəkkəb ontoloji və 

epistemoloji tədqiqatlarında da biz məhz «azadlıq» ideyasının 

aparıcı rol oynadığını görürük. O, faşizmə qarşı mübarizə 

aparmaqla yanaşı, eyni zamanda sovet hegemonluğuna qarşı da 

çıxmışdır. 

İndi biz marksizmi sadəcə olaraq kənara atmaq deyil, ona 

münasibətimizi nəzəri  şəkildə  əsaslandırmalı olduğumuz bir 

vaxtda Sartrın bu sahədəki tədqiqatlarının öyrənilməsinə böyük 

ehtiyac vardır. Marksizmə loyal münasibət bəsləməsinə, iki 

dəfə SSRİ-yə  səfər etməsinə  və Sovetlərlə  əlaqələrin yaxşı-

laşması  uğrunda mübarizə aparmasına baxmayaraq, J.-P.Sartr 

SSRİ-nin 1956-cı ildə Macarıstanın, 1968-ci ildə isə Çexeslo-

vakiyanın daxili işlərinə qarışmasını və həmin ölkələrdə azadlıq 

hərəkatını yatırmaq üçün hərbi güc tətbiq etməsini kəskin 

surətdə pisləmiş, tənqid etmişdir. Sartr «Dialektik zəkanın 

tənqidi»  əsərində marksizmi dövrümüzün təkzibolunmaz 

fəlsəfəsi adlandırmışdır. Onun ən fundamental tədqiqatlarından 

olan bu əsər Sartrın öz fikrinə görə, marksist dialektikanın 

nəzəri  əsaslandırılmasına həsr olunmuşdur. O, bu kitabında 

marksist sosial-tarixi praktika konsepsiyasını ekzistensializm 

yönündə  dəyişərək fərdi praktikanı ön plana çəkmişdir. 

Göründüyü kimi, Sartrın təlimi çox ziddiyyətli və mürəkkəbdir. 

Bu problemlərə aydınlıq gətirilməsinə böyük ehtiyac vardır.  




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə