FəLSƏFƏ : tarix və



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə8/129
tarix22.11.2017
ölçüsü2,82 Mb.
#11504
1   ...   4   5   6   7   8   9   10   11   ...   129

 

- 23 -


 

 

 



 

 

 



 

 

 



 

 

 



FƏLSƏFƏ, TARİX, TARİX FƏLSƏFƏSİ VƏ 

FƏLSƏFƏ TARİXİ 

 

«Tarix» anlayışı üç müxtəlif səviyyədə  və  mənada isti-



fadə olunur. Birincisi, sosial-tarixi proses, ictimai inkişaf kimi; 

ikincisi, ictimai hadisələrin xronoloji ardıcıllıqla təsviri – «tarix 

elmi» kimi, və  nəhayət, üçüncüsü, – bu prosesin insan 

tərəfindən bütöv bir fenomen kimi duyulması və dərk olunması 

mənasında – «tarix fəlsəfəsi» kimi. Burada terminlərin ənənəvi 

işlənməsindən yaxa qurtara bilsək və  məsələyə konseptual 

yanaşmağa çalışsaq, görərik ki, tarixçilərin tədqiqat predmeti 

olan «tarix» və filosofların tədqiqat predmeti olan «tarix», heç 

də üst-üstə düşmür. Belə ki, birinci halda söhbət zaman və 

məkanca bölünmüş, ayrılmış  və müstəqilləşmiş lokal 

hadisələrin «canlandırılması» və sonradan ipə-sapa düzül-

məsindən, canlı hadisələrin cansız toplusundan gedirsə, ikinci 

halda söhbət məkan-zaman müəyyənliyi və  sərhədləri itmiş, 

bütövün içinə qatışmış hadisələrdən, daha doğrusu, ha-

disələrdən yox, bütövün özündən gedir. Hadisənin «canlan-

dırılması», onun təsvirinin «elmiləşdirilməsi» – daxili səbə-

biyyət əlaqələrinin tapılması heç də o demək deyildir ki, hər bir 



 

- 24 -


                                                          

hadisəni başqa hadisələrin səbəbiyyət zəncirindəki davamı kimi 

vermək mümkündür. Hər hansı bir hadisənin tarixi zərurət kimi 

anlaşılması onun bütöv sosial tarixi proses kontekstində 

nəzərdən keçirilməsini tələb edir. Bu isə ancaq o zaman 

mümkündür ki, mərkəzində  həmin hadisə dayanan bütöv tarix 

mənzərəsi çəkilmiş olsun. Onda biz nə  qədər hadisə varsa, o 

qədər alternativ tarixlər yaratmış olarıq. Tədqiqata cəlb olunmuş 

hadisəni zərurət kimi təqdim edə bilmək üçün tarixçilər digər 

hadisələri təsadüf kimi və ya ictimai-tarixi fon kimi verməyə 

məcbur olurlar. Bəs tarixi prosesin bütövlüyü necə  dərk oluna 

bilər?  


K.Yaspers yazır: «Tarix özü nəhəng bir hadisə kimi 

görünür. Bu hadisə bilavasitə varlığın substansiyasından əmələ 

gəlir ki, onun hərəkəti bütövlükdə ruhun hərəkətidir və o həyata 

keçmək üçün müxtəlif konkret hadisə  və vasitələrdən, bəzən 

dəhşətli vasitələrdən istifadə edir. Ayrıca bir insan ruhun bu 

böyük,  əhatəli tarixi təcəssüm prosesinə qarşı  çıxa bilmir və 

hətta özü ölməli olsa da, ona «hə» deməli olur».

1

 Daha sonra 



K.Yaspers bu fikrini Hegelin xristiansayağı tarix fəlsəfəsi ilə 

uzlaşdırır. Burada tarix yalnız ruhun dünya səyahəti və 

sərgüzəştləri kimi deyil, həm də düşünülmüş  və zamanca 

düzənlənmiş, nizamlı realizasiya prosesi kimi izah olunur. Tale 

və  qədər anlamının təsbit olunması  məsələnin dini aspektidir. 

Önəmli olan isə budur ki, dinlə 

əlaqələndirilib-

əlaqələndirilməməsindən asılı olmadan, insan bir tərəfdən 

tarixdə itir, digər tərəfdən də, tarixi özündə itirir. Tarix özü də 

xronoloji mənada itir, keçmiş bu günlə eyni müstəviyə gəlir və 

həmin müstəvidə gələcəyin rüşeymləri də görünür. 

Bəli, fəlsəfə üçün zaman və  məkan lokallığı yoxdur. İlk 

baxışda nə  qədər paradoksal görünsə  də,  əsas problemlərindən 

biri zaman və  məkanın tədqiqi olan fəlsəfənin özü – fəlsəfi 

düşüncə zaman və məkanın fövqündə dayanır.   

Aristotelin məşhur «poeziya fəlsəfəyə tarixdən daha ya-

xındır», daha dəqiqi «poeziya tarixdən daha fəlsəfi və daha 

 

1



  Карл  Ясперс.  Всемирная  история  философии.  Введение. 

Санкт-Петербург, «Наука», 2000, стр. 64-65. 




 

- 25 -


                                                          

ciddidir» fikri

1

 poeziyadakı  fəlsəfəliyi ifadə etməkdən daha 



çox, tarixdəki «fəlsəfəsizliyi» (anti-fəlsəfi mahiyyəti) ifadə edir. 

Belə ki, tarix və  fəlsəfə insan təfəkkürünün diametral əks 

qütblərində qərar tutur və bütün digər düşüncə formaları bu iki 

qütb arasındakı spektrin müxtəlif məqamlarından ibarətdir. 

Hegel «fəlsəfə tarixi» anlayışını izah etməyə çalışarkən 

diqqəti tarix ilə fəlsəfə arasındakı əkslikliyə yönəldir: «Fəlsəfə 

dəyişməz, əbədi olanı, özlüyündə mövcudatı dərk etmək istəyir; 

onun məqsədi – həqiqətdir. Tarix isə nə vaxtsa mövcud olmuş, 

başqa bir vaxtda isə sıradan çıxmış və yeri başqaları tərəfindən 

tutulmuş olanlardan danışır. Əgər biz bundan çıxış ediriksə ki, 

həqiqət əbədidir, onda o keçici olanların sırasına daxil olmur və 

deməli, onun tarixi yoxdur. Amma əgər onun tarixi varsa, tarix 

ancaq idrakın keçmiş obrazlarının təsviri olduğundan, burada 

həqiqəti tapmaq mümkün deyil, belə ki, həşiqət ötəri, keçmiş 

ola bilməz».

2

  



Tarix artıq baş vermiş hadisələri «öyrənir», daha doğrusu, 

təsvir edir. Başqa sözlə, tarix hadisələrin gerçək gedişatının – 

gerçəkliyin surəti, təsviridir.  Əlbəttə, tarixçi baş vermiş 

hadisələrin sadəcə  şəklini çəkmir, çəkə  də bilməz. Çünki tarix 

indi yaşadığımız həyatın deyil, nə vaxtsa keçmişdə yaşanmış bir 

həyatın restavrasiyası cəhdidir. 

Aristotel mövcudatın iki halını  fərqləndirir: imkan ha-

lında olan varlıq və gerçəkləşmiş varlıq.

3

  Başqa sözlə, söhbət 



potensial və aktual mövcudatdan gedir. Hansı isə ideya konkret 

dövrün və  şəraitin tələbi ilə gerçəkləşirsə, öz maddi 

təcəssümünü tapırsa və ya elmi-terminoloji simvolika ilə ifadə 

olunursa, – o artıq tarixə düşmüş olur. Amma tarixi şəraitin 

dəyişməsi ilə həmin imkanın (ideyanın, planın) sıradan çıxması 

da mümkündür, hər bir yeni şəraitdə yaşarlı olması və yenidən 

realizasiya imkanını saxlaması da. Əgər imkan maddi və ictimai 

 

1



  Аристотел.  Поетика. (Poeziya sənəti haqqında. – tərcüməçi 

Aslan Aslanovdur). Б., «Azərnəşr», 1974, səh. 63. 

2

 Г.В.Ф.Гегель. Лекции по истории философии. Книга первая. 



Санкт-Петербург, «Наука», 2001, стр. 74.  

3

  Аристотель.  Метафизика. 1045 а 30// Сочинения  в 4-х 



томах, т. 1, М., 1976, стр.232. 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə