FəLSƏFƏ : tarix və



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə16/129
tarix22.11.2017
ölçüsü2,82 Mb.
#11504
1   ...   12   13   14   15   16   17   18   19   ...   129

 

- 47 -


                                                          

etdirmişdir.  

Bəşəriyyətin inkişaf yoluna ümumi bir nəzər saldıqda 

belə  təsəvvür yaranır ki, bəşər tarixi etnik-millidən milli döv-

lətə, oradan isə ümumbəşəri ideallara, bütün insanlar üçün eyni 

olan hüquqi vətəndaş cəmiyyətinə, Vahid Avropa və daha sonra 

qlobal dünya ideyasına keçilməsi istiqamətində davam edir. 

Təsadüfi deyildir ki, Kant bu prosesi təbiət tərəfindən insan 

cinsinin üzərinə qoyulmuş bir missiya kimi dəyərləndirir. 

Bəşəriyyətin öz qarşısına qoyduğu və ya Allahın, təbiətin, müt-

ləq ideyanın bəşəriyyət qarşısında qoyduğu bu missiyanın kon-

turları artıq aydın  şəkildə görünməkdədir. Hadisələrin inkişaf 

səmtinin etnik-milli təfəkkürdən insanların hüquq və azadlıqla-

rına, ümumbəşəri dəyərlərə əsaslanmış planetar vətəndaş cəmiyyə-

tinə yönəldiyi şübhə doğurmur. 

Lakin qədim dövrə diqqət yetirdikdə  məlum olur ki, ilk 

dövlətlər və onların elmi-fəlsəfi anlaşılması məhz ümum-bəşəri 

təsəvvürlərə, milli konkretlikdən uzaq olan mücərrəd insan-

dövlət münasibətlərinə əsaslanmışdır.  

Platon dövlət haqqında yazarkən hansısa konkret milli 

reallıqdan deyil, ümumiyyətlə insanlar arasındakı mü-nasibətin 

optimal tənzimlənməsindən danışır.

1

 Platonda insanlar 



arasındakı  fərq milli yox, olsa-olsa sosial səciyyə daşıyır. 

Aristoteldə dövlət anlamı milliliyin nəzərə alınması baxımından 

bir qədər konkretləşsə  də, yenə  də mücərrəd insan-dövlət 

münasibətləri üstünlük təşkil edir.

2

 

Siseron ictimai birliyin əsası kimi hüquq normaları ilə 



yanaşı, ictimai faydanı da nəzərdə tutur ki, bu sonuncu da in-

sanların vahid xalq kimi birləşməsinə xidmət edən ümumi 

təsəvvürlər, əsatirlər, adətlər, mərasimlərlə bağlıdır. Buna bax-

mayaraq,  ədalət hamıya eyni münasibət tələb edir. Ədalət 

prinsipi, birgə yaşayış qaydaları hansı milli mədəniyyətə 

mənsubluğundan asılı olmayaraq, hamı üçün eynidir. Beləliklə, 

 

1

  Платон. Государство. Законы. Политик. М.: «Мысль», 1998, 

798 с. 


2

 Аристотель. Никомахова этика, II, 5, 1106 b; Политика. III, 

6, 1281 b // Аристотель.  Сочинения  в 4-х  томах.  том 4, М.: 

«Мысль», 1984. 




 

- 48 -


Siseronda da ümumbəşəri prinsiplər, qaydalar, hüquq normaları 

milli fərqlərdən daha vacib, daha üstündür.  

Roma imperiyası dövründə dövlətin tərkibində milli mə-

dəniyyətlərin ehtiva edilməsi də Roma hüququnun aliliyinə 

mane olmurdu. Müxtəlif dinlər, adət-ənənələr, mədəniyyətlər 

vahid sinkretik bir sistemdə birləşirdi. Latın dili rəsmi dövlət 

dili olsa da, elitar dairələrdə yunan dili istifadə olunurdu. Dillər 

və  mədəniyyətlərin tolerantlılığı, mədəniyyət müxtəlifliyi 

şəraitində vahid hüquqi dövlətçilik prinsiplərinin bərqərar 

olması – müasir dövrdə  bəşəriyyətin nail olmağa çalışdığı 

sosial-siyasi idealı xatırladır.  

Beləliklə, bəşəriyyət öz inkişafında bütöv bir dövrə (tsikl) 

keçərək, inkarı inkar məqamına, sintez məqamına qədəm 

qoymuşdur. Lakin burada sintez mərhələsini daha dolğun 

təsəvvür etmək üçün Hegel triadasında ikinci mərhələ olan 

antitezisin xeyli mürəkkəb struktura malik olduğunu da nəzərə 

almaq lazım gəlir. Klassik dövlətçilik nümunələrinin təhlili 

göstərir ki, antitezis mərhələsi də öz növbəsində iki pilləyə 

ayrılır; dinlə başlayıb milliliklə bitir. Roma imperiyasında 

xristian dini yayıldıqdan və  nəhayət dövlət dini kimi qəbul 

edildikdən sonra din tədricən hüququ sıxışdırır. Sadə dövlətçilik 

sxemləri mürəkkəb kilsə – dövlət münasibətləri ilə əvəz olunur.  

İslam dünyasında isə xəlifə dini rəhbər və dövlət başçısı 

funksiyalarını özündə birləşdirdiyindən bu ziddiyyət, heç 

olmazsa, formal surətdə aradan götürülmüşdü. Bunun səbəbi 

islamda dinlə hüququn vəhdətdə olması, şəriətdə (fiqhdə) ehtiva 

olunması idi.  

İslam özü sinkretik səciyyə daşıyırdı və ona görə, hüquq, 

əxlaq və  mədəniyyət də  vəhdət halında idi. Din həm də  həyat 

tərzi olmaqla, millilik elementlərinin müstəqil inkişafına yol 

vermirdi.  

Nəticədə, Avropada dövlətlər dindən ayrılaraq milli 

dövlətçilik mərhələsinə keçdiyi dövrdə islam dünyası  hələ  də 

dinin təsiri altında idi.  

İslam dünyasının qabaqcıl ölkələrində gedən ictimai-

siyasi və ideoloji proseslərin mahiyyətini Qərb prizmasından 

görmək çox çətindir. Ona görə  də, Qərb siyasətçiləri hüquqi 

dövlətə, vətəndaş cəmiyyətinə doğru üz tutmuş bir sıra ölkələrin 




 

- 49 -


                                                          

spesifik problemlərini və xüsusiyyətlərini nəzərə ala bilmirlər. 

Onlar bu ölkələri sadəcə olaraq Qərb standartlarına uy-

ğunlaşdırmaq siyasəti yürüdürlər. Nəticədə öz daxillərində 

ideologiyasızlaşdırma tərəfdarları olan Qərb dövlətləri, ola 

bilsin ki, bizə yeni ideologiya təlqin etdiklərini ağıllarına da 

gətirmirlər. Belə ki, inkişaf etmiş Qərb ölkələrində artıq ictimai 

gerçəkliyə çevrilmiş siyasi-hüquqi dəyərlər sistemi bizə  kə-

nardan təlqin olunarkən, həm də  nəzəri səviyyədə yox, artıq 

konkret tətbiqi reseptlər şəklində təlqin olunarkən məhz ideolo-

giya rolunu oynayır.  

Əslində isə başqa ünvandan transfer olunan hər hansı bir 

ideologiya yox, konkret ictimai gerçəkliyin öz inkişaf 

məntiqindən doğan milli bir ideologiya tələb olunur. Burada 

milli siyasi liderin üzərinə Şərq düşüncə tərzi ilə Qərb düşüncə 

tərzinin vəhdətinə nail olmaq, milli ideologiyanı ümumbəşəri 

dəyərlər kontekstinə salmaq kimi çətin bir vəzifə düşür. Bu 

vəzifə Şərqlə Qərb arasında İpək yolunu bərpa etmək qədər və 

bəlkə ondan daha çətindir. 

Müasir dövrdə Avropaya qatılmaq, qərbləşmək istəyən 

ölkələr qarşısında duran vəzifələrdən biri də elm və texno-

logiyanın inkişaf etdirilməsindən ibarətdir. Lakin milli fəlsəfi 

fikir olmadan, sadəcə Qərbin elmi mühitinə daxil olmaq və onu 

təqlid etməklə ictimai inkişafa nail olmaq mümkündürmü? Hələ 

XIX əsrin axırlarında böyük mütəfəkkir Cəmaləddin Əfqani bu 

məsələyə toxunaraq yazırdı: «Bir millətdə  fəlsəfə yoxdursa, 

əgər o millətin hamısı alim olsa da, o millətdə elmlər intişar 

tapa bilməz və  həmin millət ayrı-ayrı elmlərdən lazımi nəticə 

çıxarmaqda çətinlik çəkər».

1

 C.Əfqani öz fikrini Şərq ölkə-



lərinin praktikasına müraciətlə  əsaslandırır: «Osmanlı dövləti, 

eləcə  də Misir 60 ildir ki, elmlərin təlimi üçün məktəblər 

açmışdır və hələ də ondan bir xeyir götürməmişdir».

2

 Səbəbini 



isə o, haqlı olaraq, fəlsəfi ruhun çatışmamasında görürdü. 

Elmi biliklər pozitiv ictimai qüvvəyə o zaman çevrilir ki, 

onları düzgün yönəldən, ictimai tələbatla uzlaşdıran, istiqamət-

ləndirici fəlsəfi ideya olsun. Bütün zamanlar və xalqlar üçün 

 

1

 Cəmaləddin Əfqani. Seçilmiş əsərləri. Bakı, 1998, səh.29. 



2

 Yenə orada. 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə