FəLSƏFƏ : tarix və



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə14/129
tarix22.11.2017
ölçüsü2,82 Mb.
#11504
1   ...   10   11   12   13   14   15   16   17   ...   129

 

- 41 -


fəlsəfənin özünə  məxsus toplanma qaydaları vardır. Bu 

qaydalar elmi biliklərin, habelə  sənət  əsərlərinin, bədii 

təəssuratların toplanmasından fərqlidir.  

Millətin fəlsəfi fikri onun hər bir üzvünün fəlsəfi fikrin-

dən toplanmayaraq, milləti təmsil etmək səlahiyyəti olan, milli 

ruhun daşıyıcısı olan, milli özünüdərk baryerini keçmiş olan 

tək-tək  şəxsiyyətlərin – filosofların fəlsəfi konsepsiyalarından, 

bu konsepsiyaların şəbəkəsindən ibarət olur.  

Əlbəttə, emosiyadan, hissiyatdan, təəssüratın irrasional 

məqamlarından azad olmuş rasional biliklər toplusu fəlsəfi 

duyumun, insanın dünyaya münasibət mənzərəsinin tam 

təsfirini verə bilməz. Konkret münasibət, küll halında təəssurat 

rasionallaşdıqca kasadlaşır, solğunlaşır və informasiyanın çox 

cüzi hissəsi saxlanılmış olur. Lakin idrak prosesi də elmi 

səviyyədə bununla səciyyələnir ki, burada birinci fokus 

məsafəsindəki rasional biliklər ayrı, ikinci fokus məsafəsindəki 

rasional biliklər ayrı  və sair və s. yığılaraq sonradan toplana 

bilirlər. Və toplanmadan alınan mənzərə  hər biri ayrılıqda 

solğun olan informasiyaları gücləndirir, yenidən mürəkkəb 

iyerarxik bir strukturun rasional obrazı yaranır. Burada bir növ 

interferensiyaya uyğun tamamlama gedir. 

Milli fəlsəfi fikir dedikdə, ilk növbədə  hər bir ölkənin 

görkəmli filosofları, onların  əsərləri yada düşür. Belə bir rəy 

formalaşıb ki, müasir dövrdə milli fəlsəfi fikrin formalaşması və 

təbliği üçün əsas vəzifə fəlsəfə tariximizin öyrənilməsi və tədris 

edilməsidir. Bu məqsədlə 

Bəhmənyarın, Nizaminin, 

Ş.Sührəvərdinin, Şəbüstərinin, Nəiminin, Nəsiminin, Füzulinin

nisbətən yeni dövrdə A.Bakıxanovun, M.F.Axundovun, Mirzə 

Kazım bəyin, Həsən bəy Zərdabinin fəlsəfə  əsərlərini və ya 

bədii yaradıcılıqlarındakı fəlsəfi fikirləri öyrənmək, nəşr etmək, 

yaymaq vəzifəsi ön plana çəkilir. Bizcə, bütün bunlar, əlbəttə, 

lazımdır. Lakin ilk növbədə  məhz fəlsəfi fikir tariximizin 

öyrənilməsi baxımından.  

Milli fəlsəfi fikrimizin tarixi aspektləri, qaynaqları öyrə-

nilməli və yeni nəslə çatdırılmalıdır. Lakin təəssüflənməli haldır 

ki, çox vaxt bu qaynaqlar milli fəlsəfi fikirlə eyniləşdirilir, qarı-

şıq salınır. Halbuki, müasir Azərbaycan fəlsəfi fikrinin bu qay-

naqlarla  əlaqəsi heç də  həmişə adekvat deyil. İlk növbədə ona 



 

- 42 -


                                                          

görə ki, fəlsəfi fikir tarixi müasir milli fəlsəfəni müəyyən etmir

əksinə, fəlsəfə tarixində bizə aid olan, milli olan ünsürləri mü-

əyyənləşdirmək üçün müasir milli fikirdən çıxış etmək lazımdır.  

XX  əsrdə Azərbaycan ictimai-siyasi və  fəlsəfi fikrinin 

öyrənilməsi sahəsində xeyli iş görülmüşdür.  Əsası  Məmməd 

Əmin Rəsulzadə («Nizami» əsəri ilə) və daha sistemli şəkildə 

Heydər Hüseynov tərəfindən qoyulan «Azərbaycan fəlsəfə 

tarixi» məktəbi bu gün də davam etməkdədir. M.Ə.Rəsulzadə 

Nizami yaradıcılığını tədqiq edərkən eyni zamanda milli ədəbi-

fəlsəfi irsin öyrənilməsini millət kimi formalaşmağın mühüm 

şərtlərindən biri kimi önə çəkmiş və milli məfkurə qaynaqları-

mızı çağdaş ictimai şüurumuzda yenidən bərpa etmək missi-

yasının gözəl nümunəsini vermişdir. İlk variantda «Azərbaycan 

şairi Nizami» adlandırılmış bu əsərdə

1

 Nizaminin poeziyası ilə 



yanaşı fəlsəfəsindən və ideologiyasından bəhs edilir. «Nizamidə 

eşq fəlsəfəsi», «Nizamidə din və sosial ideal», «Nizamidə həyat 

və insan problemi» adlı xüsusi bölmələrin olması əsərin həm də 

fəlsəfə tarixinə dair bir tədqiqat olduğuna dəlalət edir. Bununla 

belə, məhz Heydər Hüseynov ictimai-siyasi fikrin və klassik 

Azərbaycan  ədəbiyyatının fəlsəfi prizmadan öyrənilməsi 

məktəbinin əsasını qoymuş və «XIX əsrin Azərbaycan ictimai-

siyasi fikir tarixi» adlı sanballı monoqrafiyasında fəlsəfi fikir 

tariximizi peşəkar səviyyədə tədqiq etmişdir. Sonralar professor 

Camal Mustafayev Nizami Gəncəvinin, professor Ənvər 

Əhmədov A.Bakıxanovun, akademik Fuad Qasımzadə 

M.Füzulinin, professor Şeydabəy Məmmədov M.F.Axundovun, 

Azərbaycan EA-nın müxbir üzvü Zakir Məmmədov Bəhmən-

yarın, Sührəvərdinin, professor Zümrüd Quluzadə  Nəiminin, 

Nəsiminin, professor İzzət Rüstəmov Həsən bəy Zərdabinin 

fəlsəfi görüşlərini daha geniş araşdırmaqla Azərbaycan fəlsəfə 

tarixinin öyrənilməsində böyük xidmətlər göstərmişlər. Bu sahədə 

habelə Zəkuyevin, Z.Göyüşovun, Ş.Cəfərovun, S.Rzaquluzadənin 

və s. tədqiqatçılarımızın böyük əməyi olmuşdur.  

Lakin ayrı-ayrılıqda bu və ya digər alimin, ictimai-siyasi 

fikir sahibinin, filosofun əsərlərinin  şərhi bütövlükdə milli-

 

1



  M.E.Resulzade. Nizami. Ankara, 1951;  İstanbul, Türk Dünyası 

Araşdırmalar Vakfı.  1991.  




 

- 43 -


fəlsəfi fikir haqqında təsəvvür yaratmır. Bu tədqiqatların 

toplusu da milli-fəlsəfi fikrin spesifikasını aydınlaşdırmaq üçün 

kifayət deyil. Ona görə ki, milli-fəlsəfi fikir ayrı-ayrı dövrlərdə 

yaşamış filosofların, onlar milliyyətcə azərbaycanlı olsalar belə, 

fikirləri toplusu kimi başa düşülə bilməz. Əvvəla, orta əsrlərdə 

islam fəlsəfəsi bütöv daxili tamlığa malik bir sistem kimi 

yayılmışdır ki, Azərbaycan fəlsəfi fikri də daha çox dərəcədə 

onun tərkib hissələrindən biridir.  

Milli-fəlsəfi fikir müəllifin milli mənsubiyyətindən daha 

çox fəlsəfi konsepsiyanın milli düşüncə  tərzinə adekvatlığı ilə 

səciyyələnir.  

Milli-fəlsəfi fikir anlayışının məğzində millətin düşüncə 

tərzi, milli mentalitet, milli ideallar və bu ideallara çatmaq 

uğrunda mübarizənin ideya əsasları dayanır. Keçmişimizdən biz 

miras qalmış  ən böyük sərvət fəlsəfi traktatlardan öncə yeni 

nəslin özüdür. Müasir azərbaycanlı milli fəlsəfi fikrin genetik 

daşıyıcısıdır. Fəlsəfə elmindən ayrı olaraq heç də biliklər 

sistemi olmayıb, insanın dünyaya baxışının müəyyən üsulu 

dünyanın modelləşdirilməsi insanla dünya arasında, millətlə 

dünya arasında körpüdür.  

Milli-fəlsəfi fikir milli ruhun nəzəri-konseptual  şərhidir. 

Ən əsas məsələ milli ruhun özünün mövcudluğudur. Elə xalqlar 

vardır ki, onların nümayəndələri fəlsəfi traktatlar yazır, lakin 

onları  səciyyələndirən, özəlləşdirən, ifadə edən ruh yoxdur. 

Onlar çoxdan başqa ruhlara qatışıb, onların içində itib-batıblar. 

Başqasına qatılmaq, başqasında itmək heç də ilk baxışdan 

göründüyü kimi pis şey deyil. Bu, çoxların  əqibətidir. Bütün 

kiçiklərin aqibətidir. 

Bu böyük dünyada, böyük xalqların yaşadığı dünyada bö-

yük tarixlər və böyük nəzəriyyələr yaradan xalqlarla birgə 

yaşayıb onlara qatılmamaq, fərqli qalmaq asan məsələ deyil. 

Digər tərəfdən də, sual olunur ki, fərqlənmək lazımdırmı?  

Son vaxtlar, xüsusilə müstəqillik əldə etdikdən sonra tez-

tez sual olunur ki, «biz kimik?» və «bizim milli birliyimiz 

vardırmı?».  

Müasir azərbaycanlı üçün kim ideal ola bilər? Bəhmən-

yar, Füzuli, yoxsa Koroğlu? Səməd Vurğun, Yusif Məm-

mədəliyev, yoxsa Həzi Aslanov? Əlbəttə, kimsə deyə bilər ki, 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə