FəLSƏFƏ : tarix və



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə22/129
tarix22.11.2017
ölçüsü2,82 Mb.
#11504
1   ...   18   19   20   21   22   23   24   25   ...   129

 

- 66 -


                                                          

həll etmiş olduqlarını sayırlar. Lakin ideyadan kənarda materiya 

heç bir forması, strukturu, habelə üstün istiqaməti olmayan 

amorf, səlt bir mühit, sadəcə bir materialdır ki, onun 

hərəkətindən danışmaq təbiəti ilə (tərifi ilə) uyğunsuzluq 

yaradardı. Belə ki, tərifinə, anlayışına görə, materiya (mütləq 

materiya) kəsilməz mühitdir, yəni sonsuz kiçiklərin sonsuz 

böyük toplumudur. Və bu sonsuz kiçiklər tərtibinə görə də bir-

birindən fərqlənmir, yəni əslində sıfra bərabərdirlər.  

Aristotelə görə isə, hər bir şey materiya ilə formanın 

birliyindən ibarətdir. Eydosu əsasən forma ilə eyniləşdirən 

Aristotel nəfsin də  bədənlə  əlaqəsinə böyük önəm verir. Düz-

dür, «nəfs» və «forma» anlayışları arasında əlaqə aşkar şəkildə 

ifadə olunmur, amma bu məsələ istər «Metafizika» əsərində, 

istərsə  də «Nəfs haqqında»  əsərində  mərkəzi mövzulardan 

biridir. Bu sonuncu əsərində Aristotel ruhun, nəfsin bədənlə 

bağlılığını bir daha vurğulayır və canlı varlıqların hərəkətinin 

mənbəyini nəfsdə görür. Nəfsi  əqllə eyniləşdirən Demokritdən 

fərqli olaraq Aristotel əqli nəfsin strukturunda ancaq bir pillə 

hesab edir.

1

  

Nəfs canlı orqanizmlərdə  həm hərəkətin, həm də 



dərketmənin səbəbi kimi götürülür. Bu kontekstdə Aristotel 

Platonun «Timey» əsərinə istinadən nəfsin elementlərdən təşkil 

olunduğunu iddia edir. Belə ki, Platona görə, hər  şey özünə 

uyğun olanla dərk edilir, deməli,  şeylər müəyyən başlanğıca 

malik olduğundan, nəfsin də başlanğıcı  və davamı olmalıdır. 

Nəfsin strukturunda vahid olaraq əql götürülür, bilik vahidin 

xətt üzrə hərəkətinə, rəy müstəvini, duyğu isə həcmi ifadə edən 

rəqəmlərə adekvatdır. Ona görə  də  şeylərin bəziləri  əqllə, 

başqaları biliklə, üçüncülər rəylə, dördüncülər isə duyğu ilə 

mənimsənilir.

2

   


Qoyulan problemlər müasir fəlsəfi fikir müstəvisində  də 

aktuallığını saxlamışdır.   

İnsan təbiətin bir hissəsi olaraq onunla üzvi qarşlıqlı 

əlaqədədir.  

İnsan habelə ruhani varlıqdır, nəfsə malikdir və ruh 

 

1



 Аристотелъ. О душе. – Сочинения, том 1, стр. 373-376.   

2

 Yenə orada, səh. 376-377. 




 

- 67 -


                                                          

dünyası ilə, kosmik zəka ilə qarşılıqlı əlaqədədir.  

Ruh, nəfs və bədən, yaxud əql, nəfs və bədən. 

Əslində  əql nəfsin strukturuna daxil ola bilər. Ruh isə 

fərqli keyfiyyət kimi izah oluna bilər.  

Əql  ənənəvi olaraq nəfsdən ona görə  fərqləndirilir ki, 

onun bədənlə heç bir əlaqəsi olmadığı güman edilir. Lakin 

düşünən konkret bir insandır, fərddir. Düşüncənin nəticəsi, yəni 

biliklər ümumi olsa da (dildə də ümumidir), düşüncə aktlarının 

özü fərqlidir.  

Ruh kosmik hadisə hesab oluna bilər. Onun bir damlası 

insana daxil olmaqla insanla ruhlar aləmi arasında körpü açır.  

Fəlsəfi  ədəbiyyatda  ən çox ruh və  bədən, yaxud nəfs və 

bədən problemi öz əksini tapmışdır. Ruh-nəfs-bədən,  əql-nəfs-

bədən problemi isə kifayət dərəcədə aydınlaşdırılmamışdır.   

Nəfs və bədən problemini «Timey» əsərində sistemli şə-

kildə  tədqiq edən Platon ümumən idealist mövqedə durmasına 

baxmayaraq,  əlaqələndirici orqan kimi beyini götürür. Platona 

görə, həyat rişəsinin daşıyıcısı olan beynin yaranması  bədənlə 

ruh arasında  əlaqəni təmin edir. Bəşər cinsinin kökləri də 

beyində axtarılmalıdır.

1

 Lakin beyin sadəcə materiya kimi 



götürülmür. Həm bədən, həm də  nəfs beyindən yaradılmışdır. 

Allah onu od, su, hava və torpaqdan yaratsa da, bütün nəfs 

növlərini bura daxil etmişdir.  İlahi başlanğıc toxumu baş 

hissəsində qalsa da, qalan hissədən bədən yaradılmışdır.

2

  

Platonun təsvirində beyin bədənin yaradılması proseduru 



müasir təbiətşünaslıq baxımından bəsit görünsə də, əslində ruh, 

nəfs və  bədənin vəhdəti baxımından çox önəmlidir. Platonun 

təsvirindən belə görünür ki, bədənin ayrı-ayrı hissələrində  də 

nəfs vardır. Burada nəfs anlayışı  yəqin ki, canlı olmaq 

mənasında işlədilir. Belə ki, Platon bədənin daha canlı hissələri 

ilə yanaşı cansız hissələrin də olduğunu qeyd edir. Hər bir 

orqanın öz funksiyası, öz missiyası vardır və deməli o, ayrıca 

bir ideyanın maddi təcəssümüdür. Görünür, Platon hər bir 

orqanın nəfsindən danışanda «nəfs» anlayışını ideya mənasında 

 

1



  Платон.  Собрание  сочинений  в 4-х  т.  Т 3. М., «Мыслъ», 

1994, стр. 479. 

2

 Yenə orada, səh. 479-480.  




 

- 68 -


                                                          

işlədir.  

Daosizmdə olduğu kimi, Platona görə  də, cansız  şeylər-

dən fərqli olaraq, canlılar ölümə  məhkumdurlar. Yəni hər 

doğulan ölməlidir. Doğum məqamı ölümü də özündə saxlayır.

1

 



Bunu daosizm deyir. Platon isə ümumiyyətlə orqanizmin daha 

mürəkkəb və daha kamil olması ilə onun ömrü arasında tərs 

mütənasib əlaqə olduğunu iddia edir. O, məsələni özünəməxsus 

ritorik  şəkildə qoyur: «Bizi yaradanlar seçim qarşısında 

qalıblar. Yaratdıqları növü daha sadə etməklə ona daha uzun 

ömür versinlər, yoxsa onu daha kamil, lakin az ömürlü etsinlər?  

Onlar bir səslə qərara gəlirlər ki, hər kəs qısa lakin mənalı ömrü 

uzun, lakin pis ömürdən üstün tutmalıdır».

2

   


Platonla daosizm arasında ruh və  bədən problemi ilə 

əlaqədar uyğunluqlar çoxdur. Hər iki mənbə həyat üçün nəfəsin 

xüsusi rolunu qeyd edir. Canlılığın meyarı kimi götürülən nəfəs 

bədənin fəaliyyəti üçün açar rolunu oynamaqla yanaşı  nəfsin 

mövcudluğu üçün bir şərt olur.  

Platonda nitq də cismani və ruhani hadisələrin arasında 

dayanır. Nitqin nəfəsdən başlandığını qeyd edən Platon, heç 

şübhəsiz, onun düşüncə üçün də önəmli rolunu nəzərdən 

qaçırmır. Nəticədə nitq də  bədənlə  nəfs arasında körpü kimi 

çıxış edir.  

Bəzən belə düşünülür ki, bədən maddi olmaqla tam 

passivdir və heç bir ideyanın daşıyıcısı deyil. Ancaq nəfs ideya 

daşıyıcısı hesab olunur. Düşüncə  də ancaq nəfsin strukturuna 

daxildir. Hər bir insan özünəməxsus nəfsə malikdir. Yəni nə 

qədər insan varsa o qədər də  nəfs vardır.  Əlbəttə, nəfslərin də 

ümumi cəhətləri var. Lakin məhz fərqli cəhətlər hər bir fərdi 

başqalarından ayırır, onun özəlliyini təmin edir. Böyük 

filosofların  əksəriyyəti (o cümlədən Sührəvərdi) nəfsi mənlik 

şüuru kimi dəyərləndirir.  İnsanın siması, məni onun malik 

olduğu, daha doğrusu ona malik olan, onu idarə edən nəfslə 

müəyyənləşir.  

Nəfs də bədən kimi lokaldır. Mənəvi varlıq olmaqla mə-

 

1

 Bax, məs.: Антология даосской философии. М., 1994.  



2

  Платон.  Собрание  сочинений  в 4-х  т.  Т 3. М., «Мыслъ», 

1994, стр. 481. 



Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə