FəLSƏFƏ : tarix və



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə30/129
tarix22.11.2017
ölçüsü2,82 Mb.
#11504
1   ...   26   27   28   29   30   31   32   33   ...   129

 

- 91 -


                                                          

göstərdiyi ziddiyyətləri inkar edir. Fəlsəfənin məqsədi həqiqəti 

işıqlandırmaq olduğundan və  İslam dininin insanları biliyə  və 

həqiqətə  səslədiyindən bu iki yolun qarşılaşdırılması 

yolverilməzdir. «Həqiqət həqiqətə  əks olmayıb, bir-birini 

ahəngdar surətdə tamamlayır».

1

  İbn Sina Allahı yeganə  zəruri 



mövcudat və ilk səbəb hesab edir və materiyanı  əzəli hesab 

etməklə onu heç də Allahla eyni tərtibdə götürmür. Çünki 

materiya zəruri yox, mümkün mövcudat kimi izah edilir. Bu 

baxımdan,  İbn Sinanı  Vəhdət ideyasından uzaqlaşmaqda, 

dualizmdə və deizmdə təqsirləndirmək üçün kafi əsas yoxdur.  

İbn Sina əsasən Aristotel xəttindən çıxış edərək onu tək-

milləşdirsə  də, bir sıra məsələlərdə Platon və Plotinin təlim-

lərinə müraciət etmiş  və yeni sintetik bir nəzəriyyə yaratmağa 

çalışmışdır.  İbn Sinaya görə, insan nəfsi  İlahi  İşığın 

emanasiyasından  (yaradıcı enercisindən) doğulur, insan həyatı 

isə İşığa doğru qayıdış yoludur. «Doğuluş və qayıdış» («Mabda 

və maad») əsəri də məhz bu problemə  həsr olunmuşdur. İnsan 

həm də  bədənə malik olduğundan və  bədən ontoloji 

iyerarxiyada ruha nisbətən aşağı pillədə dayandığından insanın 

məqsədi və ya kamilliyin yolu bədəndən ruha, qaranlıqdan işığa 

qayıdışdan ibarətdir. Bu fikirlərdə peripatetizmdən və 

neoplatonizmdən sufizmə  və  işraqiliyə körpü atıldığının  şahidi 

oluruq.  

İbn Sina, həm bir filosof, həm də zəmanəsinin ən böyük 

həkimi olmaqla, nəfs və  bədən problemini elmi sistem halında 

araşdırmış  və bu sahədə bir sıra yeni ideyalar irəli sürmüşdür. 

Psixologiyanın  əsasları Aristotel tərəfindən qoyulsa da, onun 

sonrakı inkişafında ən böyük söz sahibi İbn Sina olmuşdur.  

Psixologiyanın bir elm kimi formalaşması, XIX əsrdə 

təbiətşünaslığın  əldə etdiyi nailiyyətlərin və elmi araşdırma 

texnologiyasının «ruh və  bədən» probleminə yönəldilməsi, ru-

hun, nəfsin müstəqil tədqiqat obyektinə çevrilməsi XX əsrin 

əvvəllərində bu sahələrdə bir sıra böyük uğurlar qazanılmasına 

səbəb oldu. Bu uğurlar məsələnin fəlsəfi qoyuluşuna da 

 

1

  G.F.Hourani. Averroes on the Harmony of Religion and 



Philosophy. London, 1961, p.50.// Скирбекк  Г.,  Гилье  Н.  Истории 

философии. М., 2000, стр. 252. 




 

- 92 -


                                                          

müəyyən dərəcədə  təsir etmiş, lakin onları tam izah edən yeni 

fəlsəfi sistem hələ yaradılmamışdır.  

Bir qayda olaraq ağıl, nəfəs və ruh anlayışlarından isti-

fadə edən fəlsəfi təlimlər Yeni Dövrdə  şüur anlayışının prio-

ritetliyi sahəsində fərqli düşüncə tərzinə yeni-yeni uyğunlaşdığı 

bir vaxtda aşkarlanmayan şüur haqqında təlimin ortaya çıxması 

fəlsəfi paradiqmanın yenidən dəyişilməsi tələbini ortaya qoyur. 

Lakin bu yenilik tələbi  əslində köhnəyə,  Şərq təfəkkür 

ənənələrinə qayıdış  tələbindən ibarət idi. Fəlsəfənin dini 

düşüncədən ayrılması sahəsində arxa plana keçmiş ruh və bədən 

problemi qarışıq dini-fəlsəfi sistemlər halında olan Şərq 

düşüncəsində  həmişə prioritet mövzu olmuşdur. Qərb fəlsəfəsi 

təbiəti, maddi dünyanın qanunauyğunluqlarını ruha istinad 

etmədən, müstəqil şəkildə tədqiq edən elmə əsaslanma plan və 

elmi dünya görüşünün güclü təsirinə  məruz qalmaqla Şərq 

düşüncə ənənələrindən çox uzaqlaşmışdır. İdrak prosesləri, şüur 

fəlsəfənin predmetində saxlansa da maddi gerçəkliyin 

öyrənilməsi elmin ixtiyarına verilmiş, elmlə vasitələnmiş  və 

fəlsəfə bu bölgüyə ancaq elm fəlsəfəsi kimi daxil olmuşdur. 

XIX əsrin axırları, XX əsrin əvvəllərində isə təbiətşünas-

lığın inkişafı elə bir mərhələyə gəlib çatdı ki, şüurun və nəfsin 

də  təbii-elmi yolla öyrənilməsi günün tələbinə çevrildi. Elm 

yenə  də  fəlsəfəni izləməkdə davam edərək onun tədqiqat 

sahəsinə daxil olur. Ən önəmlisi isə budur ki, ənənəvi terminlər 

yeni məzmunla zənginləşir. Ruh, nəfs və  şüur anlayışlarının 

fərqli kontekstlərdə  işlənməsi bir tərəfdən onların məzmununu 

zənginləşdirsə  də, digər tərəfdən onların mahiyyətini yenidən 

nəzərdən keçirmək zərurəti yaranır. Beləliklə, təbiətşünaslığın 

inkişafı fəlsəfi terminlərin də dəqiqləşdirilməsini tələb edir.  

Təsadüfi deyildir ki, Amerika filosofu Uilyam Ceyms 

psixologiyaya təbiətşünaslığın bir sahəsi kimi baxır.

1

 Digər 


tərəfdən professor Leddin yazdığı kimi psixologiya şüur və-

ziyyətlərini təsvir və şərh edir. Beləliklə fəlsəfənin başlıca kate-

qoriyalarından olan şüur (yaxud nəfs, və ya ruh) təbiətşünas-

lığın predmetinə çevrilir. Düzdür bəzi filosofların (məsələn  

 

1

 У.Джеймс. Научные основы психологии. - Минск.: Харвест, 



2003, стр.3. 


 

- 93 -


                                                          

H.Spenser) fikrinə görə «cismani həyatla ruhani həyatın 

mahiyyəti eynidir» (Spenser bunu daxili münasibətlərin xarici 

münasibətlərə uyğunlaşması kimi, təkamülün  nəticəsi kimi izah 

edir).  

U.Ceymsə görə, ruhani (nəfsani, mənəvi) həyatın faktları  

fiziki mühitdən kənarda öyrənilə bilməz. Bu baxımdan o, nəfsi 

ancaq qeyri-maddi varlıq kimi nəzərdən keçirən rasional 

psixologiyanın mövqeyini qəbul etmir. Müasir psixologiya 

etiraf edir ki, insanın daxili qabiliyyətləri onun yaşadığı maddi 

dünyanın formalarına uyğunlaşdırılmışdır.

1

 



Təbiətşünaslığın nailiyyətlərindən istifadə etmək cəhdləri 

tədqiqatçını istər-istəməz materialist mövqeyə sürükləyir. 

Nəfsdəki prosesləri, beynin fəaliyyətini  əsəb sistemi ilə 

əlaqələndirən U.Ceyms bunun açıq-aşkar materialist baxış 

olduğunu dərk etdiyi üçün vəziyyətdən çıxış yolları axtarır, 

lakin təbiətşünaslığın müddəalarını idealist fəlsəfə konteksinə 

sala bilmir. U.Ceyms etiraf edir ki, materializm yüksəkdə 

duranı  aşağıda olandan asılı  vəziyyətə salır. Nəfsin beynin 

fəaliyyəti ilə  əlaqələndirilməsi də bu qəbildəndir. Amma hələ 

ki, elm  ancaq bu yolu təklif edə bilir.

2

   


Burada yada salmaq yerinə düşərdi ki, hələ orta əsrlərdə 

İbn Sina və  Ş.Sührəvərdi nəfs hadisələrini bədənlə izah etmək 

cəhdlərinin qüsurlu olduğunu göstərirdilər. Ş.Sührəvərdi yazırdı 

ki, aşağıda olan özündən yüksəkdəkini idarə edə bilməz. Ona 

görə  də, nəfs bədənin məhsulu ola bilməz. Bədən nəfsi yox

nəfs bədəni idarə edir.

3

 XX əsrin ən böyük psixoloqlarından biri 



Karl Qustav Yunq yazır ki, ideyalar hansı isə konkret insandan 

yox, nə isə daha böyük bir varlıqdan yaranır. Biz onları deyil, 

onlar bizi formalaşdırır.

4

 



U.Ceyms də,  K.Q.Yunq da İbn Sina, Ş.Sührəvərdi kimi 

nəfsin bədənə nisbətən yüksəkdə durduğunu, daha böyük bir 

 

1

 Yenə orada, səh. 5. 



2

 Yenə orada, səh. 9. 

3

 Ş.Sührəvərdi. İşıq heykəlləri.- Şərq fəlsəfəsi (IX-XII əsrlər), 



Bakı, 1999, səh. 221. 

4

 Юнг К. Г. Психология бессознательного. М., Канон, 1994, 



стр.6. 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə