FəLSƏFƏ : tarix və



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə29/129
tarix22.11.2017
ölçüsü2,82 Mb.
#11504
1   ...   25   26   27   28   29   30   31   32   ...   129

 

- 88 -


                                                          

Çəyirdəklərdəki boşluq o öz-lə doludur. Hər  şey varoluşunu o 

öz-ə borcludur. Gerçək də elə budur. O öz varlıqdır». 

1

 



Daha sonra atası  oğluna duzlu suyun dadına baxdırır. 

Amma duz özü gözə görünmür. Dad verən gözlə görünməyən-

dir. Daha sonra Atmanın hər  şeyin içində  həm də  dışarında 

olduğu qeyd edilir. «O hər  şeyi biləndir, amma onun ağılla 

qavranılması mümkün deyil».  Beləliklə, həqiqi varlıq gözlə 

görünməyən də ola bilər. Görünənlər, zahirlik ötəri və keçici 

olmaqdan başqa, əlamət və funksiyaları şərtləndirmir. Hər hansı 

cisim və ya hadisənin həqiqi funksiyası onun zahirində deyil, 

genetik proqramında «qələmə alınmışdır».  

Beləliklə, həqiqi varlıq axtarışında, hissi varlıqla əqli var-

lığın müqayisəsi zamanı hələ qədim dövrlərdən başlayaraq əqli 

varlığa, ideyaya birincilik verilməsi tendensiyası üstünlük təşkil 

edirdi.  

Bizim təklif etdiyimiz konsepsiyaya görə isə hissi təcrü-

bənin obyekti də  əslində  əqli varlıqdır. Sadəcə olaraq «hissi 

dünyada» cismlərin  siması onların daşıdığı passiv ideyalarla 

müəyyənləşir. İdrak prosesi əslində onların işıqlanması, passiv 

haldan aktiv hala keçirilməsi, canlandırılması prosesidir ki, 

burada insanın daşıyıcısı olduğu iki fərqli ideya arasında daxili 

ahəng, harmoniya yaranması  həqiqətə çatmaq üçün şərt kimi 

çıxış edir. 

   



 

 

 

 

 

 

 

 

 

ARİSTOTEL,  İBN  SİNA VƏ  MÜASİR  

ÖZÜNÜDƏRK  TƏLİMLƏRİ  

 

1



  Yenə orada, səh. 29.  


 

- 89 -


                                                          

 

Platon və Aristotelin ruh və nəfs haqqında, mənəvi-intel-

lektual həyatın strukturu haqqında fikirləri sonrakı dövrdə  ən 

çox orta əsrlər islam fəlsəfəsində inkişaf etdirilmişdir ki, bu 

sahədə ən böyük xidmətləri olan filosoflar, heç şübhəsiz, Fərabi 

və İbn Sinadır.  

İbn Sina, Aristotel təlimini bir neçə istiqamətlərdə inkişaf 

etdirmişdir.  

Məlum olduğu kimi Aristotel təlimində  hələ mahiyyət 

məzmundan, substratdan fərqlənmir və nəticədə mahiyyət «tək-

cə» çərçivəsində axtarılır.

1

 İbn Sina isə «mahiyyət» anlayışının 



müasir anlamını vermiş və onu «ümumi» olaraq izah etmişdir. 

Özünün «Metafizika» əsərində  İbn Sina bu məsələni önə 

çəkmiş  və kitaba «Zəruri mövcudadda mahiyyətin fərdi ola 

bilməməsinin izahı» adlı xüsusi paraqraf daxil etmişdir.

2

 Mehdi 


Əminrazavi də diqqəti bu cəhətə yönəldərək göstərir ki, İbn 

Sinaya görə mahiyyətlər şeylərdə yox, ancaq mücərrəd şəkildə 

mövcuddurlar.

3

    



Məntiq sahəsində  İbn Sina Aristotel məntiqini sadəcə 

şərh etməmiş, bu sahəyə bir sıra yeniliklər gətirmişdir. Əslində 

İbn Sina məntiqin xüsusi bir sahəsi olan modal  məntiqin 

banisidir. Belə ki, Avropada bu problemlə ancaq XIII-XIV 

əsrlərdən məşğul olmağa başlamışlar və o da yəqin ki, İbn 

Sinanın əsərləri ilə tanışlıqdan sonra.  

İbn Sina məntiqə daha geniş planda yanaşır. Aristotelə 

görə, məntiq sillogizmlər qurulması, xüsusi halda sübut 

haqqında təlimdir.

4

  İbn Sina isə  məntiqi məlum anlayışlardan 



naməlum anlayışlara düzgün keçidin qaydalarını, habelə bu 

 

1



  Аристотель.  Физика. // Сочинения,  том 3, М., «Мысль», 

1981, стр.63. 

2

  Ибн  Сина.  Избранные  философские  произведения.  М., 



«Наука», 1980, стр.140. 

3

  Мехти  Аминразави.  Авиценна  (Ибн  Сина) – Великие 



мыслители Востока. М. Крон-пресс. 1998, стр.574.    

4

 Аристотель. Первая аналитика. 24 а.// Сочинения, том 2, М., 



«Мысль», 1978, стр.119. 


 

- 90 -


                                                          

anlayışların vəziyyətini öyrənən elm kimi müəyyənləşdirir.

1

 

Sillogizmlər və sübut məsələləri buradan xüsusi hal kimi çıxır. 



Tacik tədqiqatçısı M.Dinorşoyevin yazdığı kimi, İbn 

Sinanın mühakimə  təlimi, Aristotelin mühakimə  təlimindən 

xeyli fərqlidir; belə ki, o, yalnız kateqorik mühakimələr haq-

qında deyil, həm də hipotetik (şərti) mühakimələr haqqında 

təlimdir.

2

 İbn Sina özü bu fərqi belə izah edir: «Bu mühakimə, 



iki mülahizədən yaranır ki, onların hər biri müstəqil mühakimə 

olmaq xassəsini itirərək o biri ilə  şərtlənir və o birindən hasil 

olur. Elə mühakimələr,  şərti birləşdirici və hal mühakimələri 

adlanır. Mülahizələr arasında əlaqə belə də ola bilər ki, onların 

biri o birisinə uyğun gəlmir və onun əksinə olur. Bu halda 

mühakimə şərti-ayırıcı mühakimə adlanır».

3

  

Məlum olduğu kimi, Aristotel Platon təlimini tənqid etsə 



də, materiya ilə ideya arasındakı ayrılığı tam aradan qaldıra 

bilməmişdi.  İbn Sina fəlsəfəsinə görə isə materiyanın dərk 

olunması ancaq onun formaları  və aksidensiyaları vasitəsilə 

mümkündür.

4

    İbn Sina materiyanı  şeylərdən fərqləndirərək 



ilkin zəruri mövcudat kimi dəyərləndirmişdir və onun nə vaxtsa

kiminsə (hətta Allah) tərəfindən yaradılmasını mümkünsüz 

hesab etmişdir; belə ki, yaradılan  şey nə vaxtsa olmamışdır, 

amma materiya əzəli və  əbədidir. Bu fikir əl-Qəzali tərəfindən 

İslamın ehkamlarından kənara çıxma kimi qiymətləndirilmiş və 

kəskin tənqid edilmişdir. Bu məsələyə «Filosofların təkzibi» 

adlı xüsusi əsər həsr edən  əl-Qəzalinin fikrinə görə, filosoflar 

(ilk növbədə  İbn Sina nəzərdə tutulur) Allahı Qurani-

Kərimdəkinə uyğun izah etmirlər. Belə ki, İbn Sina materiyanın 

heç nədən yaranmasını inkar etməklə hər şeyin Allah tərəfindən 

yaradılması fikrindən kənara çıxmış olur. İbn Ruşd isə 

«Təkzibin təkzibi»  əsərində  əl-Qəzaliyə qarşı  çıxaraq onun 

 

1



  Ибн  Сина.  Избранные  философские  произведения.  М., 

«Наука», 1980, стр. 33. 

2

 М.Диноршоев. Ибн Сина и его философские воззрения. //Абу 



Али Ибн Сина. Избранные произведения. Том 1, Душанбе, Ирфон, 

1980, стр. 19.  

3

 Абу Али Ибн Сина. Избранные произведения. Том 1, стр. 19.   



4

 Yenə orada, səh. 29.  




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə