FəLSƏFƏ : tarix və



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə37/129
tarix22.11.2017
ölçüsü2,82 Mb.
#11504
1   ...   33   34   35   36   37   38   39   40   ...   129

 

- 112 -


 

 

 

 

 

 

 

 

 

ŞİHABƏDDİN YƏHYA SÜHRƏVƏRDİ –  

ÖLDÜRÜLMÜŞ  FİLOSOFUN ÖLMƏZLİYİ 

 

                                          



Düşüncəli nəfs cismani olmasa da,  

                                              cismlər aləmini idarə edir

. 

 

                      

Ş.Sührəvərdi 

 

Azərbaycanın fəlsəfi fikir tarixində  dərin iz buraxmış 



parlaq simalar az deyil. Tək bir kiçik Sührəvərd kəndindən 

neçə-neçə böyük filosoflar çıxıb. Dünyaca məşhur Bəhmənyar, 

Nizami, Nəsimi,  Şəbüstəri, Füzuli, M.F.Axundov, H.Cavid də 

fəlsəfi təfəkkürün milli mentalitetimizin ayrılmaz tərkib hissəsi 

olduğuna dəlalət edir. Azərbaycanlı mütəfəkkirlərin təlimləri 

Qərb dünyasına yaxşı  məlumdur və onların bir sıra  əsas ide-

yaları artıq çoxdan mənimsənilmişdir. Təəssüfləndirici haldır 

ki, peşəkar Azəbaycan filosoflarını  ən az tanıyan bəlkə  də biz 

özümüzük. Görünür elə buna görə də, Qərb onları bir filosof kimi 

tanısa da, bir azərbaycanlı kimi tanımır. 

Sovet dövründə  fəlsəfə tarixini marksizm prizmasından, 

üstəgəl rus şovinizmi çərçivəsində öyrəndiyimiz üçün milli-

fəlsəfi fikir tariximiz qaranlıq zonada qalmışdır. Bizə ancaq 

incəsənət və  ədəbiyyatla məşğul olmaq rəva bilindiyindən, 

təəssüf ki, müstəqilləşməyimizə baxmayaraq, biz həmin 

“ənənəni” yenə də saxlayırıq), filosoflar arasında da yalnız şair 

olanların fəlsəfi baxışları ilə tanış ola bilmişik. O da ancaq 

poeziya kontekstində. Hətta Füzulinin fəlsəfəsi də, peşəkar 




 

- 113 -


                                                          

fəlsəfi yaradıcılığına və ayrıca fəlsəfi  əsərləri olmasına 

baxmayaraq,  əsasən poeziya nümunələri timsalında araş-

dırılmışdır.  

Şihabəddin Yəhya Sührəvərdi dünyada ən çox tanınan 

Azərbaycan filosoflarından biri, bəlkə  də birincisidir. Maraq-

lıdır ki, Şərqdə onu məşhurlaşdıran – öldürülməsi, Qərbə isə 

ölməz təlimidir. Bu da maraqlıdır ki, çağdaş  Şərq fəlsəfə 

tarixçiləri, o cümlədən, biz azərbaycanlılar öz böyük filosof-

larımızı daha çox dərəcədə antik fəlsəfəyə  bələd olduqlarına 

görə, məsələn, Aristoteli mənimsədiklərinə  və  şərh etdiklərinə 

görə qiymətləndiririk. Bu baxımdan yanaşdıqda Azərbaycan 

fəlsəfi fikir tarixində  də peripatetizmin ən böyük nümayəndəsi 

olan Ə.Bəhmənyar həmişə ön plana çəkilir. Qərb tədqiqatçıları 

isə filosofları  fəlsəfəyə  gətirdikləri yeniliyə görə, irəli sürdük-

ləri təlimin orijinallığına və sonrakı fəlsəfi fikrə təsir dərəcəsinə 

görə qiymətləndirirlər. Şihabəddin Sührəvərdi də yaradıcılığının 

ilk dövründə bir tərəfdən peripatetizmin, digər tərəfdən də 

sufizmin güclü təsiri altında olmasına baxmayaraq, öz fəlsəfi 

təlimini yarada bilmiş, bu gün də orijinallığı ilə diqqəti cəlb 

edən yeni sistemin əsasını qoymuşdur. Görünür, məhz bununla 

bağlıdır ki, Qərb oriyentalist filosofları  nəinki təkcə Azərbay-

canda, hətta bütövlükdə müsəlman  şərqində  ən böyük iki-üç 

filosofdan biri olaraq məhz  Şihabəddin Yəhya Sührəvərdini 

göstərirlər. ABŞ-ın görkəmli  şərqşünas filosofu Marşall 

G.S.Hodgsonun islam sivilizasiyasına həsr etdiyi monoqra-

fiyada yazdığına görə, neçə yüzilliklər ərzində Şərq fəlsəfi fikir 

tarixində nəzərə çarpan iki böyük nüfuz sahibi xüsusi qeyd edil-

məlidir. Bunlar Şeyx  əl-İşraq (Şeyx  Şihabəddin Yəhya 

Sührəvərdi) və İbn Ərəbidir.

1

 

Şeyx  əl-İşraq və ya əl-Maktul (“Öldürülmüş”) adı ilə 



məşhur olan Şihabəddin Yəhya əs-Sührəvərdi 1154-cü ildə Zən-

can yaxınlığında Sührəvərd kəndində anadan olmuşdur. XIV əsr 

tədqiqatçısı  Əhmət  Əflakinin yazdığına görə  “Şihabəddin 

Maktul  İran Azərbaycanında Marağa  ətrafında yerləşən 

 

1

 Bax:– M.G.S. Hodgson. İslamın serüveni. Bir dünya medeniyye-



tində Bilinc və Tarih. 2-ci cild. İngiliscədən tərcümə. İstanbul, 1993, 

səh. 253-254. 




 

- 114 -


                                                          

Sührəvərddə doğulan məşhur bir mütəfəkkirdir. Fiqh təhsilini 

məmləkətində tamamladıqdan sonra Anadoluya gəlmiş, Səlcuq 

sultanlarından II Kılıc Arslanın sarayında sultanın oğullarına öz 

fəlsəfəsini oxutmuş, burada sultan və şahzadələrini iltifatını qa-

zanmış  və onların adına bir çox əsərlər yazmışdır. Bir müddət 

sonra təkrar Azərbaycana getmiş, oradan yenə Anadoluya, 

Anadoludan da Hələbə keç-mişdir”.

1

 

37 (bəzi mənbələrə görə hətta 33) yaşında guya islam di-



ninin ehkamlarından kənara çıxdığına görə öldürülən  Şihabəd-

din Sührəvərdi əslində dinin mahiyyətini dərindən anlayan, baş-

qalarına çatmayan gizli mətləbləri aşkar edən, mənimsəyən və 

öz həyat amalına çevirən həqiqi böyük dindar idi.   

Bəli, məhz dindar. Bütün məsələ  də bundadır ki, Allah 

ideyasını kitablardan oxuyan və kitablarda (hətta müqəddəs ki-

tablarda) təsvir olunan, tövsiyə olunan, təlqin olunan fikirləri, 

davranış qaydalarını  və  həyat tərzini hafizə ilə  mənimsəyən

bəzən sadəcə  əzbərləyən və ona kor-koranə  əməl etməyə 

çalışan, dini müddəaları  qəlbən duymaqdansa, onu rasional 

çərçivəyə salan, ehkamlaşdıran ilahiyyatçı alimlər və din 

xadimlərindən fərqli olaraq böyük filosoflar vəhu mə-

qamlarında Allahı  qəlbən duymaq, dünyaya onun bəxş etdiyi 

nurun işığında baxmaq və adi gözlə görünməyən, adi şüur üçün 

qaranlıq olan dərin mətləblərdən hali olmaq səviyyəsinə yük-

səldiklərindən onlar ehkamçılıqdan və dinin ra-

sionallaşdırılmasından xilas olurlar. Din bilmək yox, duymaq 

üçündür. Duyan insan dünyaya Allahdan gələn, vergi kimi 

verilən nurla işıqlanmış olur. Qurani-Kərimdə deyildiyi kimi, 

“İstədiyi kimsəni öz nuruna qovuşdurar Allah”.

 

Ş.Yəhya Sührəvərdi sağlığında Allah dərgahına yüksəldi-



yindən və Nur əl-Ənvərdən işıq payı aldığındandır ki, o, ehkam-

lar hüdudunu keçərək sərbəst fikir söyləyir və bu fikirlərin küfr 

olmadığına qabaqcadan əmindir. Ehkamçılar üçün isə əzbərlən-

miş mətnlərdən, ənənəvi fikirdən kənara çıxan, yeni olan hər bir 

fikir küfrdür. Çünki onlar bir dəfə ilahi nurdan gəlmiş və insan 

 

1



 Ahmet Eflaki. Ariflerin menkibeleri. 2-ci cild, İstanbul, 1989, səh. 

419-420.  

2

 Qurani-Kərim. “Nur” surəsi, 35-ci ayə. 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə