FəLSƏFƏ : tarix və



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə35/129
tarix22.11.2017
ölçüsü2,82 Mb.
#11504
1   ...   31   32   33   34   35   36   37   38   ...   129

 

- 106 -


variantını izhar etdiklərinə görə dinsizlikdə təqsirləndirilirdilər. 

Lakin müqəddəs dünyanın, Müqəddəs ruhun, Mütləq İdeyanın, 

həqiqət dünyasının kandarında dayanmaq, onunla təmasda ol-

maq, əslində Allahın dərgahına qatılmağın, Allaha pənah apar-

mağın, ona tapınmağın bir forması deyilmi?        

Filosofluq etməyin yolu Mən-in saflaşmasına nail ol-

maqdan keçir. (Fenomenologiya guya yeni bir şey kəşf edibmiş 

kimi, ideyanı, eydosu hissi təcrübənin təsirlərindən təmizləmək 

tezisini irəli sürərkən hər cür fəlsəfənin məhz bu məqamdan 

başlandığını unutmurmu? Yoxsa, bəlkə bunu bir daha 

vurğulamaqla Yeni Dövrdə  həqiqi fəlsəfəyə qayıdış  təşəbbüsü 

göstərir?)  

(İşraqilik fəlsəfəsində bu ideya həqiqi işığın qatışıq 

işıqdan fərqləndirilməsi və ya nur-əl-ənvərə qovuşmaq kimi 

təqdim olunur). 

Mən-dən açılan həqiqi dünya. Hissi dünyadan Mən-ə gə-

lib, Mən-dən keçib həqiqi dünyaya gedən yol.  

İki dünya Mən-də  kəsişir…  Mən-də  sığan iki dünya! 

(Nəsimi). 

Bu yeni dünya ideyalar dünyasıdır.  Əzəli və  əbədi. Bu 

dünyanın qapısı saflaşmış Mən-dir. 

Bu dünya həqiqət dünyasıdır. Burada əldə olunan biliklər 

həqiqi biliklərdir.  İdeya daxili işıqlanma ilə açıldığından hissi 

təcrübənin naqisliklərindən azaddır.  İdeyalar arasındakı müna-

sibət  əbədi olduğundan bütün hallar və bütün məqamlar üçün 

həqiqidir.  

 İki dünyanı ehtiva edən yox, iki dünyanın kəsişməsində 

dayanan Mən bu dünya ilə  də, o dünya ilə  də  təmasda olmaq 

iqtidarındadır. Lakin təmas məqamları  fərqlidir. Arada zaman 

vardır. Və arada insan özü vardır – onun dünyası vardır. 

Kəsişmə zonası – bizə bəlli olan dünyadır.  

Maddi dünya ideyaların surətini özündə saxlayır. Plato-

nun haqlı olaraq göstərdiyi kimi, bu fani dünyada, cismani 

dünyada hər nə varsa, onlar ideyaların kölgəsidir. Lakin bütün 

məsələ burasındadır ki, bu kölgə  əslində bir o qədər də kölgə 

deyildir. Burada ikinci başlanğıcın iştirakı vardır.  İkinci 

başlanğıc – materiyadır. İdeyalar ancaq bu sonsuz, struktursuz, 

formasız, zamansız, məkansız maddiyyat zəmininə düşərkən 




 

- 107 -


(daha doğrusu, onların surəti düşərkən) bizə  məlum olan 

əşyalar, cismlər, hadisələr dünyası yaranır.  İnsan bir ayağı ilə 

həmin bu dünyada dayanır, onun özü də insan ideyasının 

maddiyyatda təcəssümündən yaranmışdır. Bu həmin 

maddiyyatdır ki, müqəddəs kitablarda torpaq, palçıq, gil sözləri 

ilə ifadə olunur. ona ruh üfürülərkən canlanır. Canlılar nəfs 

daşıyıcılarıdır. Ancaq digər  şeylər də  nəyinsə (cansız ruhun, 

cansız ideyanın, onun surətinin) daşıyıcılarıdır.   

İnsan bir ayağı maddi dünyada olan yeganə varlıqdır ki, 

canlı ideyanın, ruhun, düşüncəli nəfsin (Sührəvərdi),  əqlin 

bilavasitə daşıyıcısıdır. İnsan o biri ayağı ilə (yoxsa başı iləmi) 

ideyalar dünyasındadır. Lakin ayaq metaforası ona görə özünü 

doğrultmur ki, insan eyni vaxtda qismən bu, qismən də o biri 

dünyada ola bilməz (yoxsa ola bilər?).  

İnsanların böyük əksəriyyəti  əsasən maddi dünyanın sa-

kinləridir. Və onlar canlı ideyanın daşıyıcısı olmaqdan daha çox 

ötürücüləridir.  

Ancaq tək-tək insanlar, öz şəxsi ideyalarının  əsasında 

fəaliyyət göstərənlər və  həqiqi böyük İdeya ilə  nə vaxtsa azca 

da olsa təmasda olanlar, ruhu ilə yaşaya bilənlər…   

İdeyalar əsasən iki cür olur. Bitkin ideyalar: ideya – məq-

səd və ya ideya – funksiya (yəni, müəyyən məqsədi ifadə edən 

ideya). Bir də ideya – xassə. 

İdeya – məqsədin maddi təcəssümləri ayrı-ayrı cismlər, 

proseslər, hadisələrdir. O, sonsuz sayda ideya – xassələrin 

vəhdətindən yaranır. Lakin biz bu xassələrdən ancaq bəzilərini 

duyğularımızla, hissi təcrübədə dərk edirik, üzə çıxarırıq. 

İdeya – xassə ayrıca bir əlamətdir ki, onun bilavasitə 

maddi təcəssümü olmur. O ancaq başqa ideya – xassələrlə 

vəhdət halında mövcud olduğundan onun təzahürü dolayısı ilə 

başqa cismlərlə münasibətdə üzə çıxır. 

İdeya bütövdür. İdeya – xassələrin məhz müəyyən cür, 

müəyyən ahəng üzrə kombinasiyasıdır. O, fenomendir. Onun 

dərki kül halında mümkündür. Xassələri öyrənib onların top-

lusundan fenomenə gedən yol həqiqətə ardıcıl yaxınlaşma olsa 

da, heç vaxt ona adekvat olmur. Ona görə  də hissi təcrübədə 

ancaq nisbi həqiqətlər üzə çıxır. 

Mütləq həqiqət Mütləq İdeyanın ifadəsidir. 




 

- 108 -


İdeya – məqsəd özlüyündə mövcuddur. Mən onunla tə-

masa girir və onu duyur (Bu duymaq duyğu ilə olmur. Söhbət 

ürəklə duymaqdan gedir. Sührəvərdi demişkən, fikir ürəyə 

müvafiq olur. («Zikrin dilə müvafiqliyi» isə qermenevtikadan 

xəbər verir), anlayır.   

Mənin ideyanı anlaması dedikdə, nə  nəzərdə tutulur? – 

Məndəki ideya ilə  kənardakı ideya arasında mütabiqlik. Kə-

nardakı ideya maddi dünyada şeyə hopmuş,  şeydə  təcəssüm 

olunmuş ideyadır. Lakin maddi dünyada cismlərin, hadisələrin 

dərk edilməsinin başqa bir mexanizmi də vardır. Bu, həmin 

cismlərin xassə  və  əlamətlərinin dərk olunması  və sonradan 

bunların toplanması  şəklində  həyata keçir. Burada da iki yol 

mümkündür. Birincisi, hər bir xassə,  əlamət  əslində ideya-

xassənin cisimdə  təcəssümündən ibarətdir. Lakin ideya-

xassələrin (predikatların) dərk olunması (yəni, Məndə ona 

adekvat ideyanın tapılması) sonradan bütövlükdə cismi, 

hadisəni, prosesi anlamaq üçün nə dərəcədə kafidir?  

Maddi dünya hadisələr, təkcələr dünyasıdır. Bəs ümumi-

lərin maddi reallıq kimi qəbul olunması  nə  dərəcədə  ağlaba-

tandır? Elmə verilən əsas təriflərdən birinə görə, elm ümumilər 

arasındakı  əlaqəni öyrənir. Ümumilər arasındakı  əlaqə  zəruri 

əlaqədir və sabitdir. Lakin ümumi dedikdə nə nəzərdə tutulur? 

Və onlar bizə necə  bəlli olurlar? Axı, empirik tədqiqatlarla, 

hissi təcrübə ilə ancaq təkcələri və  təkcələr arasındakı 

münasibəti yörənmək olar. Konkret bir insanın konkret şəraitdə 

apardığı eksperiment əslində ancaq təkcələrin öyrənilməsinə 

yönəldilmişdir. Ümumilər arasındakı münasibət ancaq induktiv 

yolla, təkrarların mütləqləşdirilməsi yolu ilə öyrənilir və deməli, 

ancaq nisbi həqiqətin üzə  çıxmasına xidmət edə bilər. Bəs 

mütləq həqiqət necə əldə oluna bilər?  

Nəzəriyyələr ümumi saydığımız  əlaqələrin ifadəsidir. 

Strukturların öyrənilməsidir. Maddənin yox, strukturun. Guya 

maddəni öyrənərkən də əslində biz strukturu öyrənirik. Burada 

maddələrin iyerarxiyasından söhbət gedir. Bir maddəni təşkil 

edən başqa maddələr və onu təşkil edən yenə  də başqa 

maddələr. Hər bir maddə  səviyyəsinin öyrənilməsi müvafiq 

struktur səviyyəsinin öyrənilməsini ehtiva edir. 

Ümumini öyrənməyin iki yolu vardır. Daxilə yönəldilmiş 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə