FəLSƏFƏ : tarix və



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə43/129
tarix22.11.2017
ölçüsü2,82 Mb.
#11504
1   ...   39   40   41   42   43   44   45   46   ...   129

 

- 130 -


                                                          

 

Yeni Dövr düşüncəsinin, müasir elmi təfəkkürün əsası bəzi 



mənbələrə görə Dekartla, digər mənbələrə görə Qalileylə başlayır. 

Q.Qalileyin  ən böyük kəşflərindən biri, cismlərin hərəkəti 

zamanı  ətalətin rolunu müəyyənləşdirmək olmuşdur. Belə ki, 

Aristotel təlimində təcil anlayışı olmamış, belə hesab edilmişdir ki, 

cismə  təsir edən qüvvə  nə  qədər böyük olarsa, onun sürəti də o 

qədər çox olar. Digər tərəfdən guya ağır cismlər, yüngül cismlərə 

nisbətən daha böyük sürətlə düşməlidir. Yeni Dövrün təbii-elmi və 

fəlsəfi təlimləri,  ətalət (inersiya) və  təcil anlayışlarının daxil 

edilməsi ilə tamamilə fərqli bir müstəviyə keçmişdir. Elm tarixində 

bu inqilabi yenilik, Q.Qalileyin adı ilə bağlanır. Halbuki, hələ 

Qalileyə qədər (ondan altı əsr əvvəl) İbn Sina Aristotelin məkan-

zaman və  hərəkət haqqındakı  təsəvvürlərini təkmilləşdirmiş, 

qüsurları aradan qaldırmış  və inersiya (ətalət) prinsipini irəli 

sürmüşdür.

1

 Lakin Qərbin elmi və fəlsəfi fikir tarixində bu məqam 



hələ  də düzgün işıqlandırılmır. Elmdə inqilablar edən, 

paradiqmaları  dəyişən böyük alimlər Qaliley və Nyutonun 

xidmətləri göstərilərkən onlar Aristotel tərəfindən əsası qoyulmuş 

düşüncə  tərzinin məhz XVII-XVIII əsrlərdə  dəyişdiyini iddia 

edirlər. Məsələn, çağdaş elm fəlsəfəsinin və elm tarixinin böyük 

nümayəndəsi T.Kun özünün məşhur «Elmi inqilabların strukturu» 

əsərində yazır ki, elm ancaq Nyutonun dünyaya gəlməsi ərəfəsində 

aristotelçi və sxolastik izahlardan azad ola bilmişdi və ancaq bu 

zaman daşın düşməsinin səbəbini onun «təbiəti» ilə izah edən 

mövqe  şübhə altına alınmışdı.

2

 Halbuki, bu məsələlər orta əsr 



İslam şərqində artıq çoxdan izahını tapmışdı. Belə ki, kənar təsir və 

cazibə qüvvəsi haqqında fikirlər nəyinki Fərabinin, Biruninin, İbn 

Sinanın elmi əsərlərində, hətta poeziyada da öz əksini tapmışdı. 

İbn Sina hərəkətin mənbəyinin təkcə  cismin  öz  təbiətində yox, 

başqa cismlərin təsirində axtarılmasını da zəruri hesab edirdi.

3

 



Düzdür, poeziyada «cazibə» ideyası 

 eşq metaforası 

 

1

  Абу Али Ибн Сина. Избранные произведения. Том 1, 



Душанбе, 1980, стр. 33.   

2

    Т.Кун.  Структура  научных революций.  М., Прогресс, 1975, 



стр. 137. 

3

  Абу Али Ибн Сина. Избранные произведения. Том 1, стр. 33.  




 

- 131 -


                                                          

ilə verilir, amma əsas məsələ  hərəkətin səbəbinin başqa cismlə 

münasibətdə axtarılmasıdır. Nizami bu idyeanı o dərəcədə ümu-

miləşdirir ki, təkcə  və ya göy cismlərinin cazibəsindən yox

elektiriklənmə sayəsində cazibədən də yazır. Məsələn, «Xosrov və 

Şirin» əsərində oxuyuruq: 

 

Kəhrəbanın eşqə düşməsə canı,  

Elə cəzb etməzdi quru samanı.

1

 

 



Təəssüf ki, Qərbin elm tarixində elektrik cazibəsi haqqında 

ilk biliklər də XVI əsrdə yaşamış ingilis fiziki Hilbertin adı ilə 

bağlanır və bunu bizimkilər də  təsdiq edir. «Hilbert (Gilbert)… 

kəhrəba tipli cismlərin sürtünmədən sonra yüngül əşyaları  cəzb 

etməsini aşkara çıxarmış  və bu xassəni elektrik xassəsi 

adlandırmışdır».

2

 

Rene Dekart Qərb tədqiqatçılarının böyük əksəriyyətinin 



fikrinə görə, Yeni Dövrün ideya təməlçilərindən biri və  hətta 

birincisidir. R.Dekartın  əsərlərinin rusca nəşrinə ön söz yazan 

V.V.Sokolov onun yaradıcılığını  fəlsəfə tarixində  ən böyük 

zirvələrdən biri, misilsiz nailiyyət  adlandırır.

3

 Lakin Dekart fəlsəfə 



tarixində belə yüksək bir mövqe tutmaq üçün nə kimi yeni ideyalar 

irəli sürmüşdür? Onun, fəlsəfənin sonrakı inkişafında oynadığı rol 

həqiqətən böyükdür. Amma, Yeni Dövr fəlsəfəsinə təkan verən bu 

ideyalar nə  dərəcədə orijinaldır və  nə  dərəcədə  məhz R.Dekarta 

məxsusdur?  

Avropada rasionalist fikrin sonrakı inkişaf yoluna həqiqətən 

də R.Dekartın qaldırdığı məşəl işıq salmışdır. Lakin bu məşəl özü 

haradan işıq almışdır? Təəssüf ki, bu məşəlin özünün haradan işıq 

alması problemi hələ indi-indi öyrənilir. 

Yeni fəlsəfənin banisi sayılsa da, Dekart hələ «ixtisaslaş-

mış» filosof olmayıb, ənənəvi olaraq enisiklopedist mütəfəkkirlər 

sırasında idi. O, riyaziyyatda da, fizikanın bəzi sahələrində və ilk 

növbədə optika sahəsində  də bir sıra kəşflərin müəllifi sayılır. 

 

1



  Nizami Gəncəvi. Xosrov və Şirin. B., «Çaşıoğlu», 2004, səh. 37. 

2

 Azərbaycan Sovet Ensiklopediyası. 6-cı cild.  B., 1982, səh. 92. 



3

  В.В.Соколов.  Философия  духа  и  материи  Рене  Декарта. // 

Декарт. Сочинения в 2-х томах, том 1, М., «Мысль», 1989, стр.3.   



 

- 132 -


                                                          

İşığın təbiəti, yayılması  və başlıca xassələri ilə bağlı bir sıra 

tədqiqatlar aparmaqla yanaşı, Dekart Şərq fəlsəfi  ənənələrinə

xüsusən İşraqiliyə uyğun olaraq nur-işıq paralellərindən də istifadə 

edir və  əqli prosesləri, maariflənməni nurlanma kontekstində 

təqdim etməyə çalışır. Bu baxımdan, Dekartın,  İbn Sina və 

Ş.Y.Sührəvərdi ilə müqayisəsi çox maraqlıdır.  

Lakin öncə daha aydın və çox simvolik olan bir faktdan 

başlamaq istərdik. Məlum olduğu kimi, Dekart orta məktəb 

dərsliklərindən bizə  Dekart koordinat sisteminin yaradıcısı kimi 

tanışdır. Amma bu sistemin neçə əsr öncə İbn Sina tərəfindən irəli 

sürüldüyü çoxlarına məlum deyil. Məlumatı olanları isə görünür, 

bu barədə susmağa üstünlük verirlər. Fakt isə bundan ibarətdir ki, 

İbn Sinanın «Metafizika» əsərində «Cism» adlanan substansiyanın 

vəziyyətinin izahı» adlı kiçik bir paraqraf vardır və burada yazılır: 

«Cisim elə bir substansiyadır ki, onun uzunluğunu və onunla xaç 

təşkil edən istiqamətdə ikinci uzunluğunu göstərmək mümkün 

olsun. (bax: şəkil; – burada İbn Sina bir-birinə perpendikulyar 

olmaqla kəsişən xətlərin şəklini təqdim edir – S.X.). Kəsişən xətlər 

arasındakı bucaq düz bucaqdır».

1

 Göründüyü kimi, söhbət müstəvi 



üzərində və ya iki ölçülü koordinat sistemindən gedir. Daha sonra 

İbn Sina üçüncü ölçünü də daxil edir və bu məqsədlə bir nöqtədə 

kəsişən üç bir-birinə perpendikulyar xətdən istifadə edir. 

«Uzunluq, en və  dərinlik» adlandırdığı bu üç ölçünün olmasını 

cisim üçün zəruri şərt hesab edir.

2

 



Bu iqtibaslardan sonra «koordinat sistemi»nin ilk dəfə kim 

tərəfindən daxil edildiyi açıq-aydın məlum olur. Lakin Qərb fəlsəfə 

tarixçiləri təkcə koordinat sisteminin yox, ümumiyyətlə, cismin 

sürəkliliyinin (yəni məkan ölçülərinə malik olmasının) cisim üçün 

əsas  şərt kimi göstərilməsini də Dekartın adına yazırlar. Guya 

onaqədərki fəlsəfələrdə ideya ilə,  əqllə cisim arasında 

fərqləndirmənin dəqiq meyarı göstərilmirmiş. Halbuki, İbn Sina və 

Sührəvərdinin kitablarında bu şərt  dəfələrlə qeyd edilmişdir.  

R.Dekartın Allah ideyasına müraciətləri və onu rasional 

yolla izah etmək cəhdləri də bir növ təkrar kimi görünür. Məsələn, 

 

1

  Ибн  Сина.  Избранные  философские  произведения.  М., 



«Наука», 1980, стр. 107.  

2

 Yenə orada, səh. 108. 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə