FəLSƏFƏ : tarix və



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə51/129
tarix22.11.2017
ölçüsü2,82 Mb.
#11504
1   ...   47   48   49   50   51   52   53   54   ...   129

 

- 156 -


                                                          

uzaq olan elm ideyası ilə qarşılaşırıq. Belə ideya bizim dövrün 

təfəkkür tərzinə, elmə olan utilitar-praktik münasibətə uyğun 

gəlməsə  də, ayrı-ayrı alimlər tərəfindən bəzən indi də irəli 

sürülür. XX əsrin elm korifeylərindən biri olan A.Eynşteyn əsl 

elm adamını belə səciyyələndirir: 

– Elm məbədi mürəkkəb quruluşa malikdir. Buraya gələn 

adamlar da, onları bura gətirən mənəvi qüvvələr də müxtəlifdir. 

Bəziləri elmlə intellektual üstünlük hissinin təsiri ilə  məşğul 

olurdular. Bu mənada elm idman kimidir, hansı sahədə isə 

üstünlüyün üzə  çıxmasına – şöhrətə xidmət edir. Başqaları isə 

öz fikirlərinin məhsullarını utilitar məqsədlərə  həsr edirlər. 

Əgər Allahın göndərdiyi mələk hər iki kateqoriyaya mənsub 

adamları məbəddən uzaqlaşdırsa idi, onda məbəd kəskin surətdə 

boşalmış olardı. Lakin burada yenə  də  tək-tük adam qalmış 

olardı. Bunlar həmin adamlardır ki, onlarsız elm məbədi 

mövcud yüksəkliyə qalxa bilməzdi. Onlar maddi dünyanın cari 

qayğılarından uzaqlaşaraq elm məbədinə tam təmənnasız gəlmiş 

adamlardır”.

1

 



A.Eynşeteynin göstərdiyi hər üç kateqoriyanın nüma-

yəndələrinə elm aləmində indi də rast gəlmək mümkündür. 

Lakin müasir dövrün hakim təfəkkür tərzi elədir ki, böyük 

əksəriyyəti məhz ikinci kateqoriyada olan alimlər tutur. Antik 

dövrdə, heç şübhəsiz, birinci, orta əsr  Şərqində isə üçüncü 

kateqoriyadan olan alimlər əksəriyyət təşkil edirdilər. 

Antik dövrdə insanların fiziki imkanlar ilə yanaşı,  əqli 

imkanları da bir növ yarış obyektinə çevrilmişdi. Lakin bəzən 

bu imkanlar bir-birindən ayrılır, ya yalnız fiziki qabiliyyətlərə, 

ya da yalnız  əqli qabiliyyətlərə xüsusi üstünlük verilirdi. Bu 

bölgü özünün klassik formasını Sparta və Afina məktəblərində 

tapmışdı. 

Qədim Yunanıstanda  əqli qabiliyyətləri üzə  çıxarmağın, 

onları müqayisə etməyin xüsusi üsulları da formalaşmışdır. 

Canlı mübahisə elmin normativləri sırasına daxil olmuşdur. 

Tamaşaçılar qarşısında fikirlərin toqquşması  səhnələri  ənənəyə 

çevrlmişdir.  

 

1



  Эйнштейн  А.  Мотивы  научного  исследования.–  Собрание 

научных трудов, т. 4, 1967, стр. 39-40. 




 

- 157 -


Lakin antik dövrdə  əqli qabiliyyətlərin yarışı elmin 

yeganə motivi deyildi. Biz həmin dövrün təfəkkür tərzi üçün 

səciyyəvi olduğuna görə bu cəhəti ön plana çəkirik.  Əslində 

qədim yunan mədəniyyəti elmi fəaliyyətin bütün sonrakı 

dövrlər üçün səciyyəvi olan müxtəlif motivlərini ya aşkar 

şəkildə, ya da rüşeym halında özündə saxlayırdı. Orta əsr  Şər-

qinin hakim təfəkkür tərzi də antik fəlsəfənin təsirindən kənarda 

qalmamışdır. 

Böyük yunan filosofu Pifaqorun apardığı maraqlı bir 

müqayisədə o dövrdə elmə  və  fəlsəfəyə münasibət çox gözəl 

görünür. Pifaqor adamları məqsəd və fəaliyyətinə görə üç qrupa 

bölür və onları obrazlı surətdə səciyyələndirmək üçün Olimpiya 

oyunlarına gələnlərlə müqayisə edir. Burada bir qisim adamlar 

öz fiziki imkan və qabiliyyətlərini nümayiş etdirərək yarışırlar. 

Digərləri buraya ticarət məqsədilə gəlirlər. Üçüncülər isə yalnız 

müşahidə edirlər. Pifaqora görə, həyatda da belədir. Kimlərsə 

şöhrətin, kimlərsə var-dövlətin qulu olur. Lakin elələri də var 

ki, yalnız kənardan seyr edirlər və yeganə  məqsədləri həqiqəti 

aşkara çıxarmaqdır. Bu üçüncüləri Pifaqor filosof adlandırırdı. 

Burada fəlsəfə  həm də “təmənnasız elm” mənasında başa 

düşülür. Son məqsəd  əldə olunan biliklərdən hansı sahədə isə 

istifadə etmək yox, həqiqətin özüdür. İnsan həqiqətə qovuşanda 

mənən saflaşır. Dünyanı, təbiəti dəyişmək məqsədini qarşıya 

qoymasa da, heç olmazsa dünyanın, təbiətin ahəngini dərk edir 

və bu ahəngə uyğunlaşmaq imkanı əldə edir. Burada Heraklitin 

məşhur “təbiətlə həmahənglik” prinsipi yada düşür... 

Lakin insan hər cür istiqamətli fəaliyyətin subyekti oldu-

ğundan dəyişdirilmiş insan mənəviyyatı istər-istəməz dünyanın 

da dəyişdirilməsinə  gətirir. Lakin bu tarixi proses birdən-birə 

həyata keçmir. Təməli qədim  Şərqdə qoyulan, antik dövr və 

orta  əsr  Şərq təfəkkür tərzinin süzgəcindən keçən bilik-əməl 

problemi Yeni Dövrdə yeni çalarlarla zənginləşərək bir sıra 

müvəffəqiyyətlər gətirsə  də, özünün tam elmi həllini hələ  də 

tapmamışdır. Tarixi vərəqləmək və onun dərslərini nəzərə almaq 

bu problemin həlli üçün mühüm şərtdir. 

Bütün bu deyilənlərdən sonra bir daha orta əsr  Şərqində 

bilik və  əməl probleminin necə  həll olunması  məsələsinə 

qayıtsaq görərik ki, məsələnin bu gün üçün düzgün sayılan həlli 




 

- 158 -


                                                          

elmi biliyə üstünlük və müstəqillik verilməsi, o dövr üçün hələ 

tez idi. Elmin texniki tərəqqini qabaqlaması yalnız XX əsr üçün 

səciyyəvi olan bir hadisədir və  əksər tədqiqatçılar elmi-texniki 

inqilabın mahiyyətini məhz bununla izah edirlər. 

Elmi yalnız mədəni sərvət kimi başa düşmək, ondan heç 

bir maddi səmərə  və  tətbiq gözləməmək, ona tam təmənnasız 

münasibət bəsləmək ayrı-ayrı adamlara xas ola bilər, lakin 

dövlət belə mövqedən çıxış edə bilməz. Alimə ola bilsin ki, 

yalnız hikmət, dövlətə isə həm də güc lazımdır. Elmin yaratdığı 

yeni tipli sosial gücə arxalanmayan ölkələr tezliklə iflasa 

uğradı. Qərbi Avropa ölkələrnin elmin və yeni texnologiyaların 

tətbiqi sayəsində sürətli inkişaf yolu keçdiyi bir vaxtda «Şərq 

ətaləti» dünyanın  ən nəhəng ölkələrindən biri olan Osmanlı 

imperiyasını süquta hazırlayırdı. XVIII əsrin axırlarında bu 

problemin nə dərəcədə aktual olduğunu nəzərə çarpdırmaq üçün 

diqqəti Almaniyanın  Ştutqart  şəhərində bir gimnaziya 

məzununun buraxılış  işinin mövzusuna yönəltmək istərdik: 

«Türklərdə elm və  sənətin acınacaqlı  vəziyyəti».

1

  Əlbəttə, bir 



diplom işinin mövzusu bu qədər önəmli olmaya da bilərdi, əgər 

onun müəllifi nə az, nə çox Georq Vilhelm Fridrix Hegel 

olmasa idi. Təəssüf ki, Hegellərin hələ o vaxt çaldığı  həyacan 

(daha doğrusu, təntənə) təbilini Osmanlının başbilənləri 

duymurdular.   

Şərqin  ənənəvi təfəkkür tərzini müasir dövrdə dövlət si-

yasəti miqyasında təbliğ edən mütəfəkkirlərə  hələ rast gəlmək 

mümkündür. Görkəmli hind filosofu və siyasi xadimi M. Qandi 

elmdən maddi qüvvə  mənbəyi kimi, texniki tərəqqi naminə 

istifadə etməyin ardıcıl əleyhdarı olmuşdur. O, bu mövqeyi hər 

cür zorakılığa qarşı mübarizə proqramına uyğun olaraq 

seçmişdir. Onun fikrincə, insanlara qüvvət deyil, şəfqət 

lazımdır. Zorakılığın qarşısını zorakılıqla almaq mümkün deyil. 

Lakin bəşər tarixi, həyat təcrübəsi göstərir ki, zorakılıq 

əleyhinə  uğurla mübarizə apara bilmək üçün də güclü olmaq 

lazımdır. XX əsrin böyük mütəfəkkir  şairi H. Cavid ənənəvi 

Şərq fəlsəfəsini real həyat mövqeyindən nəzərdən keçirərək 

zorakılıq ideyası ilə yanaşı maddi təməldən ayrılmış  həqiqət 

 

1

 Bax: Генрих Волков. Сова Минервы. М., 1985, стр. 52.   




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə