FəLSƏFƏ : tarix və



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə54/129
tarix22.11.2017
ölçüsü2,82 Mb.
#11504
1   ...   50   51   52   53   54   55   56   57   ...   129

 

- 166 -


                                                          

məcbur edən qüvvəni məhz eşq kimi təqdim edir. Əslində 

klassik fəlsəfədə bu qüvvə  nəfsin və ya əqlin xislətidir. 

Məsələn, Fərabi göy cismlərinin intellektindən

1

,  Ş.Sührəvərdi 



isə göyün nəfsindən

2

 bəhs edir. Kainatda hərəkətin mənbəyi də 



dünya əqli və ya göy nəfsinin iradəsidir.

3

 

Poetik düşüncə isə, belə yüksək missiyanı ancaq eşqə 

etibar edir. Nizami həm də  təkcə göy cismlərinin yox, irili-

xırdalı bütün təbiət hadisələrinin hərəkətverici qüvvəsini eşqdə 

görür. Ən obrazlı deyimlərdən birini misal gətirək:  

           

 Eşqin yanğısıdan gözəl şey nə var? 

    Onsuz nə gül gülər, nə bulud ağlar.



4

 

 

İbn Sina məhəbbətə maddi və  mənəvi varlığın iyerar-

xiyasında  əlaqələndirici məqam kimi baxmışdır. Aşağı  mərtə-

bədəki varlıq daha yüksək mərtəbədəki varlığın nuru ilə 

işıqlandığı üçün parıltısı və gözəlliyi artır.

5

  



Sən demə, ilkin materiya, forma və  əlamətlər də  mə-

həbbət qanunlarına tabe imiş.  İbn Sinaya görə, ilkin materiya 

fitri məhəbbətə malikdir. «İlkin materiya öz çirkinliyini 

gizlətməyə çalışan eybəcər qadın kimidir; hər dəfə onun niqabı 

açılanda o, öz çatışmazlıqlarını  əli ilə örtür».

6

  Burada ilkin 



materiyanın həmişə «paltarda», forma ilə birlikdə  təzahür 

etdiyi, xalis şəkildə («özündə şey») isə insan üçün dərkolunmaz 

olduğu nəzərə çarpdırılır.  

Məhəbbətin mənəvi kamilliyin təməli olması  həm də 

şərtidir. Yəni, ancaq sevərək gözəlləşmək mümkündür. Övlad, 

valideyn sevgisi, millət, vətən sevgisi, təbiətə, kainata, 

bəşəriyyətə – insanlığa bağlılıq, özünü dərk etməyin, dünyanı 

 

1



  Аль-Фараби.  Естественно-научные  трактаты.  Алма-Ата. 1987, 

стр. 287. 

2

 Ş.Sührəvərdi. İşıq heykəlləri. – Şərq fəlsəfəsi. B., 1999, səh. 224. 



3

 Yenə orada.   

4

 Nizami Gəncəvi. Xosrov və Şirin, səh. 37. 



5

  С.Б.Серебряков.  Трактат  Ибн  Сины  (Авиценны)  о  любви. 

Тбилиси, 1976, стр. 32. 

6

  Ибн  Сина.Трактат  о  любви.//  С.Б.Серебряков.  Эюстярилян 



ясяр, сящ. 51. 


 

- 167 -


                                                          

dərk etməyin, Allahı  dərk etməyin mənəvi yüksəliş yolları – 

ilahi eşq!  İnsan ancaq dünyanın harmoniyasını, insan qəlbinin 

möhtəşəm zənginliyini,  əqlin fitrətini, ilahi qüdrətin ecaz-

karlığını duymaqla gözəlləşir. Əql, bilik insanı daha nəcib edir. 

İncə strukturlar ona aşkarlandıqca, o özü də incələşir, zərifləşir. 

Bu mənəvi zəriflik sifətdə də təzahür edir.  

Şərqdə məhəbbətin böyük anlamı əsrlər keçdikcə, təəssüf 

ki, tarixdə qalmışdır.  Əqli və dini tərbiyəyə xidmət edən ilahi 

eşq ideyası getdikcə solmuş, cırlaşmış  və onun yerini fərdi 

məhəbbət tutmuşdur.  Əlbəttə, bir oğlanın bir qıza olan 

məhəbbəti nə  qədər ülvi, təmiz və böyük olsa, bir o qədər 

yaxşıdır. Bu həm də  gələcək ailənin sağlam təməli deməkdir. 

Lakin ifrata varanda hər  şey öz əksliyinə çevrilir. İnsanın öz 

həyatında və dünyada ən böyük arzu və idealını,  ən ülvi 

hisslərini başqa bir şəxsdə tapması, onu həyatının mənasına 

çevirməsi poetik baxımdan nə  qədər gözəl görünsə  də, sağlam 

şüur və ictimai reallıq müstəvisində bir absurddur. Şərq isə 

məhəbbət məsələsində bu ifratı, bu absurdu ucalıq və ali məqam 

hesab edir. Şərq fəlsəfi düşüncəsinin çağdaş təmsilçisi olan Asif 

Əfəndiyev yazır: «Məcnun üçün dünya və Leyli birdir. 

Məcnunluqda məhəbbət insan iradəsinə bütünlükdə hakim olur. 

Bu hökmün əzəməti qarşısında hər şey aşiqə sönük görünür»

1



Göründüyü kimi, rasional düşüncənin ifrat və absurd saydığını 

emonsional düşüncə etalon hesab edir. Lakin bu məhəbbətin, bu 

zirvənin həqiqi mahiyyəti açıldıqca sağlam  şüur çətin suallar 

qarşısında qalır. Asif Əfəndiyev daha sonra yazır: «Başqaları 

üçün məhəbbət həyatın bəzəyidirsə, Məcnun üçün həyatın 

özüdür. Məcnun üçün dünyada məhəbbətdən qeyri heç nə 

yoxdur»

2

.   



Poemanın  əsas ideyası, müəllif mövqeyi gözəl açılır. 

Həqiqətən də Məcnunluq eşqin zirvəsidir. Lakin, digər tərəfdən, 

həyatda cəfasını çəkməli olduğun, canını fəda etməli olduğun o 

qədər böyük ideallar var ki! Həyatın bütün mənasının tək bir 

nəfərə olan eşqlə məhdudlaşması  eşqin böyüklüyünə görə yox, 

 

1



  Asif Əfəndiyev. İnam və şübhə, səh. 6.  

2

  Yenə orada.  




 

- 168 -


                                                          

ünvanın kiçikliyinə görə absurddur. Sonsuz hissin sonlu varlığa 

yönəldilməsi sözün müstəqim mənasında məcnunluqdur.  

«Məcnunluq» konsepsiyasına qarşı deyilənlərin heç də 

böyük miqyasda Füzuli fəlsəfəsinə qarşı olmadığını, şairin özü-

nü bir obrazla eyniləşdirməyin, onu Məcnun səviyyəsində qəbul 

etməyin qüsurlu olduğunu, bu məsələdə Füzulinin də bizi 

dəstəklədiyini göstərmək üçün onun «Səhhət və  mərəz», 

«Mətləül-etiqad»  əsərlərinə  nəzər salmaq kifayətdir.  «Səhhət 

və  mərəz»  əsərində ruhun əsl mənzilini Məşuqluq və  Aşiqlik 

məqamlarında və ya Əql məqamında deyil, onlardan daha 

yüksək olan Mərifət məqamında tapması heç də təsadüfi deyil. 

Bu məqamda «nə Əql gözünün ona baxmaq imkanı, nə də təbiət 

və duyğuların ona bir yolu, nə hüsnün ona bir nazı, nə də onun 

Eşqə bir ehtiyacı qalır».

1

 



Eşq ancaq əzəli-əbədi və sonsuz olan böyük yaradana 

ünvanlananda onun həddi-hüdudu olmaya bilər. Düzdür, Hegel 

də məhəbbəti insanın özünü başqasında tapması kimi izah edir. 

Lakin insan özünü sevdiyi şəxsdə tapa bilər, amma itirə bilməz. 

Özünü itirmək, öz iradəsini bütövlükdə başqa iradəyə  təslim 

etmək, səcdə  qılmaq, pərəstiş etmək, – bunlar  hamısı ilahi 

eşqin əlamətləridir.  

Yunus İmrə deyir:  

 

              İlahi bir eşq ver mənə, 

   

Hardayamsa heç bilməyim. 

  

Elə itirim özümü 

   

İstəsəm də qoy bulmayım.

2

 

  

 



İlahi eşqlə  fərdi eşqin bəzən fərqləndirilməməsi, birinə 

aid olanın başqasına da aid edilməsi eşqi həddindən artıq mü-

cərrədləşdirir ki, bu da Şərq poeziyasının daha çox rəmzlər üzə-

rində qurulmasından irəli gəlir.  

İlahi eşqin əlamətləri fərdi məhəbbətdə də qismən təzahür 

edə bilər. Amma mütləqləşdirilə bilməz. Maraqlıdır ki, Şərq 

 

1

    M.Füzuli. Səhhət və  mərəz. // Əsərləri, 5-ci cild. B., «Elm», 



1985, səh. 84-85. 

2

  Yunus İmrə. Güldəstə. B., «Yazıçı», 1992, səh. 35.  




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə