FəLSƏFƏ : tarix və



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə53/129
tarix22.11.2017
ölçüsü2,82 Mb.
#11504
1   ...   49   50   51   52   53   54   55   56   ...   129

 

- 163 -


onun xoşuna gəlir, nə isə – gəlmir. Nə zamansa qəlbi sıxılır, 

özünü narahat hiss edir, bu mühiti, bu münasibəti tezliklə  tərk 

etməyə, ondan uzaqlaşmağa çalışır, nə zamansa – ülvi hisslər, 

mənəvi yüksəliş keçirir, bu anın, bu təmasın uzanmasını, 

əbədiyyətə  qədər davam etməsini arzulayır. Amma niyə, – 

səbəbini bilmir. Bu – qəlbin hökmüdür. İstək daxildən gəlir, 

amma dərk olunmamış bir hissdir.  

Əlbəttə, dəyərləndirmə  aşkar  şüurla, dərk olunmuş  şə-

kildə  də  həyata keçirilə bilər. Bu, müəyyən meyarlarla mü-

qayisə, hansı isə standarta, etalona nisbətin təyin edilməsi ilə 

mümkündür. Məsələn, gözəllik müsabiqəsində münsiflər ancaq 

təəssüratdan çıxış etməyib, həm də  dəqiq rəqəmlərlə ifadə 

olunmuş müəyyən etalonlara uyğunluq dərəcəsini, mütənasiblik 

şərtlərini də  nəzərə alırlar. Qalan hallarda dəyərləndirmə 

aşkarlanmayan  şüurla (qeyri-şüurilik) həyata keçir və insan 

məhz bilmədiyi şeyə daha çox maraq göstərir; öyrənmək, «içinə 

yetmək» istəyi baş qaldırır. Lakin insan üçün aşkar olmayan, 

yarıqaranlıq bir aləmlə təmas, həm də qorxu, tərəddüd və şübhə 

hissi ilə müşayiət olunur. 

Yuxarıda qeyd etdiyimiz kimi, insan heç dərk etmədiyi, 

tam qaranlıq bir aləmə aludə ola bilməz. Bu halda qorxu hissi 

digər hissləri üstələyir,  şübhə inamdan, tərəddüd qətiyyətdən 

güclü olur. Lakin bu qaranlıqda parıltılar varsa, – insanı  cəlb 

edir. Ürəkdə  işığa həsrət varsa, o bu parıltılar tərəfindən cəzb 

olunur. Sevgi hissi də harada isə bu maraq və qorxunun, inam 

və  şübhənin, tərəddüd və  qətiyyətin vəhdətindən pərvazlanır. 

Yəni sevgi, əslində  təkamüldə olan canlı prosesdir. Maraq 

məftunluq səviyyəsinə qalxırsa və qorxu duyğusundan ancaq 

müəmma və əsrarəngizlik qalırsa, – məhəbbətin yolu açıqdır.  

 Tam qaranlıq qəlb işıqdan qorxar. Yəni sevgi ancaq 

işıqlı, heç olmazsa, qismən işıqlı adamların qismətidir. Yarı-

qaranlıq qəlb daha parlaq işıqlar tərəfindən cəzb olunur. Bu 

baxımdan, yarımçıq olanın, bütövləşməyə ehtiyacı olanın, sev-

mək ehtimalı daha çoxdur.  

Yüksək mənəviyyatlı, incə ruhlu, parlaq qəlbli insanları 

heyrətləndirmək, məftun etmək üçün daha böyük gözəllik, daha 

həssas və daha mürəkkəb tərəf-müqabil lazımdır. Ən böyük aşiq 



 

- 164 -


isə, heç şübhəsiz, ancaq İşıqlar işığına (Ş.Sührəvərdinin dili ilə 

desək, Nur əl-Ənvərə) səcdə edə bilər. Bu isə artıq ilahi eşqdir.  

Fərdi fəlsəfi düşüncələr, insanın dünyadakı gözəllik və 

harmoniya qarşısında heyrətindən doğan suallar, insanın özü 

ilə  və dünya ilə təkbətək söhbətləri – kamilliyə aparan yolun 

məqamlarıdır. Bu məqamlar özünü maddi dünyadan ayıran, 

fərqli bir mahiyyətin təmsilçisi olduğunu dərk edən və özündə 

dünyaya qarşı dura biləcək bir mənəvi güc, ideya qaynağı 

tapan və bu qaynaqdan müntəzəm surətdə bəhrələnərək daim 

kamilləşən, dünya ilə, cahan ilə  tən gələn və  nəhayətdə, bu 

«cahana sığmayan» insan-filosofun və ya sözün həqiqi 

mənasında insanın, böyük hərflə  İnsanın həyat məqamları, 

idrakın  əzablı  və möhtəşəm addımları, mənəvi yüksəliş 

yaşantılarıdır. Heyrətdən başlanan idrak yolunda əzab və 

sevincin, eşq və kədərin vəhdət məqamları!.. 

Ülviyyət, heyrət və müqəddəslik duyğusu Şərq fəlsəfəsi 

və poeziyası üçün çox səciyyəvidir. Lakin etiraf etməliyik ki, 

bu gün biz babalarımızın yaratdıqlarını özümüzə qaytarmağa 

nail olmamış  və onları inkişaf etdirmək bir yana dursun, 

sadəcə müasir fəlsəfi fikir kontekstində yenidən mənimsəyə 

bilməmişik. Təəssüf ki, heyrətdən başlanan, məhəbbətdən 

keçən və fəlsəfi idraka, kamillik məqamına yüksələn mənəvi-

əqli inkişaf yolunda son mərhələni unutmuş, neçə əsrlər boyu 

elə məhəbbətdə ilişib qalmışıq və bəzi rəmzləri hərfi mənada 

təfsir etdiyimizdən, ulularımızın böyük ideyalarını da təhrif 

etmiş, cılızlaşdırmışıq. Mütəfəkkir şairlərimizin idealı heç də 

fani dünyanın gözəllikləri yox, ilahi eşq və idrakdır.  

Nizami Allaha xitabən yazır: 

 

İlhamlı nəfəsinlə qızıl güldü Nizami, 

Güllərin nəğməkarı bir bülbüldü Nizami.

1

 

 

Necə ki, sonralar ilahi eşq adi sevgi ilə,  əql evi bir gö-



zəlin çöhrəsi ilə qarışıq salınıb, eləcə  də gül-bülbül mövzusu 

zaman keçdikcə  mənasını  dəyişib.  Əbu Turxanın məlum 

rübaisində deyildiyi kimi:  

                                                           

1

Nizami Gəncəvi. Sirlər xəzinəsi, B.,«Çaşıoğlu», 2004,səh.31. 



 

- 165 -


 

İdrakı rəmz edib bir gül sandılar, 

Aqil olanları bülbül sandılar, 

Vaxt keçdi, rəmz itdi, sonra gələnlər 

Təkcə bülbül ilə gülü andılar. 

 

Şərqdə məhəbbət həmişə kamillik və harmoniya ilə, ilahi 



başlanğıcla  əlaqələndirilmiş, yeri gələndə kosmoqonik məna 

kəsb etmişdir. Nizami məhəbbəti təbiətin hərəkətverici 

qüvvələrindən biri hesab etmiş, hətta planetlər arasındakı 

cazibəni də məhəbbətin təzahürü kimi mənalandırmışdır:   

 

               Kainatda hər şey cəzbə bağlıdır, 

               Filosoflar bunu eşq adlandırır.

1

 

 

Yaxud: 


 

İdrakı dinləsək, söyləyir o da: 

-Hər şey eşq üstündə durur dünyada 

Göylər yaransaydı eşqdən azad, 

Düşün, olardımı yer üzü abad? 

2

 



 

Nizami məhəbbətin universal konsepsiyasını yaradır və 

onu bütövlüyün, harmoniyanın əsas şərti, dəyərlər sistemində ən 

yüksək dəyər kimi təqdim edir:        



 

Eşqdir mehrabı uca göylərin, 

Eşqsiz, ey dünya, nədir dəyərin? 

 

Eşqsiz olsaydı, xilqətin canı,  

Dirilik sarımazdı, böyük cahanı.

3

 

 



 Ən önəmlisi budur ki, Nizami Gəncəvi Günəşi  şölələn-

məyə, planetləri fırlanmağa, buludları dolmağa və boşalmağa 

                                                           

1

 Nizami Gəncəvi. Xosrov və Şirin. B., «Çaşıoğlu», 2004, səh. 38. 



2

 Yenə orada.  

3

 Yenə orada, səh. 37. 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə