FəLSƏFƏ : tarix və



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə50/129
tarix22.11.2017
ölçüsü2,82 Mb.
#11504
1   ...   46   47   48   49   50   51   52   53   ...   129

 

- 153 -


zəriyyəsi, didaktika və s. nəzərdə tutulurdu. “İnsansızlaşmış” 

dünyanın deyil, insan dünyasının öyrənilməsinə üstünlük 

verilirdi. Məhz bu cəhət elmlə, fəlsəfə ilə poeziyanın məqsədini 

yaxınlaşdırdığından çox vaxt sinkretik formalar yaranır, fəlsəfi 

və elmi fikirlər də poeziyada ifadə olunurdu. Poeziya fikri 

insana  bilavasitə  çatdırmaq üçün çox əlverişli idi. Təbiət 

haqqındakı fikirləri, zehni bilikləri  əməli fəaliyyətə  tətbiq 

edərək təbiət qüvvələrinin praktik istifadəsi şəklində insanların 

ixtiyarına vermək başqa cür düşüncə tərzi tələb edirdi. 

O dövrdə elm, əlbəttə, müstəqil surətdə  də inkişaf edir, 

elmi traktatlar yaranırdı. Lakin belə əsərlər də tətbiq üçün vasitə 

olmaqdan daha çox özlüyündə  dəyərə malik olan müstəqil bir 

sərvət kimi qiymətləndirilirdi. Elm bir növ özü özünün 

məqsədinə çevrilmişdi. 

Əməl dedikdə isə ilk növbədə insanın insani fəaliyyəti: 

əxlaqi keyfiyyətləri, özünü insanlar arasında necə aparması, 

mövcud cəmiyyətdə  qərarlaşmış olan mənəvi normalara nə  dərə-

cədə  əməl etməsi nəzərdə tutulurdu. Anlayışın  əhatə dairəsi 

məhdudlaşdırılmışdı.  

Şərq fəlsəfəsi alimi-biəməlləri ifşa edir və yalnız o 

adamları  həqiqi mənada müdrik hesab edir ki, sözü ilə  əməli 

düz gəlsin. Təsadüfi deyil ki, Sədi öz dediklərinə əməl etməyən 

alimi əlində çıraq gəzdirən kora bənzədir. Elm nuru ilk növbədə 

alimin öz mənəvi dünyasını  işıqlandırmalı, onun əməlëərinə 

düzgün istiqamət verməlidir.  

Lakin bəşəriyyətin keçdiyi tarixi yol əslində elm və bili-

yin əxlaqla, insani keyfiyyətlərlə çox az əlaqədar olduğunu isbat 

etmişdir. İnsan nəinki ümumiyyətlə elmlərə, hətta etikaya, əxlaq 

haqqındakı biliklərə  nə  qədər mükəmməl yiyələnirsə-

yiyələnsin, bu hələ onun real əxlaqı haqqında, insani key-

fiyyətləri haqqında heç nə demir. İnsanı tərbiyə etməyin yolları 

daha mürəkkəbdir. O dövrdə isə (bəzən elə indi də) elm, bilik 

əxlaqi-mənəvi kamilliyin əsas açarı hesab edilirdi.     

XIV əsrdə Marağàlı Əvhədi yazırdı: 



 

Nursuz göz kimidir ürək, 

Nadan insanlıqdan uzaqdır gerçək. 

 



 

- 154 -


Elmdən  əsas məqsəd dünyanı  dəyişdirmək deyil, insanı 

dəyişdirmək, onu daha kamil etmək idi. İnsanı  dəyişmək üçün 

ilk növbədə dünyanı, mühiti dəyişmək lazım olduğu nəzərdən 

qaçırılırdı. 

İnsan  ən çox mənəvi gücü ilə  fəxr edir, maddi gücü isə 

arxa plana keçirir, ona bəzən həqarətlə baxırdı. Kobud fiziki 

qüvvəyə bu cür münasibətə  əlbəttə, müəyyən mənada haqq 

qazandırmaq olar. Belə qüvvə insana xas olsa da, əslində 

yaddır. O həm də fərdi məhdudiyyət üzündən artmır, öz-özünü 

inkişaf etdirmir və  ən başlıcası, sükansız (ağıl qüvvə üçün 

sükan olmalıdır) hərəkət edir və son nəticədə özü özünə qarşı 

birləşməyən kobud qüvvə öz məxsusi ağırlığı altında məhv 

olmağa məhkumdur.  Əksinə, hikmətə istinad etdikdə qüvvə 

qüdrətə çevrilir. H.Cavid gözəl demişdir: 



 

Qüvvə üstündə varsa əqli-səlim, 

Sana həp kainat olur təslim! 

 

Yaxud S.Vurğun “İnsan”- da deyir: 



Olmazmı qılıncda ağıl tədbiri,  

Ağılda bir qılınc kəsəri ola? 

 

Kobud qüvvənin hikmətlə, qılıncın tədbirlə cilovlanması 



ideyası müasir dövrdə, nüvə müharibəsi təhlükəsinin dünyanı 

bürüdüyü bir şəraitdə, xüsusi aktuallıq kəsb edir. Burada 

həmçinin yeni təfəkkürün  əslində qədim köklərə malik olduğu, 

lakin məhz bu gün qlobal miqyas kəsb etdiyi aşkara çıxır. Lakin 

çox təəssüf ki, antik dövr və orta əsr fəlsəfəsi bilik və  əməlin

hikmətlə qüvvənin qarşılıqlı münasibətini ümumən düzgün 

işıqlandırsa da, bu ideyanı çox vaxt bir fərdin fəaliyyət 

dairəsinə tətbiqlə məhdudlaşdırırdı. Böyük ictimai miqyaslarda, 

dövlət miqyasında elmin maddi qüvvəyə çevrilməsi imkanları 

nəzərdən keçirilmirdi. 

Şərq fəlsəfəsində  hər hansı bir qüvvənin biliklə  tənzim 

olunması, idarə edilməsi ideyası ilə yanaşı, biliyin özünün qüv-

və kimi çıxış etməsi ideyası da irəli sürülürdü. İnsanı bütün 

canlıların  ən qüdrətlisi edən fiziki qüvvə deyil, biliyin qüv-




 

- 155 -


vəsidir. Sözün geniş  mənasında azadlıq qazanmaq, nəinki 

təbiətdə, həm də öz üzərində hökmran olmaq üçün zərurətləri 

dərk etmək, elmlərə vaqif olmaq lazımdır. Hələ XII əsrdə böyük 

Nizami insanın  əsl qüdrət və qüvvətini elmlə  əlaqələndirərək 

deyirdi: 

Qüvvət elmdədir, başqa cür heç kəs  

Heç kəsə üstünlük eyləyə bilməz. 

 

Bu misralar F.Bekonun məşhur “bilik – qüvvədir” aforiz-



mindən 5 əsr  əvvəl yazılmışdı. Lakin o dövrdə  məhsuldar 

qüvvələrin inkişaf səviyyəsi belə bir ideyanın böyük miqyasda 

həyata keçirilməsinə imkan vermirdi. Ona görə bu ideyanın da 

məhz bir fərd miqyası üçün irəli sürüldüyünü ehtimal etmək 

lazım gəlir. Elm həqiqətən F. Bekon dövründən (hətta bir qədər 

sonra) və məhz Qərb ölkələrində ümumictimai miqyaslı maddi 

bir qüvvə kimi çıxış etməyə başlamışdır. 

Orta  əsr  Şərq təfəkkür tərzi ayrı-ayrı istisnalara baxma-

yaraq, elmlə istehsal arasında sərhəd çəkirdi. Elmə nəinki nisbi 

müstəqil, hətta özü özünün məqsədi olan tam müstəqil bir sahə 

kimi baxıldığından, o, maddi həyatın tələblərindən getdikcə 

daha çox uzaqlaşırdı. Məqsəd elmi qanadlandırmaq idi. Qərb 

intibahının və daha sonra kapitalist ictimai-iqtisadi 

münasibətlərinin məhsulu olan “elmin qanadlarına qurğuşun 

bağlamaq”, “onu yerə endirmək” hikməti  Şərqin təfəkkür 

tərzinə uyğun gəlmirdi. Nəticədə elm mövcud texniki inkişaf 

səviyyəsinə  nəzərən xeyli qabağa getdiyindən onun qoyduğu 

problemlərlə gerçək tələbat və real texniki imkan arasında 

böyük məsafələr yaranırdı. Kimyanı  əlkimya, astronomiyanı 

astrologiya  əvəz edirdi. Nəzəri fikrin məhsulları praktikadan 

qidalanmır, praktikada yoxlana bilmirdi. Nəzəri təbiətşünaslıq 

öz dövrünə görə elə yüksək səviyyəyə çatmışdı ki, Nəsirəddin 

Tusi hesablamalar əsasında Amerika qitəsini kəşf edirdi, amma 

onu  əməli olaraq kəşf etmək üçün müvafiq texniki inkişaf 

səviyyəsi və dünyəvi işgüzarlıq atmosferi yox idi. Mövcud 

təfəkkür tərzinə müvafiq olaraq buna bəlkə heç maraq da 

göstərilmirdi. 

Burada biz “təmənnasız elm”, dünyəvi məqsədlərdən 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə