FəLSƏFƏ : tarix və



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə52/129
tarix22.11.2017
ölçüsü2,82 Mb.
#11504
1   ...   48   49   50   51   52   53   54   55   ...   129

 

- 159 -


ideyasını da tənqid etmiş, bütün yaradıcılığı boyu kitabla 

qılıncın, həqiqətlə gücün vəhdəti ideyasını  bədii  şəkildə  tə-

rənnüm etmişdir.  Ən başlıcası isə budur ki, H.Cavid yaradıcı-

lığında bu ideya orta əsrlər üçün səciyyəvi olan fərdi bilik və 

əməlin vəhdəti ideyasından fərqli olaraq bir şəxs miqyasından 

kənara çıxır, ictimai qrup, xalq, ölkə miqyasında irəli sürülür. 

Elə hadisələr vardır ki, onlar yalnız böyük miqyas şə-

raitində həyata keçir. Sənət əsərləri çox vaxt fərdi yaradıcılığın 

məhsulu olduğu halda, elm ümumcəmiyyət hadisəsidir. Elmdən 

praktikada istifadə edilməsi də ancaq böyük ictimai miqyaslarda 

həyata keçirilə bilər.  

Sənətkarla onun əsərinin “istehlakı” – mənimsənilməsi 

arasındakı sosial məsafə nisbətən qısadır, yəni istedadın özünü 

büruzə verməsi üçün ictimai mütəşəkkil fəaliyyətə ehtiyac 

olmaya da bilər. Ona görə də sənət adamının sərbəstlik dərəcəsi 

nisbətən yüksəkdir. Elm, texnika və  təhsil  sahələrində isə bu 

məsafə böyük olduğundan, burada ciddi sosial-mənəvi 

problemlər ortaya çıxır. 

Bu gün elmi-texniki tərəqqi sahəsindəki nailiyyətləri ilə 

bütün dünyanı heyrətləndirən Yaponiya Şərq və  Qərb düşüncə 

tərzinin üzvi surətdə birləşdirir və  əsrlər boyu formalaşmış 

əxlaq-məişət  ənənələrini istehsalatda uğurla tətbiq edir. 

Dövlətin iqtisadi siyasəti ilə xalqın  ənənəvi təfəkkür tərzi 

arasındakı zidiyyət minimuma endirilmişdir. Yaponiya modeli 

digər Şərq ölkələri üçün də nümunədir.  

Elm qlobal hadisədir. Hər yerdə, hamı üçün vahid bir elm 

var.  İstehsal müəssisələri isə konkretdir, özünəməxsus xüsusi 

şəraitə malikdir. Burada sosial mühit də, mənəvi iqlim də 

özünəməxsus ola bilər. Deməli, elmin praktik tətbiqi hadisəsi 

hansı pillədə isə yenidən cəmiyyət miqyasından fərdi miqyasa 

enir, fərdin düşüncə  tərzi, biliyi, fiziki imkanları,  əməli iş 

qabiliyyəti ilə səciyyələnir. Elmin dünyagörüşü ilə, hakim  fəlsəfi 

fikirlə  əlaqəsi də özünü həm fərdi, həm də ictimai miqyasda 

göstərmiş olur.  

Orta  əsrlərdə rasionalizm və  fərdi-mənəvi aləmin kamil-

liyi uğrunda mübarizə elmi axtarışları  və texnoloji prosesləri 

arxa plana keçirirdisə, Yeni Dövrün düşüncə tərzində və fəlsəfi 

təfəkküründə praqmatizm və pozitivizmin üstünlük təşkil 




 

- 160 -


etməsi elmin prioritetliyinə  təminat yaradırdı. Bu dəyişiklik 

ancaq paradiqmaların əvəzlənməsi sayəsində mümkün olmuşdu. 

Təəssüf ki, Qərbdə paradiqmanın dəyişməsi bir çox Şərq 

ölkələrinə hələ də təsir etməmişdir. Belə ölkələr üçün orta əsrlər 

epoxası hələ bitməmişdir.  



 

- 161 -


                                                          

 

 



 

 

 

 

 

 

 

 

ORTA ƏSRLƏR FƏLSƏFƏSİNDƏ EŞQ 

PROBLEMİ 

 

Eşq probleminə  Şərqdə  və  Qərbdə  fərqli münasibətlər 

fəlsəfi fikirdə də öz əksini tapmışdır.  

Platon yazır: «Doğru məhəbbətə sadə və gözəl olanı, həm 

də düşüncəli və ahəngdar surətdə sevmək xasdır».

1

  Əl-Qəzali 



yazır: «Məhəbbət ancaq idrakın nəticəsi ola bilər; belə ki, insan 

yalnız bildiyi şeyi sevir. Ona görə də, məsələn, daş sevə bilməz. 

Məhəbbət ancaq dərk edən canlının xassəsidir».

2

  Əlbəttə, 



mübahisə etmək və göstərmək olar ki, insanı insan edən təkcə 

idrak qabiliyyəti deyil. İdrak qabiliyyəti müxtəlif dərəcələrdə 

hər bir insana xasdır.  Şəhvani hiss və övlada münasibət 

səviyyəsində instinktiv sevgi də hər bir insana, hətta heyvanlara 

da xas olan bir cəhətdir. Amma böyük məhəbbət ali hiss olaraq 

nəinki idrakdan hasil olmur, əksinə, onun fövqündə durur

insanın «ağlını  əlindən alır», onu ilhamlandırır və ya yaxşı 

mənada dəli-divanə edir.  

Eşq səviyyəsində idrak isə bütün insanlara aid olan hissi 

və  məntiqi idrakdan yüksəkdə durur – idrakın ali məqamına 

 

1

 Платон. Собрание сочинений в четырех томах. Том 3. М., 



1994, стр. 169. 

2

 Анатомия мудрости. 106 философов. Жизнь, судьба, учение. 



Том 2. стр. 51. 


 

- 162 -


                                                          

aparır. Bu pillə daha çox dərəcədə idrakın sezgi və  vəhy 

məqamlarına uyğundur. «İnsan yalnız bildiyi şeyi sevir», – 

fikrinə  gəlincə, ancaq bununla razılaşmaq olar ki, insan heç 

bilmədiyi şeyi həqiqətən də sevə bilməz. Amma tam bildiyi şeyi 

də sevməz. Belə ki, sevgi daha çox qeyri-müəyyənliklə, 

müəmma ilə, sirr və sehrlə  əlaqədar olub, əslində bir möcüzə 

axtarışıdır. Təsadüfi deyildir ki, insan ağlı ilə yox, qəlbi ilə 

sevir, – deyirlər. Hər  şey məhz qəlbi, könülü necə başa 

düşməkdən asılıdır.  İdrak fəlsəfəsinin zirvəsində dayanan Əl-

Qəzali eşq fəlsəfəsinin olsa-olsa hələ  təməlini hazırlayırdı. 

Onun dövründə Füzulinin eşq konsepsiyası hələ yaranmamışdı.   

Füzuli anlamında eşq insanı  məcazi mənada «dəli-

divanə», müstəqim mənada «əhli-kəmal» edir:  

 

Ey Füzuli, qılmazam tərki-təriqi-eşq kim, 

Bu fəzilət daxili-əhli-kəmal eylər məni.

1

  

 

Məhəbbətin idrakla, əqllə əlaqə məqamları, məhz Füzuli 



eşqi ilə tanışlığındandır ki, Asif Əfəndiyevin (Asif Atanın) 

fəlsəfəsində daha inandırıcı şərh olunur.  Hisslə, ehtirasla bağlı 

olan məhəbbətdən fərqli olaraq, Asif Əfəndiyev «müdrik 

məhəbbət» məqamının da izahını verir və ali məhəbbəti 

müdrikliyin strukturuna daxil edir: «Müdriklik – …ülviyyəti, 

məhəbbəti, gözəlliyi,  əsilliyi müqəddəslik səviyyəsinə 

qaldırmaqdır».

2

 Yaxud: «Məhəbbət – müdriklik timsalıdır. 



Məhəbbət əhli olmaq – kamal əhli olmaq deməkdir».

3

  



Ş.Sührəvərdi də kamilliyi eşq və  şövqlə  əlaqələndirir. 

Onun fikrinə görə nadan adamın aldığı həzz kamal əhlinin həzzi 

ilə müqayisəyə  gəlməz: «Kamal sahibi olmayan qafil həzz ala 

bilməz. Hər bir həzzin qədəri kamillik dərəcəsindən asılıdır».

4

  

İkinci növbədə aksioloji aspektə – dəyərləndirmə prose-



sinə baxaq. İnsan nəyi isə yaxşı, nəyi isə pis hesab edir. Nə isə 

 

1



 Füzuli. Əsərləri iki cilddə, I cild, səh. 215.  

2

 Asif Əfəndiyev. İnam və şübhə. B., «Yazıçı»,1988. səh. 115. 



3

 Yenə orada, səh. 112. 

4

 Suhrawardi. The Philosophy of Illumination. Brigham Young 

University Press. Provo, Utah, 1999, p. 98. 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə