FəLSƏFƏ : tarix və



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə55/129
tarix22.11.2017
ölçüsü2,82 Mb.
#11504
1   ...   51   52   53   54   55   56   57   58   ...   129

 

- 169 -


                                                          

poeziyasında kişilər qadına məhəbbətlərini ifadə edərkən bu 

əlamətləri mütləqləşdirdikləri halda, əməli həyatda daha çox 

dərəcədə bunu qadınlardan gözləyirlər. «Kişinin sözü 

qanundur». Qadının nəyinki sərbəst seçimi yoxdur, onun kişi 

sözünü müzakirə etməsi də  Şərq sevgisinin etalonuna sığmır. 

Halbuki, məhəbbət qarşılıqlı olduğu kimi, iradələrin 

məhdudlaşdırılması və bir-birinə tabe edilməsi də qarşılıqlı ol-

malıdır. Yəni könüllər bir-birinə təslim edilməlidir. 

Könlünü təslim etmiş adam daha başqasını sevə bilməz. 

O daha öz ixtiyarında deyil. Qısqanclıq hissi də bu kontekstdə 

ortaya çıxır. Çünki cismini naməhrəmə təslim etməmək asandır; 

öz sevgilisini qısqananlar bunu heç ağlına da gətirmirlər. Amma 

Şərq anlamında bakirəliyin pozulması heç də yalnız  şəhvani 

əlaqəni nəzərdə tutmur. Həqiqi aşiq sevgilisinin sifətində hətta 

yad nəzərin də izini duyur. Başqasına sadəcə bir simpatiya

nəvazişli rəftar da bu cür mütləqləşdirilmiş sevgiyə  xəyanət 

kimi dəyərləndirilə bilər. Hər şey sevginin dərəcəsi ilə inamın, 

etibarın dərəcəsi arasındakı nisbətdən asılıdır. Bir də insanın 

səmimilik, sadəlövhlük dərəcəsi ilə  ətraf ictimai mühitin 

riyakarlıq dərəcəsi arasında nisbət nəzərə alınmalıdır. Çünki 

niyyətcə təmiz olan bir rəftar qarşıdakı tərəfindən (və eləcə də 

mühit tərəfindən) başqa cür qəbul oluna və yozula bilər. Mənim 

qəlbim təmizdir, kim nə düşünürsə düşünsün, – mövqeyi 

sevgilinin qəlbinə xal sala bilər. 

L.Tolstoyun «Hərb və sülh» romanında Nataşanın sə-

mimiyyətinə, saf məhəbbətinə heç kim şübhə etmir. Amma 

onun hissləri ilahi eşq səviyyəsinə qalxa bilmir və bu hisslər, bir 

tərəfdən mühitin, digər tərəfdən də  gənclik ehtirasının 

həmlələrinə dözmür. Hələ yetkinləşə bilməmiş, kamillik zirvə-

sinə qalxmamış bir məhəbbət Kuragin kimi eşq dəllallarının 

məharəti qarşısında aciz qalır.       

Dezdemonanın sədaqətinə  şübhə  də  təkcə Otello sev-

gisinin məhdudluğundan

 yaranmır. Otellonu şübhələnməyə 



vadar edən naqis mənəvi mühit və riyakar insanlar olmasa idi, 

 



  İrqi və dini fərqlər ucbatından məhəbbət ilahi eşq səviyyəsinə 

yüksələ bilmir. «Özgəlik» sindromu vəhdətə mane olmaqla şübhələrə 

yer saxlayır.     



 

- 170 -


                                                          

təbii qısqanclıq  şübhə  dərəcəsinə qalxmazdı. Lakin Otello 

sevgilisinə  şübhə ilə yanaşa bildiyi halda, mühitə sadəlövh bir 

inam bəsləyirdi. O, yaqoların xoş rəftarına, mədəni görkəminə 

aldanmamaq və mühitin xislətini də  nəzərə almaq üçün zəruri 

olan sosial idrak səviyyəsindən məhrum idi. Ona görə  də 



otelloların saf məhəbbəti naqis mühitin qurbanı olmağa 

məhkum idi.            

Naqis ictimai mühit məhəbbətin qanadlarını  qırmağa, 

yerə endirməyə və öz çirkabına bulaşdırmağa çalışır. Lakin iki 

könlün bir könüldə birləşməsi real ictimai zəmində mütləq 

mənada mümkün olmasa da, müxtəlif nisbətlərdə həyata keçir. 

Könüllərin ittifaqı  hələ  fərdi varlıqların inkarı deyil, sadəcə 

bundan sonra hər aşiq təklikdə yox, birlikdə özünü dünyaya 

qarşı qoyur və dünyanı duymağa, özündə ehtiva etməyə, 

mənimsəməyə çalışır. Həyatın bütün mənası, sevinci məhz 

dünya ilə  təmasda ortaya çıxır. Sevən qəlbin nəzərində dünya 

daha gözəl, daha işıqlı görünür. Elə bil ki, bütün dünya onun 

sevincinə  şərik olur. Başqalarına münasibət də  dəyişir; kinin-

nifrətin yerini şəfqət və mərhəmət tutur.  

Sevgililər maddi dünyaya da, mahiyyət dünyasına da, 

xəyal dünyasına da sanki birlikdə  səyahətə  çıxırlar. Sevincləri 

də, kədərləri də bir olur. Daha doğrusu, birinin hissləri o 

birisindən qaynaqlanır. Sənə  hər  şey ona xoş göründüyü üçün 

xoş olur. Ən başlıcası isə  səcdəgahları eyni olur, eyni ilahi 

qüdrətə  pərəstiş edir və özlərini bu ilahi varlıqda birlikdə 

itirirlər.  

Müxtəlif dinlərə  mənsub olub «fərqli tanrılara» sitayiş 

edən şəxslər bir-birini sevə bilər, amma bu eşq – ilahi eşq səviy-

yəsinə yüksələ bilməz. Sevgi burada ancaq ehtiras səviyyəsində 

üzə çıxa bilər. Onun ilahi səviyyəyə qalxması üçün dinlərin və 

tanrıların da birləşməsi lazımdır. Tanrı zatən vahiddir. Sadəcə 

insanların bu vəhdəti anlaması  tələb olunur ki, buna da ya 

böyük əql, ya da böyük eşq yardımçı olur. Təsadüfi deyildir ki, 

Şeyx Sənan da aşiq olduqdan sonra «birsə  həqq, cümlə din də 

bir»


1

, – deyirdi.  Onun dinlərin vəhdətindən keçən sevgisi məhz 

 

1

  Hüseyn Cavid. Şeyx Sənan.– Əsərləri üç cilddə. I cild. B., 2003, 



səh. 414.    


 

- 171 -


ilahi eşqin fərdi təzahürü və ya fərdi eşqin müqəddəslik 

zirvəsinə yüksəlişi idi.   

Fərdi məhəbbətin ilahi məhəbbətə qovuşması iki dam-

lanın əvvəlcə bir damlada birləşməsi və dəryaya birlikdə qatıl-

ması kimidir. Burada dərya ancaq ilahi eşqə mütabiq ola bilər. 

Bəs damlalar?  

Cismani vüsal sayəsində dünyaya gələn övlad valideyn-

lərin (nəsillərin) hansı isə  cəhətlərinin genetik vəhdətidir. Bəs 

Şərq poeziyasının vəsf etdiyi ilahi eşq, ülvi məhəbbət necə bir 

vəhdəti ifadə edir? Könüllərin birləşməsi, ruhani vəhdət zamanı 

itirilən nədir, qalan nə?  Pak eşq sevənləri gözəlləşdirir, – 

deyirlər. Niyə?   

Ruhani eşqi təmin edən ancaq yüksək hisslər, nəcib 

duyğular olduğundan sevənlər mənən durulur, kristallaşır. 

Ruhun ruha qovuşması daxili mənəvi yüksəliş gətirir. Lakin bu 

ali məqam, ruhani vüsal hər sevənə qismət olmur.  

Asif Əfəndiyevin belə bir rübaisi var: 

   

Kamal meyvəsini dərən istərəm 

Canını eşqinə verən istərəm, 

Cismimi cismində görən çox oldu

Ruhumu ruhunda görən istərəm.  

 

Bəli, ruhun ruhla vüsalı indiki zəmanədə çətin hadisədir. 



Amma evlilik dövründə geniş  mənada  Mənlərin; xarakterlərin, 

dünyagörüşlərinin, zövqlərin, vərdişlərin, daxili meyarların bir 

araya gəlməsi qaçılmazdır. Bu zaman müəyyən məqamlarda 

uyğunluq olduğu kimi, fərq də ola bilər. Belə olan halda bu 

birləşmə nə vaxt daha dayanıqlı olar? İki eyni cür olanmı, yoxsa 

tam fərqli olanlarmı birləşəndə bütöv sistem  əmələ gətirə bilər?  

Burada biz məhəbbətin eyniyyət, yoxsa fərq üzərində 

qurulması sualı ilə qarşılaşırıq. Yəni kimlərin birliyi daha 

optimaldır; bir-birinə bənzəyənlərin, eyni cür düşünən, eyni cür 

yaşayanlarınmı, yoxsa fərqli görünən, fərqli düşünən və  fərqli 

səmtə üz tutanlarınmı? İ.A.Krılovun durna balığı, xərçəng və qu 

quşu haqqında təmsili yada düşür. Hərə müxtəlif səmtə  çəksə

hərəkət, inkişaf alınarmı? Ailədə hamı  çəkici bir yerə döyməli 



Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə