FəLSƏFƏ : tarix və



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə48/129
tarix22.11.2017
ölçüsü2,82 Mb.
#11504
1   ...   44   45   46   47   48   49   50   51   ...   129

 

- 147 -


                                                          

onun bütün nailiyyətlərinin başlıca hərəkətverici qüvvəsidir. 

Nəyi isə qurban vermədən nəyə isə nail olmaq mümkün deyil. 

Burcua cəmiyyətinin sənaye sahəsindəki sürətli yürüşü də orta 

əsrlərin mənəvi-əxlaqi normalarını tapdayıb keçmək hesabına 

mümkün olmuşdu. 

Kapitalizm cəmiyyətinin müəyyən mənada mütərəqqi xa-

rakter daşıdığı ilk əsrlərdə onun məhsuldar qüvvələrin inkişafı 

üçün açdığı geniş imkanlar və bu imkanları  şərtləndirən yeni 

təfəkkür tərzi, təbii ki, həmin dövrün fəlsəfi fikrində  də öz 

əksini tapmışdı. Bununla yanaşı, biliklərin utilitar-praktik 

istifadəsinə üstünlük verən bu yeni təfəkkür intibah dövrünün 

düşüncə tərzi simasında həm də mənəvi sələfə malik idi. İntibah 

dövrünün mənəviyyatı feodal cəmiyyətinin təfəkkür tərzindən 

köklü surətdə fərqlənməklə bərabər, antik dövrün mənəviyyatını 

da sadəcə  təkrar etməyərək, praktik fəaliyyətə münasibət mə-

sələsində ona nisbətən xeyli qabağa getmişdi.  

Məhz intihab dövründə elm ilə praktikanın qarşılıqlı 

əlaqəsinə olan zərurət tam mənası ilə dərk edilmiş, onların bir-

birini tamamlanmasına dair dahiyanə fikirlər söylənmişdi. 

Özünün çoxsahəli şəxsi fəaliyyəti ilə fəlsəfə və incəsənətin, elm 

və praktikanın vəhdətinə parlaq nümunə olan Leonardo da 

Vinçi tərcübəni dəqiq biliyin atası hesab edir, praktikadan 

doğmayan elmləri əsassız və qüsurlu sayırdı. Böyük mütəffəkir, 

eyni zamanda elmin də praktika üçün mühüm şərt olduğunu 

nəzərə alaraq yazırdı: “Elmsiz praktikaya aludə olan adam 

gəmini sükansız və kompassız idarə etmək istəyən kapitana 

bənzər; o hara üzdüyünü özü də bilməz”.

1

       


Yeni Dövr fəlsəfəsində elminmi praktika üçün, prakti-

kanınmı elm üçün həlledici olmasına dair sual intibah dövründə 

qərarlaşmış olan vahid mövqeyi haçalanmasına gətirib çıxardı. 

Daha doğrusu, elmin praktika üçün rolunun qiy-

mətləndirilməsində yekdillik əldə olunsa da, praktikanın, təc-

rübənin elmin inkişafında rolu iki müxtəlif mövqedən  şərh 

edilməyə başlandı. 

F.Bekon tərəfindən  əsası qoyulan birinci istiqamət–em-

 

1

  Леонардо  да  Винчи.  Избранные  произведения.  Т.1,  М.-Л., 



1935, стр. 53. 


 

- 148 -


                                                          

pirizm fəlsəfəsinə görə, hər cür elmi bilik yalnız təcrübə yolu 

ilə, praktikadan əldə edilə bilər. Antik dövrdə və Orta əsrlərdə 

təcrübəyə olan böyük etinasızlıqdan sonra ona belə xüsusi 

diqqət verilməsi əlbəttə, təqdirəlayiq hadisə idi. Lakin F. Bekon 

və onun davamçıları  şüurun fəal xarakterini nəzərə almır, 

intuisiyanın idrakda rolunu araşdırmırdılar. Daha dəqiq 

məlumat əldə etmək üçün təcrübəni təkmilləşdirmək tələbi irəli 

sürüldüyü halda, bu təcrübənin nəticələrini zəka işığında 

nəzərdən keçirmək tələbi qoyulmurdu və əksinə, zəkaya həqiqi 

bilik əldə edilməsi üçün maneə kimi baxılırdı. F.Bekon yazırdı: 

“...Zəkaya qanad yox, qurğuşun bağlamaq lazımdır ki, onun 

sıçrayış və uçuşunun qarşısını almaq mümkün olsun”.

1

 Zəkanın 



özü insanın bütün əvvəlki təcrübələrinin yekunu kimi, onun 

mənəvi və maddi həyatının vəhdətindən hasil olan nəticə kimi 

qəbul edilmirdi. 

R.Dekart və onun davamçıları olan rasionalist filosofların 

mövqeyinə görə isə, ayrı-ayrı  təcrübi faktlardan çıxış edərək 

qəti və ümumi hökmlər vermək məntiqi baxımdan qüsürludur. 

Bir hadisənin yüz və ya min dəfə eyni cür təkrar olunması bizə 

belə düşünməyə tam əsas vermir ki, yüz birinci və ya min 

birinci dəfə  də bu hadisə  məhz həmin cür təkrar olunacaq. Bu 

hökmü yalnız müəyyən ehtimalla vermək olar. Tam yəqinlik 

məziyyətinə malik olan qəti elmi biliklər isə ancaq zəkanın 

məhsulu tərəfindən işlənib hazırlanmış  və induktiv metodu 

rəhbər tutan empirizmi müsbət cəhətləri ilə birlikdə inkar edirdi.  

Bu iki fəlsəfi təlim arasındakı bütün ciddi fərqlərə bax-

mayaraq, onlar hər ikisi Yeni Dövrün–yaranmaqdan olan ka-

pitalizm cəmiyyətinin hakim təfəkkür tərzinə uyğun olaraq 

elmin praktik rolunu əsas tutur, məhz pozitiv elmi bilikləri, 

utilitar–praktik məqsədlərə xidmət edən təlimləri inkişaf 

etdirməyi lazım bilirdilər. Elmi biliklərin mənbəyi məsələsində 

empirizmə qarşı  çıxan R.Dekart onun istifadəsi məsələsində 

praktik tələbləri rəhbər tutaraq yazırdı:” Mücərrəd fəlsəfə 

əvəzinə praktik fəlsəfə yaratmaq olar və onun köməyi ilə odun, 

suyun, havanın, ulduzların, göylərin və bizi əhatə edən bütün 

digər cinslərin qüvvə  və  təsirlərini aydın  surətdə, ustaların öz 

 

1

 Ф.Бэкон. Сочинения: в двух томах, т. 2, М., 1972, стр.76.     




 

- 149 -


                                                          

sənətlərini bildiyi kimi öyrənmək olar. Bu zaman biz bu 

qüvvələrdən onların tətbiq oluna bildiyi bütün sahələrdə istifadə 

edər və beləliklə, təbiətin əsl sahibkarı və hakimi ola bilərdik”.

1

 

Burada bircə onu dəqiqləşdirmək lazımdır ki, R.Dekart “praktik 



fəlsəfə” dedikdə  əslində “tətbiqi elmləri” nəzərdə tutur. “Elm“ 

yox, “fəlsəfə” deyilməsi o dövrdə elmlərin fəlsəfədən hələ tam 

ayrılmadığını göstərir.  

Klassik alman fəlsəfəsində mühüm terminlərdən biri kimi 

işlədilən “praktik zəka” anlayışı isə utilitar-praktik fəaliyyəti 

ifadə etməkdən çox uzaqdır. O dövrdə Almaniyada ictimai 

münasibətlərin mürəkkəbliyinə  və daxili ziddiyyətlərinə uyğun 

olaraq praktika anlayışı da, bir tərəfdən, Yeni Dövr əks 

etdirirdisə, digər tərəfdən, orta əsr fəsəfəsi xüsusi Şərq fəlsəfəsi 

fikrinin ənənələrinə uyğun olaraq əxlaq, ədəb mənasında işlədi-

lirdi. Daha doğrusu, praktik zəka yalnız insanın təbiətə  fəal 

münasibəti ilə məhdudlaşdırılmır, insanın özünə olan dəyişdirici 

təsir, özünütərbiyə problemi də  nəzərə alınırdı. Həm də ikinci 

birinciyə nisbətən daha yüksək məziyyətli hadisə hesab olunur, 

fəlsəfi tədqiqat obyekti olmağa daha çox layiq bilinirdi.  

Utilitar-praktik fəaliyyətin əsasən hakim kəsildiyi, pozitiv 

elmlərin formalaşdığı və sürətlə inkişaf etdiyi bir dövrdə (XVII-

XVIII  əsrlər) Qərbi Avropa gerçəkliyi ilə Kantın praktik zəka 

təlimi arasında ciddi əlaqə tapmaq çətindir. Bu təlimin kökləri 

Şərq gerçəkliyi və orta əsrlərin  Şərq fəlsəfəsi zəminində daha 

aydın surətdə üzə çıxır. 

Orta əsrlərdə nəzəri-elmi biliklə praktik fəaliyyət arasın-

dakı ayrılıq Şərq üçün də səciyyəvi olmuşdur. Lakin Şərqdə bu 

iki tərəf arasındakı münasibət daha mürəkkəb və çoxcəhətli idi. 

Məsələ burasındadır ki, əgər o dövrün Şərq  ədəbiyyatına, 

ictimai-fəlsəfi fikrinə  nəzər salsaq, biliyin əməllə bağlılığı 

probleminə geniş yer verildiyini görərərik.  

Elmin-biliyinmi, yoxsa işin-əməlinmi ilkin və əsas olma-

sı problemi o dövrdə  şərq fəlsəfi fikrinin mərkəzində dayanır. 

İslam dinində bilik çox vaxt inamla, əqidə ilə bağlandığından 

ilkinlik bir qayda olaraq biliyə verilirdi. Zira dini mövqeyə görə 

belə  qəbul olunurdu ki, əməl, fəaliyyət insanlara xas olduğu 

 

1

 Р. Декарт. Рассуждение о методе. Л., 1953, стр. 54. 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə