FəLSƏFƏ : tarix və



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə45/129
tarix22.11.2017
ölçüsü2,82 Mb.
#11504
1   ...   41   42   43   44   45   46   47   48   ...   129

 

- 136 -


danışır, digər tərəfdən də, skeptisizmin və empirisizmin 

əleyhinə  çıxış edir. Halbuki, Avropa ilk növbədə  məhz 

empirizmin və elmi-praktik fəaliyyətin sayəsində müasir Qərb 

sivilizasiyasının təməlini qoya bilmişdir. Ona görə  də bizcə, 

Yeni Dövrün mahiyyətini F.Bekon R.Dekarta nisbətən daha 

yaxşı simvolizə edir.  

Müasir dövrdə E.Husserl böhrandan çıxış yolu tapmaq 

üçün empirizmə, naturalizmə, texnisizmə, hətta pozitivizmə, 

bir növ alternativ olan fenomenologiyanı irəli sürərkən, 

əslində Avropanı böhrandanmı, yoxsa Qərb mahiyyətindənmi 

xilas etmək istəyir? Yaxud, Avropaya özünün əsl simasını 

fenomenologiyadan qidalanmış olan başqa bir təlim – 

ekzistensializmmi qaytaracaqdır? Məgər ekzistensializm 

Qərbdə yaranmış Şərq hadisəsi deyilmi?  

Yox,  əksinə, bu təlimlər Avropaya və ya Qərbə aid 

olmayıb,  Şərqə qayıdışın və ya Şərqlə sintezin mahiyyətini 

ifadə edir. 



 

- 137 -


                                                          

 

 



 

 

 



 

 

 



 

 

SÜHRƏVƏRDİ – DEKART – HUSSERL 

 

R.Dekart təfəkkürü qeyri-cismani substansiyanın, sürək-



liliyi (həcm) isə cismani substansiyanın  əsas atributu hesab 

edir.


1

 Lakin düşüncə qabiliyyəti nəfsin ancaq yüksək sə-

viyyəsində üzə  çıxır və ancaq insanlara xasdır. Qeyri-cismani 

substansiyanın təfəkkürdən fərqli müxtəlif formaları da vardır. 

Düzdür, R.Dekart «təfəkkür» anlayışını geniş  mənada götürür, 

lakin bununla belə bu anlayış  nəfs aləmini, ruhu bütövlükdə 

səciyyələndirmək üçün kifayət deyil. Cismani dünyanı, cisim və 

əşyaları da ancaq yer tutumuna, məkan sürəkliliyinə görə 

fərqləndirmək yetərli deyil. 

Gerçəkliyin daha düzgün və  hərtərəfli mənzərəsini tə-

səvvür etmək üçün onun təfəkkür və cisim kimi qeyri-müəyyən, 

şərti anlayışlarla bölgüsü yetərli deyil. Bu zaman insanın 

tutduğu yer və oynadığı rol da aydın təsəvvür oluna bilmir. 

Bizcə  ən optimal model bir tərəfdən mütləq ideyanın, digər 

tərəfdən mütləq materiyanın anlayışlarını (tərifini) vermək və 

bu iki qütb arasında yerləşən insan və maddi dünyanın 

səciyyəsini və münasibətlərini də ancaq bundan sonra ay-

dınlaşdırmaq mümkündür. 

Allahı hər iki qütbü: mütləq ideyanı və mütləq materiyanı 

özündə ehtiva edən yeganə mütləq varlıq kimi başa düşdükdən 

sonra tam şəkildə aralanmış mütləq ideyanın və mütləq 

materiyanın statusunu aydınlaşdırmağa çalışaq. Bəzi 

 

1

 Р. Декарт. Сочинения  в двух томах,  М., 1989, стр. 465.  




 

- 138 -


tədqiqatçılar mütləq ideyanı Allahla eyniləşdirirlər. Bu zaman 

materiya kənarda qalmış olur və onun izahı üçün iki variant 

qalır; ya materiya ideyadan törəmədir, ya da Allahdan asılı 

olmadan  əvvəlcədən mövcud imiş. Bu izahların heç biri 

dünyanın anlaşılması yolunda səmərəli nəticələrə gətirə bilmir. 

Birinci yaxınlaşma Platon təlimini xatırladır. Yəni yeganə 

həqiqi varlıq ideyalar aləmidir. Maddi dünya, buradakı cismlər 

və hadisələr isə ideya aləminin, ideyaların surəti imiş və deməli, 

real varlıqdan məhrum imiş. Maddi dünyada cisim və 

hadisələrin keçici olması  şərtiliyi onların real varlığının ümu-

miyyətlə inkarına gətirir. Halbuki, insan üçün ideyalar aləminə 

və Allaha gedən yol əslində maddi dünyadan keçir. Ruhun 

mütləqləşdirilməsi, bədənin isə bir növ inkar edilməsi gerçək 

həyatda baş verən hadisələrin mahiyyətini və mexanizmini 

öyrənmək üçün optimal meto- doloji əsas rolunu oynaya bilmir. 

İkinci yaxınlaşma isə əslində dualist mövqe olmaqla ma-

teriyanı da Allahla eyni statusda qəbul edir. Bu mövqe zər-

düştilikdən üzü bəri davam edən işıq və qaranlıq, xeyir və şər, 

ideya və cism, atəş və torpaq (Empedokl) duallığının ideya və 

materiya  şəklində konseptuallaşmasına da ekvivalent sayıla 

bilər.  

İnsan özü bədənə malik olmaqla, aralıq dünyanın bir 

parçasıdır. Digər cismlər ideya ilə maddiyyatın vəhdətindən 

ibarət olduğu kimi, daha doğrusu maddədən, mateialdan 

müəyyən bir ideya əsasında yoğrulub duzəldiyi kimi, insan da 

bədən ideyasının daşıyıcısıdır. Düzdür, bütün digər cismlərdən 

fərli olaraq insan həm də başqa bir ideyanın – kainat ideyasının 

daşıyıcısıdır, yəni mikrokosmdur, həm də bu ideya müəyyən 

məqamlarda aktivləşə bilən, canlana bilən, yəni  şüura çevrilən 

ideyadır. Başqa sözlə, insan nəfsə, ruha malik olmaqla aralıq 

dünyadan mütləq ideyaya doğru yaxınlaşmaq, ideyalar aləminə 

səfərə  çıxmaq (özünə dalmaq, iç dünyasına, mənəvi aləmə 

yönəli olmaq, yüklənmək) imka- nına malik olsa da, bu 

dünyada olduğu təqdirdə cisim və hadisələrlə eyni tərtibli tərəf 

kimi də  çıxış edə bilir, yəni bu dünyanın qanunlarına da tabe 

olmaq, onun ahənginə uyğunlaşmaq zorundadır.  

Dünyanı passiv ideya şəklində özündə saxlayan insan 

onunla konkret təmas zamanı onu hissə-hissə «öyrənir». Yəni 




 

- 139 -


insanın iç dünyası  əsasən bu dünya ilə  təmas məqamlarından 

asılı olaraq işıqlanır və açılır. Lakin insan bu dünyadan, xarici 

dünyadan asılı olmadan da öz daxili kosmos aləminə də səyahət 

edə bilər və orada gördüklərini qayıdıb bu dünyada tapmaq və 

ya yaratmaq istər. Yaradıcılıq prosesinin əsasında məhz bu 

məqam dayanır. 

İnsan istər digər cismlərin, hadisələrin, istərsə  də öz 

bədəninin daşıdığı ideyanı (özündə) aşkara çıxarmaq istəsə, bu 

cismlərdə bir yox, çoxlu sayda ideyaların ehtiva olunduğu 

məlum olacaq. İlk yaxınlaşmada hansı ideya üzə  çıxır və üzə 

çıxmayanlar bizim üçün nədir? Bütün məsələ bundan ibarətdir 

ki, insan cisimdə, hadisədə  aşkarlaya bildiyi əlaməti, xassəni, 

formanı, strukturu, qanunauyğunluğu, bir sözlə, ideyanı  məhz 

ideya kimi, yerdə qalan, qaranlıq qalan, naməlum qalan nə varsa 

hamısını məhz materiya kimi, material kimi, qəbul edir. Cisim 

mürəkkəb quruluşa malik olduğundan onun ehtiva etdiyi ideya 

iyerarxiyasında aşkarlanan üst qatlar ideya kimi, dumanlı qalan 

alt qatlar materiya kimi qəbul olunur. Məsələn, «stol» ideyası 

dedikdə, ancaq onun əsas funksiyasını təmin edən makrostruk-

tur, forma nəzərdə tutulur. Onun nədən düzəldildiyi, «materi-

alın» strukturu bu struktrun da alt struktur qatları (molekulyar, 

atomar və s. səviyyələr), dinməz-söyləməz məzmuna, materi-

yaya aid edilir. İnsan cismə adi gözlə yox, mikroskopla 

baxdıqda onun müşahidə etdiyi forma hüceyrə, molekul və s. 

olacaqdır. Bu halda o, makrostrukturu müşahidə edə 

bilməyəcəkdir.  

Bəli, aydınlaşan, işıqlanan tərəf ideya kimi, qaranlıq tərəf 

materiya kimi qəbul olunur. Eynən İşraqizmdə olduğu kimi.  

Analoji olaraq beyində, mikrokosmda işıqlanan tərəf 

şüura (fokusa gətirilən ideya, – intensiallıq),  passiv tərəf qeyri-

şüuriyə, aşkarlanmayan şüura (beynin qaranlıq sahəsinə) uyğun 

gəlir. Deməli  əsas məsələ insanın diqqətini hansı struktur 

səviyyəsinə yönəlməsindədir. Cism, hadisə  bəlkə  də çox 

şeylərin daşıyıcısıdır. Lakin bizə bəlli olan onun idrak nəzərinə 

tuş  gələn hissəsidir. Qaranlıq qalan hissə müxtəlif filosoflar 

tərəfindən müxtəlif cür adlandırılmışdır.  Əslində bu Kantın 

«özündə şey» anlayışına da uyğundur.  

Aristotel də materiya və formanın bir-birinə hansı 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə