FəLSƏFƏ : tarix və



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə44/129
tarix22.11.2017
ölçüsü2,82 Mb.
#11504
1   ...   40   41   42   43   44   45   46   47   ...   129

 

- 133 -


                                                          

R.Dekart Allahı «ağılın təbii gücü ilə» izah edərək yazır ki, o, 

ədədidir, qüdrətlidir, bütün həqiqətlərin və  ədalətin mənbəyidir, 

nəhayət, onda sonsuz kamillik cəmlənmişdir.

1

 Yaxud: «Allah eyni 



zamanda, vahid aktın tərkib hissələri kimi – bilir, istəyir və həyata 

keçirir».

2

 Bu deyilənlər açıq-aşkar İslam fəlsəfəsi ilə, hətta kəlamla 



səsləşir. Həmin mövqeyə peripatetiklərin əsərlərində də tez-tez rast 

gəlmək mümkündür. Məsələn,  Əl-Fərabidə oxuyuruq: «Birinci – 

qüdrətli, müdrik, bütün əməllərində kamildir».

3

    İnsanlar isə tam 



kamil ola bilməzlər, belə ki, kamillik ancaq Vahidə xasdır. 

«Harada ki, çoxluq var, orada naqislik var».

4

  

R.Dekartın işığın təbiəti ilə  əlaqədar təbii-elmi araşdır-



maları və ara-sıra kontekstə heç dəxli olmadan zehni nurlanma 

prosesi ilə  əlaqədar fikirlər söyləməsi də çox təəccüblü 

görünür. Fiziki görmə  və nurlanmış  məkan, «zehin gözü» 

fərqli hadisələrdir və bunlar arasında münasibət ilk dəfə olaraq 

Qurani-Kərimdə diqqətə  çəkilir: «Kor ilə görən eyni olmaz, 

zülmətlə nur da eyni deyildir».

5

   


Bu fikir oxşarlıqlarının səbəbi kimi İbn Sinanın Dekarta 

böyük təsir göstərdiyi bildirilir. Məsələn, F.Furlani Dekartın  



cogito prinsipi ilə  İbn Sinanın «buxarlanan insan» konsepsiyası 

arasında ciddi əlaqə olduğunu iddia edir.

6

 Belə ki, insanın öz 



varlığını bədəninin deyil, nəfsi və ya əqlinin varlığı ilə dərk etməsi 

haqqında mülahizələr Dekartdan öncə  İbn Sinanın və 

Ş.Y.Sührəvərdinin əsərlərində öz əksini tapmışdır. Dekart və Süh-

rəvərdinin müqayisəsini ilk dəfə bu sətirlərin müəllifi aparmış və 

onların fikirlərində böyük uyğunluqlar aşkar etmişdir.

7

 M.M.Şərif 



 

1

  Р.Декарт. Сочинения. Том 1, М., 1989, стр. 322-323.  



2

  Yenə orada, səh. 323.  

3

  Алъ-Фараби. Естественно-научные трактаты, стр. 286.  



4

 Yenə orada, səh. 287. 

5

  Qurani-Kərim. Fatir surəsi, 19-20-ci ayələr//ərəb dilindən 



tərcümə edənlər: Z.M.Bünyadov, V.M.Məmmədəliyev. Bakı,  «Çıraq», 

2004, səh. 454. 

6

  Furlani F. Avicenna e il “cogito ergo sum” di Cartesio. – 



Islamica, III., 1927, c. 53-72. //Сравнительная философия. М., 2000, 

стр. 229.      

7

 Bax: məsələn,  S.Xəlilov.  İşraqilik və müasir fəlsəfi təlimlər. B., 



«Azərbaycan Universiteti», 2005, səh. 33-38.   


 

- 134 -


                                                          

isə Dekartı  əl-Qəzali ilə müqayisə etmiş  və bir sıra uyğunluqlar 

tapmışdır. Amma Dekartın  əl-Qəzalinin  əsərlərindən həqiqətən 

istifadə etməsi haqqında fikir ilk dəfə 1976-cı ildə  Əlcəzairdə 

müsəlman fəlsəfi fikrinə dair 10-cu konfransda səslənmişdir; 

burada Fransa milli kitabxanasının Dekart fondunda əl-Qəzalinin 

latın dilinə çevrilmiş kitabı tapılmışdır və burada Dekartın öz dəst-

xətti ilə qeydləri olduğu aşkar edilmişdir.

1

  

Rus tədqiqatçısı E.A.Frolova İbn Sinanın Dekartla mü-



qayisəsinə dair amerikalı mütəxəssis L.E.Qudmanın da fikrinə 

istinad edir. L.E.Qudman yazır ki, İbn Sina Dekarta nisbətən daha 

ciddi bir metafizikdir, onu ancaq Spinoza, Kant, Hegel və 

Husserllə müqayisə etmək olar.

2

              



Çağdaş  fəlsəfənin klassiki sayılan R.Rorti Dekartın  ən 

böyük xidmətlərindən birini, əqli (habelə  nəfsi) sürəkliliyə 

malik olan substansiyadan (cisimdən) fərqləndirməsində 

görür.


3

 Lakin İbn Sina və Sührəvərdidə bu cür fərqləndirmənin 

mükəmməl bir sistemi vardır.  Ş.Sührəvərdi təlimində  nəfsin 

quruluşu, arxitektonikası o qədər mükəmməldir ki, Yeni Dövr 

Qərb fəlsəfəsinin ilk klassiklərinin ona ancaq müəyyən qədər 

yaxınlaşmalarından söhbət gedə bilər. Məsələn, o, yazır: «Nəfs 

bədənin puçluğu ilə puç olmur; çünki o yer tutuma (məkanca 

sürəklilik – S.X.) malik deyil».

4

 Bu fikri izah etmək üçün 



Ş.Sührəvərdi maraqlı misal çəkir. Fil və milçəyin fikri obrazlarında 

ölçü müəyyənliyi yoxdur. Halbuki, gerçəklikdə onlar ölçülərinə, 

həcmlərinə görə fərqlidirlər. Onlar nəfsdə yer turmurlar və deməli

nəfs ölçüsüzdür.

5

 Başqa yerdə: «Nəfsi cisim meydana gətirmir. 



Belə ki, şey özündən  şərəfli olanı yarada bilməz».

6

 Bu məsələdə 



Ş.Sührəvərdinin mövqeyi Aristoteldən  əsaslı surətdə  fərqlənir. 

 

1



  Е.А.Фролова.  Декарт  и  некоторые  аспекты  концепций 

человека в средневековой арабской философии. – Сравнительная 

философия. М., «Восточная литература», 2000, стр. 231.      

2

 Goodman L.E. Avicenna. L.–N.Y., 1992, стр. 14.   



3

 Р.Рорти. Философия и зеркало природы. Новосибирск, 1997, 

стр. 32.  

4

 Ş.Sührəvərdi. Göstərilən əsər, səh. 226. 



5

 Yenə orada, səh. 217. 

6

 Yenə orada, səh. 223.  




 

- 135 -


                                                          

Aristotelə görə, nəfsin bütün halları  bədənlə  əlaqədardır.

1

 Lakin 


Sührəvərdi nəfsin bədəndən asılı olmadan işıqlanmasını ön plana 

çəkir. Nəfs bədəni həm dərk edir, həm də idarə edir. Aristotel sual 

qoyur ki, bölünən bölünməzi necə dərk edə bilər, yaxud bölünməz 

böləni necə  dərk edə bilər? Göründüyü kimi, Aristotel nəfs və 

bədənin mahiyyət və dərəcə fərqini nəzərə almır, Sührəvərdidə isə 

iyerarxiya var. Nəfs bədəndən yüksəkdir. Ona görə  də, bölünən 

bölünməzi dərk edə bilməsə də, bölünməz bölünəni dərk edə bilər. 

Başqa sözlə, nəfs (ilk növbədə düşüncəli nəfs bədəni və istənilən 

cismani varlığı dərk etmək iqtidarındadır.)  

Beləliklə, Sührəvərdi qnoseologiya məsələlərində Aristotel-

dən irəli getmiş  və ardıcıl rasionalizmin nümayəndəsi kimi çıxış 

etmişdir. Biz bu sahədə Dekartın rolunu inkar etmirik. Dekart 

doğurdan da, müasir Avropanın ideya əsasını qoyanlardan 

biridir. Lakin, ona görə yox ki, o, rasionalist təlimin banisidir; 

ona görə ki, o, bir növ renesans alimi kimi çıxış edərək, bir 

tərəfdən qədim yunanların, digər tərəfdən də orta əsr  Şərq 

(İslam) filosoflarının rasionalist ideyalarını Yeni Dövrün əsas 

uğuru sayılmalı olan təcrübi elmlərlə birləşdirir və bu elmi 

prosesin fəlsəfi səviyyədə özünüdərkinə  təşəbbüs göstərir. 

R.Dekart və F.Bekonun əsas xidmətləri daha çox indiki dövrdə 

«elm fəlsəfəsi» adlandırdığımız sahənin təməlini qoymaların-

dadır. Nəzərə alınmalıdır ki, Yeni Dövr Qərb sivilizasiyası hər 

hansı bir fəlsəfi təlimdən öncə  məhz elmlə  və elmin praktik 

tətbiqi ilə  səciyyələnir. Dekart özü yazır ki, yaxşı  ağıl hələ 

azdır, əsas məsələ onu yaxşı tətbiq etməkdədir.

2

  



Bəli, məhz elm və onun tətbiqi Qərbin rəmzi sayıla bilər. 

Lakin, nə kimi bir elm? Abstrakt riyazi-fəlsəfi sistemə çev-

rilməyə çalışan elmlər elmi, dünya elmi deduktiv, aksiomatik 

bir elm, yoxsa daha çox dərəcədə  təcrübədən qidalanıb 

təcrübəyə, praktikaya, texnikaya xidmət edən bir elm? Məgər 

müasir Avropanın təməlində Husserlin bu qədər sevmədiyi 

texnisizm dayanmırmı? Husserl bir tərəfdən Avropa ruhundan 

 

1



  Аристотель.  Сочинения  в 4-х  томах.  Т. 1,  М., «Мысль», 

1976, стр. 382. 

2

 Р.Декарт. Сочинения в двух томах. т. 1. М., «Мысль», 1989, 



стр.251.  


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə